Məhkəmə qərarları › İş №2(001)-2657/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2657/2023

29.03.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2657/2023 29.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər 5 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu R.Z.Zülfüqarova, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin və qeydiyyat barədə çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayonunun 9-cu mikrorayonda yerləşən 119 saylı evin, 24 saylı mənzilinə dair 5 saylı Asan Xidmət Mərkəzinin notariat ofisində X2 ilə bağlanmış 4Ə-1907 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, Bakı şəhəri Binəqədi Rayonunun 9-cu mikrorayonda yerləşən 119 saylı evin, 24 saylı mənzilinə dair Cavabdeh2 və X1 adına aparılmış qeydiyyat barədə çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun məhkəməyə verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Buna baxmayaraq iddiaçı cavabdehlərdən həm Cavabdeh2, həm də Cavabdeh3 rəsmi qeydiyyata alındığı ünvanın Binəqədi rayonu ərazisində yerləşdiyinə istinad edərək hazırki tələblə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. X3 Məhkəmə İnformasiya Sistemindən sorğulanmış məlumata əsasən Cavabdeh2 rəsmi qeydə alındığı ünvan ünvan 2h qismində cəlb edilən şəxsin isə şəxsiyyətini eyniləşdirən məlumatlar əlavə edilmədiyinə görə onun rəsmi qeydiyyat ünvanını müəyyənləşdirmək mümkün olmamış, bununla yanaşı yenə də Azemis Elektron Məhkəmə İnformasiya Sistemindən həm Cavabdeh3, həm X2, həm də Axundov Müşviq(Müşfiq) Şəmsəddin oğlu adlı şəxslər sorğulansa da hər hansı məlumat əldə edilməmişdir. Odur ki, iddia ərizəsinin ərazi aidiyyəti qaydalarına uyğun verilməsi müəyyən edilmir və bu isə iddia ərizəsinin geri qaytarılmasını şərtləndirir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Bundan əlavə MPM-nin 114.1.3-cü maddəsinin tələbi baxımından iddia ərizəsi verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı cavabdehlər 5 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu R.Z.Zülfüqarova, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin və qeydiyyat barədə çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən ödənilmiş 100(bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar