Məhkəmə qərarları › İş №2(001)-2179/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2179/2021

11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2179/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 Məhəmməd qızına və Cavabdeh2 qarşı cehiz əmlakının götürülməsi ilə bağlı maneənin aradan qaldırılması tələbinə dair iddiasi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mənə məxsus cehiz əşyalarım mətbəx mebeli 12 ədəd şkaf (1500 manat), stol (800 manat), 2 mərtəbəli uşaq krovatı (700 manat), yataq dəsti 2 tunba, komot, və 6 qapılı şfaner (2500 manat), iki dəst divan kreslo (1000 manat), stol-stul dəsti (600 manat), stenka mebel (3000 manat), 4 ədəd xalça (1000 manat), 1 ədəd palma ağacı (70 manat), 1 ədəd paltar yuyan maşın (700 manat), 4 ədəd pərdə (300 manat), soba 1 ədəd, 1 ədəd tozsoran 400 manat), 5 dəst çay servisi, 2 dəst bokal, İ ədəd televizor (800 manat), 1 ədəd Gepas ətçəkən maşın (100 manat), 1 ədəd ütü (70 manat), 1 ədəd fen (80 manat), 4 ədəd döşək, 5 ədəd yorğan (döşək yorğan cəmi 1000 manat), 2 dəst obed servisi, 5 cəst çay dəsti, bir neçə dəst boşqablar (bütün qab dəstlərim 4000 manat), qaşıq, çəngəllər (250 manat), 2 ədəd lustr çıl-çıraq (700 manat), yumşaq oyuncaqlar, 3 cəst bakallar, 7 ədəd vazalar, 8 ədəd məhrabalar, 8 ədəd can dəsmalları, 5 ədəd ataq dəstim, 7 ədəd pokrival, 5 ədəd çay dəsmalı (bütün pokrıval, məhrabalar 900 manat), süfrələr (500 manat), pərdələr (300 manat), 20 ədəd gül dibçəyim, ləpə qablarım, saatlar, mətbəx üçün qabları, 100 ədəd kasetlər, 1 ədəd krosnu antena (70 manat), DVD lcrosna aparatı (50 manat), plensteyşn (50 manat), 1 ədəd uşaq -stulu (70 manat), bankalar, geyim əşyaları, eləcə də dublyonka (600 manat) və s. cehiz əşyalarımın götürülməsi ilə bağlı manenin aradan qaldırılması, evə yerləşdirilməsi, əks halda zədələnmiş və ya yararsız hala salınmış cehiz əşyalarımın dəyərinin 22.140 (iyirmi iki min yüz qırx ) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X7 ilə xx xxxx 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan 2 övladı dünya gəlmişdir. xx xxxxxx 2003cü il təvəllüdlü Cavabdeh2 İlham oğlu, xx xxx 2006-cı il təvəllüdlü X8 anadan olmuşlar. O, ailə həyatı qurduqdan sonra birgə nikah dövründə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 40, ev 17 B saylı evi valideynlərinin dəstəyi, köməyi ilə tikərək orada ailə, yəni əri və uşaqları ilə birgə yaşamışdır. Ona məxsus cehiz əşyaları da həmin evdə onun istifadəsində olmuşdur. Bir müddət o əri ilə mehriban dolansa da, sonradan ailə münasibətləri pozulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-498/2018 saylı. xx.xx.2018-ci il tarixli qətnaməsi ilə əri X7 ilə olan nikah münasibətlərinə xitam verilmiş, azyaşlı uşaqların onun yanında saxlanması qət edilmişdir. O, əri ilə nikah münasibətlərinə daxil olarkən cehiz əşyaları, gündəlik istifadəsində olan digər əşyalar, geyim əşyaları, birgə nikah dövründə tikdirdiyi evdə onun istifadəsində olmuşdur. Sonradan onun ailə münasibətlərində gərginlik yarandığı zaman o, evindən qovulmuş və nikahım məhkəmə qaydasında pozulduqdan sonra cavabdehlər tərəfindən həmin evə buraxılmamışdır. Hətta bununla bağlı onun cavabdehlərə qarşı birgə nikah dövründə tikdirdiyim evə “evə köçürülmə” barədə iddia tələbi Binəqədi rayon məhkəməsində mülki işə baxılarkən istifadəsində olan cehiz əşyalarının üzərinə iddianın təmin tədbiri kimi həbs qoydurmuşdur. Ona məxsus cehiz əşyaları Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 10361/2018 saylı qərardadı ilə həbsdə olduğu zaman cavabdehlər ondan gizlin icazəsi olmadan cehiz əşyalarını, eləcə mətbəx mebelini sökdürərək qanunsuz olaraq onların evdən boşaldılaraq həyətdə istifadədə olan anbar olan nəm bir otaqa yığmışdırlar. O, məhkəmənin iddianın təmin tədbiri barədə qərarın icrası zamanı evində istifadəsində olan ona məxsus cehiz əşyalarını aşkar edə bilməmişdir. Cehiz əşyalarını soruşduqda ona məxsus cehiz əşyaların həyətdəki anbara yığılmasını, açarın da mənə verilməməsi və həmin əşyaların oradaca qalmasını baldızı Hicran İnadkarlıqla bildirmişdir. Məhkəmənin qərarı ilə o, evə köçürüldüyü zaman dəfələrlə cehiz əşyalarını evimə yığılmasını bildirdikdə cavabdeh Hicranla mübahisələri yaranmışdır. Artıq məhkəmənin qərarının icrası ilə evə köçürüldüyü zaman zaman baldızı Hicran cehiz əşyalarının üzərində həbsin olmasını bəhanə edərək cehiz əşyalarının üzərindən həbsi götürüldüyü təqdirdə ona məxsus cehiz əşyalarının verilməsini bildirərək onu aldatmışdır. O da cavabdehin yalan sözünə inanmaqla məhkəməyə müraciət edərək Binəqədi Rayon Məhkəməinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1622/2019 saylı qərardadı ilə əşyalarının üzərindən həbsi götürmüşdür. Lakin həbsi götürdükdən sonra baldızı yenə də ona cehiz əşyalarını verməmiş, həmin əşyaları ona evinə yerləşdirməyi imkan verməmişdir. Baldızı onun cavabdehlərə qarşı olan evə köçürülmə iddia məhkəmədə baxıldığı zaman görünüş üçün onun cehiz əşyaralarını qanunsuz evdən çıxararaq öz əşyalarını ora yerləşdirməklə guya həmin evin ona məxsus olmasını hamıya inandırmaqla yekunda məhkəməni səhv nəticəyə gəlməsinə inandırmaq istəyirdi, hətta onun mətbəx mebelini də sökdürürək mətbəxdən çıxartmışdır. Cavabdeh Hicran onunla mübahisəli evdə yaşamadığı halda onun əri ilə nikahları pozulduğu zaman evə zorla girərək və öz əşyalarını yerləşdirərək, onun həmin evə köçürülməsinə mane olmağa çalışmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-6388/2019 saylı qərarı ilə o, evə köçürüldükdən sonra cehiz əşyalarının həyətdəki anbardan götürərək evə yenidən evə yerləşdirməsinə cavbdehlər imkan verməmişdir. Dəfələrlə bununla bağlı o, hüquq mühafizə orqanlarına müraciət etsə də, aralarındada olan mübahisənin mülki xarakterli olmasını və bununla bağlı məhkəməyə müraciət olunmağı tövsiyyə edilmişdir. O, cehiz əşyalarını götürərək yenidən evinə yığılması barədə cavabdehlərlə razılıq əldə edə bilməmişdir. Ona məxsus olan cehiz əşyaları, məhkəmə araşdırması zamanı üzərinə həbs qoyulmuş olsa belə evdən qanunsuz sökülərək çıxarılmış, anbara yerləşdirilmiş. 2 il ərzində o əmlakından məhrum olunmuşdur. Həmin əmlaklar artır yararsız hala düşdüyündən dəyərini itirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehlər keçmiş qaynanası və baldızıdır. Cavabdeh2 ilə boşanmışlar. Mülk üstündə söz-söhbətlər getmişdir. Baldızı gəlib oun evinə qanunsuz girərək, özününki elan etmişdir. Məcburi evə girərək evdən çıxmırlar. Əşyalarına həbs qoydurmuşdur. Lakin üzərinə həbs qoyulmuş əşyalarını cavabdehlər başqa otağa yığaraq qapısını bağlamışlar. Evə köçürmə icra olunmasına baxmayaraq əşyalarını götürə bilmir. Əşyalarının götürülməsinə edilən maneənin aradan qaldırılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmələrinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izhatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixində verilən, AZ-İ seriyalı, 322649 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X3 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2018-ci il tarixində 62 № ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-1622/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı və iki azyaşlı övladı Cavabdeh2 İlham oğlu, X8 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 40, 17 B saylı evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1622/2019 saylı , xx xxxxxx 2020-ci il tarixli qərardadından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 10361/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 40, ev 17 B ünvanında yerləşən mənzildə olan mətbəx mebeli 12 şkaf, 2 mərtəbəli uşaq kravatı, yataq səsti 2 tunba, komot və 6 qapılı şifoner, iki dəst divan, kreslo, stol-stul dəsti, stenka mebel, 4 ədəd xalça, 1 ədəd palma ağacı, uşaq stolu, 1 ədəd paltaryuyan maşın, 4 ədəd pərdə, soba 1 ədəd, 1ədəd tozsoran, 5 dəst çay servisi, 2-dəst bakal, 1 ədəd televizor, 1 ədəd DVD, 1 ədəd krosnu antena, 1 ədəd “Gepas” ətçəkən maşının üzərinə həbs qoyulmaqla siyahıya alınaraq salamatlığının təmin edilməsi vəzifəsi cavabdehlər X4 və Cavabdeh3 həvalə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1622/2019 saylı , xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə həmin əmlaklar üzərinə qoyulmuş bütün məhdudiyyətlərin ləğv edilməsi və həbsin götürülməsi qərara alınmışdır. Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Hüseynov Ə.Q, tələbkar İddiaçı, borclu Cavabdeh3, hal şahidi Qasımova Nüçabə İbrahim qızının iştirakı ilə tərtib edilən aktdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-10361/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadının icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 40, 17 B saylı evdə həmin icra vərəqində sadalanan əşyalara baxış keçirilmişdir. İcra sənədində qeyd edilən əşyaların 1 ədəd xalçadan başqa hamısının yerində olduğu müəyyən edilmişdir. Həmin əmlaklar üzərinə həbs qoyulmuş sağlamlığının təmin edilməsi və saxlanması üçün Cavabdeh3 Həbib qızına təhvil verilmişdir. Məhkəməyə təqdim edən icraçılar tərəfindən tərtib edilmiş video görüntüdən müəyyən edilir ki, cavabdehlər iddiaçıya məxsus əşyaları ona təhvil verməkdən imtina edirlər. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilə AA seriyalı, 231351 saylı vəsiqədən görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mülki iş üzrə cavabdehlər iddiaçının keçmiş həyta yoldaşı, baldızı və qaynanasıdır. İddiaçı ilə Cavabdeh2 Vəli oğlu rəsmi nikah münasibətlərində olduqları dövrdə iddiaçıya məxsus cehiz əmlakı cavabdeh ilə birlikdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 40, ev 17 B ünvanına yerləşdirilmişdir. Tərəflər arasında nikah münasibətləri pozulduqdan sonra cavabdehlər iddiaçıya yaşadığı mənzildən və cehiz əmlakından istifadəyə maneələr yaratmışlar. Bunların qarşısının alınmas üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 1622/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı və iki azyaşlı övladı Cavabdeh2 İlham oğlu, X8 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 40, 17 B saylı evə köçürülməsi qət edilmişdir. Həmçinin Binəqədi Rayon Məhkəməsinin 2(001)-10361/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 40, ev 17 B ünvanında yerləşən mənzildə olan mətbəx mebeli 12 şkaf, 2 mərtəbəli uşaq kravatı, yataq səsti 2 tunba, komot və 6 qapılı şifoner, iki dəst divan, kreslo, stol-stul dəsti, stenka mebel, 4 ədəd xalça, 1 ədəd palma ağacı, uşaq stolu, 1 ədəd paltaryuyan maşın, 4 ədəd pərdə, soba 1 ədəd, 1ədəd tozsoran, 5 dəst çay servisi, 2-dəst bakal, 1 ədəd televizor, 1 ədəd DVD, 1 ədəd krosnu antena, 1 ədəd “Gepas” ətçəkən maşının üzərinə həbs qoyulmaqla siyahıya alınaraq salamatlığınınn təmin edilməsi vəzifəsi cavabdehlər X4 və Cavabdeh3 həvalə edilmişdir. Lakin hal-hazırda iddiaçı cavabdehlərin qanunsuz təsirləri nəticəsində ona məxsus olan cehiz əmlakından istifadə edə bilmədiyini, həmin əmlakların ona təhvil verilmədiyini və mülkiyyət hüquqlarının pozulduğunu iddia edir. İş materialı kimi təqdim edən CD diskdəki videolardan görünür ki, cavabdelər iddiaçıya məxsus cehiz əmlakını ona təhvil verməkdən imtina edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində sadalanmış cehiz əşyalarının götürülməsi ilə bağlı manenin aradan qaldırılması, evə yerləşdirilməsi, əks halda zədələnmiş və ya yararsız hala salınmış cehiz əşyalarının dəyərinin ona ödənilməsini xahiş etsədə, onun faktiki olaraq tələbinin mahiyyəti iddiaçıya məxsus olan əşyaların götürülməsinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılmasıdır. Yəni iddianın hüquqi əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının məhkəmə qətnaməsinə əsasən köçürüldüyü evdə əşyaları olmuşdur, mübahisə həll edilənədək həmin əşyaların üzərinə həbs qoyulmuşdur və həmin əşyalar evdə yerləşən otaqlardan birinə yığılaraq cavabdehlərə təhvil verilmişdir. Mübahisə həll olunduqdan sonra iddiaçı evə köçürüldüyü zaman ona, üzərinə həbs qoyulmuş və hazırki iddia tələbində qeyd olunan əşyalar təhvil verilməmiş və iddiaçının mülkiyyət üzərində sahiblik hüququnun həyata keçirilməsinə maneə törədilmişdir. Belə ki, iddia tələbində göstərilən əşyaların mövcudluğunu və iddiaçıya məxsus olması Binəqədi Rayon Məhkəməsinin 2(001)-10361/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə, həmin əşyaların cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 40, 17 B saylı evdə olması isə iş materiallarında olan icra məmuru tərəfindən tərtib edilən və Cavabdeh3 tərəfindən imzalanan aktla təsdiq olunur. Cavabdehlərin həmin əşyaları ona təhvil verməkdən imtina etməsi, iddiaçının əşyalarını götürülməsi ilə bağlı maneənin olduğu icra məmuru tərəfindən aparılmış video çəkilişdən müşahidə olunur. Odur ki, iddia təmin edilməli, cavabdehlər tərəfindən iddiaçıya məxsus olan və iddia ərizəsində sadalanan əşyaların götürülməsinə yaratdıqları maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 Məhəmməd qızına və Cavabdeh2 qarşı cehiz əmlakının götürülməsi ilə bağlı maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməli, iddiaçıya məxsus olan 12 ədəd şkaf (1500 manat), stol (800 manat), 2 mərtəbəli uşaq kravatı (700 manat), yataq dəsti 2 tunba, komot, və 6 qapılı şifoner (2500 manat), iki dəst divan-kreslo (1000 manat), stol-stul dəsti (600 manat), stenka mebel (3000 manat), 4 ədəd xalça (1000 manat), 1 ədəd palma ağacı (70 manat), 1 ədəd paltar yuyan maşın (700 manat), 4 ədəd pərdə (300 manat), soba 1 ədəd, 1 ədəd tozsoran 400 manat), 5 dəst çay servisi, 2 dəst bokal, İ ədəd televizor (800 manat), 1 ədəd Gepas ətçəkən maşın (100 manat), 1 ədəd ütü (70 manat), 1 ədəd fen (80 manat), 4 ədəd döşək, 5 ədəd yorğan (döşək yorğan cəmi 1000 manat), 2 dəst obed servisi, 5 cəst çay dəsti, bir neçə dəst boşqablar (bütün qab dəstləri 4000 manat), qaşıq, çəngəllər (250 manat), 2 ədəd çıl-çıraq (700 manat), yumşaq oyuncaqlar, 3 dəst bakallar, 7 ədəd vazalar, 8 ədəd məhrabalar, 8 ədəd can dəsmalları, 5 ədəd ataq dəstim, 7 ədəd pokrival, 5 ədəd çay dəsmalı (bütün pokrıval, məhrabalar 900 manat), süfrələr (500 manat), pərdələr (300 manat), 20 ədəd gül dibçəyi, ləpə qabları, saatlar, mətbəx üçün qabları, 100 ədəd kasetlər, 1 ədəd krosnu antena (70 manat), DVD krosna aparatı (50 manat), pleysteyşın (50 manat), 1 ədəd uşaq stulu (70 manat), bankalar, geyim əşyaları, dublyonka (600 manat) əşyaların götürülməsi ilə bağlı cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçıya məxsus olan aşağıda qeyd edilən əşyaların: 1)12 ədəd şkaf (1500 manat), 2)stol (800 manat), 3)2 mərtəbəli uşaq kravatı (700 manat), 4)yataq dəsti 2 tunba, komot və 6 qapılı şifoner (2500 manat), 5)iki dəst divankreslo (1000 manat), 6)stol-stul dəsti (600 manat), 7)stenka mebel (3000 manat), 8)4 ədəd xalça (1000 manat), 9)1 ədəd palma ağacı (70 manat), 10)1 ədəd paltar yuyan maşın (700 manat), 11)4 ədəd pərdə (300 manat), 12)soba 1 ədəd, 13)1 ədəd tozsoran (400 manat), 14)5 dəst çay servisi, 2 dəst bokal, 15)1 ədəd televizor (800 manat), 16)1 ədəd Gepas ətçəkən maşın (100 manat), 17)1 ədəd ütü (70 manat), 18)1 ədəd fen (80 manat), 19)4 ədəd döşək, 5 ədəd yorğan (cəmi 1000 manat), 20)2 dəst obed servisi, 5 cəst çay dəsti, bir neçə dəst boşqablar (cəmi 4000 manat), 21)qaşıq, çəngəllər (250 manat), 22)2 ədəd çıl-çıraq (700 manat), 23)yumşaq oyuncaqlar, 3 dəst bakallar, 7 ədəd vazalar, 24)8 ədəd məhrabalar, 8 ədəd can dəsmalları, 5 ədəd yataq dəsti, 7 ədəd pokrival, 5 ədəd çay dəsmalı (bütün pokrıval, məhrabalar 900 manat), 25)süfrələr (500 manat), 26)pərdələr (300 manat), 27)20 ədəd gül dibçəyi, ləpə qabları, saatlar, mətbəx üçün qabları, 100 ədəd kasetlər, 28)1 ədəd krosnu antena (70 manat), 29)DVD krosna aparatı (50 manat), 30)playstation(50 manat), 31)1 ədəd uşaq stulu (70 manat), 32)bankalar, geyim əşyaları, 33)dublyonka (600 manat) iddiaçı tərəfindən götürülməsinə cavabdehlər Cavabdeh3, Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar