Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2147/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz, qızıl-zinət və şəxsi geyim əşyalarının qaytarılması və əmlak bölgüsü” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zamuj uzun boğaz çəkmə-120 manat, zamuj uzun boğaz çəkmə-80 manat, zamuj qısa boğaz çəkmə- 80 manat, zamuj qısa boğaz çəkmə -50 manat, qısa boğaz çəkmə krem rəngdə-60 manat, Baldini fırmasi basanojka-200 manat, Baldini fırmasi basanojka-200 manat, krem reng basanojka-180 manat, uzun sapaşki-170 manat, basanojka çəhrayı- 250 manat, uzun ağlı qaralı idman ayaqqabısı-50 manat, idman ayaqqabısı boz-50 manat, qara Zara basanojka-180 manat, Batinka setqalı-70 manat, qızılı basanojka-180 manat, krasovka boz-40 manat, krasovka boz-60 manat, stilleto ayaqqabı 4 ədəd-40 manat, (hər biri) ağağ-qara krem setqalı, uzun güllü basanojka-170 manat, krasovka ağ-qara-90 manat, krasovka qara -65 manat, krasovka ağ -70 manat, ağ krasovka-50 manat, qara krasovka- 70 manat, dəri ayaqqabı-80 manat, zamuj hündür basanojka 2ədəd-75 manat, gümüşü Stiletto-90 manat, cins ayaqqabı-80 manat, qara krasovka zamuj-70 manat, vetnamka-30 manat, qaşlı ayaqqabı-25 manat, krem reng dublonka-200 manat, şuba Karalina-2000 manat, layka plaş-180 manat, layka plaş-150 manat, koja kurtka-200 manat, güllü palto- 170 manat, palto boz-160 manat, ağ kurtka-70 manat, qara kurtka-70 manat, qırmızı kurtqa-70 manat, uzun kurtka-250 manat, qısa kurtka- 100 manat, qısa zamuj kurtka-130 manat, layka kurtka-70 manat, uzun plaş-90 manat, balonka kurtka-110 manat, qara uzun pencək zamoklu-250 manat, krem reng -130 manat, boz gödəkçə-120 manat, ağ cins gödəkçə-90 manat, cins gödəkçə-70 manat, ağ setqalı gödəkçə-140 manat, qara setqalı gödəkçə-200 manat, qara Filipleyn firmasının kurtqası-250 manat, qızılı pencək-70 manat, gümüşü pencək-75 manat, ağ qısa qol kurtka-110 manat, vilvet qara-50 manat, vilvet çəhrayı-40 manat, qara qızılı-95 manat, ağ gödəkçə-70 manat, ağ pencək-90 manat, qara cins-70 manat, cins-40 manat, boz cins- 90 manat, göy cins qaşlı gödəkçə-90 manat, qara idman dəst-70 manat, qara idman dəst-70 manat, qara zamuj idman dəst-50 manat, göy idman dəst-100 manat, qırmızı idman dəst-120 manat, qızılı idman dəst-90 manat, qara idman dəst-50 manat, qara zamuj idman dəst-40 manat, boz idman dəst-55 manat, cins filipleyn firması dəst-180 manat, çəhrayı idman dəst-40 manat, qara-qırmızı idman dəst-35 manat, zamuj idman dəst-70 manat, Adidas idman dəst-60 manat, sarı idman dəst-90 manat, ağ-qara idman dəst-70 manat, setkalı kofda qara-120 manat, ipək qara-60 manat, 2 ədəd cins qara-90+90 manat, işləməli köynək-35 manat, ağ köynək- 35 manat, dəri şalvar-100 manat, dəri şalvar-90 manat, dəri pencək-130 manat, don tül qara -200 manat, futboİkalar-50-60 ədəd, Şalvarlar-20-30 ədəd, toy donları-10 ədəd, gündəlik donlar, şortiklər, tulumlar, telefon-2000 manat, dəst donlar, krem rəng dəst-50 manat, qara rəng dəst-80 manat, qara dəst-90 manat, ətəyi dilim olan yubka-120 manat, qaşlı yubka-130 manat, 2 ədəd Zara kofta-70+70 manat, 2 ədəd Zara don-90 manat, zamuj don-160 manat, 2 ədəd koja don-70+60 manat, toy yubka-90 manat, qara don-140 manat, qara don-40 manat, güllü-30 manat, krem don-50 manat, qara don-90 manat, qara don-70 manat, qızılı çanta-60 manat, qara çanta-30 manat, boz çanta-20 manat, Koja çanta-50 manat, Layka çanta-40 manat, çəhrayı çanta -40 manat, krem çanta- 60 manat, ağ çanta- 30 manat, qara çanta-25 manat, qara çanta-25 manat, göy çanta-40 manat, dəst qara-70 manat, gümüşü dəst 90 manat, mirvari dəst-90 manat, saat-250 manat, saat- 350 manat, koja Əlcək-100 manat, 40 manat, kolye dəst- 2000 manat, həri üzüyü-350 manat, braslet- 1000 manat, braslet-1500 manat, sırqa-600 manat, tək qaş-1500 manat, konfet, meyvə qabları-160 manat, divan-3600 manat, bakallar-12+12-300 manat, soba-70 manat, dəst çaşqa-30 manat, toster-40 manat, qazan dəsti-90 manat, pərdələr-150+150 manat, qara divan dəst-300 manat, ədyallar-50+50 manat, 2 ədəd xaİcalar-90 manat +120 manat +40 manat +40 manat, 2 ədəd böyük TV, 1988 manat dəyərində yataq dəstinin Cavabdeh alınaraq İddiaçı geri qaytarılması; **-RB-*** dövlət nömrə nişanlı Range Rover markalı avtomobilinə dair tərəflər arasında 1/2 bölgünün tətbiq edilməsi; ünvan 1 ünvanında 1 otaqdan, 66.5 kv.m-dən ibarət 532 saylı mənzilə dair 2/3 nisbətdə iddiaçının, 1/3 nisbətdə cavabdehin xeyrinə bölgünün aparılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə nikahını rəsmi olaraq Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində xx.xx.2007-ci il tarixdə 1619 №-li aktla qeyd etdirməklə evlənmişlər. Hazırda onun tərəfindən Yasamal rayon məhkəməsində nikahın pozulmasına dair iddia tələbi qaldırılmışdır. Buna baxmayaraq cavabdeh cehiz və şəxsi geyim əşyalarını geri qaytarmır. Birgə nikah dövründə **-RB-*** dövlət nömrə nişanlı Range Rover markalı avtomobil əldə olunmuşdur (DYP-ə müvafiq vəkil sorğusu verilmişdir). Eyni zamanda birgə nikah dövründə ünvan 1 ünvanında 1 otaqdan ibarət 532 saylı mənzil də əldə edilmişdir. Hesab edir ki, bu əmlaklar da birgə nikah dövründə əldə edildiyinə görə aralarında bölünməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddianı müdafiə edərək, təmin edilməsi xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli 532 saylı mənzilin nömrəsi sonradan dəyişdirilərək ona 543 nömrəsi verilmişdir. Həmin mənzil hazırda da iddiaçının adınadır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X9 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfin iddia ərizəsində qeyd olunmuş cehiz əşyaları və paltarlar cavabdehdə deyil. **-RB-*** dövlət nömrə nişanlı Range Rover markalı avtomobil birgə nikah dövründə satılmış, ünvan 1 ünvanında 1 otaqdan, 66.5 kv.m-dən ibarət 532 saylı mənzil isə nikahdan əvvəl alınmışdır. Ona görə də, iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli Nisyə alğı-satqı müqaviləsinin, qaimə arayışın və Ödəniş cədvəlinin surətindən görünür ki, “Praqa” yataq dəsti - 1692 manat, eldinə döşək 160x200 - 126 manat və universal-dəhliz - 180 manat olmaqla, cəmi 1998 manat məbləğində mallar X1. İş materiallarında olan xx xxxxxxx 2007-ci il tarixli “xxxx” MMC-nin çoxmərtəbəli yaşayış binasını inşa etməsi haqqında Müqavilədən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, “xxxx” MMC ünvan 2 ünvandakı 3159-cu məhəllədə inşa edilməkdə olan binada 532 №-li mənzili Cavabdeh sahibliyinə verməyi, Cavabdeh mənzilin ümumi dəyəri olan 49875 ABŞ dolları məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür; “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxxx 2007-ci il tarixli Maliyyə arayışına görə, sözügedən mənzilin dəyərindən 49875 ABŞ dolları ekvivalenti həcmində pul manatla payçı Cavabdeh tərəfindən tam ödənilmişdir və borc məbləği qalmamışdır. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxx 2021-ci il tarixli **********13 №-li məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 196, məhəllə 3159, 532 saylı mənzil “xxxx” MMC-nin xx xxxxx 2006-cı il tarixli maliyyə arayışına, “xxxx” MMC ilə bağlanmış xx xxxxx 2006-cı il tarixli müqaviləyə əsasən xx xxxxxxx 2020-ci il tarixində X2 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx xxxxxx 2021-ci il tarixli məktubuna əlavə edilmiş nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışından görünür ki, xx xxxxxx 2014-cü il tarixli AC334314 №-li Şəhadətnamə ilə, “RANGE ROVER” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı “iddia ərizəsində sadalanan çoxsaylı cehiz, qızıl-zinət və şəxsi geyim əşyalarının qaytarılması” tələbinə münasibətdə iddiasını belə əsaslandırmışdır ki, həmin əmlaklar cavabdehdə olmasına baxmayaraq cavabdeh onları geri qaytarmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, qeyd edilən hissədə iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Onu da nəzərə almaq lazımdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Lakin iddiaçı həmin hissədə iddia tələbini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə iddianın həmin hissəsi cavabdeh tərəfindən etiraf edilməmişdir. Məhkəmənin qənaətinə görə, 1988 manat dəyərində yataq dəstinin xx xxxx 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinin, qaimə arayışının və Ödəniş cədvəlinin mövcudluğu da istinad edilən hissədə fərqli nəticəyə gəlməyə əsas vermir. Əvvəla, həmin sənədlərdə alıcı kimi X7 göstərilmişdir. Digər tərəfdən iş materiallarından və tərəflərin izahatlarından tərəflərin 2007-ci ildə rəsmi nikaha daxil olduqları müəyyən edilmişdir. Bu mənada, nikahından 12 il keçəndən yaxınları tərəfindən iddiaçıya cehiz kimi yataq dəstinin alması inandırıcı olmamaqla yanaşı, hamılıqla qəbul edilən adət-ənənə ilə də uzlaşmır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi “iddia ərizəsində sadalanan çoxsaylı cehiz, qızıl-zinət və şəxsi geyim əşyalarının qaytarılması” hissəsində əsaslı deyildir və təmin olunmamalıdır. İddia tələbinin digər (mübahisəli avtomobilin tərəflər arasında 1/2 hissədə, mübahisəli mənzilin isə 2/3 və 1/3 nisbətində bölünməsi) hissəsi isə belə əsaslandırılmışdır, həmin avtomobilin və mənzil birgə nikahları dövründə (cavabdehin adına rəsmiləşdirilməklə) əldə edildiyindən onlar aralarında bölünməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1 və 32.2). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1 və 37.2). Göründüyü kimi, İddiaçı iddia tələbinin qanuni əsası kimi istinad olunan mülki qanunvericiliyin tələblərinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İndiki halda isə, iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu iddia etdiyi mübahisəli avtomobilin tərəflərin birgə nikahı dövründə əldə edildiyi tərəflərin izahatları və işdəki mövcud sübutlarla öz təsdiqini tapsa da, mübahisəli mənzilin iddia edildiyi kimi birgə nikah dövründə əldə edilmiş əmlak kateqoriyasına aid olduğunu müəyyən edilməmişdir. Belə ki, yuxarıda da göstərildiyi kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx xxxxxx 2021-ci il tarixli məktubu ilə “RANGE ROVER” markalı **- RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxx 2014-cü il tarixdə cavabdehin adına qeydiyyata alındığı və hazırda da onun mülkiyyətində olduğu öz təsdiqini tapmışdır. Mübahisəli mənzilə müqavilənin isə tərəflərin nikaha daxil olduqları 2007-ci ilin dekabr ayından daha əvvəl – yəni, xx xxxxxxx 2007-ci il tarixdə bağlandığı və dəyərinin də həmin tarixdə ödənilmiş olduğu müəyyən edilmişdir. Digər tərəfdən, məhkəmə araşdırılması zamanı iddiaçının 2/3 və 1/3 nisbətində bölünməsini istədiyi sözügedən ünvandakı 532 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində X2 adına ilkin qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətində olduğu müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi mübahisəli 532 saylı mənzilin nömrəsinin sonradan dəyişdirilərək ona 543 nömrəsinin verildiyini bildirsə də, buna dair müvafiq sübutları təqdim etməklə iddiasını dəqiqləşdirməmişdir. Bu mənada məhkəmə hesab edir ki, hətta həmin mənzilin tərəflərin birgə nikahları dövründə əldə edildiyi fərziyyə olaraq qəbul edilsə idi belə, iddia ərizəsi bu formada hər bir halda təmin edilə bilməzdi (belə ki, iddiada məhz 532 saylı mənzilin bölgüsü tələb edilir). Nəzərə alınmalıdır ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM-nin 218.3-cü maddəsinə əsasən). Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahı dövründə əldə olunmuş “RANGE ROVER” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil bərabər paylara bölünməklə, bu əmlakın 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh mülkiyyət hüququ tanınmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan “Range Rover” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə Cavabdeh və 1/2 hissədə isə İddiaçı payı müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2147/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2147/2021
21.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver