Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2464/2021 09.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi ilə, İddiaçı Keser Özerin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Keser Özer Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə cavabdeh tərəfindən satılmış mənzilin yarı pulunun, yəni 57.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı Keser Özer məhkəməyə vəsatət ünvanlayaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-2464/2021 saylı mülki işlə, Göyçay Rayon Məhkəməsinin icraatında olan 2(046)-256/2021 saylı mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəsatətini onunla əsaslandırmışdır ki, Keser (Manafova) Səbinə Rəfail qızı tərəfindən Göyçay rayon Məhkəməsində birgə nikah dövründə əldə edilmiş avtomobilin özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırılmışdır. Bu səbəbdən də, iddiaçı hesba edir ki, hər iki tələb birgə nikah dövründə əldə edilmiş əmlak tələbinə dair olduğundan bir icraata baxılmaldır Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı məhkəməyə ünvanlanmış vəsatətində məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə vəsatəti və iş materiallarını nəzərdən keçirərək, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki işin olduğunu nəzərə alaraq hesab edir ki, həmin işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-2464/2021 saylı və Göyçay Rayon Məhkəməsinin icraatında olan 2(046)-256/2021 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidirlər. Belə ki, Göyçay Rayon Məhkəməsinin icraatında olan 2(046)-256/2021 saylı mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2020-ci il tarixə təyin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-2464/2021 saylı mülki iş isə məhkəmənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Keser Özerin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə 2(001)-2464/2021 saylı mülki işlə, Göyçay Rayon Məhkəməsinin icraatında olan iddiaçı Keser (Manafova) Səbinə Rəfail qızı cavabdehlər Keser Özere, X2 və X1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(046)-256/2021 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilsin. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-2464/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2464/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver