Məhkəmə qərarları › İş №2(001)-2744/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2744/2024

30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2744/2024 30.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023cü il təvəllüdlü X5 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay sabit məbləğdə 250 manat və 30 noyabr 2023-cü il təvəllüdlü X5 üç yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit məbləğdə, cəmi 400 manat aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə faktiki nikah münasibətlərinə girərək, ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. Cavabdehlə faktiki olaraq ayrılmışlar və xx.xx.2023-cü il tarixindən X5 onun himayəsindədir. Cavabdeh uşaqla maraqlanmır, onun saxlanılmasına maddi dəstək olmur. Alimentin ödənilməsi, uşağın maddi tələbatlarının ödənilməsi üçün zəruridir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, aliment məbləğinin sabit pul məbləğində 235 manat həcmində tutulmasını xahiş edir. Cavabdehin maaşı məhkəmədə bildirdiyindən daha çoxdur. Çünki əmək haqqına əlavələr alır. Uşağın müalicəsi və saxlanılması xərclərini özü ödəyir. Cavabdeh ona verdiyi pulları qaytarılması şərtilə verib, həmin pulların qaytarılması barədə əlində sübutları var.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh uşağın atasıdır. Tərəfdə şübhə vardırsa DNK analizinin təyin edilməsinə etiraz etmir. Cavabdeh sadəcə olaraq valideynlərinə görə hazırda bu cür izahat verir. O, cavabdehə qarşı şər böhtan atmır. Hətta hamilə vaxtı cavabdehə əl çəkməsini bildirmiş, lakin cavabdeh ondan əl çəkməmişdir. Əlavə olaraq bildirir ki, atası 20 Yanvar əlilidir, anası isə parkenson xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən işləyə bilmir. Hazırda uşağı 200 manatla saxlaya bilməz. Cavabdeh isə "xxxx" QSC-də işləməkdən başqa əlavə işlə də məşğul olur. Belə ki, cavabdeh maşın ustasıdır, eyni zamanda maşın alqı-satqısı ilə də məşğul olur. Özü də əvvəllər cavabdehlə birgə işlədiyindən, həmin vaxtlarda "xxxx" QSCnin rəhbərliyi tərəfindən işçilərə əmək haqqından başqa əlavələr də verilirdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbində tələb edilən həcmdə yox, 200 manat sabit pul məbləğində aliment ödəyə bilər. Gecə saatlarına görə əlavə haqq aldığı doğrudur, lakin bu istəkdən asılıdır. Bundan başqa uşağı üçün iddiaçıya vaxtında kifayət qədər pul verib. Həmin pullar ona qaytarılmayıb.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddianı qismən qəbul edir, o, 200 manat aliment ödəməyə razıdır, lakin digər hissədə iddianı qəbul etmir. O, iddiaçı ilə rəsmi nikahda olmamış, uşağın isə ondan olmasını dəqiq bilmir, buna baxmayaraq uşağa atalıq vermişdir. "xxxx" QSC-də işləyir, aylıq əmək haqqı 805 manat təşkil edir. Lakin tutulmalardan sonra əmək haqqı kartına 700-750 manat arası pul yüklənir və əlavə gəliri yoxdur.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, alimentin məbləğinin 200 manat təyin edilməsini xahiş edir. Bundan başqa cavabdeh könüllü olaraq uşağın saxlanmasında yaranacaq çətinliklərə də köməklik etmək niyyətindədir.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, tərəflər nə faktiki nə də ki, rəsmi nikah münasibətlərində olmamışlar və birgə yaşamamışlar. Tərəflər iş yoldaşı olmuşlar və 1 günlük münasibətin nəticəsində uşaq anadan olmuşdur. Uşaq anadan olan zaman cavabdeh bütün xəstəxana xərclərini qarşılamışdır. Daha sonra cavabdeh uşağa atalıq vermişdir. Cavabdeh uşağı qəbul edir və uşağın onun olub-olmamasını mübahisələndirmir. Cavabdeh hazırda müvəqqəti təminat tədbiri qaydasında tutulan 200 manat məbləğində alimenti ödəyir. Cavabdeh 200 manat aliment ödəməyə razıdır. Cavabdeh özü də gələcəkdə ailə quracaqdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. 3 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, AZ-İ seriyalı, 466826 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində vətəndaş İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 18 dekabr 2023-cü il tarixində 717 № ilə qeyd edilmişdir.

10. 3 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən verilən AZ-İV seriyalı, 959614 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı ərizəsini qismən təmin edilməsi, xx.xx.2024-cü il tarixindən başlayaraq, iş üzrə qətnamə çıxarılanadək xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat alimentin tutulması qərara alınmışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

12. Tərəflər rəsmi nikaha daxil olmamışlar və faktiki münasibətlərindən bir uşaqları var. Belə ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü ildə doğulmuş X2 atası hesab edilmişdir. Tərəflər ayrı yaşayırlar və uşaq anasının himayəsindədir. İddiaçı uşağın saxlanması üçün sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatana kimi özü üçün aliment tələb edir.

13. xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehdən hər ay 200 manat aliment tutulur.

14. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləyir və rəsmi əmək haqqı 805 manat təşkil edir.

15. Cavabdeh iddianı qismən qəbul edir və yalnız üçün uşaq müvəqqəti təminat tədbiri həddində 200 manat aliment ödəməyə razıdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

18. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

20. 76.1.1-ci maddəsində qeyd edilmişdir ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

21. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

22. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

23. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

25. Məhkəmə valideynlərin uşağı saxlamağa borclu olduğunu, uşaqların qanunvericilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, uşağın mənafeyinin üstünlüyünü, iddiaçının razılığını, cavabdehin yaşayış minimumu həddində aliment ödəməyə imkan verən qazancının olmasını, onun etirazının iddianı yaşayış minimumundan az miqdarda aliment təyin edilməsinə əsas verməməsini nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həddində müəyyən edilməlidir.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.

27. Bu səbəbdən də məhkəmə hesab edir ki, aliment məbləği xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin aliment məbləği hesablanarkən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tutulan məbləğ nəzərə alınmalıdır.

28. İddia tələbinin uşaq 3 yaşına çatanadək ana üçün ödənilməli olan aliment məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının həmin tələbi ər-arvadın və ya keçmiş ər-arvadın aliment öhdəlikləri ilə bağlı olan tələbdir. Lakin tərəflər arasında rəsmi nikah olmamışdır. Odur ki, iddiaçının bu əsasla cavabdehdən aliment tələb etməsi əsassızdır.

29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

30. 85.2 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir;

31. 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

35. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

36. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Nəticə:

37. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin tutulmasının əvvəli 06 mart 2024-cü il tarixindən hesablanmalı, aliment hesablanarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tutulan məbləğ nəzərə alınmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. 06 mart 2024-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aliment hesablanarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)- 107/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tutulan məbləğ nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar