Məhkəmə qərarları › İş №2(001)-2235/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2235/2021

06.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2235/2021 06.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X14 oğlunun katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1nə (MMC) qarşı “müqavilənin hüquqlarına toxunan hissədə etibarsız hesab edilməsi” tələbinə dair ilk, Cavabdeh2 Cavabdeh1 MMCyə, İddiaçı Mahmud oğluna və Cavabdeh4 qarşı “işlərin yerinə yetirilmə faktının təsdiq edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə 06 dekabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər arasında imzalanmış 03 aprel 2006-cı il tarixli müqavilənin onun maraqlarına toxunan hissədə, yəni Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən C korpusu; 1,4,6,8 K-M-N-Nİ oxları arasında, hündürlüyü 5 metr, sahəsi 192,84 kv.metr olan, E korpusu; 21, 23, 24, 25, 27, 4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.metr olan, C korpusu, K-N hərifoxları və 8-10 rəq. oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.metr olan, A2 korpusu, K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 194 kv.metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 MMC tərəfindən İlqar Ağahəhimoviçə satılması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh2 İddiaçı, Cavabdeh1 MMC-yə və Cavabdeh4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, onunla Cavabdeh1 MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli, 23 saylı müqavilə üzrə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında onun sahibliyinə və istifadəsinə təhvil verilmiş, ümumi sahəsi 4564 kv.metr olan qeyri-yaşayış sahələrində onun tərəfindən pəncərələrin və qapıların quraşdırılması, eləcə də, daxili kommunikasiya xətlərinin çəkilməsi, obyektlərdə təmir və tamamlama işlərinin görülməsi, həmçinin obyektlərin ətraf ərazisində gediş-gəliş yollarının müasir tipdə yüksək keyfiyyətli materiallarla təmiri və s. bu kimi tikinti işlərinin yerinə yetirilməsi faktının təsdiq olunması, həmin təmir-tikinti işlərinin aparılmasına İddiaçı, Cavabdeh1 MMC və Cavabdeh4 tərəfindən edilən müdaxilələrin qanunsuz hesab edilməsi, müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəliklərin, yəni ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac materiallarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işlərinin Cavabdeh1 MMC tərəfindən yerinə yetirilməmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1 ilk iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, “alıcı” İddiaçı ilə “icraçı” Cavabdeh1 MMC arasında 23 noyabr 2005-ci il tarixli, 11 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, “icraçı” Bakı şəhəri, Atatürk pr. 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və dövlət tikinti komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi həyata keçirməyi, “alıcı” isə həmin sahədə aparılan tikintini maliyyələşdirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə görə, icraçı tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin C korpusu; 1,4,6, 8, K-M-N-N1 oxları arasında, hündürlüyü 5 metr, sahəsi 192,84 kv.metr olan obyekti aşağıdakı şərtlərlə alıcıya təhvil verir: Ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac materiallarından) şüşələnmiş vəziyyətdə; yüksək keyfiyyətli suvağ işləri. Həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin 2-ci bəndində göstərilən obyektin hər kv.metrini dəyəri 300 ABŞ dolları qiymətləndirilməklə, 57852 ABŞ dolları təşkil edir. “Alıcı” müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri elə həmin gün icra etmiş və Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş 23 noyabr 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 23 noyabr 2005-ci il tarixli, 11 saylı müqaviləyə əsasən, ********* (iki yüz altmış altı milyon yüz on doqquz min iki yüz) manat məbləğində pulu tam şəkildə ödəmişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 23 noyabr 2005-ci il tarixli, 12 saylı müqavilənin 2-ci bəndinə əsasən, “icraçı” adlanan Cavabdeh1 MMC tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin E korpusu; 21, 23,24, 25,27, 4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.metr olan obyekti aşağıdakı şərtlərlə “alıcı” adlandırılan İddiaçı təhvil verir: Ümumi TQİ-ri; daxili elektrin xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac məmularlarından) şüşələnmiş vəziyyətdə; yüksən keyfiyyətli suvağ işləri. Həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin 2-ci bəndində göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları qiymətləndirilməklə 52500 ABŞ dolları təşkil etmişdir. “Alıcı” müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri elə həmin gün icra etmiş və Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş 23 noyabr 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 23 noyabr 2005-ci il tarixli, 12 saylı müqaviləyə əsasən ********* (iki yüz qırx bir milyon beş yüz min) manat məbləğində pulu tam şəkildə ödəmişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 30 yanvar 2006-cı il tarixli, 19 saylı müqavilənin 2.1-ci bəndinə əsasən, MMC tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin C korpusu, K-N hərf oxları və 8-10 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan obyekti aşağıdakı şərtlərlə İddiaçı təhvil verir: Ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə; yüksək keyfiyyətli suvağ işləri. Həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin 2-ci bəndində göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları qiymətləndirilməklə 29700 ABŞ dolları təşkil etmişdir. “Alıcı” müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri elə həmin gün icra etmiş və Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş 30 yanvar 2006-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 30 yanvar 2006-cı il tarixli, 19 saylı müqaviləyə əsasən ********* (yüz otuz altı milyon altı yüz iyirmi min) manat; 27324 manat (yeni Azərbaycan manatı ilə) məbləğində pulu tam şəkildə ödəmişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 22 fevral 2006-cı il tarixli, 21 saylı müqavilənin 2.1-ci bəndinə əsasən, MMC tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin A2 korpusu, M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.metr olan obyekti aşağıdakı şərtlərlə İddiaçı təhvil verir: Ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə; yüksək keyfiyyətli suvağ işləri. Həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin 2-ci bəndində göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları qiymətləndirilməklə 18360 ABŞ dolları təşkil etmişdir. “Alıcı” müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri elə həmin gün icra etmiş və Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş 22 fevral 2006-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 22 fevral 2006-cı il tarixli, 21 saylı müqaviləyə əsasən 84456000 (səksən dörd milyon dörd yüz əlli altı min) manat; 16891,2 manat (yeni Azərbaycan manatı ilə) məbləğində pulu tam şəkildə ödəmişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 23 noyabr 2005-ci il tarixli, 25 saylı müqavilənin 2.1-ci bəndinə əsasən, MMC tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin A2 korpusu, PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 194 kv.metr olan obyekti aşağıdakı şərtlərlə İddiaçı təhvil verir: Ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə; yüksək keyfiyyətli suvağ işləri. Həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin 2-ci bəndində göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları qiymətləndirilməklə 58200 ABŞ dolları təşkil etmişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 23 fevral 2006-cı il tarixli, 22 saylı müqavilənin 2.1-ci bəndinə əsasən, MMC tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin A2 korpusu, K-N hərf oxları və 10-12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan obyekti aşağıdakı şərtlərlə İddiaçı təhvil verir: Ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə; yüksək keyfiyyətli suvağ işləri. Həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin 2-ci bəndində göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları qiymətləndirilməklə 29700 ABŞ dolları təşkil etmişdir. Həmin müqavilələr üzrə E. Ağayev tərəfindən öhdəliklər icra edilmiş və qeyri-yaşayış sahələrinin dəyəri Cavabdeh1 MMC-yə ödənilmişdir. Bu faktı MMC tərəfindən verilmiş maliyyə arayışları və kassa mədaxil orderləri təsdiq edir. Bundan əlavə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin qeyriyaşayış sahələrinin İddiaçı təhvil verilməsi, həmin qeyri-yaşayış sahələrinin üzərində İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması, qeyri-yaşayış sahələrindən iddiaçının istifadə etməsinə maneələrin törədilməsinin Cavabdeh1 MMC-yə qadağan edilməsi qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Lakin, az müddət əvvəl məlum olmuşdur ki, iddiaçıya satılmış qeyri-yaşayış sahələri ilə bağlı Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 03 aprel 2006-cı il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilə qanunvericiliyin tələblərinə riayət edilmədən bağlandığı və İddiaçı sahiblik, istifadə hüquqlarını pozduğu üçün etibarsız hesab edilməlidir. Belə ki, müqavilələrin tarixinə nəzərə yetirildikdə müəyyən edilir ki, Cavabdeh2la bağlanmış müqavilənin tarixi 03 aprel 2006-cı il, iddiaçı ilə bağlanmış müqavilələrin tarixi isə 23.11.2005, 30.01.2006, 22.02.2006, 23.02.2006-cı il tarixlərdir. Yəni, Cavabdeh2 ilə müqavilə imzalanarkən həmin qeyri-yaşayış sahəsinin qanuni sahibi və mülkiyyətçisi iddiaçı olmuş, həmin sahələrə dair sərəncam vermək hüququ iddiaçıya məxsus olmuşdur. İddiaçının cavabdehlər tərəfindən hüquqlarının pozulmasından yalnız Nərimanov Rayon Məhkəməsinə müraciət etməzdən 2-3 gün əvvəl məlumatı olmuş, dərhal həmin məhkəməyə müraciət olunmuşdur. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə Cavabdeh2 nümayəndəsi Vəkil2 ilk iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçının nümayəndəsinin izahatında göstərdiyi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin iş üzrə İddiaçı, Cavabdeh1 MMC olmuş, iddia cavabdeh tərəfindən etiraf edilmiş, iş üzrə Cavabdeh2 cəlb olunması nə iddiaçı, nə də cavabdeh tərəfindən təklif olunmamışdır. Əksinə, mübahisələndirilən əmlakların Cavabdeh2 mülkiyyətində olması və 14 avqust 2014-cü ildən Cavabdeh1 MMC-nin ümumiyyətlə həmin əmlaklar üzərində heç bir subyektiv hüquqa malik olmaması faktları məhkəmədən gizlədilmişdir. Digər tərəfdən, qüvvədə olan maddi hüquq normasının tələbinə görə, daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququnun yaranması üçün müqavilə üzrə əmlakın razılaşdırımış dəyərinin ödənilməsindən başqa, həm də həmin əmlakın alıcıya təhvil verilməsi əsas və mühüm şərtlərdən biridir. Yəni, daşınmaz əmlak alıcıya təhvil verilməmişdirsə, onun üzərində sahiblik və istifadə hüquqları faktiki olaraq yarana bilməz və bu hüquqların yaranması formal mülahizə və fərziyyələrə əsaslanmamalıdır. Hazırda mübahisələndirilən qeyriyaşayış sahələrinin iddiaçıya təhvil verilməməsi işin mübahisəsiz halı kimi qəbul edilməlidir. İddiaçının mübahisələndirdiyi əmlaklar üzərində Cavabdeh1 MMC-nin 2014-cü ilin 14 avqust tarixindən hər hansı bir hüququ qalmamış və MMC tərəfindən hazırda iddianı qəbul etməsi və Cavabdeh2la bağlanmış müqavilənin etibarsız hesab edilməsi ilə razı olması belə, iddia tələbinin təmin olunması üçün əsas ola bilməz. Digər tərəfdən, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 03 aprel 2006-cı il tarixli, 23 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, müqavilənin predmeti Bakı şəhəri, Atatürk pr.3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi, həmin sahədə aparılan tikintinin Cavabdeh2 tərəfindən maliyyələşdirilməsi olmuşdur. Müqavilənin 2-ci bəndinə isə Cavabdeh1 MMC-nin vəzifə və öhdəlikləri müəyyən edilmişdir ki, MMC ticarət mərkəzinin “C” korpusu 1-ci və 2-ci mərtəbələri 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.metr;-“A2” korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.metr;-“E” korpusu 1-ci və 2-ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında sahəsi 738 kv.metr;-“A3” korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.metr;-“B” korpusu Ğ-D-35-26 oxları arasında sahəsi 654 kv.metr;-“A4” korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.metr;-“A5” korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.metr;-“D” korpusu 1-9 rəqəm oxları ilə A- Ç hərf oxları arasında sahəsi 496 kv.metr; beləliklə, cəmi sahəsi 4564 kv.metr təşkil edən obyektləri Cavabdeh2 satılmışdır. Müqavilə imzalandığı andan Cavabdeh2için üzərinə düşən bütün öhdəliklər vicdanla yerinə yetirilsə də, Cavabdeh1 MMC-nin üzərinə düşən bir sıra öhdəliklər tam yerinə yetirilməmişdir. Odur ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında ilk dəfə məhkəmə mübahisəsi təqribən 7 il bundan öncə yaranmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2iqt(81)-2284/2012 saylı, 13.06.2012-cı il tarixli qərardadı ilə göstərilən ümumi sahəsi 4564 kv.m. qeyriyaşayış sahəsinə həbs qoyulmuş və həmin obyektlərin istifadə edilməsi Cavabdeh1MMCyə və digər şəxslərə qadağan olunmuşdur. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-383/2013 saylı, 13 avqust 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC tərəfindən sözügedən ünvanda inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, MMC tərəfindən inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.metr artıq sahəyə görə 03 aprel 2006-cı il tarixdə ödənilmiş 41825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tmamalama işlərinin aparılması üçün obyektlər qeyd şərtsiz iddiaçı Cavabdeh2 verilməklə, işlərin görülməsi zamanı Cavabdeh1 MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-302/15 saylı, 24 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən, “Xudafərin" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 (A) məhəllənin şimal hissəsində, 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi qanunsuz hesab edilmiş, ticarət mərkəzinin otaqlarının faktiki sahəsi nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m artıq sahəyə görə 03.04.2006-cı il tarixdə ödənilmiş 41825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz iddiaçı Cavabdeh2 verilməsi, işlərin görülməsi zamanı Cavabdeh1 MMC tərəfindən müdaxilələr və maneələrin aradan qaldırılması” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmış, "xxxx" Lizinq Şirkəti QSC-tərəfındən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Səlifova Nurqələm İslam qızının cavabdehlər Cavabdeh2 Ağarəhımovıç və "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmiş, müstəqil tələb irəli sürən 3-cü şəxs X6 cavabdehlər “Xudafərin" MMC-yə və Cavabdeh2 qarşı iddia tələbi qismən təmin edilmiş, “Xudafərin" MMC-dən 286268 ABŞ dolları pulun ödənilən vaxt Mərkəzi Bank tərəfınfən müəyyən edilmiş Azərbaycan manatının məzənnəsinə uyğun olaraq alınaraq Qurbanov Azər Qəhrəman oğluna verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 168/16 saylı, 01 iyun 2016-cı il tarixli qərarı ilə cavabdehin və üçüncü şəxs Qurbanov Azər Qəhrəman oğlunun kassasiya şikayətlərinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 24 iyul tarixli 2-2(103)-302/2015 saylı qətnaməsinin X9 ilə “Xudafərin" MMC arasında bağlanmış müqavilələrdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılaması üçün həmin məhkəməyə göndərilməsi, cavabdeh- «Xudafərin” MMC və üçüncü şəxs Qurbanov Azər Qəhrəman oğlunun kassasiya şikayətlərinin qalan hissələrdə təmin olunmaması, üçüncü şəxslər “Unileasing" Lizinq şirkəti QSC-nin və Səlifova Nurqələm İslam qızının kassasiya şikayətlərinin təmin olunmaması, qətnamənin qalan hissələrdə cavabdehə və üçüncü şəxslər Qurbanov Azər Qəhrəman oğluna, “Unileasing" Lizinq şirkəti QSC-nin və Səlifova Nurqələm İslam qızına münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2lə "xxxx"MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli, 23 saylı müqavilənin girov müqaviləsi olmaması, həmin müqavilənin etibarlı olması və qanuni əsaslarla bağlanması, elacə də, müqavilədə göstərilən həmin qeyri-yaşayış sahələrinə görə Cavabdeh2 tərəfindən 600000 ABŞ dollarının Cavabdeh1 MMC-yə ödənilməsi və MTK tərəfindən həmin pulun Cavabdeh2 geri qavtarılmaması, həmin obyektlərin Cavabdeh2 təhvil verilməsi, qeyri-yaşayış sahələri üzərində Cavabdeh2 mülkiyyət hüququ üzrə sahiblik və istifadə hüququnun qanuni əsaslarla yaranması müəyyən edilmişdir. Odur ki, Cavabdeh2lə "xxxx"MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli, 23 saylı müqavilənin etibarlılığı ilə və eləcə də həmin müqavilədə göstərilən qeyriyaşayış sahələrinin alınmasına görə Cavabdeh2 Ağarohimoviç tərəfindən Cavabdeh1 MMC-yə 600000 ABŞ dollarının ödənilməsi ilə bağlı yuxarıda göstərilən faktlar müəyyən edildiyindən, hazırkı məhkəmə prosesində MMC-yə münasibətdə həmin faktların mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir. Deməli, adi anlamdan müəyyən edilir ki, bir şəxsin müxtəlif şəxslərlə bağladığı müqavilə, digər şəxslərin biri-biri qarşısında hər hansı bir öhdəliyini yaratmır və həmin müqavilələri biri-birindən asılı etmir. Eyni zamanda, Cavabdeh1 MMC-yə münasibətdə Cavabdeh2lə bağlanmış müqavilə üzrə öhdəliklərinə xitam vermir. Lakin, hazırkı halda mübahisələndirilən əmlaklar artıq Cavabdeh2 mülkiyyətinə verildiyindən və bu hal qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də müəyyən edildiyindən həmin əmlakların yenidən iddiaçı tərəfindən tələb edilməsi və ya digər vasitə ilə müqavilənin etibarsızlığının tələb olunması hüququ maddi hüquq norması ilə məhdudlaşdırılır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı subyektiv hüququ mövcud olmamışdır. Bununla yanaşı, İddiaçı Cavabdeh1 MMC ilə 2005-ci və 2006-cı il tarixlərdə imzaladığı müqavilələrdən təqribən 13 il vaxt keçdikdən sonra 2018-ci ildə MMC-dən maliyyə arayışı almış və hazırda Cavabdeh2la bağlanmış müqavilənin etibarsızlığını mübahisələndirir. Hansı ki, əmlakların üzərinə 2012-ci il tarixdə həbs qoyulanda, o cümlədən istifadəsi MMC-və və digər şəxslərə qadağan olunanda iddiaçı artıq bilməli idi ki, həmin əmlaklar barəsində mübahisə mövcuddur. Digər tərəfdən, qeyd olunan 6 ədəd qeyri-yaşayış sahələrinə aid hissədə 03 aprel 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün və həmin əmlakları Cavabdeh2 tələb etmək üçün İddiaçı subyektiv hüququ mövcud deyildir və o, yalnız Cavabdeh1 MMC-dən ona vurulmuş ziyanın əvəzini tələb edə bilər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinn 2iqt(81)-383/2013 saylı qətnaməsində iş üzrə keçirilmiş ekspertizanın rəyi göstərilmişdir, həmin rəy ilə obyektlərin miqdarının layihədə göstərilən həcmdə olmadığı, yəni müqavilələr üzrə eynilik təşkil etmədiyi, obyektlərin miqdarında azalma müəyyən edilmişdir. Deməli, 2013-cü ildə məlum olmuşdur ki, MMC qanunsuz hərəkətlərə yol vermiş və müqavilədə göstərilən həcmdə qeyri-yaşayış sahələrini inşa etməmişdir. Hazırda iddia predmetinin obyektləri də, yəni İddiaçılə MMC arasında bağlanmış müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin həcmi layihədə göstərilən həcmə uyğun olmadığı və eynilik təşkil etmədiyi müəyyən edilir. Hazırda İddiaçı hər hansı bir sübut təqdim edə bilmir ki, onunla MMC arasında bağlanmış müqavilələrdə göstərilən obyektlərin ölçüləri inşa olunmuş qeyri-yaşayış sahələrinin faktiki ölçülərinə uyğun olsun və ya inşa olunmuş obyektlərin faktiki ölçüləri barədə müqavilə formasına uyğun olaraq müqaviləyə hər hansı bir dəyişikliklərin edilməsinə görə MMC ilə razılaşma əldə edilmişdir. İddiaçı ilk növbədə bağladığı müqavilələr üzrə göstərilən qeyri-yaşayış sahələrinin faktiki ölçülərini müəyyən etməklə, həmin əmlaklar üzərində yarana biləcək hüquqlarının mövcud olmasını, eləcədə, müqavilələrin həmin şərtlərinin faktiki inşa olunmuş obyektlərə uyğunlaşdırılmasını təsdiq edən razılaşmanın olduğunu sübut etməli, məhz bundan sonra Cavabdeh2la MMC arasında bağlanmış müqavilənin qeyd olunan hissədə etibarsızlığını mübahisələndirməyə hər hansı hüququnun olmasına əsaslana bilər. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2la Cavabdeh1 MMC arasında bağlanmış 03 aprel 2006-cı il tarixli, 23 saylı müqavilənin girov müqaviləsi olmamaqla yanaşı, həmin müqavilənin etibarlı olması və qanuni əsaslarla bağlanması, eləcə də, müqavilədə göstərilən həmin qeyri-yaşayış sahələrinə görə Cavabdeh2 tərəfindən 600000 ABŞ dollarının Cavabdeh1 MMC-yə ödənilməsi, həmin obyektlərin Cavabdeh2 təhvil verilməsi və qeyri-yaşayış sahələri üzərində Cavabdeh2için sahiblik və istifadə hüququnun qanuni əsaslarla yaranması müəyyən edilmişdir. Bu faktların mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bundan başqa, açıq-aşkardır ki, həmin qeyriyaşayış sahələri üzərində təmir və tamamlama işləri Cavabdeh2 tərəfindən aparılmış və Cavabdeh1 MMC müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Obyektlərin pəncərələri və qapılar quraşdırılarkən, eləcə də, daxili kommunikasiya xətləri çəkilərkən obyektlərdə təmir və tamamlama işləri görülərkən, həmçinin, obyektlərin ətraf ərazisində gediş-gəliş yollarının müasir tipdə yüksək keyfiyyətli materiallarla təmir edilərkən və s. bu kimi tikinti işləri yerinə yetirilərkən Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri başda olmaqla qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən mütəmadi müqavimətlər göstərilmiş və hüquqmühafizə orqanlarına şikayətlər edildikdən sonra, onlar öz qanunsuz əməllərindən çəkinmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2015-ci il tarixli, 2(001)- 992/2015 saylı qətnaməsi ilə Cavabdeh4 iddiası təmin edilmiş, Cavabdeh1 MMC-nin Bakı şəhəri, Atatürk pr., məhəllə 3078 A ünvanında inşa etdiyi yeni yaşayış binasında 2 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində C-A2 korpusu 1-18 rəqəmləri, P-K hərf oxları arasında hündürlüyü 2,8 metr, sahəsi 520 kv.metr olan ticarət mərkəzi, E-A3 korpusu 18 rəqəmləri, ç hərf oxları arasında hündürlüyü 2,8 metr, sahəsi 611 kv.metr olan ticarət mərkəzi, B korpusu Ə-E hərf oxları arasında hündürlüyü 2,8 metr, sahəsi 48 kv.metr olan ticarət mərkəzi, A4-A5 korpusu 13-19 rəqəmləri, Ç-A hərf oxları arasında hündürlüyü 2,8 metr, sahəsi 201 kv.metr olan ticarət mərkəzi, B korpusu Ə-G hərf oxları arasında hündürlüyü 2,8 metr, sahəsi 112 kv.metr ticarət mərkəzi Cavabdeh1 MMC tərəfindən Cavabdeh4 istifadəsinə verilməsi qərara alınmışdır. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmiş və iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Ümumi sahəsi 4564 kv.metr olan qeyri-yaşayış sahələrində Cavabdeh2 tərəfindən pəncərələrin və qapıların quraşdırılması, eləcə də, daxili kommunikasiya xətlərinin çəkilməsi, obyektlərdə təmir və tamamlama işlərinin görülməsi, həmçinin, obyektlərin ətraf ərazisində gediş-gəliş yollarının müasir tipdə yüksək keyfiyyətli materiallarla təmiri və s. bu kimi tikinti işlərinin yerinə yetirilməsi faktı təsdiq olunmalı, həmin təmir-tikinti işlərinin aparılmasına İddiaçı, Cavabdeh1 MMC və Cavabdeh4 tərəfindən edilən müdaxilələr qanunsuz hesab edilməli, müqavilə şərtlərinə əsasən üzrəinə düşən həmin öhdəliklərin, yəni ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac məmulatlarından), şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işləri Cavabdeh1 MMC tərəfindən yerinə yetirilməmiş hesab edilməlidir. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həm ilk, həm də qarşılıqlı iddia üzrə Cavabdeh1 MMC-nin ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, MMC öz səlahiyyətli nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, iddialara yazılı münasibətini bildirməmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə Cavabdeh4 da məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından iclasların həmin şəxslərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - “İcraçı” adlandırılan Cavabdeh1 MMC ilə “Alıcı” adlandırılan İddiaçı arasında bağlanmış 23 noyabr 2005-ci il tarixli, 11 saylı müqavilədən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri, Atatükr pr. 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin C korpusu 1,4,6,8, K-M-N-N1 oxları arasında, hündürlüyü 5 metr, sahəsi 192,84 kv.metr olan obyekti ümumi TQİ-ri, daxili elektrik xətləri (mis məftil), xarici qapı və pəncərələr (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işləri şərtləri ilə E.Məmmədova təhvil verməyi, İddiaçı isə göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları olmaqla ümumilikdə 57852 ABŞ dolları məbləğində ödənişi müqavilə bağlanandan 3 gün ərzində həyata keçirməyi öhdəsinə götürmüşdür. - 23 noyabr 2005-ci il tarixli “kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, İddiaçı 23 noyabr 2005-ci il tarixli, 11 saylı müqaviləyə əsasən, ********* (iki yüz altmış altı milyon yüz on doqquz min iki yüz) manat məbləğində pul vəsaitini Cavabdeh1 MMC-yə ödəmişdir. - 17 sentyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Atatürk pr. 3078A məhəlləsində yerləşən yeni yaşayış binasında 1-ci mərtəbəsində, C korpusu, 1,4,6,8, K-M-N-N1 oxları, 5 metr hündürlüyü və 192,84 kv.metr sahəsi olan ticarət mərkəzi sahəsinin ümumi dəyərini tam ödəmişdir. - “İcraçı” adlandırılan Cavabdeh1 MMC ilə “Alıcı” adlandırılan İddiaçı arasında bağlanmış 23 noyabr 2005-ci il tarixli, 12 saylı müqavilədən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri, Atatükr pr. 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin E korpusu 21,23,24,25,27, 4-Q, P-N-M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.metr olan obyekti ümumi TQİ-ri, daxili elektrik xətləri (mis məftil), xarici qapı və pəncərələr (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işləri şərtləri ilə E.Məmmədova təhvil verməyi, İddiaçı isə göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları olmaqla ümumilikdə 52500 ABŞ dolları məbləğində ödənişi müqavilə bağlanandan 3 gün ərzində həyata keçirməyi öhdəsinə götürmüşdür. - 23 noyabr 2005-ci il tarixli “kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, İddiaçı 23 noyabr 2005-ci il tarixli, 12 saylı müqaviləyə əsasən, ********* (iki yüz qırx bir milyon beş yüz min) manat məbləğində pul vəsaitini Cavabdeh1 MMC-yə ödəmişdir. - 17 sentyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Atatürk pr. 3078A məhəlləsində yerləşən yeni yaşayış binasında 1-ci mərtəbəsində, E korpusu, 21,23,24,25,27 və 4-Q, P-N-M-K oxları, 5 metr hündürlüyü və 175 kv.metr olan ticarət mərkəzi sahəsinin ümumi dəyərini tam ödəmişdir. - “İcraçı” adlandırılan Cavabdeh1 MMC ilə “Alıcı” adlandırılan İddiaçı arasında bağlanmış 23 noyabr 2005-ci il tarixli, 25 saylı müqavilədən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri, Atatükr pr. 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin A2 korpusu 14-17 və 18-21 rəqəm oxları və PK hərf oxları arasında, hündürlüyü 5 metr, sahəsi 194 kv.metr olan obyekti ümumi TQİ-ri, daxili elektrik xətləri (mis məftil), xarici qapı və pəncərələr (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işləri şərtləri ilə E.Məmmədova təhvil verməyi, İddiaçı isə göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları olmaqla ümumilikdə 58200 ABŞ dolları məbləğində ödənişi müqavilə bağlanandan 3 gün ərzində həyata keçirməyi öhdəsinə götürmüşdür. - 17 sentyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Atatürk pr. 3078A məhəlləsində yerləşən yeni yaşayış binasında 1-ci mərtəbəsində, A2 korpusu, 14-17 və 18-21 rəqəm və PK hərf oxları, 5 metr hündürlüyü və 194 kv.metr olan ticarət mərkəzi sahəsinin ümumi dəyərini tam ödəmişdir. - “İcraçı” adlandırılan Cavabdeh1 MMC ilə “Alıcı” adlandırılan İddiaçı arasında bağlanmış 30 yanvar 2006-cı il tarixli, 19 saylı müqavilədən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri, Atatükr pr. 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin C korpusu K-N hərf oxları və 8-10 rəqəm arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan obyekti ümumi TQİ-ri, daxili elektrik xətləri (mis məftil), xarici qapı və pəncərələr (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işləri şərtləri ilə E.Məmmədova təhvil verməyi, İddiaçı isə göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları olmaqla ümumilikdə 29700 ABŞ dolları məbləğində ödənişi müqavilə bağlanandan 3 gün ərzində həyata keçirməyi öhdəsinə götürmüşdür. - 30 yanvar 2006-cı il tarixli “kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, İddiaçı 30 yanvar 2006-cı il tarixli, 19 saylı müqaviləyə əsasən, ********* (yüz otuz altı milyon altı yüz iyirmi min) manat, 27324 yeni Azərbaycan manatı məbləğində pul vəsaitini Cavabdeh1 MMC-yə ödəmişdir. - 17 sentyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Atatürk pr. 3078A məhəlləsində yerləşən yeni yaşayış binasında 1-ci mərtəbəsində, C korpusu, K-N hərf oxları və 8-10 rəqəm oxları, 5 metr hündürlüyü və 99 kv.metr olan ticarət mərkəzi sahəsinin ümumi dəyərini tam ödəmişdir. - “İcraçı” adlandırılan Cavabdeh1 MMC ilə “Alıcı” adlandırılan İddiaçı arasında bağlanmış 22 fevral 2006-cı il tarixli, 21 saylı müqavilədən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri, Atatükr pr. 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin A2 korpusu M-P hərf oxları və 12-14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.metr olan obyekti ümumi TQİ-ri, daxili elektrik xətləri (mis məftil), xarici qapı və pəncərələr (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işləri şərtləri ilə E.Məmmədova təhvil verməyi, İddiaçı isə göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları olmaqla ümumilikdə 18360 ABŞ dolları məbləğində ödənişi müqavilə bağlanandan 3 gün ərzində həyata keçirməyi öhdəsinə götürmüşdür. - 22 fevral 2006-cı il tarixli “kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, İddiaçı 22 fevral 2006-cı il tarixli, 21 saylı müqaviləyə əsasən, 84456000 (səksən dörd milyon səkkiz yüz əlli altı min) manat, 16891 yeni Azərbaycan manatı məbləğində pul vəsaitini Cavabdeh1 MMC-yə ödəmişdir. - 17 sentyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Atatürk pr. 3078A məhəlləsində yerləşən yeni yaşayış binasında 1-ci mərtəbəsində, A2 korpusu, M-P hərf oxları və 12-14 rəqəm oxları, 5 metr hündürlüyü və 61,2 kv.metr olan ticarət mərkəzi sahəsinin ümumi dəyərini tam ödəmişdir. - “İcraçı” adlandırılan Cavabdeh1 MMC ilə “Alıcı” adlandırılan İddiaçı arasında bağlanmış 23 fevral 2006-cı il tarixli, 22 saylı müqavilədən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri, Atatükr pr. 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində tikiləcək binanın 1 mərtəbəli ticarət mərkəzinin A2 korpusu K-N hərf oxları və 10-12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan obyekti ümumi TQİ-ri, daxili elektrik xətləri (mis məftil), xarici qapı və pəncərələr (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işləri şərtləri ilə E.Məmmədova təhvil verməyi, İddiaçı isə göstərilən obyektin hər kv.metrinin dəyəri 300 ABŞ dolları olmaqla ümumilikdə 29700 ABŞ dolları məbləğində ödənişi müqavilə bağlanandan 3 gün ərzində həyata keçirməyi öhdəsinə götürmüşdür. - 23 fevral 2006-cı il tarixli “kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, İddiaçı 23 fevral 2006-cı il tarixli, 22 saylı müqaviləyə əsasən, ********* (yüz otuz altı milyon altı yüz iyirmi min) manat, 27324 yeni Azərbaycan manatı məbləğində pul vəsaitini Cavabdeh1 MMC-yə ödəmişdir. - 17 sentyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Atatürk pr. 3078A məhəlləsində yerləşən yeni yaşayış binasında 1-ci mərtəbəsində, A2 korpusu, K-N hərf oxları və 10-12 rəqəm oxları, 5 metr hündürlüyü və 99 kv.metr olan ticarət mərkəzi sahəsinin ümumi dəyərini tam ödəmişdir. - “İcraçı” adlandırılan Cavabdeh1 MMC ilə “Alıcı” adlandırılan Cavabdeh2 arasında bağlanmış 03 aprel 2006-cı il tarixli, 23 saylı müqavilədən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri, Atatükr pr. 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində tikiləcək ticarət mərkəzinin “C” korpusu 1-ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.metr, “A2” korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.metr, “E” korpusu 1-ci və 2-ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında 739 kv.metr, “A3” korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.metr, “B” korpusu Ğ-D-35-26 oxları arasında sahəsi 654 kv.metr, “A4” korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.metr, “A5” korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.metr, “D” korpusu 1-9 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 496 kv.metr, beləliklə, cəmi sahəsi 4564 kv.metr təşkil edən obyektləri ümumi TQİ-ri, daxili elektrik xətləri (mis məftil), xarici qapı və pəncərələr (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işləri şərtləri ilə Cavabdeh2 təhvil verməyi, Cavabdeh2 isə göstərilən obyektin hər kv.metrinin dəyəri 131,46 ABŞ dolları olmaqla ümumilikdə 600000 ABŞ dolları məbləğində ödənişi müqavilə bağlanandan 3 gün ərzində həyata keçirməyi öhdəsinə götürmüşdür. - 03 aprel 2006-cı il tarixli “kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, Cavabdeh2 23 saylı müqaviləyə əsasən, 600000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh1 MMC-yə ödəmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(005)-4821/2018 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 23 noyabr 2005-ci il tarixli, 11 saylı müqavilə üzrə Bakı şəhəri, Atatürk pr. 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində tikilmiş çoxmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən C korpusu; 1,4,6,8, K-M-N-N1 oxları arasında hündürlüyü 5 metr olan, sahəsi 192,84 kv.metr olan qeyri-yaşayış sahəsinin; 23 noyabr 2005-ci il tarixli, 12 saylı müqavilə üzrə həmin binanı 1-ci mərtəbəsində yerləşən E korpusu; 21,23,23,25,27,4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.metr olan qeyri-yaşayış sahəsinin; 30 yanvar 2006-cı il tarixli, 19 saylı müqavilə üzrə həmin binanın 1-ci mərtəbəsində yerləşən C korpusu, K-N hərf oxları və 8-10 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan qeyri-yaşayış sahəsinin; 22 fevral 2006-cı il tarixli, 21 saylı müqavilə üzrə həmin binanın 1-ci mərtəbəsində yerləşən A2 korpusu, M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.metr olan qeyri-yaşayış sahəsinin; 23 fevral 2006-cı il tarixli, 22 saylı müqavilə üzrə həmin binanın 1ci mərtəbəsində yerləşən A2 korpusu, K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan qeyri-yaşayış sahəsinin; 23 noyabr 2005-ci il tarixli, 25 saylı müqavilə üzrə həmin binanın A2 korpusunun 1-ci mərtəbəsində yerləşən 14-17 və 18-21 rəqəm oxları və P-K hərf oxları arasında, hündürlüyü 5 metr, sahəsi 194 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 MMC tərəfindən İddiaçı təhvil verilməsi, İddiaçı həmin qeyri-yaşayış sahələri üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin qeyri-yaşayış sahələrindən İddiaçı istifadə etməsinə maneələrin törədilməsinin Cavabdeh1 MMC-yə qadağan edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 avqust 2013-cü il tarixli, 2iqt(81)-383/2013 saylı qətnaməsinə əsasən, Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Atatürk pr.3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, həmin ticarət mərkəzinin otaqlarının fatiki sahəsinin nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.metr artıq sahəyə görə 03 aprel 2006-cı il tarixdə ödənilmiş 41825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz Cavabdeh2 verilməsi və işlərin görülməsi zamanı Cavabdeh1 MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2014-cü il tarixli, 2-2(103)-94/2014 saylı qətnaməsinə əsasən, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 avqust 2013-cü il tarixli, 2iqt(81)-383/2013 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyul 2014-cü il tarixli, 2-2(102)-214/2014 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2014-cü il tarixli, 2-2(103)-94/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13-1(102)-01/2015 saylı, 10 aprel 2015-ci il tarixli qərarı ilə təqdimat təmin edilərək, iddiaçı Cavabdeh2 Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Agentliyinə qarşı “cavabdehlərin hərəkət və hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, inşa olunmuş “Ticarət Mərkəzi”nin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihədə nəzərdə tutulduğundan az olduğu üçün artıq sahəyə görə ödənilmiş pul məbləğinin geri qaytarılması, həmin təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz iddiaçıya verilməklə işlərin görülməsi zamanı müdaxilələrin və maneələrin aradan qaldırılması, dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iqtisadi mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 03 iyul 2014-cü il tarixli qərarı və onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 19 fevral 2014-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2-2(103)-302/2015 saylı qətnaməsinə əsasən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-383/2013 saylı, 13 avqust 2013-cü il tarixli qətnaməsi “iddia qismən təmin edilərək, Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Atatürk pr. 3078A məhəllənin şimal hissəsində, 0,553 ha. torpaq sahəsində inşa olunmuş “Ticarət Mərkəzi”nin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi qanunsuz hesab edilmiş, Cavabdeh1 MMC tərəfindən inşa olunmuş həmin “Ticarət Mərkəzi”nin otaqlarının faktiki sahəsi nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.metr artıq sahəyə görə 03 aprel 2006-cı il tarixdə ödənilmiş 41825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz iddiaçı Cavabdeh2 verilməsi və işlərin görülməsi zamanı Cavabdeh1 MMC tərəfindən müdaxilələr və maneələrin aradan qaldırılması” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2(007)- 2883/2018 saylı qətnaməsinə əsasən, Cavabdeh1 MMC-nin Cavabdeh2 qarşı “03 aprel 2006-cı il tarixli, 23 saylı müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2019-cu il tarixli, 2(103)-470/2019 saylı qətnaməsinə əsasən, yuxarıda göstərilən qətnamədən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəyə minmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(102)-4905/20 saylı qərarı ilə müəyyən olunur ki:  X13 və X5 Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər arasında Bakı şəhəri, Atatürk pr., 3078A saylı məhəllənin şimal hissəsində Cavabdeh1 MMC tərəfindən inşa olunmuş yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən və layihə üzrə nəzərdə tutulumş 4564 kv.metr qeyriyaşayış sahəsinə dair 03 aprel 2006-cı il tarixdə bağlanmış 23 saylı müqavilənin qismən, X13 ilə Cavabdeh1 MMC arasında 24.11.2015-ci il tarixdə bağlanmış 13 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr. 3078A saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin A4 korpusunun 1-ci mərtəbəsində A-C oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2,8 metr olan, sahəsi 93 kv.metr qeyri-yaşayış sahəsinə dair hissədə, X5 ilə Cavabdeh1 MMC arasında 28.11.2015-ci il tarixdə bağlanmış 14 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk pr. 3078A saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin A5 korpusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları və A-D hərf oxları arasında, hündürlüyü 2,8 metr olan, sahəsi 99 kv.metr qeyriyaşayış sahəsinə dair hissədə etibarsız sayılması və X4 93 kv.metr və X1 99 kv.metr qeyri-yaşayış sahələrindən istifadəyə cavabdehlər tərəfindən olan maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.  Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli, 2(010)- 670/2016 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.  Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2(103)-8496/16 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməklə, qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 03 aprel 2006-cı il tarixli, 23 saylı müqavilənin qismən, yəni Bakı şəhəri, Atatürk pr. 3078 “A” saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin “A” 4 korpusunun 1-ci mərtəbəsində “A” – “C” hərf oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2,8 metr, sahəsi 93 kv.metr olan qeyri-yaşayış sahəsinə dair hissədə, həmçinin, həmin ticarət mərkəzinin “A” 5 korpusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları və “A” – “C” hərf oxları arasında, hündürlüyü 2,8 metr, sahəsi 99 kv.metr olan qeyri-yaşayış sahəsinə dair hissədə etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahələsindən iddiaçıların istifadə etmələrinə yaradılan maneələrin cavabdehlər tərəfindən aradan qaldırılması qərara alınmışdır.  Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.  Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(103)-1874/18 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli, 2(001)-670/2016 saylı qətnaməsi iddiaçılar X13 və X2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.  Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2019-cu il tarixli qərarı ilə X5, X13, onların vəkili Nümayəndə kassasiya şikayətləri təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.  Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(103)-372/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi iddiaçılar X10 və X2 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.  Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(102)-4905/20 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə ilk öncə İddiaçı iddiasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. - 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. - 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. - 352-ci maddəsinə əsasən, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. - 572.2-ci maddəsinə əsasən, bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir.”. İş materialları ilə müəyyən olunur ki, iddia tələbində göstərilən müqavilə bağlanan zaman Cavabdeh1 MMC-nin İddiaçılə daha əvvəl bağlamış olduğu müqavilələr qüvvədə olmuşdur; bu isə o deməkdir ki, MMC ilk iddia üzrə iddiaçının mübahisələndirdiyi müvafiq müqavilənin predmeti olan və artıq iddiaçının istifadəsinə verilən əmlaklarla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda Cavabdeh2la müqavilə bağlamış, həmin MMC ilə Cavabdeh2 daha əvvəl müqavilələr bağlayaraq əmlakları satın almış İddiaçı müqavilələrinin ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Yani mübahisəli müqavilə üzrə iddiaçının maraqları nəzərə alınmamış, həmin əmlaklara münasibətdə onun iradə ifadəsinin həyata keçirilməsi məhdudlaşdırılmışdır. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2-ci maddəsinə əsasən, ... daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə ilk iddia üzrə Cavabdeh2 tərəfindən ərizə verilmişdir. Lakin, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçının nümayəndəsi mübahisə predmeti olan müqavilənin mövcud olmasının onlara 2018-ci ildə məlum olduğunu bildirmişdir, cavabdeh tərəfindən isə bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı iddiası əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh2 qarşılıqlı iddiasına münasibətdə isə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini xatırladaraq hesab edir ki, qarşılıqlı iddia tələbində göstərilənlərlə bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından iddia rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsində 23 saylı müqavilə üzrə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında cavabdehin sahibliyinə və istifadəsinə təhvil verilmiş, ümumi sahəsi 4564 kv.metr olan qeyri-yaşayış sahələrində onun tərəfindən pəncərələrin və qapıların quraşdırılması, eləcə də, daxili kommunikasiya xətlərinin çəkilməsi, obyektlərdə təmir və tamamlama işlərinin görülməsi, həmçinin obyektlərin ətraf ərazisində gediş-gəliş yollarının müasir tipdə yüksək keyfiyyətli materiallarla təmiri və s. bu kimi tikinti işlərinin yerinə yetirilməsi faktının təsdiq olunması, həmin təmir-tikinti işlərinin aparılmasına İddiaçı, Cavabdeh1 MMC və Cavabdeh4 tərəfindən edilən müdaxilələrin qanunsuz hesab edilməsi, müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəliklərin, yəni ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac materiallarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işlərinin Cavabdeh1 MMC tərəfindən yerinə yetirilməmiş hesab edilməsi göstəriləsədə bu hallar işin məhkəmə araşdırılması ilə müəyyən edilməmiş, onlara dair mötəbər sübutlar təqdim olunmamışdır. Halbu ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin hüquqlarına toxunan hissədə etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiası təmin edilməli, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında imzalanmış 03 aprel 2006-cı il tarixli müqavilə onun maraqlarına toxunan hissədə, yəni Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən C korpusu; 1,4,6,8 K-M-N-Nİ oxları arasında, hündürlüyü 5 metr, sahəsi 192,84 kv.metr olan, E korpusu; 21, 23, 24, 25, 27, 4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.metr olan, C korpusu, K-N hərifoxları və 8-10 rəq. oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.metr olan, A2 korpusu, K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 194 kv.metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 MMC tərəfindən İlqar Ağahəhimoviçə satılması hissəsində etibarsız hesab edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh2 Cavabdeh1 MMC-yə, İddiaçı Mahmud oğluna və Cavabdeh4 qarşı “işlərin yerinə yetirilmə faktının təsdiq edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin hüquqlarına toxunan hissədə etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında imzalanmış 03 aprel 2006-cı il tarixli müqavilə İddiaçı maraqlarına toxunan hissədə, yəni Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən C korpusu; 1,4,6,8 K-M-N-Nİ oxları arasında, hündürlüyü 5 metr, sahəsi 192,84 kv.metr olan, E korpusu; 21, 23, 24, 25, 27, 4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.metr olan, C korpusu, K-N hərifoxları və 8-10 rəq. oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.metr olan, A2 korpusu, K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 194 kv.metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 MMC tərəfindən İlqar Ağahəhimoviçə satılması hissəsində etibarsız hesab edilsin. İlk iudia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 Cavabdeh1 MMC-yə, İddiaçı Mahmud oğluna və Cavabdeh4 qarşı “işlərin yerinə yetirilmə faktının təsdiq edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar