Məhkəmə qərarları › İş №2(103)-1462/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1462/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1462/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X7 və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” ASC-nə qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2141/20 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» ASC-yə qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» ASC-yə qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixli, TK 000419 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən qoyulmuş girov müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, TK000419 saylı xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə kredit borcu üzrə 271.605,01 manat, faiz borcu üzrə 30.702,60 manat, cəmi 302.307,61 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada «xxxx» ASC-nin xeyrinə tutulması, TK0004019 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş 55BP730 dövlət qeydiyyat nişanlı, 55BP758 dövlət qeydiyyat nişanlı, 55BP759 dövlət qeydiyyat nişanlı, 55BR890 dövlət qeydiyyat nişanlı "Hunday Universi" avtobus markalı nəqliyyat vasitələrinin açıq hərrac yolu ilə satılaraq satışdan əldə olunmuş vəsaitin tutmaya yönəlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(004)-280/2017 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, xx xxxxxx 2014-cü il tarixli TK 000419 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 250.703 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-413/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinə tutma yönəldilməsi hissəsində dəyişdirilmişdir. İpoteka predmetləri olan "Hunday Universe" avtobus markalı 55BP730 dövlət qeydiyyat nişanlı (130000 manat), 55BP758 dövlət qeydiyyat nişanlı (130000 manat), ** BP *** dövlət qeydiyyat nişanlı (130000 manat), 55BR890 dövlət qeydiyyat nişanlı (800000 manat) qiymət müəyyən edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilsə də, kassasiya şikayəti təmin edilməmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçılar Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi iş üzrə yeni qətnamə qəbul ediləsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, maddi hüquq normalarının düzgün tətbiq etməməsini və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçılar və cavabdehin səlahiyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçılar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33-cü (Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ), “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci (Ümumi mülkiyyətdə olan əşyanın ipoteka qoyulması), Mülki Məcəllənin 225-ci (Ərlə arvadın ümumi mülkiyyəti) maddələrinə istinad edərək xx xxxxxx 2014-cü il tarixli TK 000419 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Hazırkı işin materiallarından görünür ki, iddia ərizəsində bir “girov” müqaviləsinin etibarsız hesab edilməsi xahiş edilsə də, xx xxxxxx 2014-cü il tarixli TK 000419 saylı kredit müqaviləsi üzrə bir deyil, dörd - xx.xx.2014-cü il tarixli, TK000419T01 saylı, xx.xx.2014-cü il tarixli, TK000419T02 saylı, xx.xx.2014-cü il tarixli, TK000419T03 saylı, xx.xx.2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələr “xxxx” ASC ilə İddiaçı1 arasında bağlanmış və müqavilələrə əsasən İddiaçı1 məxsus avtonəqliyyat vasitələri ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərlə-arvadın ümumi mülkiyyətinin hüquqi rejimini tənzimləyən normalara istinad edərək müqavilələrin etibarsız hesab edilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq subyektiv hüququ borclu İddiaçı1 ilə zamin İddiaçı2 deyil, avtonəqliyyat vasitələrinin mülkiyyətçisi İddiaçı1 arvadına məxsus ola bilərdi. Hazırkı iddia ərizəsində isə bütün yuxarıda qeyd olunan normalar sadalansa da, ərizədə nə iddiaçılar tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi hüquqi cəhətdən əsaslandırılmış, nə də ki, dörd müqavilədən iddiaçıların konkret olaraq hansının etibarsız hesab edilməsini xahiş etmələri aydın deyil. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yəni, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək subyektiv hüququ olsa idi belə, onlar qeyd olunan maddənin tələbləri baxımdan müqavilələrin etibarsızlığı ilə bağlı iddia irəli sürmək üçün nəzərdə tutulmuş müddəti artıq ötürmüşlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İş materiallarında olan Qobupark Mİİ-nin rəisi Abdullayev Ə., mühəndis Mehdiyev S., sahə nəzarətçiləri Mehdiyev Ş. və Vəliyev S. tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, “Qobupark” yaşayış kompleksi, bina 11, 68 nömrəli dörd otaqlı mənzildə məskunlaşan X8 mənzilinə dəfələrlə gedilmiş, lakin qapı bağlı olmuşdur və mənzildə yaşayış yoxdur. İş materiallarında olan qonşular: Əzimova Gülxanım, Məmmədov Qurban, Əliyev Anar və 57 nəfərdən ibarət digər qonşular tərəfindən tərtib edilmiş ərizənin surətindən görünür ki, Qobu Park 1, bina 11, 68 nömrəli mənzildə yaşayan Arzu adlı xanım dəfələrlə evinə, yaşadığı mənzilə kənar şəxslər dəvət edərək çirkin əməllər nümayiş etdirməklə qonşuları narahat etmiş və qonşular tərəfindən dəfələrlə xəbərdar olunmasına baxmayaraq əməllərindən çəkinməmişdir. Həmin şəxsin sözügedən mənzildən uzaqlaşdırılması xahiş edilmişdir. İş materiallarında olan Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, X8 yaşadığı mənzilin sayğac göstəricisi 53 olaraq göstərilmişdir. İş materiallarında olan Qaradağ rayon Sukanal İdarəsi tərəfindən verilmiş məktubun surətindən görünür ki, X8 yaşadığı mənzilin sayğac göstəricisi 167 olaraq göstərilmişdir. İş materiallarında olan kommunal xidmətlər üzrə ödəniş qəbzlərinin surətlərindən görünür ki, X15 tərəfindən müxtəlif aylar üzrə “Azəriqaz” İB-nə, “xxxx” ASC-nə, “xxxx” ASC-nə kommunal xidmətlər üzrə ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan Qaradağ rayonu, Qobupark 2 ünvanında yerləşən, Azərbaycan Respublikası Təhsil Nazirliyi Zəngilan rayon 20 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 32 və 33 saylı arayışlardan görünür ki, X5 həqiqətən 2020-2021-ci tədris ilində Zəngilan rayon 20 nömrəli tam orta məktəbin Vİİ b sinfində, X10 isə həqiqətən 2020- 2021-ci tədris ilində Zəngilan rayon 20 nömrəli tam orta məktəbin Vİ a sinfində oxuyurlar. İş materiallarında olan K.Mehmandarov adına Şuşa Mərkəzi Rayon Xəstəxanası tərəfindən verilmiş 621 saylı, xx.xx.2020-ci il tarixli tibbi arayışdan görünür ki, ünvan 2 mənzil 68 ünvanında məskunlaşmış 1963-ci ildə anadan olmuş X15 xx.xx.2020-ci il tarixdən Şuşa Mərkəzi Rayon Xəstəxanasının Qobu poliklinikasında “şəkərli diabet tip 2, insulindən asılı forma, diabetik polineyropatiya” diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan qonşular: Sərdarova Zeynəb (mənzil 70), Abbasova Naridə (mənzil 72), Həsənova Təranə (mənzil 101), Salahova Ürxan (mənzil 67), Şahbazova Gülnarə (mənzil 69) tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X15 ailə üzvləri ilə birlikdə Qobu Park 1 yeni yaşayış qəsəbəsində yerləşən 11 saylı binanın 68 nömrəli mənzilinə köçürülmüşdür. Köçürülən vaxtdan bu günədək onların X6 və ailə üzvlərindən heç bir narazılıqları olmamışdır. Qonşularla rəftarları yaxşı və mehriban olmaqla mənzil verilən tarixdən xx.xx.2020-ci il tarixə kimi həmin mənzildə yaşayırlar. İş materiallarında olan “Qobupark” Mİİ-nin rəisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2662 saylı arayışdan görünür ki, X1 rayonundan məcburi köçkündür və Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksində bina 11, mənzil 68-də ailə üzvləri ((həyat yoldaşı X3, oğlu X9, qızı X11, nəvəsi X12, nəvəsi X5) ilə birlikdə müvəqqəti məskunlaşmışdır və hal-hazırda xx.xx.2020ci il tarixdə burada yaşayır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli məktubunun və ittiham aktına əsasən məhkəmə iclasına çağırılmalı şəxslərin siyahısının surətlərindən görünür ki, X2 və X4 zərərçəkmiş şəxslər olduğu ********* saylı cinayət işi baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 11/68 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksindəki 11 saylı evdə yerləşən 68 nömrəli 4 otaqlı mənzil məcburi köçkün olan cavabdehlərə müvəqqəti yaşamaq üçün verilmişdir. İddiaçı cavabdehlərin həmin mənzildə yaşamadığını, bununla da müqavilə şərtlərinin pozulduğunu iddia edərək, müqavilənin ləğvini və cavabdehlərin mənzildən çıxarılmasını tələb edir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Qobupark Mİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt cavabdehlərin həmin yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadığını müəyyən etməyə əsas vermir, digər tərəfdən həmin akt cavabdeh tərəfin izahatları ilə yanaşı “Qobu park 1” yaşayış kompleksində yaşayan qonşuların xx.xx.2020-ci il tarixli aktı, “Qobu park” yaşayış kompleksində yerləşən Zəngilan rayon 20 nömrəli tam orta məktəbin xx.xx.2020-ci il tarixli arayışları, ərazi üzrə poliklinikada dispanser qeydiyyat barədə arayış, kommunal xidmətlər üzrə ödəniş sənədləri, habelə həmin Qobupark Mİİ-nin rəisinin özü tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2662 saylı arayış ilə tam təkzib olunur. Bundan əlavə, iddia ərizəsinə əlavə edilən, 60 nəfər qonşunun imzası ilə cavabdeh A.Məmmədovanın mənzildən çıxarılması xahişi barədə ərizə isə iddiaçının dəlillərinə zidd olmaqla həmin cavabdehin mənzildə faktiki yaşadığını bir daha təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı tərəf iddia tələbinin əsası olan halı (kirayə müqaviləsinin 5.7.1-ci bəndinə əsasən kirayəçi və ailə üzvlərinin yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadığını) sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar