Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2879/2021 02.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 4000 manat olan kolye, bilərzik, üzük və sırğadan ibarət qızıl dəstin, dəyəri 114 manat olan 2 ədəd yataq mebelinin tumbasının, dəyəri 239 manat olan 1 ədəd yataq mebelinin trümosu, dəyəri 662 manat olan 5 qapılı paltar dolabının, dəyəri 55 manat olan 1 ədəd jurnal masasının, dəyəri 160 manat olan 1 ədəd qonaq otağı kamodunun, dəyəri 13 manat olan 1 ədəd qonaq otağı kamodunun güzgüsünün, dəyəri 113 manat olan 1 qapılı qonaq otağı vitrininin, dəyəri 190 manat olan 2 qapılı qonaq otağı vitrininin, dəyəri 67 manat olan 1 ədəd qonaq otağı güzgüsünün, dəyəri 500 manat olan qara-ağ rəngli mətbəx mebelinin cavabdehdən alınaraq ona verilməsi, əmlaklar mövcud olmadıqda isə onların dəyərinin yəni 6113 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X4 ilə 18 aprel 2018-ci il tarixdə Göyçay rayon İHB-nin Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikah qeyd etdirməklə və 21 aprel 2018-ci il tarixində el adəti ilə toy etməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahından 07 yanvar 2019-cu il tarixdə Davud adlı oğlu doğulmuşdur. Cavabdehlə nikahları onun tələbinə əsasən Göyçay Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(046)-198/2021 saylı qətnaməsi ilə pozulmuşdur. 2019-cu ilin iyul ayında cavabdehin anası ilə aralarında baş verən mübahisədən sonra sonuncu ondan evdən çıxmasını tələb etmişdir. O, da anasına zəng edərək, gəlib onu aparmasını istəmişdir. Anası və əmisi həmin gün axşam saatlarında onlara gələrək onu və azyaşlı oğlunu rayona aparmışlar. Bu zaman cehiz və qızıl əşyaları cavabdehlə birgə yaşadıqları evdə qalmışdır. Cavabdeh Sulutəpə qəsəbəsində kirayə ev tutduqdan sonra 28 sentyabr 2019-cu il tarixində onu və oğlunu kirayə tutduqları ev aparmışlar. Cavabdehlə cəmi 1 ay mehriban yaşamışlar. Sonradan münasibətləri pozulmuşdur. Belə ki, cavabdehin qohumlarının müdaxiləsi nəticəsində cavabdehlə aralarında tez-tez mübahisələr baş vermişdir. 05 dekabr 2019-cu il tarixində cavabdehin anası vəfat etdiyi üçün yas mərasiminə gedərkən cavabdehin bacıları onu evdə qovmuşlar. 18 aprel 2020-ci il tarixdə cavabdeh onunla mübahisə edib onu döydü və səs-küyə gələn ev sahibi cavabdehi evdən qovmuşdur. O, tək 3 gün kirayə olduqları evdə qalmışdır. Daha sonra anası gili gəlib onu rayona aparmışlar. 2019-cu ilin iyul ayında cavabdehin anası onu evdən qovarkən qızıl-zinət əşyaları həmin evdə qalmışdır. Faktiki olaraq cavabdehdən qızıl zinət əşyalarını tələb etsə də, cavabdeh qaytarmamışdır. O, yalnız kirayə yaşadıqları evdən məişət əşalarını, çarpayı, stol, stul, künc divanını rayona gətirmişdir. Digər əmlaklar cavabdehin evində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, nikah bağlandıqdan sonra qızılları qaynanası ondan almışdır. Qaynanası qızılları alan zaman həyat yoldaşı da onun yanında olmuşdur. Qızılların hara qoyulmasından məlumatsızdır. Özü ilə rayona ancaq əlində taxılı qalan nişan üzüyünü aparmışdır. 2019-cu ilin noyabr ayında isə üzüyü birlikdə satdıqlarından həmin üzüklə bağlı tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Qızıllarının qiymətini toy şəkillərini qızıl satan şəxslərə göstərməklə dəyərini müəyyən etmişdir. Toy günü həmin əşyalar hədiyyə verilmişdir. “Embawood” mağazasından onun mebellərini atası almışdır. Fotoşəkildəki üzüklərdən biri cavabdehə məxsusdur. Kirayədə yaşadığı və əri ilə birlikdə qaldığı evin hər ikisi Sulutəpə qəsəbəsindədir. Cavabdeh vəkilinə demişdir ki, qızıllarını tələb etməsə, mebellərini ona verəcək. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahatında bildirmişdir ki, cavabdeh qızıl dəstə münasibətdə iddia tələbini qəbul etmir. Cavabdeh iddiaçının qızıllarını özü ilə birlikdə apardığını bildirir. Cehiz əşyaları isə evdədir və cavabdehin özü həmin əmlakları qaytarmağa razıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan: Göyçay Rayon Məhkəməsinin 2(046)-198/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 18.04.2018-ci il tarixdə Göyçay rayon RİHB-nın Qarabaqal kənd İƏD üzrə nümayəndəliyində 12 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 07.01.2019-cu il tarixdə anadan olmuş X5 İddiaçı yanında saxlanılması, Cavabdeh oğlundan 15.09.2020-ci il tarixdən başlayaraq 07.01.2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment və azyaşlı Davudun 3 yaşına çatanadək hər ay 50 manat, cəmi 200 manat alimentin tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. “Embawood” mağazasından verilən 31.03.2018-ci il tarixli qaimə fakturadan görünür ki, 9 adda cehiz əmlakı mağazadan alınmışdır. "xxxx" MMC tərəfindən verilən LP-106/21 saylı mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş fotoşəkillərə əsasən 1 ədəd kolye, 1 ədəd bilərzik, 1 ədəd üzük və 1 ədəd sırğadan ibarət qızıl dəstinin hazırki qiyməti 3153 manatdır. Ekspertiza tədqiqatının dəyəri 200 manatdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(001)- 2879/2021 saylı qərardadından görünür ki, 1)Ümumi dəyəri 4000 manat olan kolye, bilərzik, üzük və sırğadan ibarət qızıl dəsti, 2)dəyəri 114 manat olan 2 ədəd yataq mebelinin tumbası, 3)dəyəri 239 manat olan 1 ədəd yataq mebelinin trimosu, 4)dəyəri 662 manat olan 5 qapılı paltar dolabı, 5)dəyəri 55 manat olan 1 ədəd jurnal masası, 6)dəyəri 160 manat olan 1 ədəd qonaq otağı kamodu, 7)dəyəri 13 manat olan 1 ədəd qonaq otağı kamodunun güzgüsü, 8)dəyəri 113 manat olan 1 qapılı qonaq otağı vitrini, 9)dəyəri 190 manat olan 2 qapılı qonaq otağı vitrini, 10)dəyəri 67 manat olan 1 ədəd qonaq otağı güzgüsü, 11)dəyəri 500 manat olan qara-ağ rəngli mətbəx mebeli cehiz əşyaları siyahıya alınaraq üzərinə həbs qoyulması, həmin əşyaların özgəninkiləşdirilməsinin, bağışlanmasının cavabdehə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Fədai Nuru tərəfindən qəbul edilən icra sənədi üzrə icraata xitam verilməsi barədə 16.04.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(001)- 2879/2021-007 saylı icra sənədi icra edildiyindən, icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İcra sənədinin icra olunduğunu təsdiq edən 16.04.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Nuru Fədainin, Kamran Mirzəyevin və icra vərəqəsi üzrə borclu Cavabdeh iştirakı ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(001)-2879/2021 saylı icra vərəqinin icrası ilə əlaqədar əmlakların olduğu Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Yeni məhəllə, nömrəsiz evdə icra vərəqində qeyd olunan dəyəri 114 manat olan 2 ədəd yataq mebelinin tumbası, dəyəri 239 manat olan 1 ədəd yataq mebelinin trümosu, dəyəri 662 manat olan 5 qapılı paltar dolabı, dəyəri 55 manat olan 1 ədəd jurnal masası, dəyəri 160 manat olan 1 ədəd qonaq otağı kamodu, dəyəri 13 manat olan 1 ədəd qonaq otağı kamodunun güzgüsü, dəyəri 113 manat olan 1 qapılı qonaq otağı vitrini,dəyəri 190 manat olan 2 qapılı qonaq otağı vitrini, dəyəri 67 manat olan 1 ədəd qonaq otağı güzgüsü, dəyəri 500 manat olan qara-ağ rəngli mətbəx mebeli siyahiya alınaraq üzərinə həbs qoyulmuş, həmin əmlakların özgəninkiləşdirilməsi və bağışlanması Cavabdeh qadağan edilmişdir. İcra vərəqində qeyd olunan ümumi dəyəri 4000 manat olan kolye, bilərzik, üzük və sırğadan ibarət qızıl dəsti, ünvanda aşkar olunmamışdır. Cavabdeh dəyəri 4000 manat olan qızıl dəstinin harada olmasından xəbərsiz olduğunu, mərhum anası X3 həmin qızıl dəstini kimə verməsindən xəbərsiz oluğunu bildirmişdir. 15 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Binəqədi Rayon Məhkməsində iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 18.04.2018-ci il tarixində nikah bağlanmışdır. Nikahdan sonra iddiaçı cavabdehə məxsus ünvana köçmüş və cehiz əşyalarını həmin ünvanda yerləşdirmişdir. Tərəflər sonuncu dəfə Sulutəpə qəsəbəsində fərdi yaşayış evində kirayə yaşamışlar. Lakin yaranan mübahisə nəticəsində iddiaçı ona məxsus olan və kirayə yaşadıqları evdə olan bəzi əmlakları özü ilə birlikdə Göyçay rayonuna aparmışdır. Hazırda iddiaçı dəyəri 6113 manat olan cehiz əmlakının, həmin əmlak mövcud olmadığı təqdirdə dəyərinin cavabdehdən alınıb ona verilməsini xahiş edir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(001)-2879/2021 saylı qərardadı ilə iddiaçının tələb etdiyi cehiz əşyalarının üzərinə həbs qoyulması qərara alınmış və icra sənədi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Fədai Nuru tərəfindən icra edilmiş, dəyəri 239 manat olan 1 ədəd yataq mebelinin trümosu, dəyəri 662 manat olan 5 qapılı paltar dolabı, dəyəri 55 manat olan 1 ədəd jurnal masası, dəyəri 160 manat olan 1 ədəd qonaq otağı kamodu, dəyəri 13 manat olan 1 ədəd qonaq otağı kamodunun güzgüsü, dəyəri 113 manat olan 1 qapılı qonaq otağı vitrini,dəyəri 190 manat olan 2 qapılı qonaq otağı vitrini, dəyəri 67 manat olan 1 ədəd qonaq otağı güzgüsü, dəyəri 500 manat olan qara-ağ rəngli mətbəx mebeli siyahiya alınaraq üzərinə həbs qoyulmuş, həmin əmlakların özgəninkiləşdirilməsi və bağışlanması Cavabdeh qadağan edilmişdir. İcra vərəqində qeyd olunan ümumi dəyəri 4000 manat olan kolye, bilərzik, üzük və sırğadan ibarət qızıl dəsti, ünvanda aşkar olunmamışdır. Toyda taxılan və hədiyyə edilən qızıl-zinət əşyalarının və qeyd edilən cehiz əşyalarının əvvəllər olması cavabdeh tərəfindən də mübahisələndirilmir. Cavabdeh isə iddia tələbini qismən qəbul etməklə, mənzildə olan və üzərinə həbs qoyulan əmlakın cavabdehə qaytarılmasına etiraz etmir. Lakin ümumi dəyəri 4000 manat olan kolye, bilərzik, üzük və sırğadan ibarət qızıl dəstinin iddiaçının özündə olduğunu bildirir. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 34.1 və Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Qeyd olunan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə görə, tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Qanunvericiliyin qeyd olunan normasından göründüyü kimi, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər. İddia ərizəsində göstərilən qızıl-ziynət əşyalarının mövcudluğu, həmin əşyaların iddiaçının mülkiyyətində və cavabdehin qanunsuz sahibliyində olması və bununla da iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinin mövcud olması halının sübut etmə vəzifəsi iddiaçıya aiddir. Məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən əşyaların mövcudluğu və iddiaçıya məxsus olması mübahisələndirilmir. Həmin əşyaların cavabdehin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Yeni məhəllə, nömrəsiz evdə olması isə Binəqədi rayon icra və probasiya şöbəsinin 16 aprel 2021-ci il tarixli aktı ilə təsdiqlənir. Həmçinin həmin aktın tərtib olunmasında Cavabdeh iştirak etmiş və əşyaların mövcudluğunu akta imza edərək təsdiqləmişdir. Cavabdeh qızıl dəstin iddiaçıya məxsus olmasını inkar etməmiş, lakin həmin dəstin mərhum anası tərəfindən kimə verilməsindən xəbərsiz olduğunu bildirmişdir. Onun bu mövqeyi icra məmuru tərəfindən qeyd edilən aktla rəsmiləşdirilmişdir. Lakin cavabdehin nümayəndəsi, vəkil məhkəmə iclasında vermiş olduğu izahatında cavabdehin həmin qızıl dəstinin iddiaçı tərəfindən rayona aparıldığını söylədiyini bildirmişdir. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli və qızıl dəstin qiymətinin müəyyənləşdirilməsi üçün məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilən LP-106/21 saylı ekspert rəyi ilə fotoşəkillərdə görünən 1 ədəd kolye, 1 ədəd bilərzik, 1 ədəd üzük və 1 ədəd sırğadan ibarət olan qızıl dəstin hazırki qiyməti 3153 manat olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tələb olunan əşyaların bir qisminin mövcudluğu və üzərinə həbs qoyularaq cavabdehin sahibliyinə verildiyi təsdiq olunduğundan onların dəyərinin Mülki-Prosessual Məcəllənin 222-ci maddəsinin tələbi baxımından alınmasının müəyyən edilməsinə zərurət yoxdur. Belə ki, əgər borclunun saxlancına verilmiş əmlakın məhv edilməsi, zədələnməsi və ya digər şəkildə mənimsənilməsi halı müəyyən edildikdə bu məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50 və 52-ci maddələrinə əsasən həll edilməlidir.Cavabdehin özü də, həmin əmlakın qaytarılmasına etiraz etmir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh qızıl-zinət dəstinin mövcudluğunu və iddiaçıya məxsus olmasını inkar etməsə də, həmin dəst icra məmuru tərəfindən cavabdehin yaşadığı ünvanda aşkar edilməmişdir. Cavabdeh isə dəstin anası tərəfindən başqa şəxsə verildiyini bildirmişdir. Odur ki, məhkəmə qeyd edir ki, iddia tələbi qızıl dəstin qaytarılması və ya dəyərinin ödənilməsi hissəsində qismən təmin edilməli, qızıl dəstin dəyəri ekspert rəyinə uyğun müəyyən edilməli, həmin əmlakın özü o, mövcud olmadıqda isə onun dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, icra məmurunun 16.04.2021-ci il tarixdə tərtib etdiyi akt əsasında üzərinə həbs qoyulmuş əmlaklar, yəni dəyəri 114 manat olan 2 ədəd yataq mebelinin tumbası,dəyəri 239 manat olan 1 ədəd yataq mebelinin trimosu, dəyəri 662 manat olan 5 qapılı paltar dolabı, dəyəri 55 manat olan 1 ədəd jurnal masası, dəyəri 160 manat olan 1 ədəd qonaq otağı kamodu, dəyəri 13 manat olan 1 ədəd qonaq otağı kamodunun güzgüsü, dəyəri 113 manat olan 1 qapılı qonaq otağı vitrini,dəyəri 190 manat olan 2 qapılı qonaq otağı vitrini, dəyəri 67 manat olan 1 ədəd qonaq otağı güzgüsü, dəyəri 500 manat olan qara-ağ rəngli mətbəx mebeli cavabdehin saxlancından götürülərək iddiaçıya verilməli, 1 ədəd kolye, 1 ədəd bilərzik, 1 ədəd üzük və 1 ədəd sırğadan ibarət olan qızıl dəsti cavabdehdən alınıb iddiaçıya verilməli, həmin dəst mövcud olmadıqda isə qiyməti 3153 manat müəyyən edilməklə həmin məbləğ Cavabdeh oğlundan alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Bundan başqa mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. (MMC VÖEN: **********, “X8 flialı VÖEN: **********, kod 512565, H/h AZE30AZRT********************, M/H AZE02NABZ********************, SWİFT AZRTAZ22) Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İcra məmurunun 16.04.2021-ci il tarixdə tərtib etdiyi akt əsasında üzərinə həbs qoyulmuş aşağıdakı əmlaklar Cavabdeh saxlancından götürülərək İddiaçı verilsin: 1)dəyəri 114 (bir yüz on dörd) manat olan 2 ədəd yataq mebelinin tumbası, 2)dəyəri 239 (iki yüz otuz doqquz) manat olan 1 ədəd yataq mebelinin trimosu, 3)dəyəri 662 (altı yüz altmış iki) manat olan 5 qapılı paltar dolabı, 4)dəyəri 55 (əlli beş) manat olan 1 ədəd jurnal masası, 5)dəyəri 160 (bir yüz altmış) manat olan 1 ədəd qonaq otağı kamodu, 6) dəyəri 13 (on üç) manat olan 1 ədəd qonaq otağı kamodunun güzgüsü, 7) dəyəri 113 (yüz on üç) manat olan 1 qapılı qonaq otağı vitrini, 8)dəyəri 190 (yüz doxsan) manat olan 2 qapılı qonaq otağı vitrini, 9) dəyəri 67 (altmış yeddi) manat olan 1 ədəd qonaq otağı güzgüsü, 10) dəyəri 500 (beş yüz) manat olan qara-ağ rəngli mətbəx mebeli. 1 ədəd kolye, 1 ədəd bilərzik, 1 ədəd üzük və 1 ədəd sırğadan ibarət qızıl dəst, həmin dəst mövcud olmadıqda isə onun 3153 (üç min yüz əlli üç) manat məbləğində olan dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin İddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. (MMC VÖEN: **********, “X8 flialı VÖEN: **********, kod 512565, H/h AZE30AZRT********************,M/H AZE02NABZ********************, SWİFT AZRTAZ22) İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2879/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2879/2021
02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver