Məhkəmə qərarları › İş №2(001)-304/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-304/2021

02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-304/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tutulmasına və sair tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı qarşı nikahın pozulmasına və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment tutulmasına və sair tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulmasına və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Tərəflər ilk vaxtlar mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Hazırda tərəflərin birgə nikahlarından olan uşaq anasının yanında yaşayır və uşağın bütün maddi ehtiyaclarını N.R.Priverdiyeva təkbaşına qarşılayır. X7 uzun müddətdir ki, mentol retartasyon, psixi inkişaf ləngiməsi, nitq inkişaf ləngiməsi və hiperaktiv pozulmalardan əziyyət çəkir. N.R.Priverdiyeva uşağı müalicə etdirmək üçün Səhhət-M Spero Hospitalına, Hepera Psixoloji və X16 aparır və bu günə qədər uşağın müalicəsi üçün Səhhət-M Spero Hospitalına 175 manat, təlimləri üçün Hepera PNİM-ə isə ümumilikdə 1740 manat pul xərcləmişdir. Bundan əlavə İstanbul NS Klinikasında uşağın dişinin müalicəsi üçün həkimə 230 manat, dərmanlar üçün 146,51 manat pul xərcləmişdir. N.R.Priverdiyevanın uşağın müalicəsi üçün xərclədiyi ümumilikdə 2291,51 manatın yarısı, yəni 1145,07 manatı Cavabdeh tutularaq N.R.Priverdiyevaya ödənilməlidir. Həmçinin uşağın müalicələrinin davam etdirilməsi üçün Cavabdeh tərəfindən aylıq ödənişlər edilməlidir. Belə ki, N.R.Priverdiyevanın uşağı tək öz vəsaiti hesabına müalicə etdirməyə maddi imkanı yoxdur. Uşağın müalicəsi üçün alimentdən əlavə hər ay 300 manat əlavə xərclər üçün pul vəsaiti Cavabdeh tutularaq N.R.Priverdiyevaya ödənilməlidir. Ona görə də, tərəflərin nikahının pozulmasına, birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X3 anasının yanında saxlanmasına, uşağın saxlanılması üçün Cavabdeh əmək haqqının və başqa gəlirlərinin ¼ məbləğində alimentin, X3 müalicəsi üçün faktiki olaraq sərf olunan 2291,50 manatın yarısının, yəni 1145,07 manatın, X3 müalicəsi üçün hər ay 300 manat əlavə xərcin Cavabdeh İddiaçı xeyrinə tutulmasına, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatını təsdiq etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi qaydada nikaha girmiş, birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Ayxan adlı övladları doğulmuşdur. Tərəflər arasında son zamanlar konfliktlər əmələ qəlmişdir. Belə ki, İddiaçı heç bir səbəb olmadan Cavabdeh narazı olmasını bildirmiş və lazımsız söz-söhbətlər etməyə başlamışdır. İddiaçı psixoloji problemləri olduğundan səbəbsiz konfliktlər axtarır və bu da ailənin normal şəkildə saxlanılmasını qeyri-mümkün edir. İddiaçı səbəbsiz özünə qəsd etmək istəmiş və sol əlinin damarını kəsmək istəmişdir. Bundan başqa Cavabdeh mətbəxdə olarkən İddiaçı onun üstünə qaynar su tökmək istəmiş, lakin özünün sağ əlini yandırmışdır. Bütün bu hallar İddiaçı psixoloji durumunun qaydasında olmamasını bildirir. Belə olan halda tərəflərin nikahlarının pozulması qaçılmazdır və İddiaçı psixoloji durumunu, hal hazırda yaşadığı şəraiti nəzərə alsaq tərəflərin birgə nikahlarından olan uşağın İddiaçı ilə qalması uşaq üçün təhlükəlidir. İddiaçı ailə dəyərlərini rəhbər tutmayaraq, uşağın yox yalnız özünü düşünərək uşağın Cavabdehlə birgə yaşamaq hüququndan məhrum etmək istəyir. Belə hal uşağın psixi, mənəvi inkişafına mənfi təsir göstərəcək. Cavabdeh ata kimi övladının hüquq və mənafelərini müdafiə etmək hüququ vardır. Uşağın tərbiyəsində hər gün şəxsən Cavabdeh iştirak etmək istəyir. İddiaçı uşağın Cavabdeh olan bağlığını etiraf edə bilər. Uşağın səhhətində heç bir problem yoxdur. İddiaçı məhkəməyə təqdim etdiyi satış çeklərinə baxdıqda həmin çeklərdə hansı dərmanların alınması və kimin üçün alınması sual yaradır. Bundan başqa Hepera PNİM tərəfindən tərtib edilmiş mədaxil qəbzlərinə baxdıqda qəbzlərdən üçündə iddiaçının adı qeyd olunmuş, ikisində isə ümumiyyətlə tarixlər qeyd olunmamışdır. Bunula da həmin qəbzlərdə qeyd olunan ödənişlərin kimin üçün edilməsi və hansı zamanda edilməsi sual yaradır. Hepera PNİM tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışla tanış olduqdan sonra Cavabdeh uşağı 2 saylı Bakı X14nda müayinədən keçirmiş, müayinənin sonunda uşağın sağlam olması barədə xx.xx.2021-ci il tarixli arayış təqdim olunmuşdur. İlk iddia üzrə iddiaçının sağlam uşaq üçün onun sağalmasına qədər ilk iddia üzrə cavabdehdən hər ay 300 manat tələb etməsi absurddur. Cavabdeh hər həftənin sonu məhkəmə qərardadına əsasən öz övladı ilə ünsiyyətdə olur və övladının qayğısına qalır. Məhkəmə qərardadına əsasən hər ay Cavabdeh əmək haqqının ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulur. Ona görə də, qarşılıqlı iddia təmin edilərək tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikahın pozulmasına, tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X2 atanın yanında saxlanmasına, tərəflərin birgə nikahlarından olan xx.xx.2016cı il təvəllüdlü X1 üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulmasına, ilk iddianın isə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilməlidir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ № 800918 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə X8 xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1333 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Pirverdiyeva soyadı verilmişdir. 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ № 773232 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2849 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2020-ci il tarixli 2618 saylı məktubundan müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, müayinə zamanı psixi problemlər aşkarlanmamışdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli müayinə aktından müəyyən olunur ki, İddiaçı hazırda ünvan 1 mənzil 257 M ünvanında 11 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, tam kommunal şəraitli, əla təmirli, mebel və digər məişət əşyaları ilə təchiz edilmiş mənzildə yaşayır. Mənzil İddiaçı atası X9 məxsusdur. Göstərilən mənzildə yaşayanlar İddiaçı özü, atası X11, anası X10 və azyaşlı övladı xx.xx.2016-cı il təvəllüdlü X4r. İddiaçı yaşadığı ərazi təmizdir, uşaq gəzintisi üçün əlverişlidir, ərazidə məktəb, bağça, park və iaşə obyektləri yerləşir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli həyat şəraitinin müayinə aktından müəyyən olunur ki, Cavabdeh ailə və mənzil-məişət şəraiti övladı X5 öz himayəsində saxlaması üçün əlverişlidir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Komissiya xx.xx.2016-cı il təvəllüdlü X3 anası İddiaçı himayəsində qalmasını məqsədəmüvafiq hesab etmişdir. Səhhət-M Spero Hospitalın xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, xx.xx.2016-cı il təvəllüdlü X7 həkim-nevroloq müayinəsində olmuşdur. Uzun müddətdir ki, Mental Retartasyon psixi inkişaf ləngiməyi, nitq inkişaf ləngiməyi, hiperaktiv pozulmalardan müalicələr alır. Hepera Psixoloji və X13 xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, X7 xx.xx.2020-ci ildə Hepera PNİM-də yoxlanışda olmuş, nervopatoloqun diaqnozuna əsasən Mental retardasyon, nitq inkişaf ləngiməsi və hiperaktivlik təlimlərinə başlanılmışdır. Təlimlər psixoloq, psixo-pedaqoq və loqoped tərəfindən aparılır. X6 mütləq şəkildə müalicəvi idman gərəkdir, amma maddi duruma görə olunmur. Təlimlər uzunmüddətlidir və yeniyetməlik dövründə də uşağa psixoloq lazım olacaq, bu diaqnozlu uşaqlara hər zaman təlim gərəklidir. Hepera PNİM-nin 841456 saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı psixoloq, pedaqoq və loqoped xidmətləri üçün 600 manat ödəniş etmişdir. Hepera PNİM-nin xx.xx.2020-ci il tarixli 841451 saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı psixoloq və pedaqoq xidmətləri üçün 340 manat ödəniş etmişdir. Hepera PNİM-nin xx.xx.2021-ci il tarixli 841459 saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı psixoloq, pedaqoq və loqoped xidmətləri üçün 620 manat ödəniş etmişdir. Hepera PNİM-nin 841452 saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı psixoloq və pedaqoq xidmətləri üçün 180 manat ödəniş etmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, dərmanlara görə 22,60 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, dərmanlara görə 62,70 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, dərmanlara görə 43,90 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, dərmanlara görə 17,31 manat ödəniş edilmişdir. İstanbul NS Klinikasının xx.xx.2021-ci il tarixli qəbzindən müəyyən olunur ki, pasient X6 göstərilmiş xidmətlərə görə 230 manat ödəniş edilmişdir. Səhhət-M-in qəbzindən müəyyən olunur ki, xəstə Pirverdiyev Ayxana göstərilmiş xidmətlərə görə 175 manat ödəniş edilmişdir. 2 saylı Dövlət X14 MMC-nin xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, X3 nevropatoloq müayinəsi zamanı praktik sağlam olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilən məlumatdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2014cü il tarixdən aylıq əmək haqqı 1612 manat olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsində işləyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 17.2.-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.1.-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2.-ci maddəsinə əsasən, Ailə Məcəlləsinin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. (AM-nin 81.1., 81.2., 81.3.-cü mad.) Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflər nikahlarının pozulmasına qarşılıqlı razı olduqlarından, tərəflərin birgə nikahlarından olan azyaşlının ana qayğısına daha çox ehtiyaçı olduğundan, müalicəyə ehtiyacı olan tərəflərin birgə nikahlarından olan uşağın müalicə xərclərinin İddiaçı tərəfindən ödənildiyindən, digər valideynin isə övladının müalicə xərclərində iştirak etməməsi öz təsdiqini tapdığından ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilərək tərəflər arasında bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan uşaq anasının yanında saxlanılmalı, Cavabdehun hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, tərəflərin ailə və maddi vəziyyətləri nəzərə alınmaqla, əlavə xərclərə görə müalicə müddətində 80 manat, faktiki çəkilən xərclərə görə 1145,75 manat İddiaçı xeyrinə tutulmalı, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İlk və qarşılıqlı iddia ərizələri qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış 1333 saylı nikah qeydi ləğv edilsin. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılsın. xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 1145,75 manat İddiaçı xeyrinə tutulsun. xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 müalicəsinin davam etdiyi müddət ərzində hər ay 80 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 10 manat dövlət nəfinə tutulsun. Qətnamə aliment və əlavə xərclərin tutulması ilə bağlı hissədə dərhal icra edilsin. İlk və qarşılıqlı iddia ərizələri qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar