Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2141/2020 01.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dairiddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək TK000419 saylı xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə kredit borcu üzrə 271.605,01 manat, faiz borcu üzrə 30.702,60 manat, cəmi 302.307,61 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASCnin xeyrinə tutulması, TK0004019 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş 55BP730 dövlət qeydiyyat nişanlı, 55BP758 dövlət qeydiyyat nişanlı, 55BP759 dövlət qeydiyyat nişanlı, 55BR890 dövlət qeydiyyat nişanlı "Hunday Universi" avtobus markalı nəqliyyat vasitələrinin açıq hərrac yolu ilə satılaraq satışdan əldə olunmuş vəsaitin tutmaya yönəlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(004)- 280/2017 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək xx xxxxxx 2014-cü il tarixli TK 000419 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 250.703 manat məbləğində pul və 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-413/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinə tutma yönəldilməsi hissəsində dəyişdirilmişdir. İpoteka predmetləri olan "Hunday Universe" avtobus markalı 55BP730 dövlət qeydiyyat nişanlı (130000 manat), 55BP758 dövlət qeydiyyat nişanlı (130000 manat), ** BP *** dövlət qeydiyyat nişanlı (130000 manat), 55BR890 dövlət qeydiyyat nişanlı (800000 manat) qiymət müəyyən edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilsə də, kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC iddia ərizəsinə yazılı etirazını təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı1 Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmaq müddətini ötürdüyündən, məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Digər iddiaçı - zamin İddiaçı2 isə ümumiyyətlə ipoteka müqaviləsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və xx xxxxxx 2014-cü il tarixli, TK 000419 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən qoyulmuş girov müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçılar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33-cü (Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ), “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci (Ümumi mülkiyyətdə olan əşyanın ipoteka qoyulması), Mülki Məcəllənin 225-ci (Ərlə arvadın ümumi mülkiyyəti) maddələrinə istinad edərək xx xxxxxx 2014-cü il tarixli TK 000419 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında aşağıdakılar göstərilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həminazadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxxx 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Hazırkı işin materiallarından görünür ki, iddia ərizəsində bir “girov” müqaviləsinin etibarsız hesab edilməsi xahiş edilsə də, xx xxxxxx 2014-cü il tarixli TK 000419 saylı kredit müqaviləsi üzrə bir deyil, dörd - xx.xx.2014-cü il tarixli, TK000419T01 saylı, xx.xx.2014-cü il tarixli, TK000419T02 saylı, xx.xx.2014-cü il tarixli, TK000419T03 saylı, xx.xx.2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələr “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı1 arasında bağlanmış və müqavilələrə əsasən İddiaçı1 məxsus avtonəqliyyat vasitələri ipoteka ilə yüklü edilmişdir. Belə olan halda ərlə-arvadın ümumi mülkiyyətinin hüquqi rejimini tənzimləyən normalara istinad edərək müqavilələrin etibarsız hesab edilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq subyektiv hüququ borclu İddiaçı1 ilə zamin İddiaçı2 deyil, avtonəqliyyat vasitələrinin mülkiyyətçisi İddiaçı1 arvadına məxsus ola bilərdi. Hazırkı iddia ərizəsində isə bütün yuxarıda qeyd olunan normalar sadalansa da, ərizədə nə iddiaçılar tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi hüquqi cəhətdən əsaslandırılmış, nə də ki, dörd müqavilədən iddiaçıların konkret olaraq hansının etibarsız hesab edilməsini xahiş etmələri aydın deyil. Bununla yanaşı Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yəni, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək subyektiv hüququ olsa idi belə, onlar qeyd olunan maddənin tələbləri baxımdan müqavilələrin etibarsızlığı ilə bağlı iddia irəli sürmək üçün nəzərdə tutulmuş müddəti artıq ötürmüşlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2141/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2141/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver