Məhkəmə qərarları › İş №2(001)-3027/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3027/2022

15.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3027/2022 15.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi üzrə mülki iş materiallarını 15 aprel 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə birgə nikahlarından olan 13 avqust 2020-ci il təvəllüdlü X3 və 20 noyabr 2021-ci il təvəllüdlü X4 adlı uşaqlarının yetkinlik yaşa çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat sabit pul məbləğində alimentin və uşaqlar 3 yaşa çatanadək əlavə xərclər üçün hər ay hər biri üçün 100 manat alimentin, habelə, mediasiya sessiyasında iştirakla bağlı ödədiyi 50 manat rüsumun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(008)- 799/2022 saylı qərardadına əsasən, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə hazırda ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İş materialları ilə müəyyən edilir ki, həm iddiaçı, həm də cavabdeh Ağdam rayonunda qeydiyyatdadırlar, cavabdeh Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, bina 10, mənzil 5-də müvəqqəti məskunlaşmışdır. Habelə, iş materiallarında olan Sabunçu rayon Kürdəxanı qəsəbəsi Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, 167 saylı arayışdan göürnür ki, İddiaçı Kürdəxanı 810 YYK-da ev 10, mənzil 5-də qeydiyyatdadır. Həmin iddia ərizəsində iddiaçı öz yaşayış ünvanını “ünvan 2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 36-cı maddəsində iddiaçının seçiminə görə ərazi aidiyyətini müəyyənləşdirilməsi qaydaları göstərilmişdir. Yəni, həmin maddədə nəzərdə tutulan hallarda iddiaçı ərazi aidiyyətini özü seçə bilər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, iddiaçının nümayəndəsi və vəkili mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmə məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; - 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, hazırda məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar