Məhkəmə qərarları › İş №2(001)-307/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-307/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-307/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Elxan Şərbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh MMC-nin vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin təmin olunması, mənzillərə dair sahiblik, istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması, mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh MMC və İddiaçı (cəlb edilmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və Əliyev Valeh Mövsüm oğlu) qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin təmin olunması, mənzillərə dair sahiblik, istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması, mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən dəyəri tam ödənilməklə aldığı ünvan 1 ünvanında yerləşən 22 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 110,8 kv.m olan 2 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 121880 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 82 saylı, Cavabdeh MMCnin ünvan 1 ünvanında inşa etdiyi 22 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 83 saylı, Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 22 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 165990 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 84 saylı, Cavabdeh MMCnin ünvan 1 ünvanında inşa etdiyi 22 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 90 saylı, Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 22 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 165990 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 91 saylı mənzillərə dair onun sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin mənzillərin ona təhvil verilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 2018-ci il tarixində qarşılıqlı razılaşma əsasında Cavabdeh MMC-nin keçmiş xxxxxxxxu Əliyev Vahid Mövsüm oğlu və Cavabdeh MMC-nin təsisçisi X8 müqavilə əsasında Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 22 mərtəbəli yaşayış binasından 5 ədəd mənzili yəni, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 110,8 kv.m olan 2 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 121880 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 82 saylı, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 83 saylı, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 165990 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 84 saylı, 14-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 90 saylı, 14-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 165990 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 91 saylı mənzilləri əldə etmişdir. Aldığı mənzillərin ümumi sahəsi 786,4 kv.m təşkil edir. Cavabdeh MMC satın aldığı mənzilləri ona təhvil verməkdən imtina etdiyinə və onun mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaratdığından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC-nin xxxxxxxxuna maneələrin aradan qaldırılması üçün müraciət etsə də, ona heç bir rəsmi cavab verilməmişdir. Tərəflər arasında bağlanan müqavilələr hal-hazırda qüvvədədir. Həmin müqavilələrə əsasən o, üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirərək mənzillərin haqqını tam və nəğd formada ödəmişdir. Cavabdeh isə müqavilə öhdəliyindən irəli gələn mənzillərini ona təhvil verməklə bağlı öhdəliklərini yerinə yetirmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixində İddiaçı nümayəndəsi, vəkil X17 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 22 mərtəbəli 13-cü mərtəbəsində ümumi sahəsi 110,8 kv.m olan 2 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 121880 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 82 saylı, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 83 saylı və yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 165990 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 84 saylı, mənzillərə dair iddiaçının sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin mənzillərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı nümayəndəsi, vəkil X17 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 22 mərtəbəli yaşayış binasından 5 ədəd mənzilin yəni, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 110,8 kv.m olan 2 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 121880 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 82 saylı, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 83 saylı, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 165990 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 84 saylı, 14-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 90 saylı, 14-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 165990 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 91 saylı mənzilə iddiaçının sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin mənzillərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh MMC və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış xx xxxxxxx 2018-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC ilə xx xxxx 2017-ci il tarixində “Mənzil Tikintisi və Satışına dair” müqavilələr imzalamışdır. Müqavilə şərtlərinə əsasən Cavabdeh MMC Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mkr, M.Cəlal küçəsi, 145 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun, 13-cü mərtəbəsində yerləşən sahəsi 186,9 kv.m olan 83 saylı, sahəsi 150,9 kv.m olan 84 saylı mənzili ona təhvil verməyi, o, isə müqavilə üzrə müəyyən edilmiş mənzillərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzillərin dəyəri onun tərəfindən tam şəkildə ödənilmişdir. Hazırda ona məlum olmuşdur ki, hazırki iş üzrə Cavabdeh MMC ilə arasında imzalanmış xx xxxx 2017-ci il tarixli müqavilə əsasında onun mülkiyyətində olan B blokunun 13-cü mərtəbəsində yerləşən 84 və 83 saylı mənzil, yenidən qanunsuz olaraq, xx xxxxxxx 2018-ci il tarixli müqavilələr əsasında Cavabdeh MMC tərəfindən İddiaçı satılmışdır. Bu səbəbdən də, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində hazırki işə qoşulmuşdur. Onunla Cavabdeh MMC arasında imzalanmış xx xxxx 2017-ci il tarixli müqavilə qüvvədə olduğu müddətdə, eyni mənzillərə başqa müqavilənin bağlanması hüquqa ziddir. Göründüyü kimi onunla Cavabdeh MMC arasında bağlanmış müqavilə, cavabdeh İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan müqaviləyə nisbətdə zaman etibarı ilə ilkin bağlanmış müqavilədir. Bu səbəbdən cavabdehlər arasında bağlanan xx xxxxxxx 2018-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Cavabdehlər arasında xx xxxxxxx 2018-ci il tarixli müqavilə bağlanarkən mübahisəli mənzillər artıq onun mülkiyyətində olduğundan bağlanan müqavilə əhəmiyyətsiz əqd olmaqla bağlandığı andan etibarsızdır. Halbuki, o əmlakın dəyərini xx xxxx 2017-ci il tarixdə tam şəkildə ödədiyindən həmin tarixdən etibarən, əmlakın mülkiyyətçisi artıq Cavabdeh MMC yox, o olmuşdur. Bu isə o deməkdir ki, həmin daşınmaz əmlakla bağlı bütün hüquqlar ona keçmişdir. Cavabdehin isə əmlak üzərində heç bir hüququ qalmamaqla birlikdə, əmlakı özgəninkiləşdirmək səlahiyyəti də olmamışdır. Qeyd olunanları nəzərə alaraq və Mülki Məcəllənin müvafiq maddələrini rəhbər tutaraq hesab edir ki, cavabdeh İddiaçı ilə müqavilə əmlakını özgəninkiləşdirmək səlahiyyəti olmayan şəxs tərəfindən bağlandığına görə etibarsız əqddir və bu səbəbdən, həmin əqd heç bir hüquqi nəticəyə səbəb olmamalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 etibarnamə üzrə nümayəndəsi vəkil X23 xx xxxxxx 2020-ci il tarixində iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mkr, M.Cəlal küçəsi, 145 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı 82 saylı mənzillə bağlı xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mkr, M.Cəlal küçəsi, 145 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı 83 saylı mənzillə bağlı xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mkr, M.Cəlal küçəsi, 145 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 84 saylı mənzillə bağlı xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mkr, M.Cəlal küçəsi, 145 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı 90 saylı mənzillə bağlı xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mkr, M.Cəlal küçəsi, 145 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 150.9 kv.m olan 3 otaqlı 91 saylı mənzillə bağlı xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, müqavilələri Azad Nağıyevlə bağlamışdır. Azadı qonşuluqda yaşayan biri kimi tanımışdır. Ona mənzil almaq istəyi ilə bağlı müraciət etmişdir. Azad adlı şəxs ona binanın şəkillərini göstərdikdən sonra həmin binadan hal-hazırda mübahisə predmeti olan mənzilləri almışdır. X14 bağlamış və şəxsən imzalamışdır. Müqavilələrə görə mənzillərin kvadratı 1100 manatdan idi. xx xxxxxxx 2018-ci ildə mənzilləri almışdır. Dəfələrlə tikintinin gedişatı ilə maraqlanmışdır. Hətta bir müddət tikinti dayanmışdı. Həmin ərəfədə xxxxxxxxun yanına gedərək onunla tanış olmuşdur. O, mənzilləri alanda hardasa binanın 17-18-ci mərtəbəsinin fundamenti qoyulurdu. Mənzilləri alarkən o ancaq binanın planına baxmış, çertyoja əsasən almışdır. Mənzilləri almaqda məqsədi oğlunun, qızının, gəlininin birbirlərinə yaxın yaşamalarına şərait yaratmaq olmuşdur. Pulu xxxxxxxx olan Əliyev Valeh Mövsüm oğluna vermişdir. Sənədləri rəhbərliyə təqdim etdikdən 1 gün sonra mənzillərin pulunu vermişdir. Pulu verdikdən bir gün sonra isə sənədləri götürmüşdür. X21 16-cı mərtəbədə yerləşən ofisində bağlamışdır Azadla Valehin cinayət işi ilə bağlı sonradan məlumatı olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil X17 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. O əvvəlki məhkəmə iclaslarında iştirak edən zaman izahatında bildirmişdir ki, xx xxxxxxx 2018-ci ildə mənzillər alınmış və dəyəri tam ödənilmişdir. Onlar Möhlət Hüseynovu iddiaçı şəxs qismində tanımırlar. İddiaçı bu mənzilləri ailə üzvlərini bir yerə cəmləmək üçün almışdır. 5 mənzilin pulu tam ödənilərək alınıb. 2019-cu ildə X26 Əliyev dələduzluq cinayəti ilə bağlı həbs olunduqdan sonra yeni təsisçilər ortada peyda oldu. Bina tikilirsə, deməli əllərində möhür olur. Yay vaxtı tikintinin gedişinə baxmaq üçün mənzilə gedərkən rəhbərlik onları mənzilə buraxmamışdır. Məlumat kimi bildirilmişdir ki, Azadın satdığı mənzillərdə qanunsuzluq olmuşdur. Məcbur qalaraq hətta Azad və Valehlə görüşmüşlər. Onlara bildirmişdir ki, təmsil etdiyi şəxsə satılan mənzillər ilə bağlı bir problem varsa bu barədə ona məlumat versinlər. Ona həmin mənzillərlə bağlı heç bir problemin olmadığı bildirilmişdir. Vətəndaşla hüquq şəxs arasında heç bir mübahisə yoxdur. Azad və Valeh bir-biri ilə yeznəqayın münasibətindədirlər. Hər ikisi İmişlidədir. Təmsil etdiyi şəxs də İmişlidəndir. Onlar uzun müddət tikinti sektorunda liderlik ediblər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili X9 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, vəkil X12 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh MMC- tikinti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Cavabdeh MMC-nin pay hüququ olan təsisçiləri Hüseynov Möhlət Yolçu oğlu (65 %), X10 (15 %), X13r (20 %). Mübahisə predmeti olan müqavilələr yalan əqddir. Əsl alqı satqı müqaviləsi niyyəti ilə bağlanmamışdır. Çünki müqavilələrin hər birinə diqqət yetirsək müqavilədəki imzalar həmin vaxt xxxxxxxx olan Valeh Əliyevə məxsus deyildir. Əqd bağlamaq səlahiyyəti təsisçilərin ümumi qərarı ilə xxxxxxxxa verilir. İmza Valehin imzası deyildir. İddiaçının nümayəndəsi çıxış edən zaman sual verildi ki, nə üçün mənzillərin satışı ilə bağlı müqavilə bağlanarkən onları Azad Nağıyev imzalayıb. O isə demişdir ki, faktiki rəhbərlik termini vardır. X15 belə bir səlahiyyətin verilməsi ilə bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Nağıyev Azad polis idarəsində verdiyi ifadəsində bildirmişdir ki, mənzilləri maliyyə arayışlarında adları qeyd edilən şəxslərə o şəxsən satmışdır. Həmin mənzillər ona məxsusdur. Yəni təsiçi kimi hesab edir ki, həmin evlər onun payına düşən evlərdir. Həmçinin x xxxxxxxx 2018-ci il tarixli akta əsasən sənədlər yeni direkotora Hüseynov Möhlətə təhvil verir. Bu akt əsasında cəmi 36 mənzil satılmışdır. Satılan bir mənzilin müqaviləsini belə Hüseyn Möhlət vergi borcu olduğuna görə imzalamayıb. Həmin siyahıda Rahimin adına müqavilədə yoxdur Sonradan bu müqavilələr sayının artma səbəbi məlum deyildir. Bu məsələlərin həlli ilə bağlı auditor yoxlaması keçirilmişdir. Buna əsasən auditin qarşısına sual qoyulmuşdur. Təkcə Rahimlə bağlı deyil, eyni zamanda digər 7 müqavilə ilə bağlı. Cavabdeh MMC-nin təsisçilərindən biri olan X19 ilə İddiaçı arasında borc münasibətləri olmuşdur. Təsisçi azad Nağıyev məhz iddiaçılarla arasında olan borc münasibətlərini rəsmiləşdirmək və həmin şəxsə öz borcunu ödəyəcəyinin təminatını göstərmək məqsədilə onlarla formal olaraq bu müqavilələri bağlamışdır. Müqavilələrdə göstərilən yaşayış sahələrinin dəyəri bu günədək Cavabdeh MMC-nin xəzinəsinə mədaxil edilməmişdir. Cavabdeh xxxxxxxxu həmin müqavilələri imzalamayıb. Cavabdeh təsisçilər həbs olunanadək 3 möhürləri olmuşdur. Həmin möhürün 1 dənəsi son günə qədər saxlanılmışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, 3 eyni möhür vardır. Hüseynov Savalan ərizə ilə polisə müraciət etdikdən sonra həmin möhürlər müstəntiqə təhvil verilmişdir. MMC-də Kifayət xanımın adına olan müqavilələr aktda yoxdur. Kifayət xanımın da müqavilələri üzrə nəzərdə tutulan məbləğdə kassaya mədaxil edilməmişdir. Azad və Valeh adlı şəxslər barəsində Ağır Cinayətlər Məhkəməsində araşdırma gedir. Sözü gedən məsələ yalnıca bir ailə ilə bağlı deyil. Onların ərizəsi əsasında cinayət işi başlanılmışdır. Bu bina ilə bağlı isə qeyd etdiyi şəxslər həbs olunduqdan sonra müxtəlif mənzil alğı-satqısı ilə bağlı müqavilələr gəlməyə başlamışdır. Hətta həmin bina üzrə bir yaşayış sahəsi 3 dəfə üst-üstə satılmışdır. Müqavilələr cədvəlləşdirilmişdir. X16 fakt üzrə onların zərərçəkmiş qismində iştirak etdikləri cinayət işinin istintaqı davam edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Hüseynov Möhlət Yolçu oğlu izahatında bildirmişdir ki, Valehin xxxxxxxxluq vəzifəsindən çıxarılması üçün Vergilər Nazirliyinə müraciət olunmuşdur. Onun yerinə isə Fəxrəddin Məmmədov gətirilmişdir. Mir Cəlal 145 ünvanında tikilən binadan 37 mənzil satılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, O, binanın bünövrəsi qoyulan zaman həmin bina ilə maraqlanmış və ev almaq istədiyini bildirmişdir. “xxxxxx” mağazasının yanında MMC-nin ofisi olmuşdur. Həmin ofisə nəvəsi ilə gedərək Azad müəllimlə danışmış və kvadratı 1000 manatdan 2 mənzillə razılaşmışdır. Əvəzində 337 min manat məbləğində pul vəsaitini ödəmişdir. Bu zaman Valeh adında şəxs çağrılmış və müqaviləyə qol çəkmişdir. Aprel ayında 3 mənzil yenidən almışdır. Bu dəfə kvadratını 1100 manatdan almışdır. Bina o vaxtı yarımçıq tikili olduğundan ancaq çertyoja və layihəyə baxmışdır. İlk vaxtlar bina 4-5 mərtəbə tikilmiş sonra isə tikinti saxlanılmışdır. 2019-cu ildə Şəki şəhərindən qayıdanda Azad mellimin tutulduğunu öyrənmişdir. 2019-cu ilin yay ayında binanın tikintisi dayanmışdı. Onun əvvəl müraciət etdiyi ofis bağlanmış və başqa bir yeni ofis açılmışdı. O, ancaq Azad və Valeh adlı şəxsləri tanımış, Möhlət adlı şəxsi isə sonrandan görmüşdür. İndi tikinti yenə davam edir. Onun alğısatqı müqaviləsinə Valeh müəllim qol çəkmişdir. Ofisdə pulu sayıb onlara təhvil vermişdir. O binanın 13 və 14-cü mərtəbəsindən mənzil almışdır. Bu alğı-satqı zamanı isə binanın 3 və 4-cü mərtəbəsində tikinti davam edirdi. 337 min manat 2 mənzil üçün, 493 min manat isə 3 mənzil üçün ödəniş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 etibarnamə üzrə nümayəndəsi, vəkil X23 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh MMC tərəfindən X3 verilən maliyyə arayışından görünür ki, X2 MMC-yə borcu yoxdur. Bundan başqa iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 izahatında bildirmişdir ki, o, İddiaçı tanıyır. 5 mənzili ona özü satmışdır. İddiaçı isə pulunu verib həmin mənzillərini alımışdır. Kvadratı 1100 manatdan 5 mənzili 2018-ci ilin oktyabr ayında almışdır. xx xxxxx 2019-cu ildən o həbs olunmuşdur. Barəsində hökm hələ çıxmayıb. O, Kifayət adında xanım tanımır. Cavabdeh MMC onundur və o MMC-nin rəhbəridir. Tanısaydı heç olmasa həmin şəxslə telefon danışığı olardı. Ev almaq istəyən şəxs heç olmasa bir neçə dəfə gəlib rəhbərliklə görüşür. Eləsi var ki, vəkillə gəlir. Kifayət adlı şəxsin müqaviləsinə qol çəkməmişdir. Bir neçə müqavilələr vardır ki, saxtadır. Valehin imzası ilə ondan sonra köhnə tarixdən ev satılıb. Valehin imzası saxtalaşdırılmışdır. Şirkət indi onun deyildir. Şirkətin möhürü indi onlardadır. İmzanın onun adına olma ehtimalı yoxdur. Əlində siyahı olub hansı mənzillər satılıb, hansıları şirkətə təhvil verilikb. O binanı tikir və xərc qoyur. Siyahı dəqiq yadında deyil 50 dənə ev olmuşdur. O binanın tikintisinə başlayanda 50 faizinə Valeh, 50 faizinə özü şərik idi. O, 4 milyon manat verərək şəxsi torpaq sahəsi üçün yer almışdır. Kim şərik olsa da, 50 faizi onun idi. Bundan sonra Möhlət adlı şəxs şərik olandan sonra biraz pul verdi. O, bu adama 35 faiz hissə yazdırmışdır. Hardasa 3 milyon 500 minə yaxın pul idi. Sonra başqa bir şərik gəldi 30 faiz ona hesablandı. Onun da adı Elnur idi. Elnur sonradan çıxdı. Möhlətlə onun məsələyə qarışmaması ilə bağlı aralarında söhbət olmuşdur. O nəzarəti həyata keçirsə də, işi özü aparmışdır. Ümumi gəlirdən 35 faizi Möhlətin olacaq idi, 30 faizi isə Elnurun. 35 faiz isə onun özünün idi. Sora 30 faiz qaytarıldı və hissə çox alındı 100-ə bölməli idi. 35 % onun özündə qaldı. Qalan 30 faizi qardaşı ilə Möhlətin adına yazdırmışdı. Onlara ümumilikd 65 faiz pay qaldı. Möhlət daha çox faiz istədiyindən 15 faizi ona satmağını xahiş etmişdir. Möhlətə ona xeyir olmayacağını əksinə ziyan olacağını bildirmişdir. Torpağın sənədini aldı ki, 1 milyonluq kredit yazacaq. Heç bir kredit də olmamışdır. Möhlət şirkətin sənədlərini götürmüş və heç nəyi geri qaytarmamışdır. Sonra məcbur olaraq qaytarmışdır. O, binanın 15-ci mərtəbəyə kimi tikmişdir. 15-ci mərtəbənin tikintisi qurtaranda tutulmuşdur. Bir nəfərə 600 min dollar borcu olduğuna görə ona itiham irəli sürüldü. Ev satılmadığından borcu verə bilməmiş və tutulmuşdur. Rahim ilə əvvəllər birlikdə işləmişlər. Ona ev almaq istədiyini bildirmişdir. Rahim Onun digər binasından da ev alıb. Bu tikiləcək binadan isə əvvəl 2-3 , daha sonra 5 mənzilin alışı ilə razılaşdı. Ona da fəhlələrin pulunun verilməsi üçün pul lazım idi. O mənzillərin kvadratını 1200-dən desə də, 1100-ə razılaşmışdır. Mənzillər üçün 500 min manat dərhal verməli idi. Qalanını isə Rahim axşama kimi gətirəcəyini bildirmişdir. Həmin pulu Valehə fəhlələrin maaşını verməsi üçün vermişdir. Sonra qalan pul məbləği verildi. Valeh gec qayıdacağından dedi ki, ona demişdir ki, gələn yoldaşlar getmək istəyir. Müqavilələri Valehin razılığı ilə onu yerinə imzalamışdır. Kifayət adında qadını tanımır. Orada ondan ayrı heç kim ev sata bilməzdi. Bu hadisələr Elmlərdəki ofisdə olmuşdur. Şirkətin yalnız bir möhürü olmuşdur. Cinayət işində də başqa möhür olmamışdır. Bu 5 mənzillərlə bağlı müqaviləni o imzalamışdır. O MMC-də rəhbər olmuşdur. Valeh isə icraçı xxxxxxxx idi. O, faktiki rəhbər olmuşdur. Nizamnamə ilə əqdləri bağlamaq səlahiyyəti xxxxxxxxa verilmişdir. Lakin yeri gələndə təsisçinin də səlahiyyəti olur. Həmin vaxtı Valeh orada olmayıb. Və o, özü müqavilələri imzalamışdır. Əldə olunan pullar tikintiyə xərclənmişdir. Hər 5 müqavilə eyni gündə bağlandı. Həmin vaxtı torpagin 50 faizindən başqa 35 faizi yenədə onda idi. Səhv etmirsə bugündə 35 faizinə sahibdir. Digər təssiçilər Hüseynov Möhlət, Hüseynov Savalan idi. Eyni zamanda növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev Valeh Mövsüm oğlu izahatında bildirmişdir ki, İddiaçı evlər satılıb. Kifayət adında qadını isə tanımır. Və elə bir müqavilə imzalamamışdır. Hətta korrupsiya idarəsinə şikayət vermişdir ki, imzalar saxtalaşdırlmşdır. Rahimi əvvəlcədən tanımışdır. 500 min manat ödəniş ediləndə orada olmuşdur. Rahim pulun hamısını axşamüstü verəcəyini bildirdi. Sonra o materialların pulunu, fəhlələrin əmək haqlarını vermək üçün tikintiyə getmişdir. Nə qədər pul aparması yadında deyil. 2017-cilin mart aprel tarixlərində xxxxxxxx olmuşdur. Abdullayeva Kifayət adında adında şəxsi tanımır. Ofisdə də bu adam olmamışdır. Həmin müqavilədəki imza onun deyil. İmzası saxtalaşdırılmışdır. Blankların forması eynidir. Kifayət xanım özü desin hansı şəraidə onunla müqavilə bağlanılıb. İş ekspertizaya getsə dəqiqliyi ilə hər şey üzə çıxacaq. xx xxxxx 2019-cu il tarixdən həbs olunmuşdur. Rahimlə alğı-satqı müqaviləsinin şərtləri Azadla razılaşdırılmışdır. Azad əsas sahibkar idi. O özü isə icraçı director idi. Eyni zamanda növbəti məhkəmə iclaslarının mənim iştirakım olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 və onun nümayəndəsi məhkəmə iclasında təkrarən iştirak etmədiyinə, cavabdeh İddiaçı nümayəndəsi və vəkili mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etdiyinə görə, məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iştirakı olmadan onun iddiasına baxılmasını MPM-nin 185.4-cü maddəsinin tələbinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi, vəkilinin, cavabdehin vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin təmin olunması, mənzillərə dair sahiblik, istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması, mənzillərin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməli, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh MMC və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh MMC tərəfindən verilən xx xxxxxxx 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı, 82 saylı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Cavabdeh MMC tərəfindən verilən xx xxxxxxx 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı, 83 saylı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Cavabdeh MMC tərəfindən verilən xx xxxxxxx 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı, 84 saylı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Cavabdeh MMC tərəfindən verilən xx xxxxxxx 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın B blokunda, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı, 90 saylı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Cavabdeh MMC tərəfindən verilən xx xxxxxxx 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın B blokunda, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı, 91 saylı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Cavabdeh MMC tərəfindən verilən xx xxxx 2017-ci il tarixli, №07/01 saylı maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 və 150,9 kv.m olan 3, 4 otaqlı, 83,84 saylı mənzilə dair X2 Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Cavabdeh MMC tərəfindən verilən xx xxxx 2017-ci il tarixli, №07/01 saylı maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın B blokunda, 13,14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110.8 , 150.9 və 186.9 kv.m olan, 2, 3,4 otaqlı, 82,90,91 saylı mənzillərə dair X2 Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Cavabdeh MMC-nin xxxxxxxxu Əliyev Valeh Mövsüm oğlu ilə İddiaçı arasında bağlanan xx xxxxxxx 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 4 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 110,8 kv.m olan, 2 otaqlı, 82 saylı mənzili tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 kv.m üçün qiymət 1100 AZN məbləğində müəyyən edilmişdir Mənzilin ümumi müqavilə dəyəri 121880 AZN təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Sifarişçi” “icraçıya” ümumi müqavilə qiymətini tam ödədi. Cavabdeh MMC-nin xxxxxxxxu Əliyev Valeh Mövsüm oğlu ilə İddiaçı arasında bağlanan xx xxxxxxx 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 4 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m olan, 4 otaqlı, 83 saylı mənzili tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 kv.m üçün qiymət 1100 AZN məbləğində müəyyən edilmişdir Mənzilin ümumi müqavilə dəyəri 205590 AZN təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Sifarişçi” “icraçıya” ümumi müqavilə qiymətini tam ödədi. Cavabdeh MMC-nin xxxxxxxxu Əliyev Valeh Mövsüm oğlu ilə İddiaçı arasında bağlanan xx xxxxxxx 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 4 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 150,9 kv.m olan, 3 otaqlı, 84 saylı mənzili tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 kv.m üçün qiymət 1100 AZN məbləğində müəyyən edilmişdir Mənzilin ümumi müqavilə dəyəri 165990 AZN təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Sifarişçi” “icraçıya” ümumi müqavilə qiymətini tam ödədi. Cavabdeh MMC-nin xxxxxxxxu Əliyev Valeh Mövsüm oğlu ilə İddiaçı arasında bağlanan xx xxxxxxx 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 4 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m olan, 4 otaqlı, 90 saylı mənzili tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 kv.m üçün qiymət 1100 AZN məbləğində müəyyən edilmişdir Mənzilin ümumi müqavilə dəyəri 205590 AZN təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Sifarişçi” “icraçıya” ümumi müqavilə qiymətini tam ödədi. Cavabdeh MMC-nin xxxxxxxxu Əliyev Valeh Mövsüm oğlu ilə İddiaçı arasında bağlanan xx xxxxxxx 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 4 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 150,9 kv.m olan, 3 otaqlı, 91 saylı mənzili tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 kv.m üçün qiymət 1100 AZN məbləğində müəyyən edilmişdir Mənzilin ümumi müqavilə dəyəri 165990 AZN təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Sifarişçi” “icraçıya” ümumi müqavilə qiymətini tam ödədi. Cavabdeh MMC-nin xxxxxxxxu Əliyev Valeh Mövsüm oğlu ilə X6 arasında bağlanan xx xxxx 2017-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 4 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m və 150,9 kv.m olan, 3,4 otaqlı, 83, 84 saylı mənzilləri tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 kv.m üçün qiymət 1000 AZN məbləğində müəyyən edilmişdir Mənzilin ümumi müqavilə dəyəri 337800 AZN təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Sifarişçi” “icraçıya” ümumi müqavilə qiymətini tam ödədi. Cavabdeh MMC-nin xxxxxxxxu Əliyev Valeh Mövsüm oğlu ilə X6 arasında bağlanan xx xxxxx 2017-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 4 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 13 və 14-cü mərtəbələrində yerləşən, ümumi sahəsi 110.8 , 150.9 və 186.9 kv.m olan, 2, 3,4 otaqlı, 82,90,91 saylı mənzilləri tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 kv.m üçün qiymət 1100 AZN məbləğində müəyyən edilmişdir Mənzilin ümumi müqavilə dəyəri 493460 AZN təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Sifarişçi” “icraçıya” ümumi müqavilə qiymətini tam ödədi. Hüseynov Möhlət Yolçu oğlu ilə X19 və X10 arasında bağlanan xx xxxxx 2018-ci il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, Onlar xx xxxx 2005-ci ildə qeydiyyat nömrəsi № 0105-P107-42618 (VÖEN) № ********** Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Cavabdeh MMC-nin payçı hüququ olan təsisçiləri Hüseynov Möhlət Yolçu oğlu 65%, X10 15 %, X19 20 % müqavilənin təsdiqi barədə razılığa gəlirlər və bu razılıq əsasında Bakı şəhəri, İcra Hakimiyyətinin başçısının xx xxxx 2014-cü il tarikxli №354 saylı sərəncamına əsasən Bakı şəhəri, Binqədi rayonu, M.Cəlal küçəsi, 9-cu X29 hissəsində yerləşən binasının tərkib hissəsi olan mənzillərin və qeyri-yaşayış sahələrinin alğı-satqısı həyata keçirilərkən təsisçilərin yazılı razılığı olmalıdır. İş materiallarında olan Cavabdeh MMC-də baş mühasib E.A.Səlimova və muhasib A.Ə.Sultanova tərəfindən tərtib edilənən və imzalanan xx xxxxxxxx 2018-ci il tarixli aktda göstərilmiş mənzillərin satışına və debitor borclarınını açıqlanmasına dair Əlavədən görünür ki, xx xxxx 2017-ci il tarixindən xx xxxxxxxx 2018-ci il tarixinədək olan dövrdə Cavabdeh MMC tərəfindən inşa edilən Bakı şəhəri M.Cəlal küçəsi, 145 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında Blok “A” və Blok "B” üzrə satılmış mənzillərin və debitor borclarının siyahısında ilkin İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X2 adı mənzil sahibi olan şəxslərin sihahısında yoxdur. Həmçinin həmin siyahıda onlara satılan mənzillər barəsində məlumat qeyd edilməmişdir. Əlavəyə edilən qeydlərdə göstərilir ki, xx xxxx 2017-ci il tarixinədək olan dövrdə Cavabdeh MMC tərəfindən inşa edilən ünvan 6 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasında mənzil satışı olmamışdır. xx xxxxxxxx 2018-ci il tarixinə kimi binanın “A” və “B” bloklarında qeyri-yaşayış sahəsinə dair satış aparılmamışdır və bu səbəbdən də satış qiyməti müəyyən edilməmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin keçmiş xxxxxxxxu V.M.Əliyev və digər xxxxxxxx F.M.Məmmədov, baş mühasib E.A.Səlimova, iş icraçısı S.H.Cabbarov, mühasib, A.Ə.Sultanovanın iştirakı ilə tərtib olunan xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin keçmiş (sabiq) xxxxxxxxu V.M.Əliyev tərəfindən Cavabdeh MMC-nin yeni xxxxxxxxu F.M.Məmmədova Cavabdeh MMC-ni 1 ədəd möhürü, MMC-ni nizamnaməsinin əsli, VÖEN-nin əsli, ünvan 6 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisinə dair sənədlər, mənzil satışına dair bağlanan müqavilələr (mənzil sayı 37) , MMC-də qeydiyyata alınmış lakin MMC-nin kassasına heç bir ödəniş edilməmiş mənzil satışına dair bağlanmış müqavilələr (mənzil sayı 7) və kassada olan 14299 manat nəğd pul vəsaiti təhvil verilmişdir. Həmin akta əlavə olunan mənzil satışına dair siyahıda mənzil sahibi olan şəxslərin arasında ilkin İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X2 adı yoxdur. İş materiallarında olan X19 tərəfindən Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Emil Muxtarova yazılan izahatdan görünür ki, İddiaçı adına tərtib olunan maliyyə arayışları ilə 5 mənzilin satışını şəxsən özü etmişdir. Mənzillər üçün ödənilən pul vəsaitləri həmin mənzillərin tikintisinə sərf edilmişdir və məzillər İddiaçı məxsusdur. Satılan evlər bölgü zamanı onun təsisçi payına düşən evlərdir. Hüseynov Möhlətin və Hüseynov Savalanın bu evlərin satılmasından xəbəri vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2(001)-307/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli 4/278 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 56-70-ci cild(2) vərəqələrində olan 3 ədəd xx xxxxxxx 2018-ci il tarixli 10/06 saylı maliyyə arayışlarında, 3 ədəd xx xxxxxxx 2018-ci il tarixli mənzil tikinti və satışına dair müqavilələrdə və 3 ədəd xx xxxxxxx 2018-ci il tarixli “mənzil tikinti və satışına dair” müqavilələrə 1 saylı əlavələrdə “xxxxxxxx” qrafalarındakı imzalar –X19 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 160-164-cü (cild 1) vərəqələrində olan xx xxxxx 2017-ci il tarixli 21/04 saylı maliyyə arayışında, xx xxxxx 2017-ci il tarixli mənzil tikinti satışına dair müqavilədə, xx xxxxx 2017-ci il tarixli “mənzil tikinti və satışına dair” müqaviləyə 1 saylı əlavədə, 206- 210-cu vərəqələrində olan xx xxxx 2017-ci il tarixli 07/01 saylı maliyyə arayışında, xx xxxx 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqavilədə, xx xxxx 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqaviləyə 1 saylı əlavədə “ xxxxxxxx qrafasındakı imzalar Əliyev Valeh Mövsüm oğlu tərəfindən yox başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 160-164-cü (cild 1) vərəqələrində olan xx xxxxx 2017-ci il tarixli 21/04 saylı maliyyə arayışında, xx xxxxx 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqavilədə , xx xxxxx 2017-ci il tarixli “mənzil tikinti və satışına dair” müqaviləyə 1 saylı əlavədə, 206-210-cu (cild 1) vərəqələrində olan xx xxxx 2017-ci il tarixli 07/01 saylı maliyyə arayışında, xx xxxx 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqavilədə, xx xxxx 2017-ci il tarixli “mənzil tikinti və satışına dair” müqaviləyə 1 saylı əlavədə “xxxxxxxx” qrafalarındakı imzaların- X19 tərəfindən icra olunub- olunmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2(001)-307/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli 5/295 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X2 adına olan xx xxxxx 2017-ci il tarixli (c İ, i.v 160-164), xx xxxx 2017-ci il tarixli (c.İ, i.v 206-210), İddiaçı oğlunun adına olan xx xxxxxxx 2018-ci il tarixli (c İİ, i.v 56-70) maliyyə arayışların, Mənzil tikintisi və satışına dair müqavilələrin hər birinin üzərindəki möhürlərin əksləri relyef klişe vasitəsi ilə sənədlərin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş X2 adına olan xx xxxxx 2017-ci il tarixli ( c İ, i.v 160-164), xx xxxx 2017-ci il tarixli (c İ, işv206-210), maliyyə arayışlarında , mənzil tikintisinə və satışına dair müqavilələrdə olan möhür əksləri aşınma dərəcəsi eyni olan möhürlə vurulmuşdur. Tədqiqata təqdim edilmiş İddiaçı adına olan xx xxxxxxx 2018-ci il tarixli (C.İİ, işv, 56-70) maliyyə arayışlarında, mənzil tikintisi və satışına dair müqavilələrdə olan möhür əksləri aşınma dərəcəsi eyni olan möhür ilə vurulmuşdur. Ekspertiza tədqiqatının dəyəri 61,52 manat təşkil edir. Beləliklə müəyyən edilir ki, mübahisə ünvan 4 ünvanında yerləşən Cavabdeh MMC tərəfindən tikilməkdə olan binanın 82,83,84,90,91 saylı mənzilləri ilə bağlıdır və işin faktiki halları aşağıdakılardan ibarətdir.

1. İddiaçı(bundan sonra- birinci iddiaçı) mübahisə predmetini təşkil edən 5 mənzilin 2018-ci ildə onun tərəfindən alındığını, müqavilə üzrə ödənişləri MMC-nin təsisçilərindən biri olan Nağıyev Azada ödədiyini, müqaviləyə də MMC-nin xxxxxxxxu olan Əliyev Valehin razılığı ilə Nağıyev Azadın imza etdiyini bildirir və mənzillərin ona təhvil verilməsini xahiş edir.

2. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X6(bundan sonra- ikinci iddiaçı) mübahisə predmeti olan mənzillərin 2017-ci ildə onun tərəfindən alındığını, ödənişlərin Əliyev Valehə ödənildiyini, müqavilələrin Əliyev Valeh tərəfindən onun yanında imza edilərək ona təhvil verildiyini bildirir və birinci iddiaçının müqavilələrinin etibarsız hesab edilməsini xahiş edir.

3. Hər iki iddia üzrə cavabdeh olan Cavabdeh MMC (bundan sonra- MMC) hər iki iddiaçının müqavilələrini qəbul etmir, etirazını müqavilələrin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması, müqavilələrin heç birinin müvafiq AKT-la təhvil-təslim alınmaması, ödənişlərin kassaya mədaxil edilməməsi, təsisçilər arasında notarial qaydada bağlanmış müqaviləyə əsasən Nağıyev Azadın təkbaşına mənzil satmaq səlahiyyətinin olmaması, birinci iddiaçı ilə Nağıyev Azadın arasında borc münasibətlərinin olması ilə əsaslandırmışdır. Məhkəmə tələblərin mahiyyətini nəzərə alaraq ilk növbədə ikinci iddiaçının tələbinə hüquqi qiymət verilməsinin zəruri olduğu qənaətinə gəlir. Belə ki, ikinci iddianın təmini onsuz da birinci iddianın təmin olunmasını istisna edir. Bu baxımdan ilkin mərhələdə ikinci iddia üzrə hüquqi dəyərləndirilmə aparılması məqsədəmüvafiqdir. Məhkəmə bu qənaətə həmçinin ona görə gəlir ki, mübahisənin bütün tərəfləri müqavilələrin etibarlılığına şübhə ilə yanaşır. Bununla bağlı məhkəmə qeyd edir ki, ikinci iddiaya hüquqi qiymət verilməsindən əvvəl həmin iddiaçının mübahisə ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Belə ki, tərəfin etibarlı hesab etdiyi müqavilələrə istinad edərək irəli sürdüyü tələbin hüquqi əsasının olub-olmaması, ilk növbədə istinad olunan müqavilənin etibarlılığından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarlılığı təsdiq olunmadığı təqdirdə, həmin müqaviləyə əsaslanan tələbin, hətta etibarsızlıq tələbinin irəli sürülməsi barədə hüquq istisna edilir. Çünki etibarsızlığı tələb edən tərəfin subyektiv hüququ, hazırki halda mübahisəli mənzillərə dair mövcud olmasını hesab etdiyi hüquqlarının pozulması ehtimalından irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxxx 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. -331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. -337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. -340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. - 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. - 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. “İcraçı” adlanan Binəqədi rayonu, ünvan 7 a, mənzil 43 ünvanda qeydiyyatdan keçən Cavabdeh MMC tərəfindən xxxxxxxx Əliyev Valeh Mövsüm oğlunun, “sifarişçi” adlanan X2(ş/v AZE 14867460 ASAN1 xx.xx.2014)çıxış etdiyi tərəflər arasında ünvan 8 ünvanında tikiləcək B bloku 13 və 14-cü mərtəbədə yerləşən 82, 83, 84, 90, 91 saylı mənzillərin tikintisi və satışına dair xx xxxx 2017-ci il tarixdə və xx xxxxx 2017-ci il tarixdə müqavilələr bağlanılmışdır. Müqavilələrdə “İcraçı” tərəfindən imzanın xxxxxxxx Əliyev.V.M tərəfindən icra edildiyi göstərilmişdir. Eyni tarixli Maliyyə Arayışlarında da imzanın xxxxxxxx Əliyev.V.M tərəfindən icra edildiyi görünür. Lakin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və Əliyev Valeh Mövsüm oğlu həmin müqavilələrdə olan imzaların onlara aid olmadığını bildirdiyinə, MMC-nin həmin vaxt xxxxxxxxu olan Əliyev Valeh Mövsüm oğlunun və təsisçilərdən biri olan X11 ikinci iddiaçı X4 tanımadıqlarını, heç vaxt görmədiklərini bildirdiyinə, ikinci iddaçının təkidlə müqavilələrin xxxxxxxx Əliyev Valeh Mövsüm oğlu tərəfindən imzalandığını bildirdiyinə və müqavilə üzrə ödənişlərin xxxxxxxxa verildiyini bildirdiyinə, o cümlədən cavabdeh MMC həmin müqavilələri ümumiyyətlə qəbul etmədiyinə görə mülki iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2(001)-307/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli 4/278 №-li ekspert rəyi ilə müəyyən olunmuşdur ki, xx xxxxx 2017-ci il tarixli 21/04 saylı maliyyə arayışında, xx xxxxx 2017-ci il tarixli mənzil tikinti satışına dair müqavilədə, xx xxxxx 2017-ci il tarixli “mənzil tikinti və satışına dair” müqaviləyə 1 saylı əlavədə, 206-210-cu vərəqələrində olan xx xxxx 2017-ci il tarixli 07/01 saylı maliyyə arayışında, xx xxxx 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqavilədə, xx xxxx 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqaviləyə 1 saylı əlavədə “ xxxxxxxx qrafasındakı imzalar Əliyev Valeh Mövsüm oğlu tərəfindən yox başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. xx xxxxx 2017-ci il tarixli 21/04 saylı maliyyə arayışında, xx xxxxx 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqavilədə , xx xxxxx 2017-ci il tarixli “mənzil tikinti və satışına dair” müqaviləyə 1 saylı əlavədə, 206-210cu (cild 1) vərəqələrində olan xx xxxx 2017-ci il tarixli 07/01 saylı maliyyə arayışında, xx xxxx 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqavilədə, xx xxxx 2017-ci il tarixli “mənzil tikinti və satışına dair” müqaviləyə 1 saylı əlavədə “xxxxxxxx” qrafalarındakı imzaların- X19 tərəfindən icra olunub- olunmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki tədqiq olunan imzalar, xx xxxxx 2017-ci il tarixli 21/04 saylı maliyyə arayışında , xx xxxxx 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqavilədə, xx xxxxx 2017-ci il tarixli “mənzil tikintisi və satışına dair müqaviləyə 1 saylı əlavədə, xx xxxx 2017ci il tarixli 07/01 saylı maliyyə arayışında, xx xxxx 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqavilədə, xx xxxx 2017-ci il tarixli “mənzil tikinti və satışına dair müqaviləyə 1 saylı əlavədə “xxxxxxxx” qrafalarındakı imzalardan ibarət olub göy rəngdə rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzaları X11 xətt və imza nümunələri ilə müqaisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzada qrafik materialın azlığı, cizqilərin sadəliyi və imzaların Əliyev Valeh Mövsüm oğlunun həqiqi imzasına oxşadılmaqla icra olunması, müqayisə vaxtı həmin imzanın X19 tərəfindən icra olunub-olunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmağa imkan vermir. Odur ki, tədqiq olunan imzanın X19 tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.2-ci maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin iradə sərbəstliyidir. Həmin məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki huquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməklə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Müəyyən edilir ki, X2 “sifarişçi” kimi göstərildiyi 5 ədəd mənzilin alğı-satqısı ilə bağlı olan müqavilələrdə əqdin subyekt tərkibi məlum deyildir. Belə ki, ekspert rəyində qeyd edilmişdir ki, MMC ilə X6 arasında imzalanan müqavilələrdə və ona əsasən verilən maliyyə arayışlarında olan “xxxxxxxx” qrafasındakı imzalar həmin dövrdə MMC-nin xxxxxxxxu vəzifəsini icra edən Əliyev Valeh Mövsüm oğlu tərəfindən yox başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur, eyni zamanda imzalar X11 imzasına oxşadılmağa çalışılmışdır. Bu faktı məhkəmənin əvvəlki iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X19 və Əliyev Valeh Mövsüm oğlu öz izahatlarında fəaliyyətləri dövründə X6 ilə mənzil alğı-satqısına dair müqavilə imzalamadıqlarını bildirmişlər. Cavabdeh MMC ilə X6 arasında bağlanan və X2 “sifarişçi” kimi göstərildiyi 5 ədəd mənzilin alğı-satqısı ilə bağlı olan xx xxxx 2017-ci il tarixli və xx xxxxx 2017-ci il tarixli müqavilələr subyekt tərkibi pozulduğundan həmin müqavilələr etibarsız müqavilələr hesab edilməlidir.Tələbin əsaslandığı müqavilənin etibarsız olması isə həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Yəni özünün etibarlı hesab etdiyi müqavilələrinə istinad edərək digər şəxsin müqavilələrinin etibarsız olduğunu iddia edən şəxsin, əksi sübut olunduğu təqdirdə iddiası uğursuz hesab edilir. Lakin eyni mövqe cavabdeh olan MMC-dən mənzillərin təhvil verilməsini tələb edən birinci iddiaçının da tələb etmə hüququna şamil edilir. Yəni baxmayaraq ki, ikinci iddiaçının ona qarşı müqavilələrin etibarsız hesab edilməsi barədə tələbi subyektiv hüquq baxımından məhdudlaşdırılmışdır, birinci iddiaçının da müqavilələrinin etibarlılığına qiymət verilməsi zəruridir. Eyni zamanda cavabdeh olan MMC də birinci iddiaçının müqavilələrini bir neçə əsasla etibarsız hesab edir. Məhkəmə cavabdeh olan MMC-nin yuxarıda qeyd edilmiş etirazlarına növbə ilə qiymət verilməsini məqsədə müvafiq hesab edir. Əvvəla cavabdeh MMC hesab edir ki, birinci iddiaçının müqavilələrinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması, yəni xxxxxxxxun yerinə başqa şəxsin imza etməsi onun etibarsızlığına dəlalət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 358.1-ci maddəsində qeyd edilmişdir ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-ci maddəsində isə qeyd edilmişdir ki, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. İşin hallarından da göründüyü kimi müqavilələr imzalanan vaxt imza səlahiyyəti olan xxxxxxxx Əliyev Valeh Mövsüm oğlu həmin müqavilələrin təsisçilərdən biri olan X19 tərəfindən imzalanmasına razılıq vermişdir. Eyni zamanda müqavilə bağlandıqdan sonra onun etibarlılığını mübahisələndirməyərək bəyənmişdir. Bu fakt isə müqavilənin etibarlılığını şübhə altına almır. Birinci iddiaçının 3 müqaviləsi ilə bağlı ekspertiza tədqiqatının nəticəsi də göstərdi ki, həmin müqavilələr X19 tərəfindən imzalanmışdır, bunu həm X19, həm də Əliyev Valeh Mövsüm oğlu etiraf edir. İkinci növbədə müqavilələrin heç birinin təsisçidən müvafiq AKT-la təhvil-təslim alınmaması, ödənişlərin kassaya mədaxil edilməməsi ilə bağlı cavabdeh MMC-nin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu hal müqavilənin etibarsızlığına dəlalət etməməklə alıcının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : - 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. - 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. - 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (xxxxxxxxlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. - 49.4-cü maddəsində hüquqi şəxsin adından çıxış edən şəxsin, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (xxxxxxxxlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görəməsuliyyət daşıdığı hallar göstərilmişdir. 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Odur ki, hüquqi şəxsin təsisçisinin və ya xxxxxxxxunun əldə olunmuş mənfəəti kassaya mədaxil etməməklə hüquqi şəxsə zərər vurması hüquqi şəxsin daxili məsələsidir. Bu faktın mövcudluğu təsdiq olunmuş olsa belə, hüquqi şəxsi öz təmsilçiləri vasitəsilə öhdəsinə götürdüyü mülki vəzifələrdən azad etmir. Bundan başqa məhkəmə təsisçilər arasında notarial qaydada bağlanmış müqaviləyə əsasən Nağıyev Azadın təkbaşına mənzil satmaq səlahiyyətinin olmaması barədə cavabdeh MMC-nin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan təsisçilər arasında notarial qaydada təsdiq olunmuş müqavilə (mənzillərin və qeyri-yaşayış sahələrinin alğı-satqısı həyata keçirilərkən təsisçilərin yazılı razılığının alınmalı olması barədə) dövlət qeydiyyatına alınmadığına görə hüquqi qüvvəsi olmayan müqavilə hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. - 47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. - 47.3. Nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər. -89. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Bundan başqa cavabdeh MMC-nin birinci iddiaçı ilə X19 arasında əslində borc münasibətlərinin olduğu və buna görə mənzillərin tikintisi və satışına dair müqavilələrin bağlandığı barədə dəlilinə münasibətdə məhkəmə hesab edir ki, bununla bağlı cavabdeh MMC hər hansı sübut təqdim etməmiş, bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hətta bu fakt təsdiq olunmuş olsaydı belə müqavilənin etibarlılığı istisna edilməyəcəkdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Yəni tərəflər arasında borc münasibətlərinin (əvəzləşdirmə, barter) olması kreditorun, yəni alıcının istənilən icranı qəbul etmək hüququnu istisna etmir. Bu fakt özlüyündə borc münasibətlərinin pərdələnməsi kimi qiymətləndirilməklə, müqavilələrin yalan əqd olması qənaətinə gəlmək üçün kifayət deyildir. Beləliklə məhkəmə o qənaətə gəlir ki, birinci iddiaçının mənzillərin tikintisinə və satışına dair müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiası təmin edilməməli, həmin müqavilələr etibarlı əqd hesab olunaraq onların etibarlılığından irəli gələn hüquqi nəticələrə səbəb olmalıdır. Odur ki, birinci İddiaçı Cavabdeh MMC ilə arasında bağladığı “Mənzil tikinti və satışına dair” xx xxxxxxx 2018-ci il tarixli müqavilələr üzrəsatın aldığı, Cavabdeh MMC tərəfindən ünvan 9 ünvanda inşa edilən 22 mərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı 82 saylı, ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 83 saylı, ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 84 saylı, habelə həmin binanın B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 90 saylı və ümumi sahəsi 150.9 kv.m olan 3 otaqlı 91 saylı mənzilərin onun sahiblik və istifadəsinə verilməsini tələb edir. Məhkəmə təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Belə ki, Cavabdeh MMC hazırki mübahisə üzrə podratçı qismində çıxış edərək, İddiaçı mübahisələndirdiyi yaşayış sahəsini inşa etmiş və İddiaçı sifarişçi qismində çıxış edərək, həmin sahələrin dəyərini tam olaraq ona ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Həmin məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan xx xxxxxxx 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilələrdən görünür ki, Cavabdeh MMC tərəfindən ünvan 9 ünvanda inşa edilən 22 mərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı 82 saylı, ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 83 saylı, ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 84 saylı, habelə həmin binanın B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 90 saylı və ümumi sahəsi 150.9 kv.m olan 3 otaqlı 91 saylı mənzilləri tikib İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 5.2-ci bəndindən görünür ki, sifarişçi İddiaçı tərəfindən mənzillərin dəyəri tam və nağd formada ödənilmişdir. Bu baxımdan İddiaçı müqavilələrdə göstərilən əmlaklara sahiblik etmək və ondan istifadə etmək hüququnu əldə etmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı verilən xx xxxxxxx 2018-ci il tarixli,10/06 saylı maliyyə arayışlarından görünür ki, İddiaçı Cavabdeh MMC-yə mənzil alğı-satqısından yaranan borcu yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən X19 və Əliyev Valeh Mövsüm oğlu məhkəməyə verdikləri izahatlarında İddiaçı xx xxxxxxx 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilələr üzrə olan borcunu tam və nağd şəkildə onların özünə ödədiyini təsdiq etmişlər. Lakin “ Cavabdeh” MMC tərəfindən xx xxxxxxx 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilələrindən irəli gələn öhdəliklər pozulmuş tikintisi başa çatdırılan mənzillər mülkiyyətçi İddiaçı təhvil verilməmişdir. Məhkəmə İddiaçı “yaşayış sahələrinin təhvil verilməsi” tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh MMC İddiaçı ilə bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, ona təhvil verilməli olduğu yaşayış və qeyri-yaşayış sahələrini müqavilədə nəzərdə tutulan qaydada ona təhvil verməmişdir. Bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh MMC-nin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh MMConun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, İddiaçı ilə arasında bağladığı xx xxxxxxx 2018-ci il tarixli müqavilələrdə göstərilən yaşayış sahələrini İddiaçı təhvil verməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının mənzillərinə dair sahiblik, istifadə və mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı maneçiliyin aradan qaldırılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə tələbi də əsaslıdır, lakin təhvil vermə özlüyündə manenənin aradan qaldırılması, sahiblik və istifadəyə verməyi ehtiva etdiyindən həm manenin aradan qaldırılması, həm sahiblik və istifadəyə verilmə, həm də təhvil verilmə tələb baxımından eynilik təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki,İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin təmin olunması, mənzillərə dair sahiblik, istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması, mənzillərin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh MMC tərəfindən ünvan 9 ünvanda inşa edilən 22 mərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı 82 saylı, ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 83 saylı, ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 84 saylı, habelə həmin binanın B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 90 saylı və ümumi sahəsi 150.9 kv.m olan 3 otaqlı 91 saylı mənzillərin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilməli, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh MMC və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 185.52 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınmalı, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin təmin olunması, mənzillərə dair sahiblik, istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması, mənzillərin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MMC tərəfindən ünvan 9 ünvanda inşa edilən 22 mərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı 82 saylı, ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 83 saylı, ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 84 saylı, habelə həmin binanın B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 90 saylı və ümumi sahəsi 150.9 kv.m olan 3 otaqlı 91 saylı mənzillərin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh MMC və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 185.52 (bir yüz səksən beş manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar