Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3000/2024 12.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlaklarının, onlar olmadığı təqdirdə isə dəyərlərinin cavabdehdən alınaraq ona qaytarılması” tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlaklarının, onlar olmadığı təqdirdə isə dəyərlərinin cavabdehdən alınaraq ona qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 1 ədəd mətbəx mebeli – 3000 manat, divan, 2 ədəd kreslo – 2000 manat, divara yığılan qonaq otağı dəsti – 1500 manat, yataq dəsti – 2500 manat, çamodan bıçaq dəsti, çamodan mətbəx dəsti – 400 manat, şüşə stol, 4 ədəd stul – 300 manat, 6 ədəd stullar – 240 manat, qaz peçi, aspirator – 500 manat, 2 ədəd çilçıraq – 400 manat, 18 ədəd xrustal bokal – 200 manat, 12 ədəd luminark qab dəsti – 200 manat, 12 ədəd qaşıq – çəngəl dəsti 90 manat, kondisioner 500 manat, elektrik pizza bişirən – 150 manat, elektrik aş qazanı – 100 manat, müxtəlif xrustal gül qabları, vazalar, bokallar – 300 manat olmaqla cəmi ümumi dəyəri 12.380 manat olan cehiz əmlakların və ya onlar olmadıqda onların dəyərinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə rəsmi qaydada boşanmışdır və xx.xx.2021-ci il tarixdə ona nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və X3 anadan olmuşdur. Nikahları pozulduqdan sonra onun valideynləri tərəfindən hədiyyə olaraq alınmış cehiz əmlakları cavabdehin mülkiyyətində olan birgə yaşadıqları evdə qalmışdır. Cehiz əmlakları aşağıdakılardır: 1 ədəd mətbəx mebeli – 3000 manat, divan, 2 ədəd kreslo – 2000 manat, divara yığılan qonaq otağı dəsti – 1500 manat, yataq dəsti – 2500 manat, çamodan bıçaq dəsti, çamodan mətbəx dəsti – 400 manat, şüşə stol, 4 ədəd stul – 300 manat, 6 ədəd stullar – 240 manat, qaz peçi, aspirator – 500 manat, 2 ədəd çilçıraq – 400 manat, 18 ədəd xrustal bokal – 200 manat, 12 ədəd luminark qab dəsti – 200 manat, 12 ədəd qaşıq – çəngəl dəsti 90 manat, kondisioner 500 manat, elektrik pizza bişirən – 150 manat, elektrik aş qazanı – 100 manat, müxtəlif xrustal gül qabları, vazalar, bokallar – 300 manat olmaqla cəmi ümumi dəyəri 12.380 manat. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh 3 ildir ki, Rusiya Federasiyasında yaşayır. Cavabdeh həm Azərbaycan, həm də Rusiya vətəndaşı olduğundan, yəni ikili vətəndaşlığı ilə əlaqədar ölkədən giriş-çıxış məlumatları sistemdə görünmür. Cavabdehlə nikahı pozularkən o, burda yaşayırdı. Nikahın pozulması ilə əlaqədar keçirilmiş sonuncu məhkəmə iclasında cavabdeh iştirak etmişdir. Əşyalara baxış keçirilən zaman bütün əşyalar yerində idi. Onlara baxış keçirilən zaman cavabdehin bacısı tərəfindən maneələr yaradılmışdı. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hesab olunduğundan, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-935/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 351 saylı aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 anaları İddiaçı himayəsində saxlanılmaları qət edilmişdir. AZ-İ 386508 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bakı 4 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı cavabdehə qarşı əmlak mübahisəsi üzrə ilkin mediasiya xidmətinə müraciət etmiş və 50 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində isə poçt və kargüzarlıq xərci ödəmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(001)-199/2024 saylı qərardadının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 ədəd mətbəx mebeli, divan, 2 ədəd kreslo, divara yığılan qonaq otağı dəsti, yataq dəsti, çamodan bıçaq dəsti, çamodan mətbəx dəsti, şüşə stol, 4 ədəd stul, 6 ədəd stullar, qaz peçi, aspirator, 2 ədəd çilçıraq, 18 ədəd xrustal bokal, 12 ədəd luminark qab dəsti, 12 ədəd qaşıq – çəngəl dəsti, kondisioner, elektrik pizza bişirən, elektrik aş qazanı, müxtəlif xrustal gül qabları, vazalar, bokallardan ibarət cehiz əmlaklar siyahıya alınaraq həmin əmlakların mənzildən çıxarılması və özgəninkiləşdirilməsi Cavabdeh və başqa şəxslərə qadağan edilmişdir. Binəqədi rayon İcra şöbəsinin icra məmuru B.C.İsmayılov, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inspektoru F.F.Talıbov, Cavabdeh bacısı Z.H.Bayramova, hal şahidləri C.X.Hənfəyev və E.M. Tapdıqzadə, borclu İddiaçı iştirakları ilə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(001)-199/2024 saylı icra sənədinin icrası ilə bağlı ünvana gəldilər. Mənzilin giriş qapısını cavabdehin bacısı kimi özünü təqdim edən X6 açdı. Gəlişlərinin səbəbi barədə icra məmuru həmin xanıma məlumat verdi. Bayramova Zərifə ifadə verərək bildirdi ki, qardaşı 4 ildən artıqdır ki, bu mənzildə yaşamır, Rusiyada yaşayır. Qardaşının nə vaxt dönəcəyi barədə məlumatı yoxdur. Daha sonra mənzilə daxil oldular və icra sənədində qeyd olunan əmlaklara baxış keçirərək həmin əmlakları siyahıya aldılar. Sözügedən əmlakların özgəninkiləşdirilməsi və mənzildən çıxarılması Zərifə Bayramovaya və digər şəxslərə qadağan edildi. Həmçinin ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinin tərkibi izah edilərək, məsuliyyəti barədə xəbərdar edildi. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(001)-199/2024 saylı qərardadının icrası tam şəkildə təmin edildiyindən, icra sənədi üzrə icraata xitam verilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İşin mübahisəsiz hallarına görə cavabdeh iddiaçının keçmiş əridir. İddiaçı cavabdehlə rəsmi nikaha daxil olaraq, öz cehiz əşayalarını ünvan 1 ünvanına yerləşdirmişdir. Daha sonra tərəflər arasında ailə münasibətləri pisləşmiş və məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Hazırda iddiaçı özünə məxsus əmlakların, əmlaklar olmadığı təqdirdə isə dəyərlərinin qaytarılmasını cavabdehdən tələb edir. Lakin məhkəmə iclasında müəyyən edildi ki, icra sənədinin icrası ilə əlaqədar iddiaçının tələb etdiyi əşyalara öz istirakı ilə baxış keçirilmiş, əşyaların hamsının yerində olduğu aşkar edilmiş və siyahıya alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından iddiaçıya məxsus əşyaların cavabdeh tərəfində saxlanılması iddiaçının mülkiyyət hüquqlarını pozur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, 1 ədəd mətbəx mebeli, divan, 2 ədəd kreslo, divara yığılan qonaq otağı dəsti, yataq dəsti, çamodan bıçaq dəsti, çamodan mətbəx dəsti, şüşə stol, 4 ədəd stul, 6 ədəd stullar, qaz peçi, aspirator, 2 ədəd çilçıraq, 18 ədəd xrustal bokal, 12 ədəd luminark qab dəsti, 12 ədəd qaşıq – çəngəl dəsti, kondisioner, elektrik pizza bişirən, elektrik aş qazanı, müxtəlif xrustal gül qabları, vazalar, bokallar Cavabdeh alınaraq iddiaçıya İddiaçı verilməli, dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 1 ədəd mətbəx mebeli, divan, 2 ədəd kreslo, divara yığılan qonaq otağı dəsti, yataq dəsti, çamodan bıçaq dəsti, çamodan mətbəx dəsti, şüşə stol, 4 ədəd stul, 6 ədəd stullar, qaz peçi, aspirator, 2 ədəd çilçıraq, 18 ədəd xrustal bokal, 12 ədəd luminark qab dəsti, 12 ədəd qaşıq – çəngəl dəsti, kondisioner, elektrik pizza bişirən, elektrik aş qazanı, müxtəlif xrustal gül qabları, vazalar, bokallar Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3000/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3000/2024
12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver