Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2116/2021 29.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs Binəqədi RİH yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyası cəlb edilməklə) uşaqların atanın yanında qalması və sair tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı uşaqların atanın yanında qalması, onların yaşayış yerinin müəyyən edilməsi, aliment borcunun silinməsi, aliment ödəməkdən azad edilmə və uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş X1 və X2 onun yanında qalmaları, onların yaşayış yerinin müəyyən olunması, Nizaminin və Nicatın yetkinlik yaşına çatanadək saxlanmaları üçün Binəqədi Rayon Məhkəməsinin 2(001)-466/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad olunması, həmin uşaqların saxlanması üçün ödənilməmiş aliment borcunun silinməsi və cavabdehin himayəsində olan X3 ilə hər həftənin şənbə günü saat 12:00-dan bazar günü axşam 20:00-dək (gecə qalmaq şərti ilə), bayram günlərində (Yeni il bayramı, Ramazan bayramı, Qurban bayramı, Novruz bayramı) və onun üçün mühüm əhəmiyyət kəsb edən digər günlərdə (ad günləri, yaxınlarının toyu və sair) hər gün üçün ayrılıqda 05 saat ərzində ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, birinci tələb – uşaqların atanın yanında qalması ilə bağlı, ikinci tələb – aliment ödəməkdən azad edilmə ilə bağlı, üçüncü tələb – ödənilməmiş aliment borcunun silinməsi ilə bağlı, dördüncü tələb isə uşaqla ünsiyyət tələbidir. Göründüyü kimi, tələblər bir-biri ilə əlaqədar olan tələblər deyil. Əksinə bir tələb digərinin təmin edilməsindən irəli gələn tələbdir. Belə ki, üçüncü tələb birinci tələblə bağlı qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra baxılmalı olan tələbdir. Yəni, alimentin tutulmasının davam etdirilməsi, borcun hesablanmasının davam etdirilməsi birinci tələblə bağlı qətnamənin qanuni qüvvəyə minməsinə qədər davam edən prosedurdur. Çünki müəyyən edilən alimentin tutulması qanuni üvvəyə minmiş başqa məhkəmə qətnaməsinə əsasən tutulur.Bu baxımdan konkret olaraq aliment borcunun nə qədər olması qeyri-müəyyən olduğundan, borcun hesablanması məhkəmə qətnaməsi qəbul edilənə və qanuni qüvvəyə minənədək hesablandığından həmin tələb mübahisə ilə bağlı yekun qərar qəbul edildikdən sonra verilə bilər. Bundan başqa dördüncü tələb isə digər tələblərlə bağlı olmamaqla müstəqil irəli sürülən tələbdir. Belə ki, ailə qanunvericiliyində uşaqla ünsiyyət tələbinin uşaqların yaşayış yerinin müəyyən edilməsi və ya aliment tələbi ilə bir icraatda baxılması nəzərdə tutulmamışdır. Belə ki, Ailə Məcəlləsinin 22.2-ci maddəsi ər və arvadın ailə münasibətlərindən irəli gələn bütün mübahisələrinin bir icraatda həll edilməsini deyil, konkret olaraq hansı məsələlərin həll edilməli olmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs Binəqədi RİH yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyası cəlb edilməklə) uşaqların atanın yanında qalması və sair tələblərinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah edilsin ki, o, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2116/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2116/2021
29.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver