Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-266/2025 07.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X32 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “digər valideyinin icazəsi olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılmasına verilmiş icazənin ləğv edilməsi və uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “digər valideyinin icazəsi olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılmasına verilmiş icazənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, cavabdeh X15 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxii olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X18 adlı iki övladları doğulmuşdur. Sonradan cavabdehlə münasibətləri pisləşmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3143/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulmuş və birgə nikahdan doğulmuş azyaşlı övladlarının cavabdehin himayəsində saxlanılması qət edilmişdir. Daha sonra, o, övladları ilə ünsiyyət hüququnun təmin edilməsi tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5830/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən azyaşlı övladları ilə hər həftənin şənbə günü saat 15:00-dan 18:00-dək X7 iştirakı ilə görüş vaxtı müəyyən edilmişdir. Daha sonra cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarının onun razılığı olmadan ölkə hüdudlarından kənara aparılıb-gətirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5632/2021 saylı qətnaməsi ilə cavabdehə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək onunla birlikdə daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla onun icazəsi olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq hüququnun verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən istifadə etməklə xx.xx.2023-cü ildə Heydər Əliyev adına Beynəlxalq hava limanından Fransa Respublikasına getmiş və bu günə kimi geri qayıtmamışdır. Belə ki, cavabdeh siyasi qaçqın kimi sözügedən ölkəyə getmişdir. Nəticədə, birgə nikahlarından olmuş azyaşlı övladlarını yaşadıqları mühitdən ayırmış, tamam yad bir mühitə salmışdır. X21 Bakı şəhəri Nərimanov rayonu 177 nömrəli tam orta məktəbin 2-ci sinfində təhsil alırdı. Qızı Milay isə bağçaya gedirdi. Lakin hazırda övladları təhsildən, sosial mühitdən kənarda qalmışlar. Cavabdeh övladlarının gələcəyini fikirləşmir. Övladlarının həyat və sağlamlığı, gələcək mənafeləri təhlükə altındadır. O, cavabdehin övladlarını Fransa Respublikasında hansı şəraitdə, kimlərin yanında saxlamasından tam məlumatsızdır. Övladları ilə ünsiyyətdə ola bilmədiyindən onların hazırda xəstə və ya sağlam olduğunu, nə etdiklərini bilmir. Fransa Respublikası ilə dövlət arasında olan münasibətlər müəyyən dərəcədə gərgindir, övladlarının taleyi hazırda onu olduqca çox narahat edir. Cavabdeh hətta öz valideynini, yaxın qohunlarını belə saymadan ölkəni tərk edib getmişdir. Çünki cavabdehin atası ilə də münasibətləri gərgin olmuş və atası onu mirasdan məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin məhkəmə qətnaməsi ilə ölkəni tərk etməsi onun uşaqları ilə ünsiyyət hüququnun təmin edilməsi barədə icra vərəqəsinin də icrasını mümkünsüz etmişdir. Nəticədə, Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Mehman Beybutov tərəfindən borclunun və uşaqların axtarılması barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. Hazırda cavabdeh və övladlarından heç bir məlumat yoxdur. Gələcəkdə cavabdehdən məlumat olsa, yəni ölkəyə qayıtsa, yenidən məhkəmə qətnaməsini əsas götürməklə ölkəni azyaşlı övladları ilə birlikdə tərk edə bilər. Bu isə onun övladlarının mənafeyinə ziddir. O, hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5632/2021 saylı qətnaməsi ilə cavabdehə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək onunla birlikdə daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla onun icazəsi olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına verilən icazə ləğv edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(005)-5632/2021 saylı qətnaməsi ilə cavabdeh X12 xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək onunla birlikdə daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla, onun icazəsi olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına verilən icazənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, cavabdeh X15 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X18 adlı iki övladları doğulmuşdur. Sonradan cavabdehlə münasibətləri pisləşmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3143/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması və birgə nikahlarından doğulmuş azyaşlı övladlarının cavabdehin himayəsində saxlanılması qət edilmişdir. Daha sonra, o, övladları ilə ünsiyyət hüququnun təmin edilməsi tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5830/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə azyaşlı övladların ilə hər həftənin şənbə günü saat 15:00-dan 18:00-dək X8 iştirakı ilə görüş vaxtı müəyyən edilmişdir. Daha sonra cavabdeh yetkinlik yaşına çatmayan uşaqların onun razılığı olmadan ölkə hüdudlarından kənara aparılıb-gətirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(005)-5632/2021 saylı qətnaməsi ilə cavabdehə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək onunla birlikdə daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla onun icazəsi olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq hüququnun verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən istifadə etməklə xx.xx.2023-cü ildə Heydər Əliyev adına Beynəlxalq hava limanından Fransa Respublikasına getmiş və bu günə kimi geri qayıtmamışdır. Belə ki, cavabdeh siyasi qaçqın kimi sözügedən ölkəyə getmişdir. Nəticədə, birgə nikahlarından olmuş azyaşlı övladlarını yaşadıqları mühitdən ayırmış, tamam yad bir mühitə salmışdır. X21 Bakı şəhəri Nərimanov rayonu 177 nömrəli tam orta məktəbin 2-ci sinfində təhsil alırdı. Qızı Milay isə bağçaya gedirdi. Lakin hazırda övladları təhsildən, sosial mühitdən kənarda qalmışlar. Cavabdeh övladlarının gələcəyini fikirləşmir. Övladlarının həyat və sağlamlığı, gələcək mənafeləri təhlükə altındadır. O, cavabdehin övladlarını Fransa Respublikasında hansı şəraitdə, kimlərin yanında saxlanılmasından tam məlumatsızdır. Övladları ilə ünsiyyətdə ola bilmədiyindən onların hazırda xəstə və ya sağlam olduğunu, nə etdiklərini bilmir. Fransa Respublikası ilə dövlət arasında olan münasibətlər müəyyən dərəcədə gərgindir, övladlarının taleyi hazırda onu olduqca çox narahat edir. Cavabdeh hətta öz valideynini, yaxın qohumlarını belə saymadan ölkəni tərk edib getmişdir. Çünki cavabdehin atası ilə də münasibətləri gərgin olmuş və atası onu mirasdan məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin məhkəmə qətnaməsi ilə ölkəni tərk etməsi onun uşaqları ilə ünsiyyət hüququnun təmin edilməsi barədə icra vərəqinin də icrasının təmin edilməsini mümkünsüz etmişdir. Nəticədə, Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Mehman Beybutov tərəfindən borclunun və uşaqların axtarılması barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. O, övladlarını çox sevir. Övladları da ona çox bağlıdırlar. Onun yanında qalanda çox xoşbəxt olurdular. Övladlarına baxmaq üçün hər bir şəraiti vardır. Övladlarını cəmiyyətə, xalqa, dövlətə yararlı bir şəxslər kimi yetişdirmək istəyir. Onların bütün maddi və mənəvi tələbatlarını o qarşılamaq iqtidarındadır. Övladlarının ölkədən kənarda olması onların milli adət ənənələri mənimsəyə, vətənpərvər ruhda böyümələrinə böyük maneələr yaradır. Uşaqların cavabdehin yanında qalmaları övladlarının mənafeyinə ziddir. O, hesab edir ki, azyaşlı övladlarının onun himayəsinə verilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, birgə nikahlarından doğulmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X11 cavabdeh X4 alınaraq, onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3752/2024 saylı 31 iyul 2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddiası üzrə 2(001)-3752/2024 saylı və İddiaçı Cavabdeh qarşı “digər valideyinin icazəsi olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılmasına verilmiş icazənin ləğv edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-3712/2024 saylı mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmiş və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3143/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə 847 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X11 anaları Mirzəyeva (Kərimova) Səbinə Xanlar qızının yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin Mirzəyeva (Kərimova) Səbinə Xanlar qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5632/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “yetkinlik yaşına çatmayan uşağın atanın razılığı olmadan ölkə hüdudlarından kənara aparılıb gətirilməsi” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək, onunla birlikdə ölkəni tərk etməsi istisna olunmaqla, İddiaçı icazəsi olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq hüququnun verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X19 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli borclunun və uşaqların axtarılması haqqında” qərardan görünür ki, borclu xx.xx.1987-ci il təvəllüdlü Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 275 ünvanında qeydiyyatda olan Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X18 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 035812 nömrəli adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh 22 iyun 2022-ci il tarixdə soyadını “Mirzəyevadan” “Kərimovaya” dəyişdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İdarə tərəfindən sorğuya baxılmış və bildirilmişdir ki, sorğuya əsasən Cavabdeh, X2 və X11 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhəddindən hərəkətləri barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemində Cavabdeh, X2 və X11 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin hüdudlarından kənara çıxmaları qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, nümayəndə Vəkil iddia tələbinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, iddiaçı Mirzəyev X9 Səbinə Xanlar qızına qarşı uşaqların ölkə hüqdudlarından kənara çıxarılmasına verilən icazənin ləğv edilməsi və uşaqların onun himayəsinə verilməsi tələbləri ilə məhkəməyə müraciət etmişdir. İddiaçı uşaqların ölkə hüqdudlarından kənara çıxarılmasına verilən icazənin ləğv edilməsi və uşaqların onun himayəsinə verilməsi barədə iddia tələblərinin hüquqi əsası yoxdur və əsassız bir tələbdir. Belə ki, iddiaçı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcud olduğu üçün “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 13 nömrəli Qərarının 7.26-ci bəndini əsas tutaraq məhkəmədə iddia qaldırmışdır. Halbuki, həmin bəndin iddiaçının hazırki iddia tələblərinə heç bir aidiyyatı yoxdur və iddiaçının həmin bəndə istinad edərək iddia qaldırması tamamilə yanlışdır. Çünki, qeyd olunan Qərarın 7.26-ci bəndinə əsasən uşağın ölkədən çıxmasına icazənin verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu, uşağın mənafeyinə zidd olan, yəni uşağın silahlı münaqişə bölgəsində, təbii fəlakət zonasında, kütləvi epidemiya zonasında yerləşən ölkəyə, habelə uşağın ölkədən çıxarılmasının onun həyat və sağlamlığına və digər mənafelərinə açıq - aşkar təhlükə yaradacağı digər hallarda, buna etiraz edən valideyn öz seçiminə görə uşağın onun himayəsinə verilməsi və yaxud daha əvvəl məhkəmə qaydasında verilmiş icazənin yeni əsaslarla ləğv edilməsi tələbinə dair müstəqil iddia qaldırmaq hüququnu istisna etmir. Göründüyü kimi, həmin bəndə görə uşağı müharibə bölgəsinə, təbii fəlakət və ya kütləvi epidemiya zonasına, həyat və sağlamlığına təhlükə yaradacaq ölkəyə (məsələn Suriyaya, Yəmənə) apardıqda valideyn öz seçiminə görə uşağın onun himayəsinə verilməsi və yaxud daha əvvəl məhkəmə qaydasında verilmiş icazənin yeni əsaslarla ləğv edilməsi tələbinə dair iddia qaldıra bilər. İddiaçı isə göstərilən iddiaları qaldırarkən uşaqların mənafeyinə zidd olan, yəni uşağın silahlı münaqişə bölgəsində, təbii fəlakət zonasında, kütləvi epidemiya zonasında yerləşən ölkəyə aparılmasını, habelə uşağın ölkədən çıxarılmasının onun həyat və sağlamlığına və digər mənafelərinə açıq - aşkar təhlükə yaradacağı digər halları sübut edə bilməmiş, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdehin məhkəməyə təqdim etdiyi şəkillərdən də görünür ki, uşaqlar təhlükəsiz, yüksək səviyyəli və gözəl şəraitdə yaşayırlar, çox yaxşı istirahət edirlər, yaşayışlarından çox razıdırlar, maddi cəhətdən korluqları yoxdur, yüksək səviyyədə və müasir olan məktəbdə və baxçada oxuyurlar, idmana və dil kurslarına gedirlər, asudə vaxtlarını çox səmərəli keçirirlər, hər şeydən əvvəl uşaqlar təhlükəsiz yerdə yaşayırlar. Bütün bunlar isə uşaqların mənafelərinə zidd deyil, əksinə uşaqların mənafelərinə tamamilə uyğundur. Bildirirəm ki, iddiaçının istinad etdiyi “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 13 nömrəli qərarı bütünlükdə uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar işlərə baxılmasını tənzimləyir ki, artıq belə bir iddiaya məhkəmə tərəfindən baxılmış və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-5632/2021 saylı qətnaməsi ilə Kərimova (Mirzəyeva) Səbinə Xanlar qızına xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanədək İddiaçı icazəsi olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq hüququ verilmişdir. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən yuxarı məhkəmə instansiyalarına şikayətlər verməmiş, 3 ilə yaxındır qətnamə barədə məlumatlı olmuş və həmin qətnamə ilə razılaşmışdır. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (maddə 17, hissə İ, İİ). Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (maddə 34, hissə İV). Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər (maddə 28 hissə İİİ). Həmin qərarın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin vəzifələrindən biri kimi uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi müəyyən edilmişdir (maddə 3.0.4.). Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir (maddə 51.2). Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər (maddə 58.6). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (maddə 60.4). Həmin Qərarın 7.10-cu bəndinə görə cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi üçün müstəqil əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası (10-cu maddəsinin 2-ci bəndi) valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququnu tanıyır. Digər tərəfdən, uşaqlardan ayrı yaşayan valideynin onlarla ünsiyyət hüququ ilk növbədə uşaqların tərbiyə və təhsili, onların fiziki, psixi sağlamlığı, əxlaqi inkşafına xidmət etməklə, uşağın mənafeyinə zidd olmamalıdır. Qeyd olunan Qərarın 7.16-cı bəndinə əsasən məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağın ictimai-sosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilib-yetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilməli, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilməlidir. Həmin Qərarın 7.20-ci bəndinə əsasən iddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə də əsaslandıra bilər. Belə əsas iddianın özü-özlüyündə rədd edilməsinə səbəb ola bilməz. Bundan əlavə bildirirəm ki, cavabdehin məhkəməyə təqdim etdiyi Whatsapp yazışmalarından da görünür ki, cavabdehin uşaqları ilə birlikdə ölkədən çıxmaqlarından İddiaçı xəbəri olmuşdur. Həmin yazışmalardan görünür ki, cavabdeh uşaqlarla ölkə hüdudlarından kənara çıxandan sonra iddiaçı ilə əlaqələri davam etmiş, İddiaçı daimi olaraq uşaqlarla Whatsapp vasitəsilə canlı danışmış və yazışmışdır. Uşaqlarla canlı danışıqlardan əlavə, iddiaçı ilə cavabdeh uşağın idmana getməsi (xx.xx.2024; xx.xx.2004cü il tarixli yazışmalar), uşağın məktəblə bağlı nəticələri barədə (xx.xx.2004; xx.xx.2004-cü il tarixli yazışmalar), baxça ilə əlaqədar (xx.xx.2024), cavabdehin xaricdəki evdə kombi istilik sistemini düzgün işlədə bilmədiyi üçün kombi ilə əlaqədar olaraq (xx.xx.2024-cü il tarixli) Whatsapp yazışmaları olmuşdur. Bütün bunlardan da görünür ki, iddiaçının uşaqların hətta məktəbə, idmana və baxçaya getməsindən xəbəri olmuşdur. İddiaçının cavabdeh və uşaqlarla Whatsapp vasitəsilə canlı danışması, yazışması 2023-cü ilin sentyabr ayından 2024-cü ilin mart ayına kimi davam etmişdir. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3143/2019 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasındakı nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X11 S.Kərimovanın yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, 320 (üç yüz iyirmi) manat hər ay sabit pul məbləğində alimentin İddiaçı S.Kərimovanın xeyrinə tutulması qət edilmişdir. Sonradan məhkəmənin 2(005)-1230/2021-008 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılaraq hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdehin əlində qanuni qüvvəyə minmiş qətnamə mövcuddur, həmin qətnaməyə əsasən uşaqların S.Kərimovanın yanında saxlanılması qət edilmişdir. Qeyd olunan qətnamə ilə iddiaçı razılaşmış və 5 ildir ki, bununla bağlı heç bir narazılığını ifadə etməmişdir. Hətta 2021-ci ildə məhkəmə alimentin miqdarını artırmaq barədə qərar qəbul edərkən, yəni uşaqların S.Kərimovanın yanında qalmasını bir daha faktiki təsdiq edərkən də, İddiaçı yenə də, bununla razılaşmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilənləri nəzərə alaraq, cavabdehin nümayəndəsi Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cavabdeh X16 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, S.Kərimova ərizəsində qeyd etmişdir ki, uşaqları gözəl şəraitli və təhlükəsiz yerdə qalırlar, qaldıqları ev həddindən artıq yaxşı evdir, evdə uşaqların rahat və komfortlu yaşamsı üçün hər bir şərait vardır, uşaqlar yaxşı istirahət edirlər və asudə vaxtlarını çox səmərəli keçirirlər, uşaqlar şən və xoşbəxtdirlər və yaşayışlarından çox razıdırlar. Uşaqların maddi cəhətdən korluqları yoxdur. Həmçinin oğlu Məmmədxan müasir tipli məktəbdə oxuyur və idmana gedir. Qızı Milay isə yüksək səviyyədə olan baxçaya gedir. Bundan əlavə uşaqlar xarici dil kurslarına da gedirlər. Bütün bunlardan İddiaçı xəbəri var, dəfələrlə “Whatsapp” vasitəsilə canlı danışarkən o, uşaqlarla bağlı göstərdiklərinin canlı şahidi olduğunu qeyd etmişdir. İş materiallarında olan Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri Ceyhun Şirinov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, vətəndaş Cavabdeh müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 19050071 nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 1(008)-434/2019 saylı 02 dekabr 2019-cu il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00564 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 11:00-11:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poçt xərcini ödəmişdir. X1 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri Bnəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli 129/2024 saylı rəydən görünür ki, komissiya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52, 56.1, 58.1, 58.2, 60.3-cü maddələrini və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsini nəzərə alaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-5632/2021 saylı qətnaməsi ilə cavabdeh X13 övladları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək onunla birlikdə daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla, onun icazəsi olmadan Azərbaycan Respublikası hüdudlarından kənara çıxmasına verilən icazənin ləğv edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Tərəflərin birgə rəsmi nikahlarından anadan olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X11 anaları cavabdeh X8 himayəsində qalmasını məqsədəmüvafıq hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 4183/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı X12 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5466/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Kərimova (Mirzəyeva) Səbinə Xanlar qızı tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, S.Kərimova İddiaçı ona olan aliment borcundan və bundan sonrakı aliment ödənişlərindən imtina etmişdir. Gələcəkdə də, aliment tələbinin olmayacağını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X25 tərəfindən qəbul edilmiş “icraata xitam verilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1230/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmiş, qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsi ilə əsaslandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 41, 213 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14808/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Cavabdeh ilə razılığa gəlmişlər. Belə ki, İddiaçı məhkəmə qərarının icrası ilə bağlı mülkiyyətində olan, üzərinə həbs qoyulmuş, “Nissan Qashqai” minik markalı ** RV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini könüllü olaraq borclu olduğu Cavabdeh borcun əvəzində təhvil vermiş və etibar etmişdir. Bu səbəbdən də, icra sənədinin icra olunmuş hesab olunmaqla icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 17 mart 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X5 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 33.8 kv.m olan mənzili tam hissədə nəvəsi olan hədiyyə alan X6 hədiyyə etmişdir. İş materiallarında olan Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X20 tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X2 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzilin alqı-satqısı zamanı əldə olunan 58000 manat pul məbləğinin notariusun təqdim etdiyi çek əsasında anası Cavabdeh almasına etiraz etmədiyini, razı olduğunu bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X19 tərəfindən qəbul edilmiş “borclunun və uşaqların barələrində ölkələr arası axtarış elan edilməsi haqqında” qərardan görünür ki, borclu xx.xx.1987-ci il təvəllüdlü ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X18 barəsində “ölkələr arası axtarış” elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51-ci maddəsinin tələbinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 61.4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında sosial xidmət müəssisələrindən məlumat almaq hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın ölkədən çıxmasına icazənin verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu, uşağın mənafeyinə zidd olan, yəni uşağın silahlı münaqişə bölgəsində, təbii fəlakət zonasında, kütləvi epidemiya zonasında yerləşən ölkəyə, habelə uşağın ölkədən çıxarılmasının onun həyat və sağlamlığına və digər mənafelərinə açıq - aşkar təhlükə yaradacağı digər hallarda, buna etiraz edən valideyn öz seçiminə görə uşağın onun himayəsinə verilməsi və yaxud daha əvvəl məhkəmə qaydasında verilmiş icazənin yeni əsaslarla ləğv edilməsi tələbinə dair müstəqil iddia qaldırmaq hüququnu istisna etmir. O da qeyd edilməlidir ki, bu iddialara baxılarkən icazənin ləğv edilməsinə dair yuxarıda sadalanan əsaslara dair ilkin sübutların olduğu hallarda mübahisəyə baxılıb yekunlaşanadək, iddiaçının ərizəsinə əsasən müvəqqəti təminat tədbiri qismində uşağın ölkədən çıxışı qadağan edilə bilər. Məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, İddiaçı ilə Mirzəyeva (Kərimova) Səbinə Xanlar qızı ər-arvad münasibətlərində olmuşlar, onların nikahları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3143/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuş və tərəflərin birgə nikahlarından olan övladları xx.xx.2015ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il tarixli X11 yetkinlik yaşına çatanadək anaları, yəni hazırki iş üzrə cavabdeh Mirzəyeva (Kərimova) Səbinə Xanlar qızının yanında saxlanılmaları qət edilmişdir. Bundan sonra Mirzəyeva (Kərimova) Səbinə Xanlar qızı yetkinlik yaşına çatmayan uşaqların atanın razılığı olmadan ölkə hüdudlarından kənara aparılıb gətirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5632/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh Mirzəyeva (Kərimova) Səbinə Xanlar qızı hazırda Fransa Respublikasında yaşayır. İddiaçı iddia tələbində “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun qərarına istinad etmişdir. Qərarda qeyd edilmişdir ki, məhkəmələrə izah edilir ki, uşağın ölkədən çıxmasına icazənin verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu, uşağın mənafeyinə zidd olan, yəni uşağın silahlı münaqişə bölgəsində, təbii fəlakət zonasında, kütləvi epidemiya zonasında yerləşən ölkəyə, habelə uşağın ölkədən çıxarılmasının onun həyat və sağlamlığına və digər mənafelərinə açıq-aşkar təhlükə yaradacağı digər hallarda, buna etiraz edən valideyn öz seçiminə görə uşağın onun himayəsinə verilməsi və yaxud daha əvvəl məhkəmə qaydasında verilmiş icazənin yeni əsaslarla ləğv edilməsi tələbinə dair müstəqil iddia qaldırmaq hüququnu istisna etmir. Ali Məhkəmənin Plenumunun Qərarında yuxarıda qeyd edilən əsaslardan hər hansı birinin mövcud olacağını göstərən sübutlar olduğu halda iddia qaldırmaq hüququnu istisna etməyəcəyini bildirmişdir. İddiaçı tərəfindən qeyd edilən əsaslara dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, məhkəmə iclasında tərəflərin birgə nikahlarından doğulmuş uşaqlarının cavabdehdən alınaraq iddiaçıya verilməsi üçün heç bir qanuni əsas müəyyən edilməmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, uşaqlar həm bir-birilərinə, həm də analarına yəni, hazırki iş üzrə cavabdehə daha çox bağlıdırlar. Cavabdehin bir valideyn kimi uşaqlarına qarşı vəzifələrinə səhlənkar yanaşması, onların qayğısına qalmaması, tərbiyəsi ilə lazımınca məşğul olmaması kimi hallar məhkəmə iclasında müəyyən edilməmişdir. İddiaçı isə iddiasında əsaslandığı halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X11 ataları X3 himayəsinə verilməsi (himayəsində saxlanılması) məqsədə müvafiq hesab edilmədiyindən, eyni zamanda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(005)-5632/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdeh X12 xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək onunla birlikdə daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla, digər valideynin icazəsi olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına verilən icazənin ləğv edilməsi üçün əsaslar mövcud olmadığından, bununla da iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “digər valideyinin icazəsi olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılmasına verilmiş icazənin ləğv edilməsi və uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddiaları təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-266/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-266/2025
07.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver