Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2644/2025 26.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əsədova (Dadaşova) Əfsanə Baloğlan qızına məxsus xalça, balaca xalça, taxt, yorğandöşək-balış, şifoner, 2 ədəd kamot, 2 ədəd servant, paltar masası, tozsoran, paltar yuyan L.G, ütü, qab-qacaq, masa dəsti (6 ədəd stul), 2 ədəd çil-çıraq, uşaq çarpayısı, 2 dəst pərdə, ət şəkən maşının mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X1 xx.xx.2014-cü il tarixdə Əsədova (Dadaşova) Əfsanə Baloğlan qızı ilə rəsmi nikaha daxil olmuşlar. Gəlini ona məxsus evə gəlin gəlmiş, lakin bir müddət ona məxsus evdə yaşadıqdan sonra oğlu ilə münasibətləri pisləşdiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1037/2024 saylı qətnaməsi nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra isə tələbi əsasında Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-10470/2024 saylı qərarı ilə iddiası təmin edilmiş, üçüncü şəxs - xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh ünvan 2 ünvanında pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Rrespublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin kimi qərara alınmışdır. Artıq uzun müddətdir ki, keçmiş gəlini ona məxsus evdə yaşamır. Özünə məxsus əşyaları aparmasına baxmayaraq cehiz əşyaları hazıra kimi evdə qalmışdır. Dəfələrlə cehiz əşyalarını aparmasını bildirsə də, bu günə kimi aparmamışdır. Odur ki, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanından aşağıda sadalanan əşyaların çıxarılması tələbinə dair iddia qaldırmaq məcburiyyətindədir: 1. Xalça, 2. Balaca xalça, 3. Taxt, 4. Yorğan-döşək-balış, 5. Şfaner, 6. 2 ədəd kamot, 7. 2 ədəd servant, 8. Paltar masası, 9. Tozsoran, 10. Paltar yuyan LG, 11. Ütü,
12. Qab-qacaq, 13. Masa dəsti (6 ədəd stul), 14. 14. 2 ədəd çıl-çıraq, 15. Uşaq çarpayısı,
16. 2 dəst pərdə, 17. Ət çəkən maşın. Belə ki, həmin əşyalar darısqal şəraitli mənzildə rahat hərəkət etməyə məne olur və ona məxsus olmayan əşyaların mənzilindən çıxarılması hüququ olduğundan əşyaların çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, tələbinin tam həcmdə təmin olunmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, cavabdeh gəlini olub, dəfələrlə gəlib əşyalarını götürməyini bildirsə də, kirayədə yaşadığını və əşyalarını qoymağa yerinin olmadığını bildirib. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini və hal-hazırda sözügedən cehiz əşyalarını aparmağa yeri olmadığını bildirmiş, iddia ərizəsində sadalanan bütün əşyaların ona məxsus olmasını qeyd etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır.
Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən xx.xx.2006-cı il tarixli, MH seriyalı, №0042479 saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, məhəllə 3123-də istifadədə olan 0,078 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 9 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində 65,03 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsidən ibarət 3 otaqlı, 39 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitbının 21548 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 201(112)-10470/2024 saylı qərarına əsasən, iddia təmin edilmiş, üçüncü şəxs - xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh ünvan 4 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmçinin qərarda qeyd olunmuşdur ki, “...üçüncü şəxs mübahisəli ünvanda qeydiyyatda olsa da o, faktiki olaraq həmin ünvanda yaşamır və iddiaçı onun əvəzinə əlavə kommunal xərcləri ödəyir. Üçüncü şəxsin göstərilən ünvanda qeydiyyatda olması iddiaçının öz mülkiyyətindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. İddiaçının mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir...” İcra məmuru Bəxtiyar İsmayılov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan müəyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və aşağıdakı əmlaklar siyahıya alınmışdır: 1. Xalça, 2. Balaca xalça, 3. Taxt, 4. Yorğan-döşək-balış, 5. Şfaner, 6. 2 ədəd kamot, 7. 2 ədəd servant, 8. Paltar masası, 9. Tozsoran, 10. Paltar yuyan LG, 11. Ütü, 12. Qab-qacaq, 13. Masa dəsti (6 ədəd stul), 14. 14. 2 ədəd çıl-çıraq, 15. Uşaq çarpayısı, 16. 2 dəst pərdə, 17. Ət çəkən maşın.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur.
Məhkəmənin mövqeyi Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Göründüyü kimi, Cavabdeh uzun müddətdir mübahisəli evdə yaşamaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilir, həmçinin bu hal cavabdehin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir. Hazırkı işin materiallarından göründüyü kimi tərəflər arasında heç bir ailə əlaqələri mövcud deyil, cavabdeh uşaqları ilə birlikdə iki ilə yaxındır ki, başqa ünvanda yaşayır və şəxsi əşyalarının iddiaçıya məxsus evdə qalmasını etiraf edir, lakin həmin əşyaları aparmağa yeri olmamasını bildirir. İddiaçı isə cavabdehə məxsus əşyaların onun mülkiyyətçi kimi hüquqlarını pozduğunu, evindən rahat istifadə edə bilmədiyini, evini təmir edə bilmədiyini bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 saylı evdə olan Cavabdeh məxsus olan cehiz əşyaları həmin ünvandan çıxarılmalıdır. Məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Nəticə hissəsi QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus məxsus xalça, balaca xalça, taxt, yorğan-döşək-balış, şfaner, 2 ədəd kamot, 2 ədəd servant, Paltar masası, tozsoran, paltar yuyan LG, ütü, qab-qacaq, masa dəsti (6 ədəd stul), 2 ədəd çıl-çıraq, uşaq çarpayısı, 2 dəst pərdə, ət çəkən maşın iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanından çıxarılsın. Məhkəmə xərcləri cavabdehə aid edilsin: 100 (bir yüz) manat pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səidə Məmmədova