Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2701/2025 03.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi Məşədiyeva Fidan Eynur qızının katibliyi İddiaçı X1 Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata götürülmədən imtina olunmuşdur. Sonradan, yəni xx.xx.2025-ci il tarixdə iddiaçı təkrarən eyni məzmunlu ərizə ilə müraciət edərək, məhkəmənin qəbul etdiyi qərardadda göstərilən nöqsanları nəzərə almamışdır. Qeyd olunanlarla əlaqədar məhkəmə mümkünlük iclası təyin etmiş, tərəfləri məhkəməyə dəvət edərək onların iştirakı ilə iddianın mümkünlüyünü onların iştirakı ilə müzakirə etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsini mediasiya təşkilatında tərtib edildiyini, əslində niyyətinin mediasiya sessiyasında müəyyən edilən alimentin miqdarının artırılması olmasını bildirmişdir. Cavabdeh məhkəmə iclasında ərizənin icraata qəbul məsələsini məhkəmənin mülahizəsinə buraxmasını bildirmiş, tərəflə arasında barışıq sazişinin tərtib edilməsini, hər ay vaxtında alimenti ödəməsini, aylıq 400 manat maaş almasını, əlavə aliment verə bilməyəcəyini bildirmişdir. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, ərizənin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məzmununa riayət edilməmiş, belə ki, ərizəyə hazırki məzmunda məhkəmə qaydasında baxıla bilməz. Məhkəmənin tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, tərəflər arasında mediasiya prosesində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və cavabdeh iddiaçıya uşağın saxlanılması üçün xx.xx.2023-cü ildən hesablanmaqla 220 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Hazırda isə iddiaçı mediasiya sessiyasında bağlanmış barışıq sazişi ilə nəzərdə tutulmuş alimentin artırılmasını xahiş edir. Lakin ərizəni düzgün tərtib etməmiş, barışıq sazişi olduğu təqdirdə yenidən alimentin müəyyən edilməsi məzmunlu iddia ərizə ilə müraciət etmişdir. Bu vəziyyətdə isə məhkəmə hesab edir ki, iddiaçı aliment təyin edilməsinə dair yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək əvəzinə, əslində marağında olduğu müəyyən edilmiş alimentin məbləğinin artırılması ilə müraciət etməsi daha məqsədəmüvafiqdir. Hazırki iddia ərizəsinin isə icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata götürülməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 23.1-ci maddəsinə uyğun olaraq barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında və ya alimentin artırılması ilə əlaqədar iddia ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (elektron kabinet vasitəsilə) Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(001)-2701/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2701/2025
03.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver