Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-273/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclası katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı, məzuniyyət, məcburi işburaxmaya görə pul məbləğinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı “maddi zərərin ödənilməsi” qarşılıqlı iddia tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı, məzuniyyət, məcburi işburaxmaya görə pul məbləğinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh MMC İddiaçı qarşı “maddi zərərin ödənilməsi” nə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və cavabdehin nümayəndəsi-vəkili Vəkil1 barışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiqlənməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. İşdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. -191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. -261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və X5 tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmamaqla hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilir. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddia tələbi mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: Bir tərəfdən ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh X1, digər tərəfdən ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə TAC" Məhdud Məsuliyyətli Cəmiyyəti direktoru X2 şəxsində (iddiaçı ilə cavabdeh birlikdə “Tərəflər" adlanacaqdır) Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-273/2022 saylı mülki iş üzrə mülki mübahisənin sülh yolu ilə həll edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında X5ni (bundan sonra “Saziş adlanacaq) bağladılar.
1. İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı TAC" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona “ödənilməmiş doqquz ayın, bağlanmış müqaviləyə xitam verilənə qədər, kartla ödənilməsi nəzərdə tutulan 125 manat olmaqla son məcburən işə buraxılmağı altı ayın əmək haqqı 750 manat, 2020-ci ilin oktyabr ayının 1-dən gecikdirilmiş, mühasibatlıq cədvəli ilə ödəniş edilən 470 manat, ümumi 2.820 manat, məcburən işə buraxılmağı ay üzrə ödənilməli 1.410 manat, cəmi 4.230 manat ödənilən əmək haqqının, istifadə etmədiyi illərin məzuniyyət haqqı, işə götürən cavabdehin təqsiri üzündən gecikdirilməyə görə hər gecikdirilən gün üçün hesablanaraq ödənilməli 1 faiz və 1.000 manat zərərə görə cavabdehdən alınaraq ona ödənilməsi, 04 mart 2022-ci il tarixli N-A-04-03-22/932-2 saylı əmrin ləğv edilməsi və işə bərpa olunmasına" dair iddia tələbindən imtina edir.
2. İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı “TAC" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qaldırdığı iddia tələbindən imtina edilməsi barədə ərizəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edir.
3. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı 10.997 manat 80 qəpik maddi zərərin tutulmasına dair iddia tələbindən imtina edir.
4. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qaldırdığı iddia tələbindən imtina edilməsi barədə ərizəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edir.
5. Cavabdeh MMC cavabdeh İddiaçı 1 aylıq fəhlə vəzifəsinə işə qəbul edir və Cavabdeh MMC ilə İddiaçı arasında fəhlə vəzifəsinin icra edilməsi ilə bağlı müddətli (bir aylıq) əmək müqaviləsi bağlanır.
6. Barışıq sazişi imzalandıqdan sonra “Tərəflər” bir-birinə qarşı heç bir iddia tələbləri irəli sürməyəcəklər.
7. Bu saziş bağlandığı andan qüvvəyə minir.
8. X5 Azərbaycan dilində, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, nüsxələrdən biri İddiaçı, biri “TAC" MMC-də, digəri isə Binəqədi rayon məhkəməsində iş materiallarında saxlanılır.
9. Tərəflər bu sazişi oxuyub və onun düzgünlüyünü öz imzası ilə təsdiq edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu saziş ilə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edildiyi və qərardad qanuni qüvvəsini aldığı andan qüvvəyə minir. İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı, məzuniyyət, məcburi işburaxmaya görə pul məbləğinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı “maddi zərərin ödənilməsi” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Günel Abbasova