Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-233/2022 30.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının və digər şəxsi əşyaların geri qaytarılması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə yaranmış xərclərin bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının və digər şəxsi əşyaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə qalmış 22160 manat dəyərində olan cehiz əmlaklarının, iddiaçıya və övladlarına məxsus paltar və sair əşyaların, həmin əşyalar olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan Gülxanım və Eynulla adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra onun mənzilinə gəlin köçmüş və cehiz əmlakınıda həmin evə aparmışdır. Cavabdehlə bir müddət birlikdə yaşasalarda, sonrada xasiyyətləri uyğun gəlmədiyindən nikahları məhkəmə qaydasında pozulmuşdur. İddiaçı artıq xeyli müddətdir ki, cavabdehə məxsus evdən çıxıb, valideynlərinin yanına rayona getmişdir. O, həmin evdən çıxsa da, cehiz əşyalarə hələ də cavabdehin mənzilindədir. Cavabdeh həmin əşyaları könüllü olaraq qaytarmadığından iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə yaranmış xərclərin bölüşdürülməsi, birgə nikah dövründə alınmış və cavabdehin istifadəsində olan əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə ailə xərcləri üçün çəkilmiş kredit borcunun, yəni 9900 manat məbləğinin tərəflər arasında bərabər bölünməsi, cavabdehin istifadəsində olan qaynaq (dırnaq) dəsti üçün ödənilmiş 600 manatın, eləcə də cavabdehin istifadəsində olan 3 ədəd mobil telefonlara ödənilmiş xərclərin tərəflər arasında bərabər qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı gəlin gələrkən özü ilə bəzi cehiz əşyalarını gətirmiş, bəzi əşyalar isə birgə nikah dövründə əldə edilmişdir. Birgə nikah dövründə götürdüyü kredit hesabına aldığı məişət texnikasının, digər əşyaları da İddiaçı öz cehiz əmlakı kimi göstərməklə ondan tələb etməsini əsassız hesab edir. Bəzi əşyaları isə heç bir zaman İddiaçı onun evinə cehiz əşyası kimi gətirməmişdir. Həmçinin birgə nikah dövründə olarkən ailənin tələbatının ödəmək üçün banka dəfələrlə kredit götürməklə evə xərcləmiş, kredit borcunu təkbaşına ödəmişdir. Cavabdeh heç bir zaman kredit borclarının ödənilməsində ona dəstək olmamışdır. İddiaçı təkidi ilə sonuncu dəfə götürdüyü 9900 manat məbləğində kredit cavabdehin və uşaqların geyiminə, mobil telefonların alınmasına, cavabdehə gözəllik sirlərini öyrətməsi üçün müəllim ödənişlərinə, manikur avadanlıqlarının alınmasına, uşaqların təhsilinə xərclənilmişdir. Hazırda da o, təkbaşına həmin krediti ayda 400 manat olmaqla ödəməyə davam edir. Bundan başqa aralarında olan nikah pozulduqdan sonra, məhkəmə qətnaməsi ilə birgə nikahdan olan uşaqların hər birinə hər ay 175 manat olmaqla, cəmi 350 manat aliment tutulmuş, onun ailə məsrəfləri üçün götürdüyü kredit ödənişlərini hələ də ödəməyə davam etməsi nəzərə alınmamışdır. Buna görə də birgə nikah dövründə ailə təsərrüfatına xəcrləmək üçün cavabdehin təkidi ilə götürülən kredit borcu tərəflər arasında bölüşdürülməlidir. Əlavə olaraq cavabdehə məxsus cehiz əşyalarının qaytarılmasına etirazı olmadığını, sadəcə cavabdeh tərəfindən cehiz əşyalarının dəyərinin şişirdilməklə göstərildiyini, 10 il birgə yaşadıqları dövrdə bəzi əşyaların qırılmasını, köhnəlməsini nəzərə alınmalı hal kimi qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil izahat verərək bildirdilər ki, qarşılıqlı iddia ərizəsini qəbul etmirlər. Belə ki, birgə nikah dövründə cavabdeh (yəni Cavabdeh) iddiaçıya (yəni İddiaçı) bir ədəd mobil telefon alsa da, sonradan özü həmin telefonu sındırmışdır. Daha sonra yeni mobil telefon almış, lakin bir az sonra həmin telefonu iddiaçının istifadəsindən götürərək cavabdeh özü istifadə etməyə başlamışdır və hazırda cavabdehin istifadəsindədir. Yenidən cavabdeh kreditlə iddiaçı üçün telefon almış, hər ay 45 manat olmaqla, beş ay ödəmiş, sonradan ödəniş etməkdən imtina etmişdir. Hazırda həmin telefona görə kredit borcu İddiaçı tərəfindən ödənilməkdədir. Bundan əlavə birgə nikah dövründə iddiaçının istifadə etməsi üçün cavabdeh ona beş predmetdən ibarət qaynaq dırnaq dəsti almışdır, iddiaçı evdən gedərkən dəstə daxil olan üç predmeti özü ilə aparsa da, qalan iki predmet cavabdeh tərəfindən satılmışdır. Cavabdehin birgə nikah dövründə az məbləğdə krediti olduğunu, ödədiyib bitirdiyini bilsə də, 9900 manat məbləğində krediti nə vaxt və hansı məqsədlə götürməsindən xəbəri olmamışdır. Cavabdehin qarşılıqlı iddiasında qeyd etdiyi 9900 manat kredit məbləği nəinki iddiaçının təkidi ilə götürülmüş, ümumiyyətlə iddiaçı belə bir puldan xəbərsiz olmuş, bu pul ona və uşaqlara xərclənməmişdir, həmçinin onun manikür kursu üçün 300 manat ödənişi iddiaçının atası ödəmişdir. Belələliklə, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi izahat verərək bildirdilər ki, iddiaçının (yəni İddiaçı) cavabdehin (yəni Cavabdeh) valideynlərinə məxsus evdə qalan cehiz əşyalarını götürməsinə heç bir etirazları yoxdur. Lakin iddiaçı qərəzli olaraq cehiz əşyalarının qiymətini dəyərindən artıq qeyd etmişdir. Birgə nikah dövründə ehtiyac olduqca Cavabdeh tərəfindən paltaryuyan maşın, mikser, elektrik qazanı, ikitərəfli tava, ütü, vanna və digər geyim əşyaları alınmışdır və bunlar onun cehiz əşyalarına aid olmasa da, iddiaçı tərəfindən tələb olunur. Ona görə də yalnız iddiaçının cehiz olaraq gətirdiyi əşyalar həmin mənzildədir və 10 il birgə yaşadıqları dövrdə bu əşyaları istifadə etdiklərindən onlar köhnələrək ilkin dəyərini itirmişdir. Cavabdeh cehiz əşyalarının dəyərinin hədsiz şişirdilməsini iddiaçının ondan əsassız pul əldə etmək niyyəti ilə əlaqəndirir. Beləliklə, ilkin iddianı qismən qəbul edərək, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbl edilməsini xahiş edildi. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə 1184 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1887 nömrəli ekspert rəyinə əsasən, iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim edilmiş əşyaların istifadədə olması nəzərə alınmaqla, hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2181 manat müəyyən edilmişdir. - Azərbaycan Kredit Bürosundan MMC tərəfindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdə Kapital Bank SB tərəfindən 9900 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. AR Ailə Məcəlləsinin: -32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. -34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). -37.1-ci ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan cehiz əşyaları iddiaçıya gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan əşyalar yalnız iddiaçının əmlakıdır. Buna görə də İddiaçı göstərilən cehiz əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır. Odur ki, İddiaçı ilkin iddia tələbi cehiz əmlakının qaytarılması hissəsində hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə ilkin iddia tələbinə münasibətdə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı ona aid cehiz və diğər əşyaları tələb etməkdə haqlı olsa da, amma əşyaların cavabdehdə olmadığı təqdirdə onların əvəzi olaraq 22 160 manat tələb etməsi əsassızdır. Çünki ekspert rəyinə əsasən həmin əmlakların dəyəri 2181 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı məxsus cehiz əmlakı və s. Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Qətnamə icra olunan vaxt cehiz əşyaları mövcud olmadığı halda isə ümumi qiyməti olan 2181 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclaslarında iddiaçı tərəfin verdiyi etirafedici izahatlardan müəyyən edilir ki, həqiqətən də Cavabdeh telefon üçün hər ay 45 manat olmaqla 5 ay ödəniş etmişdir. Həmçinin birgə nikah dövründə aldıqları 600 manat dəyərində olan qaynaq dırnaq dəstini özü ilə apardığını təsdiq etmişdir(iddiaçı dırnaq dizaynı kurslarına getmişdir).Məhkəmə hesab edir ki, həmin qaynaq dırnaq dəstinindəyərinin yarısı və telefon üçün ödənilmiş 225 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir, qalan hissədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin birgə nikah dövründə götürülmüş kredit borcunun bölünməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh həmin pul məbləğinin ailənin ehtiyacları üçün sərf etməsi və xərcləməsi barədə heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, nikah dövründə kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Odur ki, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlakı və s. qaytarılması” tələbinə dair ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh – 1) yataq dəsti 1.60x2m ölçülü 1 ədəd 550 manat dəyərində, 2) divankreslo 1 ədəd 250 manat dəyərində, 3) stol-stul (5) dəsti – 1 ədəd 50 manat dəyərində,4) xalça 2 ədəd 60x2=120 manat dəyərində, 5) darojka (xalı) 2 ədəd 10x2=20 manat dəyərində, 6) yastıq 8 ədəd 8x5= 40 manat dəyərində, 7) taxt döşəyi 1 ədəd 150 manat dəyərində, 8) taxt örtüyü 2 ədəd 2x30=60 manat dəyərində, 9) pərdə 2 ədəd 40x2=80 manat dəyərində, 10) Bogema su qabı 1 ədəd 10 manat dəyərində, 11) xrustal (billur) sadə meyvə qabı 2 ədəd 5x2= 10 manat dəyərində, 12) 5 şamdanlı çilçıraq 1 ədəd 15 manat dəyərində, 13) sadə xrustal (billur) güldan 1 ədəd 5 manat dəyərində, 14) nehrə böyük güldan 1 ədəd 15 manat dəyərində, 15) sadə Bogema duz qabı 5 ədəd 1x5= 5 manat dəyərində, 16) aş buludu dəsti 1 ədəd 5 manat dəyərində, 17) konfet qabı 3 ədəd 2x3= 6 manat dəyərində, 18) tünd göy rəngli meyvə qabı 2 ədəd 3x2= 6 manat dəyərində, 19) rumka dəsti 5 ədəd 4x5= 20 manat dəyərində, 20) armudu stəkan-nəlbəki dəsti 5 ədəd 5x5= 25 manat dəyərində, 21) çaynik 2 ədəd 3x2=6 manat dəyərində, 22) mürəbbə razetka dəsti 5 ədəd 5x1= 5 manat dəyərində, 23) qaşıq-çəngəl dəsti(çemodan) 1 ədəd 40 manat dəyərində, 24) çay dəsmalı 8 ədəd 1x8= 8 manat dəyərində, 25) süfrə 1ədəd 5 manat dəyərində, 26) əl-üz dəsmalı 5 ədəd 2x5=10 manat dəyərində, 27) hamam dəsmalı 12 ədəd 3x12= 36 manat dəyərində, 28) “Geepas” markalı ətçəkən 1 ədəd 15 manat dəyərində, 29) elektrik samovarı 3L 1 ədəd 15 manat dəyərində, 30) “Tefal” markalı çaynik 1 ədəd 10 manat dəyərində, 31) soyuducu 1 ədəd 70 manat dəyərində, 32) qazan dəsti 3 ədəd 20x3= 60 manat dəyərində, 33) tava 1 ədəd 5 manat dəyərində, 34) yağ balonu 2 ədəd 2x2= 4 manat dəyərində, 35) “Supra” TV 1 ədəd 40 manat dəyərində, 36) TV altlıq 1 ədəd 15 manat dəyərində, 37) Krosna 1 ədəd 10 manat dəyərində, 38) soba 1 ədəd 20 manat dəyərində, 39) sandıq 1 ədəd 20 manat dəyərində, 40) jurnal 1 ədəd 15 manat dəyərində, 41) qaşıq-çəngəl 48 ədəd 1x48=48 manat dəyərində, 42) stəkan dəsti 11 ədəd 1x11=22 manat dəyərində, 43) bıçaq dəsti 1 ədəd 10 manat dəyərində, 44) ayaqqabı dolabı 1 ədəd 5 manat dəyərində, 45) çömçə dəsti 1 ədəd 5 manat dəyərində, 46) ləyən 3 ədəd 5x3=15 manat dəyərində, 47) düşbərə kəsən 1 ədəd 2 manat dəyərində, 48) “Luxell” markalı pletka 1 ədəd 20 manat dəyərində, 49) ventilyator 1 ədəd 4 manat dəyərində, 50) yorğan 6 ədəd 10x6= 60 manat dəyərində, 51) döşək 3 ədəd 3x3=9 manat dəyərində, 52) adyal 2 ədəd 1x2=2 manat dəyərində, 53) yataq dəsti 5 ədəd 15x5= 75 manat dəyərində, 54) paltar və asılqan səbəti 1 ədəd 5 manat dəyərində, 55) su vedrəsi 2 ədəd 2x2=4 manat dəyərində, 56) vanna 1 ədəd 2 manat dəyərində, 57) kofe dəsti 1 ədəd 5 manat dəyərində, 58) dördkünc yemək dəsti 1 ədəd 25 manat dəyərində, 59) tozsoran 1 ədəd 20 manat dəyərində, 60) paltar səbəti 1 ədəd 3 manat dəyərində alınaraq İddiaçı verilsin. Qətnamə icra olunan vaxt cehiz əşyaları mövcud olmadığı halda ümumi qiyməti olan 2181 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə yaranmış xərclərin bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı 525 (beş yüz iyirmi beş) manat pul məbləği tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada İddiaçı 50 (əlli) manat, Cavabdeh 50 (əlli) manat tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X4, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-233/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-233/2022
30.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver