Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2163/2023 18.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5095/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5095/2022 saylı icra sənədi Xətai rayon İcra və probasiya şöbəsinin icraatına verilmişdir. Həmin icra sənədinə əsasən iddiaçının əmək haqqının 1/3 hissəsi tutularaq, tələbkar Cavabdeh xeyrinə aliment qismində ödənilməli və ödənilmə tarixi 12 avqust 2022-ci ildən hesablanmalıdır. Halbuki, tərəflər 2022-ci ilin fevral ayından ayrı yaşasalar da, iddiaçı uşaqlarının və keçmiş həyat yoldaşının yaşam xərcləri və s. üçün hər ay təxminən 1000 manat məbləğində vəsait xərcləmişdir. 2022-ci ilin fevral ayından - 2022-ci ilin avqust ayının 12-dək olan müddətə 4207 manat, 2022-ci ilin avqust ayınm 12dən — 2022-ci ilin dekabr ayının 20-nə kimi olan müddətdə isə 3375 manat məbləğində xərcləri ödəmiş və bu xərclər ancaq çekləri iddiaçıda olan vəsaitlərin ödənişlərdir. Əlavə ödədiyi xeyli miqdarda vəsaitlərin isə ödəniş çeki olmadığından iddiaçı həmin vəsaitlərə toxunmur. Keçmiş həyat yoldaşı ilə ayrı yaşasalar da münasibətləri tam kəsilməmiş, telefonda (**********) Whatsapp yazışmaları davamlı şəkildə olmuş, cavabdeh ev üçün lazım olan xərcləri, bazarlıqları və digər vəsaitləri iddiaçının Whatsapp nömrəsinə yazıyla bildirmiş, iddiaçı isə ya həmin gün, ya da, bir gün sonra həmin ehtiyacları təmin etmişdir. Vatsap yazışmaları və həmin yazışmalara uyğun “bazarlıq” və s. xərclərinin çekləri iddiaçıda qalmaqdadır. İddiaçı Xətai rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, 2022-ci ilin avqustun 12-dən - 2022-ci ilin dekabrın 20-dək olan müddətdə ödədiyi 3375 manat vəsaiti ödədiyini nəzərə alıb, 2022-ci ilin avqustun 12-dən - 2022-ci ilin dekabrın 20-nə kimi olan müddət üçün ödəyəcəyi aliment borcunu ödənilmiş hesab edilməsini nəzərə almalarını xahiş etsə də, tələbkar qismində çıxış edən cavabdehin qəti etirazı ilə müraciəti müsbət qarşılanmadı və iddiaçının onun xərclərini ödədiyi vəsaiti, xərcləri etiraf etsə də, həmin xərclərin alimentə aidiyyəti olmamasını əsas gətirmiş və alimentin həmin hissəsində də ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, onlar ailə olaraq iddiaçının xalasına məxsus evdə yaşayırdılar, münasibətləri pozulduqdan sonra o, həmin mənzildən çıxdı, cavabdeh və uşaqlar isə həmin mənzildə qaldı. Hal-hazırda digər məhkəmədə bununla bağlı mübahisə var. Belə ki, xalası evin boşaldılmasını istəyir, cavabdeh isə buna etiraz edir. Neçə müddətdir cavabdeh onun heç uşaqları ilə ünsiyyətinə imkan vermir. Sonuncu dəfə o, uşaqlarını Novruz bayramında həyətdə tonqalın yanında gedib görmüşdür. O heç vaxt uşaqlarının tələbatlarını ödəməkdən boyun qaçırmayıb, bundan sonra da belə fikri yoxdur, amma artıq ödədiyi pulları ondan təzədən tutulması ədalətsizdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, əgər iddiaçının müvafiq qəbzləri və sübutları var idisə, nikahın pozulması ilə bağlı işə baxılarkən məhkəməyə təqdim etməli idi, indi yox. İddianın qismən əsaslılığı qəbul edilsə belə, iddiaçı mübahisələndirilən aylar üçün aliment öhdəliyindən azad edilməməli, ödənilmiş məbləğ məhkəmə qətnaməsi əsasında ödənilməli olan məbləğdən çıxılmalıdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5095/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia ərizəsi təmin edilmiş; İddiaçı ilə Məmmədbəyova (Feyzullayeva) Nərgiz Zaur qızı arasında xx.xx.2012-ci il tarixdə Səadət Sarayı Bakı nikah evində akt qeydləri kitabında 2690 nömrə ilə qeyd edilmiş nikah pozulmuş; nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 anaları Cavabdeh yanında saxlanılmış; xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Alimentin məhz xx.xx.2022-ci il tarixdən tutulmasının əsası kimi qətnamədə aşağıdakılar qeyd olunmuşdur: “ ... “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan görünür ki, Cavabdeh uşaqlar üçün alimentin ödənilməsi barədə ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur”. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı “Azəriqaz” İstehsalat Birliyində şöbə rəisinin müavini vəzifəsində işləyir və aldığı aylıq əmək haqqı 3117 manat təşkil edir. İş materiallarında olan qəbzlərdən görünür ki, mübahisələdirilən zaman kəsiyi üçün cavabdehin uşaqlarla birlikdə yaşadığı Bakı şəhəri, Əliyar Əliyev küçəsi, 26/11N, mənzil 1082 üzrə müvafiq kommunal ödənişlər İddiaçı tərəfindən icra edilmişdir. İş materiallarında olan və mənbəyi cavabdeh tərəfindən mübahisələndirilməyən Whatsapp tətbiqindən çıxarışlardan (*tətbiq yüklənmiş mobil telefon və müvafiq yazışmalar məhkəmə iclasında da tədqiq edilmişdir) görünür ki, 2022-ci ilin avqust-dekabr aylarında iddiaçı tərəfindən uşaqların bütün gündəlik tələbatları qarşılanmış, hətta müəyyən xərclər cavabdeh tərəfindən ödənildikdə belə, qəbzlər iddiaçıya göndərilmiş və iddiaçı ödənilmiş məbləğləri qarşılamışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə 2022-ci ilin fevral-dekabr aylarında (*tərəflər ayrı yaşamağa başladıqdan nikah pozulan müddətədək) bazarlığa xərclənmiş vəsaitlərə dair ödəniş qəbzlərini də əlavə etmiş, həmin ödənişlərin icra edilməsi də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Halbuki, iş materiallarında olan poçt qəbzlərindən görünür ki, Cavabdeh ona məhkəmə tərəfindən ünvanlanan göndərişləri şəxsən qəbul etmiş => iddiaçının dəlillərindən məlumatlı idi. Cavabdeh vəkili Vəkil məhkəmə iclasında irəli sürdüyü yeganə kontrarqument ondan ibarət olmuşdur ki, İddiaçı mövcud olan sübutları gərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5095/2022 saylı qətnaməsi qəbul edilənədək təqdim edərdi. Məhkəmə həmin dəlilə tənqidi yanaşır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişmək və ya tərəfi aliment ödəməkdən azad etmək imkanını nəzərdə tutur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Digər tərəfdən, Ailə Məcəlləsinin 100.1-ci maddəsinə müvafiq olaraq, aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ailə Məcəlləsinin 100.1-ci maddəsinin məzmunundan göründüyü kimi, qanunverici istənilən şəxsin deyil, məhz «aliment almaq hüququ olan şəxs»in …… «aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq» ….. ərizə ilə müraciət etmək hüququna malik olduğunu qeyd etmişdir. Bu mənada məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 100.1-ci maddəsində nəzərdə tutulmuş ərizəçinin aliment almaq hüququ həmin Məcəllənin 75.4-cü maddəsinin tələbləri baxımından nəzərdən keçirilərək qiymətləndirilməli və valideynin uşaqları saxlamadığı müəyyən edildiyi an həmin hüququn yaranması anı kimi qiymətləndirilməlidir. Maddənin dispozisiya şərtində göstərilən «aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq» ifadəsi isə belə hüququn yarandığı andan sonrakı istənilən dövrü nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulması müddəası mübahisənin faktiki halları Ailə Məcəlləsinin 75.4-cü maddəsinin dispozisiya şərtinə uyğun olduğu halda (cavabdeh valideyn uşaqlarını saxlamadıqda) tətbiq edilməlidir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hazırkı işin mübahisələndirilən hallarını Ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları baxımından qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının dəlilləri əsaslıdır. Belə ki, nikahın pozulmasına dair mülki işin məhkəmədə baxıldığı müddətdə iddiaçı tərəfindən uşaqlarının saxlanılması iş materialları ilə təsdiq olunur və faktiki olaraq cavabdeh tərəfindən mübahisələndirilmir. Belə olan halda iddiaçıdan həmin müddət üçün yenidən alimentin tutulması qanunsuz, əsassız və tərəflərin hüquqları arasında ədalətli tarazlığı pozmuş olardı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 5095/2022 saylı qətnaməsinə əsasən yaranmış 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunmalı və həmin aylar üçün hesablanmış aliment borcu silinməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 5095/2022 saylı qətnaməsinə əsasən yaranmış 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunsun və həmin aylar üçün hesablanmış aliment borcu silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2163/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2163/2023
18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver