Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2790/2020 10.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz və şəxsi əşyaların qaytarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cehiz və şəxsi əşyaları, habelə oğluna məxsus olan əşyaların, yəni 1 ədəd 650 manat dəyərində “X2 8” markalı mobil telefonun, 3500 manat dəyərində, çarpayı, 2 tumba, termo və dolabdan ibarət yataq dəstinin, yataq otağındakı 50 manat dəyərində çılçırağın, 50 manat dəyərində pərdənin, ümumi 500 manat dəyərində xırda şəxsi əşyaları olan albom, bjüteriya, diplomat, paltarların, ümumi 300 manat dəyərində 2 döşək, 3 yorğan, 4 yastıq, 2 örtüyün, 300 manat dəyərində tozsoranın, dəyəri 165 manat olan velotrenajorun, ümumi dəyəri 100 manat olan 5 ədəd divar rəsminin, ümumi dəyəri 200 manat olan yataq dəstləri, sentifon yorğan, uşaq yorğanın, dəyəri 100 manat olan ev telefonunun, ümumi dəyəri 1550 manat olan boz rəngli divan və döşəkçələrin, ümumi dəyəri 1200 manat olan masa və 10 ədəd oturacağın, 50 manat dəyərində yumşaq materialdan ağ-qara rəngli jurnal masasının, 250 manat dəyərində ağ, 100 və 150 manat dəyərində 2 ədəd yaşıl xalçanın, 200 manat dəyərində uşaq xalçasının, 100 manat dəyərində qəhvəyi tüklü xalçanın, 150 manat dəyərində qarışıq mətbəx xalçasının, 200 manat dəyərində dəhliz xalçasının, 200 manat dəyərində qara rəngli televizor masasının, ümumilikdə 50 manat dəyərində şəkil çərçivələri, suvenir, şamdan və disklərin, 50 manat dəyərində qonaq otağında pərdə aksessuarının, 70 manat dəyərində qonaq otağındakı çılçırağın, 45 manat dəyərində divar saatının, 30 manat dəyərində yerdən güldanın, 1500 manat dəyərində dolab, yataq, tumba və kompüter masasından ibarət uşaq otağı dəstinin, çılçırağın, pərdənin, sandıq oyuncaqların, maşınların, novruz xonçasının, jurnal masasının, ümumi dəyəri 300 manat olan şəxsi uşaq əşyalarının, dəyəri 200 manat olan qara rəngli mətbəx künc divanın, 400 manat dəyərində uşaq otağındakı televizorun, 150 manat dəyərində 1 ədəd fil sümüyü rəngində dəhlizdəki kamodun, 15 manat dəyərində divar asılqanının, 300 manat dəyərində mətbəxdəki “Samsung” markalı kiçik televizorun, 1 ədəd 40, 1 ədəd 100 manat dəyərində şirəçəkənin, 50 manat dəyərində ədəd “Geepas” markalı ətçəkənin, 1 ədəd 170 manat dəyərində elektron bişiricinin, 1 ədəd 210 manat dəyərində “Vitek” markalı mikrodalğalı sobanın, dəyəri 100 manat olan mikser, blender, “King” markalı əl blenderi setinin, 50 manat dəyərində “Kumtel” markalı boz rəngli elektrik sobanın, 500 manat dəyərində ağ rəngli soyuducunun, 700 manat dəyərində “LG” markalı boz rəngli paltaryuyanın, 200 manat dəyərində 6 ədəd qoşaqapaqlı bənövşəyi qazan dəstinin, 50 manat dəyərində qaşıq-bıçaq dəstinin, ümumi dəyəri 200 manat olan aliminium, çuqun, 2 ədəd, üçbucaq qazan 2 ədəd, 1 ədəd çəhrayı tavanın, 50 manat dəyərində şüşə luminark qabın, ümumi dəyəri 150 manat olan 12 ədəd dördkünc “Karaca” markalı qabın, 2 ədəd buludun, 15 manat dəyərində salatqabının, 150 manat dəyərində 2 ədəd buludun, 15 manat dəyərində salatqabının, 80 manat dəyərində 24 ədəd bakalın, 15 manat dəyərində qozçəkənin, 10 manat dəyərində 2 ədəd tərəvəzdoğrayanın, 30 manat dəyərində 4 ədəd çaydanın, 3 ədəd dəmkeşin, 20 manat dəyərində elektrik samovarın, 40 manat dəyərində ağ keramika dəsti vitrində, 20 manat dəyərində 4 ədəd qəhvəyi, 20 manat dəyərində 3 ədəd dairəvi, 1 ədəd qulplu sini qabın, 100 manat dəyərində 2 ədəd böyük, 1 ədəd kiçik yaşıl bagemanın, 80 manat dəyərində 1 ədəd böyük, 2 ədəd kiçik çəhrayı bagemanın, 150 manat dəyərində madonna servis dəstinin, 30 manat dəyərində 6 ədəd xrustal stəkan, nəlbəki, qəndqabı dəstinin, 50 manat dəyərində 4 ədəd ayaqlı mürəbbəqabının, 70 manat dəyərində 3 ədəd bardağın, 18 ədəd stəkanın, 50 manat dəyərində gündəlik boşqabın, 50 manat dəyərində çəngəl, qaşıq, bıçaq, çömçə, qəndqıranın, 30 manat dəyərində 10 ədəd saxlama qabının, 50 manat dəyərində süfrə, çay dəsmalı, pərdənin, 20 manat dəyərində akvariumun, 35 manat dəyərində 1 ədəd göy rəngli oturacağın, 20 manat dəyərində 3 mərtəbə çörəkqabının, 40 manat dəyərində 2 ədəd plastmas, şkafı çəhrayı, bənövşəyi, mətbəxdə boz rəngli dördkünc saatın, 40 manat dəyərində boz qazan dəstinin, 20 manat dəyərində 6 ədəd bənövşəyi bakal dəstinin, 100 manat dəyərində zirzəmidə qab, qazan, dolu və boş bankaların, 25 manat dəyərində ikili, üstü dəmir, içi şüşə, qapağı qırmızı qabın, 10 manat dəyərində 1 ədəd süd rəngi və göy rəngli duz-istiot dəstinin, 20 manata dəyərində ağ çərçivənin, 50 manat dəyərində dəhlizdəki çılçırağın, 600 manat dəyərində kondisionerin, 100 manat dəyərində İran istehsalı mərtəbəli meyvə qabının, 70 manat dəyərində əl ilə yuyulan paltaryuyan maşın “Malyutka”nın, 50 manat dəyərində qara rəngli hamam güzgüsünün, bu əşyalar olmadığı təqdirdə isə onların dəyərinin, eləcə də iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, İddiaçı ilə birgə nikah münasibətlərində olduqları dövrdə əldə edilmiş, İddiaçı mülkiyyətində olan “Mitsubishi Pajero İO” minik markalı, AZ**-BD-*** qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsilə satılaraq satışdan əldə olunmuş pul məbləğinin cavabdehlə aralarında ½ hissədə bölünməsi, iddiaya mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək avtomobilin satıldığı təqdirdə isə avtomobilin real bazar dəyərinin ½ hissəsinin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, cavabdehlə xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikah münasibətlərində olduqları dövrdə Binqədi rayon Bələdiyyəsindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Dəyirmanyolu, 13-cü döngədə yerləşən 2 sot torpaq sahəsi almış, sonradan orada ev tikdirmiş və 2008-ci ildən etibarən orada yaşamışlar. O, özünə məxsus cehiz və şəxsi əşyalarını da həmin mənzilə yerləşdirmişdir. Sonradan məhkəmə qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan Yuzarsif adlı uşaqlarının onun yanında saxlanması qərara alınmışdır. Cavabdeh uşaqla birlikdə onu evdən çıxarmış, bütün əşyaları həmin evdə qalmışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil ilk iddianı qəbul etmədiyini, qarşılılı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ilk iddia ərizəsində adları göstərilən əşyalardan əksəriyyəti tərəflərin birgə nikahları dövründə birgə gəlirləri hesabına alınmışdır. Cehiz əşyalar isə təxminən 15 ilin əşyalarıdır ki, onlardan bəziləri ümumiyyətlə tullanmışdır. Adları çəkilən əşyaların İddiaçı məxsus olmasını təsdiq edən heç bir sübut da məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, tərəflər birgə nikah münasibətlərində olduqları dövrdə İddiaçı “Mitsubishi Pajero İO” minik markalı, AZ**-BD-*** qeydiyyat nişanlı avtomobil əldə etmişdir. Həmin avtomobil birgə nikah dövründə əldə edildiyindən açıq hərracda satılaraq əldə edilmiş pul ½ hissədə tərəflər arasında bölünməlidir. Qətnamə çıxarılanadək avtomobil satılmış olduğu halda onun real bazar dəyəri müəyyən edilməklə həmin məbləği ½ hissəsi İddiaçı tutularaq Cavabdeh verilməlidir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 430/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. AD seriyalı, 312992 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mitsubishi Pajero-İO” minik markalı, AZ**-BD-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk, eləcə də qarşılıqlı iddiaların qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsində göstərilən əşyaların üzərinə həbs qoyulmasına dair iddianın təmini tədbiri barədə ərizəsini də qoşma etmiş, məkhəmənin xx xxxx 2020-ci il tarixli, 2(001)-2790/2020 saylı qərardadına əsasən, iddia ərizəsində göstərilən əşyaların üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardad icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra şöbəsi tərəfindən icra sənədi icra olunaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda, qərardad icra olunarkən tərtib olunmuş və məhkəməyə göndərilmiş aktdan görünür ki, üzərinə həbs qoyulmalı əşyalardan “X2 8” markalı mobil telefon, albom, bijuteriya, diplomat və paltarlardan ibarət xırda şəxsi əşyalar, tozsoran, velotrenajor, yataq dəstləri, sintefon yorğan, uşaq yorğanı, boz rəngli divan və döşəkçələr, masa və 10 ədəd oturacaq, ağ-qara rəngli yumşaq materialdan jurnal masası, qarışıq rəngli mətbəx xalçası, dəhliz xalçası, qara rəngli televizor masası, yerdən güldan, “Geepas” markalı ətçəkən maşın, “Vitek” markalı mikrodalğalı soba, 6 ədəd qoşaqapaqlı bənövşəyi qazan dəsti, 2 ədəd üçbucaq qazan, 1 ədəd çəhrayı tava, 12 ədəd bakal, 1 ədəd qulplu sini qab, 10 ədəd saxlama qabı və “Malyutka” növlü əl ilə yuyulan paltaryuyan maşının aşkar edilməsi mümkün olmamışdır. Bununla məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsində göstərilən və aşkar edilərək üzərinə həbs qoyulmuş əşyaların mövcudluğu sübut olunur, lakin, evdə müəyyən edilməmiş və aktda adları göstərilən əşyaların isə həmin evdə olmasına dair iddiaçı tərəfdən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı iddiası evdə aşkar edilərək üzərinə həbs qoyulmuş əşyaların qaytarılması hissəsində təmin, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İş materialları ilə müəyyən edilir ki, “Mitsubishi Pajero-İO” minik markalı avtomobil İddiaçı mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə, yəni tərəflərin birgə nikah münasibətində olduqları dövrdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiası qismən, avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş pulun ½ hissədə tərəflər arasında bölünməsi hissəsində təmin, digər hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinin məzmununa əsasən, iddianı təmin etmə tədbiri gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədilə görülür. Cavabdeh Məhərrəməli oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkdən ərizəsində iddianın təmini tədbiri barədə ərizə də qoşma etmiş, həmin ərizədə İddiaçı mülkiyyətində olan “Mitsubishi Pajero-İO” minik markalı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən, həmin avtomobil qarşılıqlı iddia üzrə iddia predmeti olduğundan qətnamə çıxarılanadək avtomobilin özgəninkiləşdirilməsinin qarşısının alınması məqsədilə üzərinə həbs qoyulmuşdur. Belə olan halda Cavabdeh iddiasının “qətnamə çıxarılanadək avtomobil satılarsa onun real bazar qiyməti müəyyənləşdirilməklə ½ hissəsi İddiaçı tutularaq ona ödənilsin” hissəsinin heç bir əsası yoxdur, həmin hissədə iddia təmin edilə bilməz. Həm ilk, həm də qarşılıqlı iddia ərizələri üzrə iddiaçılar məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödədiklərindən və hər iki iddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz və şəxsi əşyaların qaytarılması tələbinə dair ilk iddiası qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, Dəyirmanyolu, 13-cü döngədə yerləşən, Cavabdeh Məhəmmədli oğlunun yaşadığı mənzildə olan, İddiaçı məxsus çarpayı, 2 tumba, termo və dolabdan ibarət ümumi dəyəri 3500 manat olan yataq dəsti, yataq otağındakı 50 manat dəyərində çılçıraq, ümumi dəyəri 300 manat olan 2 döşək, 3 yorğan, 4 yastıq, 2 örtük, ümumi dəyəri 100 manat olan 5 ədəd divar rəsmi, dəyəri 100 manat olan ev telefonu, 250 manat dəyərində ağ, 100 və 150 manat dəyərində 2 ədəd yaşıl xalça, 200 manat dəyərində uşaq xalçası, 100 manat dəyərində qəhvəyi tüklü xalça, ümumilikdə 50 manat dəyərində şəkil çərçivələri, suvenir, şamdan və disklər, 50 manat dəyərində qonaq otağında pərdə aksessuarı, 70 manat dəyərində qonaq otağındakı çılçıraq, 45 manat dəyərində divar saatı, 1500 manat dəyərində dolab, yataq, tumba və kompüter masasından ibarət uşaq otağı dəsti, çılçıraq, pərdə, sandıq oyuncaqlar, maşınlar, novruz xonçası, jurnal masası, ümumi dəyəri 300 manat olan şəxsi uşaq əşyaları, dəyəri 200 manat olan qara rəngli mətbəx künc divan, 400 manat dəyərində uşaq otağındakı televizor, 150 manat dəyərində 1 ədəd fil sümüyü rəngində dəhlizdəki kamod, 15 manat dəyərində divar asılqanı, 300 manat dəyərində mətbəxdəki “Samsung” markalı kiçik televizor, 1 ədəd 40 manat dəyərində ağ, 1 ədəd 100 manat dəyərində qara meyvəçəkən, 1 ədəd 170 manat dəyərində elektron bişirici, dəyəri 100 manat olan mikser, blender, “King” markalı əl blenderi seti, 50 manat dəyərində “Kumtel” markalı boz rəngli elektrik soba, 500 manat dəyərində ağ rəngli soyuducu, 700 manat dəyərində “LG” markalı boz rəngli paltaryuyan, 50 manat dəyərində qaşıq-bıçaq dəsti, aliminium, çuqun qazanlar, 50 manat dəyərində şüşə luminark qab, ümumi dəyəri 150 manat olan 12 ədəd dördkünc “Karaca” markalı qab, 2 ədəd bulud, 15 manat dəyərində salatqabı, 12 ədəd bakal, 15 manat dəyərində qozçəkən, 10 manat dəyərində 2 ədəd tərəvəzdoğrayan, 30 manat dəyərində 4 ədəd çaydan, 3 ədəd dəmkeş, 20 manat dəyərində elektrik samovar, 40 manat dəyərində ağ keramika dəsti, 20 manat dəyərində 4 ədəd qəhvəyi, 20 manat dəyərində 3 ədəd dairəvi sini qab, 100 manat dəyərində 2 ədəd böyük, 1 ədəd kiçik yaşıl bagema, 80 manat dəyərində 1 ədəd böyük, 2 ədəd kiçik çəhrayı bagema, 150 manat dəyərində madonna servis dəsti, 30 manat dəyərində 6 ədəd xrustal stəkan, nəlbəki, qəndqabı dəsti, 50 manat dəyərində 4 ədəd ayaqlı mürəbbəqabı, 70 manat dəyərində 3 ədəd bardaq, 18 ədəd stəkan, 50 manat dəyərində gündəlik boşqab, 50 manat dəyərində çəngəl, qaşıq, bıçaq, çömçə, qəndqıran, 50 manat dəyərində süfrə, çay dəsmalı, pərdə, 20 manat dəyərində akvarium, 35 manat dəyərində 1 ədəd göy rəngli oturacaq, 20 manat dəyərində 3 mərtəbə çörəkqabı, 40 manat dəyərində 2 ədəd plastmas, şkafı çəhrayı, bənövşəyi, mətbəxdə boz rəngli dördkünc saat, 40 manat dəyərində boz qazan dəsti, 20 manat dəyərində 6 ədəd bənövşəyi bakal dəsti, 100 manat dəyərində zirzəmidə qab, qazan, dolu və boş bankalar, 25 manat dəyərində ikili, üstü dəmir, içi şüşə, qapağı qırmızı qab, 10 manat dəyərində 1 ədəd süd rəngi və göy rəngli duz-istiot dəsti, 20 manata dəyərində ağ çərçivə, 50 manat dəyərində dəhlizdəki çılçıraq, 600 manat dəyərində kondisioner, 100 manat dəyərində İran istehsalı mərtəbəli meyvəqabı, 50 manat dəyərində qara rəngli hamam güzgüsü Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikah münasibətlərində olduqları dövrdə əldə edilmiş, İddiaçı mülkiyyətində olan “Mitsubishi Pajero İO” minik markalı, AZ**-BD-*** qeydiyyat nişanlı avtomobil hərrac vasitəsilə satılaraq satışdan əldə olunmuş pul məbləği Cavabdeh və İddiaçı arasında ½ hissədə bölünsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2790/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2790/2020
10.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver