Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2931/2020 03.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Yusifov Ramil Hörmət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından doğulmuş xx xxxxx 2010-cu il təvəllüdlü X4 adlı uşaqlarının saxlanması üçün təyin olunmuş alimentin miqdarının azaldılaraq aylıq 100 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşağın saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq aylıq 170 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx xxxxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx xxxxx 2010-cu il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahlarından olan uşağın ananın yanında saxlanması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 87 manat, həmçinin uşağın 3 yaşı tamam olanadək əlavə 50 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Sonradan Cavabdeh alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən, təyin olunmuş alimentin miqdarı hər ay 160 manat sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı aylıq 450 manat əmək haqqı almaqla 60-dan çox yaşı olan, şəkərli diabet və ürək xəstəliyindən əziyyət çəkən anasının müalicə-müayinə xərclərini ödəyir, gündəlik tələbatlarını qarşılayır. Aldığı əmək haqqı ilə 160 manat aliment ödəməyə maddi imkanı çatmır, buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh nümayəndəsi Yusifov Ramil Hörmət oğlu qarşılıqlı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh İddiaçılə aralarındakı nikah pozulduqdan sonra uzun müddət alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməmiş, yalnız uşağın təhsili və digər məsələlərlə bağlı maddi tələbatlarının artması nəticəsində 2019-cu ildə belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bu illər ərzində uşağının nə ilə dolanması, nə geyinməsi, nə yeməsi ilə maraqlanmamışdır. Halbuki, uşaqları hazırda rəqs və idmanla məşğuldur ki, bu, uşağın fiziki inkişafı və dünyagörüşünün artması üçün vacib olmaqla həm də, müəyyən miqdarda pul tələb edən amildir. Cavabdeh təkbaşına uşağın bütün maddi tələbatlarını qarşılamaqla bərabər, həm də kirayədə yaşamaqdadır. İddiaçı alimentdən boyun qaçırmaq üçün anasının xəstə olmasını, onun himayəsində olduğunu bildirsə də, bu həqiqət deyildir. Belə ki, İddiaçı anası aylıq müavinət alır, həmçinin, öz əri, yəni İddiaçı atası yaşayır və ailəsini dolandırır. Cavabdeh isə heç bir yerdə işləmir, uşaq böyüdükcə maddi tələbatları artdığından o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda R.H.Yusifov məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4563/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, keçirilmiş məhkəmə iclasında İddiaçı iddianı qəbul etdiyini bildirmiş, beləliklə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə xx xxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Normanın məzmunundan göründüyü kimi, alimetin miqdarının dəyişməsi üçün əsas şərt tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə ilk iddiaya münasibətdə qeyd edir ki, İddiaçı alimentin miqdarının azaldılaraq aylıq 100 manat miqdarında müəyyən edilməsinə dair ərizəsində aylıq 450 manat əmək haqqı almasına, anasının səhhətində ciddi problemlər olduğundan onun müalicə-müayinəsinə və özlərinin gündəlik tələbatlarının ödənilməsinə həmin məbləğdə əmək haqqının yetməməsini əsas göstərsə də, təxminən 1 il əvvəl Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin alimentin miqdarının 160 manat müəyyən edilməsi barədə qətnaməsi çıxarılarkən iddianı qəbul etmiş, yəni həmin məbləği ödəməyə razılığını bildirmişdir. Təqdim olunmuş tibbi sənədlərdən də müəyyən olunur ki, İddiaçı anasının səhhətindəki nasazlıqlar 2019-cu ildən sonra deyil, əvvəlki tarixdən başlamış, müalicələr də 2019-cu ildən əvvəlki tarixlərdən tətbiq olunmuşdur. Yəni, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı anasının müalicəsi üçün xərcləri daha əvvəl də mövcud olmuş, belə olan halda alimentin miqdarının azaldılması üçün onun tərəfindən məhkəməyə göstəriləsi yeganə əsas Cavabdeh maddi vəziyyətində müsbət dəyişikliyin olmasını təsdiq edən hər-hansı sübutdur ki, İddiaçı tərəfindən belə bir sübut məhkəməyə təqdim olunmamışdır. Buna görə də, İddiaçı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası təmin edilməməlidir. Əksinə, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəflərin birgə nikahlarında olan uşağın mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, təhsili, əlavə məşğələləri üçün və digər xərclərin mövcudluğunu nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair ilk iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair qarışlıqlı iddiası təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)- 4563/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, xx xxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşa çatanadək saxlanması üçün İddiaçı hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2931/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2931/2020
03.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver