Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-213/2022 24.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “uşağın anadan alınaraq ataya verilməsi və alimentin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olmuş xx.xx.2005-ci il təvəllüdlü X3 müalicə alması üçün Cavabdeh hər ay 100 manat sabit məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olmuş xx.xx.2005-ci il təvəllüdlü X3 cavabdeh İddiaçı alınaraq onun himayəsinə verilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 170 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia icraata qəbul edilmişdir. Məhkəmə öz təşəbbüsü ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməmiş və əlavə olaraq bildirmişdir ki, hazırda onun himayəsində olan xx.xx.2005-ci il təvəllüdlü X6 “Davranışın ictimailəşdirilməmiş pozuntusu. Nitq artikulyasiyasının spesifik pozuntusu. Dəmir defisitli anemiya” xəstəliyi ilə yanaşı, həmçinin “vərəm” xəstəliyindən əziyyət çəkir. Qeyd etdiyi ilk xəstəliyin müalicəsi, o cümlədən dərman preparatlarının alınması üçün hər ay 100-150 manat məbləğində pul tələb edildiyi halda, ikinci xəstəliyin müalicəsi, o cümlədən dərman preparatlarının alınması üçün il ərzində təxminən 1.500-2.000 manat məbləğində pul tələb edilir. İlk xəstəliklə bağlı uşağa hər ay 150 manat məbləğində pensiya ödənilir. Lakin cavabdeh iki xəstəliyin müalicəsinə çəkilən xərcin hər hansı hissəsini qarşılamır, bu məqsədlə hər hansı məbləğdə maddi yardım etmir. Bu xərcləri təkbaşına qarşılamaq isə ona həddindən artıq çətindir. Həmçinin, bu uşağa onun tərəfindən tələb olunan diqqət və qayğı göstərilir, o cümlədən vaxtı-vaxtında müalicəsi təmin edilir. Uşağın onun yanında qalması həm məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir, həm də uşaq özü də onun yanında qalmaq istəyir. Bu səbəbdən uşağın cavabdehin himayəsinə verilməsinə həm hər hansı əsas yoxdur, həm də bu uşağın iradəsinə ziddir. Göstərilənlərin və tərəfindən təqdim edilmiş sübutların nəzərə alınmasını və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək və ilk iddianı qəbul etməyərək bildirmişdir ki, birgə nikahdan olmuş xx.xx.2005-ci il təvəllüdlü X6 ögey atası tərəfindən şiddətə məruz qalır, anası isə bu hala məhəl qoymur, uşağa tələb olunan səviyyədə diqqət və qayğı göstərmir, bu səbəbdən onunla qalmaq istəyir, uşaq bununla bağlı ona müraciət də etmişdir. Birgə nikahlarından olmuş digər uşaqları, xx.xx.2006-cı il təvəllüdlü X9 da məhz bu səbəbdən onun yanına qayıtmış və hazırda onunla yaşayır. Həmçinin, İddiaçı tərəfindən uşağa tələb olunan səviyyədə diqqət və qayğı göstərilmir. Bu səbəbdən hesab edir ki, uşaq onun himayəsinə verilməlidir. Digər tərəfdən bu uşağın səhhətində olan problemlər barədə tam məlumatlıdır. İddiaçı istinad etdiyini xəstəliyin müalicəsinin təmin edilməsi üçün dövlət tərəfindən uşağa hər ay 150 manat məbləğində pensiya verilir. Uşaqda olan “vərəmi” xəstəliyinin müalicəsi isə dövlət hesabına həyata keçirilir, o cümlədən uşaq dövlət hesabına tələb olunan dərman preparatları ilə təmin edilir. Belə ki, İddiaçı ilə birgə nikahdan olmuş X9 da “vərəm” xəstəliyindən əziyyət çəkir və 10 noyabr 2021-ci il tarixindən Sumqayıt şəhər Vərəm Xəstəxanasında qeydiyyatda olmaqla ambulator müalicə alır. Onun müalicəsi, o cümlədən dərman preparatları ilə təchiz olunması dövlət hesabına həyata keçirilir. Bundan əlavə onun hazırki nikahından olan X4 hemofiliya xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi üçün də mütəmadi olaraq vəsait sərf olunur. Bu səbəbdən uşağın müalicəsi üçün əlavə olaraq ondan hər hansı məbləğdə pul tutula bilməz. Göstərilənlərin və tərəfindən təqdim edilmiş sübutların nəzərə alınmasını və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X6 hazırda İddiaçı ilə yaşadığını və anası tərəfindən ona lazımi qayğının və diqqətin göstərildiyini, həm anasının, həm də ögey atasının şiddətinə məruz qalmadığını, anasının yanında və onun himayəsində qalmaq istədiyini, atasının yanında qalmaq istəməsi barədə atasına müraciət etmədiyini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, üçüncü şəxs tərəfindən müvafiq rəyin verilməsini, habelə onun lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, tərəflərin birgə nikahından olmuş uşağın fikrini öyrənib, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ilk və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2005-ci il tarixdə X6 və xx.xx.2006-cı il tarixdə X9 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda tərəflərin birgə nikahından olmuş xx.xx.2005-ci il təvəllüdlü X6 anasının, xx.xx.2006-cı il təvəllüdlü X9 isə atasının himayəsindədir. Hər iki uşaq “vərəm” xəstəliyindən, xx.xx.2005-ci il təvəllüdlü X6 isə həmçinin, “Davranışın ictimailəşdirilməmiş pozuntusu. Nitq artikulyasiyasının spesifik pozuntusu. Dəmir defisitli anemiya” xəstəliyindən əziyyət çəkir. İddiaçı xx.xx.2005-ci il təvəllüdlü X3 həm “Davranışın ictimailəşdirilməmiş pozuntusu. Nitq artikulyasiyasının spesifik pozuntusu. Dəmir defisitli anemiya”, həm də “vərəm” xəstəliyindən əziyyət çəkdiyini, ilk xəstəliyin müalicəsi üçün hər ay 100-150 manat, ikinci xəstəliyin müalicəsi üçün isə il ərzində 1.500-2.000 manat vəsaitin tələb edildiyini, qarşı tərəfin uşağın müalicəsinə maddi baxımdan köməklik etmədiyini iddia edir və uşağın müalicəsi üçün ondan hər ay 100 manat sabit məbləğdə pulun tutulmasını tələb edir. Eyni zamanda, qarşılıqlı iddianı qəbul etmir. Cavabdeh bu uşağın ögey atası tərəfindən şiddətə məruz qaldığını, İddiaçı isə bu hala məhəl qoymadığını, onun tərəfindən ona tələb olunan səviyyədə diqqətin və qayğının göstərilmədiyini iddia edir və uşağın onun himayəsinə verilməsini, habelə uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Eyni zamanda, uşağın “Davranışın ictimailəşdirilməmiş pozuntusu. Nitq artikulyasiyasının spesifik pozuntusu. Dəmir defisitli anemiya” xəstəliyi ilə bağlı ona hər ay 150 manat məbləğində pensiyanın ödənildiyini, “vərəm” xəstəliyinin müalicəsinin, o cümlədən dərman preparatları ilə təchiz olunmasının dövlət hesabına təmin edildiyini, birgə nikahlarından olmuş X5 da “vərəm” xəstəliyindən əziyyət çəkdiyini və 10 noyabr 2021-ci il tarixindən Sumqayıt şəhər Vərəm Xəstəxanasında qeydiyyatda olmaqla ambulator müalicə aldığını, onun müalicəsinin, o cümlədən dərman preparatları ilə təchiz olunmasının dövlət hesabına həyata keçirildiyini, bundan əlavə onun hazırki nikahından olan X2 hemofiliya xəstəliyindən əziyyət çəkdiyini və bu uşağın müalicəsi üçün mütəmadi olaraq vəsait sərf olunduğunu bildirir və ilk iddianın rədd edilməsini xahiş edir. Tərəflərin birgə nikahından olmuş xx.xx.2005-ci il təvəllüdlü X6 anası İddiaçı yanında və himayəsində qalmaq istədiyini bildirir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2021-ci il tarixli rəyinə əsasən tərəflərin birgə nikahından olmuş xx.xx.2005-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində qalması məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh hazırki nikahından olmuş xx.xx.2014-cü il təvəllüdlü X4 ”Hemofiliya” xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar; 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir; 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər; 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar; 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar; 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə, mübahisənin mahiyyətini nəzərə alıb ilk növbədə qarşılıqlı iddiaya hüquqi qiymət verilməsini zəruri hesab edir və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan Cavabdeh uşaq tələbinin, o cümlədən bu tələbi ilə bağlı gətirdiyi dəlillərin əsaslı olmasını sübut etməli idi. Lakin Cavabdeh uşağın ögey atası tərəfindən şiddətə məruz qaldığını, anasının isə bu hala məhəl qoymadığını, anasının uşağa tələb olunan səviyyədə diqqət və qayğı göstərmədiyini, bu səbəbdən uşağın onunla qalmaq istədiyini, uşağın bununla bağlı ona müraciət də etdiyini bildirsə də, məhkəməyə bu halların hər hansı birinin mövcudluğunu təsdiq edən sübut təqdim edə bilmir. Uşaq özü də hazırda anası ilə yaşadığını və anası tərəfindən ona lazımi qayğının və diqqətin göstərildiyini, həm anası, həm də ögey atası tərəfindən şiddətə məruz qalmadığını, anasının yanında və onun himayəsində qalmaq istədiyini, atasının yanında qalmaq istəməsi barədə atasına müraciət etmədiyini bildirir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası da uşağın anasının yanında qalmasını məqsədəmüvafiq hesab etmiş və bu barədə xx.xx.2021-ci il tarixdə rəy vermişdir. Məhkəmə tərəfindən də uşağın anasından alınaraq atasının himayəsinə verilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Beləliklə, məhkəmə göstərilənləri, o cümlədən İddiaçı bu tələbə münasibətini nəzərə alıb, tərəflərin birgə nikahından olmuş xx.xx.2005-ci il təvəllüdlü X3 bu məsələyə dair fikrini rəhbər tutub, habelə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh iddiası “uşağın anadan alınaraq ataya verilməsi” hissəsində əsassızdır və bu səbəbdən rədd edilməlidir. Məhkəmə, iddia üzrə “uşağın anadan alınaraq ataya verilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, “alimentin tutulması” tələbinin törəmə tələb olduğunu və bu tələbin təmin-olunub olunmamasının bilavasitə “uşağın anadan alınaraq ataya verilməsi” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “alimentin tutulması” hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun: 4-cü maddəsinə əsasən dövlət vərəm əleyhinə yardım məqsədi ilə Azərbaycan Respublikası ərazisində “Vərəm xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Milli Proqram”ın qəbul edilməsinə və həyata keçirilməsinə, vərəm əleyhinə təxirəsalınmaz yardıma, vərəmlə əlaqədar ekspertizaların aparılmasına, sosial-məişət yardımına, o cümlədən birinci növbədə vərəmin yoluxucu formasına tutulmuş xəstələrə təcrid olunmuş yaşayış sahəsinin verilməsinə, vərəmdən və onun nəticələrindən əziyyət çəkən şəxslərin işlə təmin olunmasına, vərəmin spesifik profilaktikasına, vərəm əleyhinə dövlət tibb müəssisələrində ambulatoriya, stasionar, sanatoriya şəraitində konsultativ-diaqnostikaya, müalicəyə və reabilitasiya yardımına, cəzacəkmə müəssisələrində cəza çəkən vərəmlə xəstələnmiş şəxslərə ixtisaslaşdırılmış tibbi yardım göstərilməsinə, vərəmlə xəstələnmiş şəxslərə tibbi yardım göstərilərkən onların sağlamlığına dəymiş zərərin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsinə təminat verir; 12-ci maddəsinə əsasən Vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsi dövlət və yerli büdcələrin vəsaitləri, icbari tibbi sığorta vəsaitləri və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Məhkəmə, İddiaçı iddiası ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində xx.xx.2005-ci il təvəllüdlü X3 “Davranışın ictimailəşdirilməmiş pozuntusu. Nitq artikulyasiyasının spesifik pozuntusu. Dəmir defisitli anemiya” xəstəliyi ilə yanaşı, həmçinin “vərəm” xəstəliyindən əziyyət çəkdiyi, bu xəstəliyin müalicəsi üçün hər ay 100-150 manat məbləğində pulun tələb edildiyini qeyd etmişdir. Başqa sözlə, iddiaçı bu xəstəliyin müalicəsi üçün Cavabdeh pul tələb edir. Lakin araşdırma zamanı bu xəstəliyin müalicəsi ilə bağlı uşağa 150 manat məbləğində pensiyanın ödənildiyi (Cavabdeh bu barədə məhkəməyə məlumat verdikdən sonra İddiaçı bu məlumatın doğru olduğunu təsdiq etmiş və uşağa 150 manat məbləğində pensiya ödənildiyini etiraf etmişdir. Lakin iddia ərizəsində bu barədə hər hansı məlumat verməmişdir.) müəyyən edilmişdir. İddiaçı tərəfindən qeyd edilən məbləğlə (100-150 manat) uşağa ödənilən (150 manat) pensiyanın məbləği artıq bu iddianın rədd edilməsini şərtləndirir. Belə ki, bu məbləğlərdən belə qənaətə gəlir ki, uşağın müalicəsi üçün tələb edilən məbləğ ona ödənilən pensiya məbləği ilə tam qarşılanır. Lakin məhkəmə iclasında İddiaçı pulu uşaqda olan “vərəm” xəstəliyinin müalicəsi üçün tələb etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsi dövlət və yerli büdcələrin vəsaitləri, icbari tibbi sığorta vəsaitləri və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Digər tərəfdən tərəflərin birgə nikahından olan hər iki uşaq bu xəstəlikdən əziyyət çəkir. Uşaqlardan birinin İddiaçı, digərinin isə Cavabdeh himayəsində olması belə qənaətə gəlməyə imkan verir ki, bu xəstəliyin müalicəsi dövlət tərəfindən maliyyələşdirilmədiyi təqdirdə belə, tərəflərin bu məsələdə əziyyətləri, məzuliyyəti və xərcləri eynidir. Bu da öz növbəsində İddiaçı himayəsində olan uşağın bu xəstəlikdən müalicə olunması üçün Cavabdeh hər hansı məbləğdə pulun tutulmasını qeyri-mümkün edir. Mövcud vəziyyətdə İddiaçı iddiasının hər hansı formada təmin edilməsi üçün istisna hal kimi, Cavabdeh İddiaçı münasibətdə maddi imkan baxımından xeyli üstün olması, habelə onun hər hansı gəlirə malik olması ola bilər. Lakin araşdırma zamanı Cavabdeh hər hansı gəlirə malik olması da müəyyən edilməmişdir. Cavabdeh məcburi köçkün statusuna malik olan şəxsdir və digər uşağı, yəni hazırki nikahından doğulmuş xx.xx.2014cü il təvəllüdlü X4 da müalicə tələb edən xəstəlikdən (hemofiliya) əziyyət çəkir. Digər tərəfdən İddiaçı uşağın “vərəm” xəstəliyindən müalicə olunması üçün çəkdiyi xərclər barədə də hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlər öz növbəsində İddiaçı iddiasının da əsassız olduğuna dəlalət edir və onun rədd edilməsini şərtləndirir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbinə dair ilk iddiası rədd edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın anadan alınaraq ataya verilməsi və alimentin tutulması” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbinə dair ilk iddiası rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın anadan alınaraq ataya verilməsi və alimentin tutulması” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-213/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-213/2022
24.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver