Məhkəmə qərarları › İş №2(102)-3713/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3713/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3713/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçıAAAAAAAAAAoğlunun cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maneələrin aradan qaldırılması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Cəfərov Cavid Novruz oğlunun Cavabdehin vəkili Əmiraslanov Rauf Nazim oğlunun iştirakları ilə, İddiaçıAAAAAAAAAAoğlunun cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilə öhdəliyinin təmin olunması, mənzillərə dair sahiblik, istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldı rılması, mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdullayeva Kifayət Paşa qızının cavabdehlər “xxxx” MMC vəAAAAAAAAAAoğluna (cəlb edilmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nağıyev Azad Xanlar oğlu və Əliyev Valeh Mövsüm oğlu) qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələblərinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(102)-1276/2021 nömrəli, 25 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 17 oktyabr 2018-ci il tarixində qarşılıqlı razılaşma əsasında “xxxx” MMC-nin keçmiş direktoru Əliyev Vahid Mövsüm oğlu və “xxxx” MMC-nin təsisçisi Nağıyev Azad Xanlar oğlundan müqavilə əsasında “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 22 mərtəbəli yaşayış binasından 5 ədəd mənzili yəni, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 110,8 kv.m olan 2 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 121880 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı 17 oktyabr 2018-ci il tarixli maliyyə arayışı almaqla 82 saylı, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı 17 oktyabr 2018-ci il tarixli maliyyə arayışı almaqla 83 saylı, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 16599 0 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı 17 oktyabr 2018-ci il tarixli maliyyə arayışı almaqla 84 saylı, 14-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı 17 oktyabr 2018-ci il tarixli maliyyə arayışı almaqla 90 saylı, 14-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 165990 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı 17 oktyabr 2018-ci il tarixli maliyyə arayışı almaqla 91 saylı mənzilləri əldə etmişdir. Aldığı mənzillərin ümumi sahəsi 786,4 kv.m təşkil edir. Həmin mənzillərin alıcıya təhvil verilməsinə şirkət maneçilik törədir. Ona görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçıAAAAAAAAAAoğlu cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 22 mərtəbəli yaşayış binasından 5 ədəd mənzilin yəni, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 110,8 kv.m olan 2 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 121880 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı 17 oktyabr 2018-ci il tarixli maliyyə arayışı almaqla 82 saylı, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı 17 oktyabr 2018-ci il tarixli maliyyə arayışı almaqla 83 saylı, yaşayış binasının 13-c ü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 165990 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı 17 oktyabr 2018-ci il tarixli maliyyə arayışı almaqla 84 saylı, 14-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı 17 oktyabr 2018-ci il tarixli maliyyə arayışı almaqla 90 saylı, 14-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 165990 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı 17 oktyabr 2018-ci il tarixli maliyyə arayışı almaqla 91 saylı mənzilə iddiaçının sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin mənzillərin ona tə hvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: “xxxx” MMC satın alındığı mənzilləri ona təhvil verməkdən imtina etdiyinə və onun mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaratdığından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “xxxx” MMC-nin direktoruna maneələrin aradan qaldırılması üçün müraciət etsə də, ona heç bir rəsmi cavab verilməmişdir. Tərəflər arasında bağlanan müqavilələr hal-hazırda qüvvədədir. Həmin müqavilələrə əsasən o, üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirərək mənzillərin haqqını tam və nəğd formada ödəmişdir. Cavabdeh isə müqavilə öhdəliyindən irəli gələn mənzillərini ona təhvil verməklə bağlı öhdəliklərini yerinə yetirmir.

4. Həmçin in müstəqil tələb irəli sürən üçüncü şəxs Abdullayeva Kifayət Paşa qızı cavabdehlər “xxxx” MMC vəAAAAAAAAAAoğluna qarşı iddia ərizəsi və sonradan iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC iləAAAAAAAAAAoğlu arasında ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı 82 saylı mənzillə bağlı 17 oktyabr 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı 83 saylı mənzillə bağlı 17 oktyabr 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 84 saylı mənzillə bağlı 17 oktyabr 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı 90 saylı mənzillə bağlı 17 oktyabr 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 150.9 kv.m olan 3 otaqlı 91 saylı mənzillə bağlı 17 oktyabr 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi on unla əsaslandırılmışdır ki, o, “xxxx” MMC ilə 15 mart 2017-ci il tarixində “Mənzil Tikintisi və Satışına dair” müqavilələr imzalamışdır. Müqavilə şərtlərinə əsasən “xxxx” MMC ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun, 13-cü mərtəbəsində yerləşən sahəsi 186,9 kv.m olan 83 saylı, sahəsi 150,9 kv.m olan 84 saylı mənzili ona təhvil verməyi, o, isə müqavilə üzrə müəyyən edilmiş mənzillərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzillərin dəyəri onun tərəfindən tam şəkildə ödənilmişdir. Hazırda ona məlum olmuşdur ki, hazırki iş üzrə “xxxx” MMC ilə arasında imzalanmış 15 mart 2017-ci il tarixli müqavilə əsasında onun mülkiyyətində olan B blokunun 13-cü mərtəbəsində yerləşən 84 və 83 saylı mənzil, yenidən qanunsuz olaraq, 17 oktyabr 2018-ci il tarixli müqav ilələr əsasında “xxxx” MMC tərəfindənAAAAAAAAAAoğluna satılmışdır. Bu səbəbdən də, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində hazırki işə qoşulmuşdur. Onunla “xxxx” MMC arasında imzalanmış 15 mart 2017-ci il tarixli müqavilə qüvvədə olduğu müddətdə, eyni mənzillərə başqa müqavilənin bağlanması hüquqa ziddir. Göründüyü kimi onunla “xxxx” MMC arasında bağlanmış müqavilə, cavabdehAAAAAAAAAAoğlu ilə “xxxx” MMC arasında bağlanan müqaviləyə nisbətdə zaman etibarı ilə ilkin bağlanmış müqavilədir. Bu səbəbdən cavabdehlər arasında bağlanan 17 oktyabr 2018-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Cavabdehlər arasında 17 oktyabr 2018-ci il tarixli müqavilə bağlanarkən mübahisəli mənzillər artıq onun mülkiyyətində olduğundan bağlanan müqavilə əhəmiyyətsiz əqd olmaqla bağlandığı andan e tibarsızdır. Halbuki, o əmlakın dəyərini 15 mart 2017-ci il tarixdə tam şəkildə ödədiyindən həmin tarixdən etibarən, əmlakın mülkiyyətçisi artıq “xxxx” MMC yox, o olmuşdur. Bu isə o deməkdir ki, həmin daşınmaz əmlakla bağlı bütün hüquqlar ona keçmişdir. Cavabdehin isə əmlak üzərində heç bir hüququ qalmamaqla birlikdə, əmlakı özgəninkiləşdirmək səlahiyyəti də olmamışdır. Qeyd olunanları nəzərə alaraq və Mülki Məcəllənin müvafiq maddələrini rəhbər tutaraq hesab edir ki, cavabdehAAAAAAAAAAoğlu ilə müqavilə əmlakını özgəninkiləşdirmək səlahiyyəti olmayan şəxs tərəfindən bağlandığına görə etibarsız əqddir və bu səbəbdən, həmin əqd heç bir hüquqi nəticəyə səbəb olmamalıdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-307/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi (Hakim İ.Əliye v) ilə ilkin iddia qismən tələbi təmin edilərək, “xxxx” MMC tərəfindən ünvan 3 ünvanda inşa edilən 22 mərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı 82 saylı, ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 83 saylı, ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 84 saylı, habelə həmin binanın B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 90 saylı və ümumi sahəsi 150.9 kv.m olan 3 otaqlı 91 saylı mənzillərin iddiaçıAAAAAAAAAAoğluna təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin cavabdeh “xxxx” MMC-yə həvalə edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 185.52 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” MMC-dən və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdullayeva Kifayət Paşa qızından müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdullayeva Kifayət Paşa qızının cavabdehlər “xxxx” MMC vəAAAAAAAAAAoğluna qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 47.1, 47.2, 47.3, 49.1, 49.2, 49.3, 49.4, 89, 90-1.1, 157.4, 157.8, 324.1, 324.4, 331.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 358.1, 358.2, 385.1, 386.1, 389.1, 405.2, 407.1, 752.1, 762.1-ci maddələrinə, MPM-nin 14.2., 77.1, 217.4, maddələrinə istinad etmişdir.

8. Eyni zamanda Bakı şəh əri Binəqədi Rayon Məhkəməsinin 2(001)-307/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli xüsusi qərardad (Hakim İ.Əliyev) qəbul edilmişdir.

9. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh “xxxx” MMC apellyasiya şikayəti vermişdir.

10. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,AAAAAAAAAAoğlu ilə “xxxx” MMC arasında bağlanmış müqavilələr şirkətdən gizlədilmiş, və ya sonradan tərtib edilmişdir ki, buda onların etibarsızlığına dəlalət edir. Həmin müqavilələrin bağlanmasına şirkətin iradə ifadəsi olmamışdır. Müqavilənin bağlanması şirkətin təsisçilərindən biri olan Nağıyev Azad Xanlar oğlu və direktor işləmiş Əliyev Valeh Mövsüm oğlunun iradə ifadəsi olmuşdur. Həmin şəxslər törətmiş olduqları cinayətə görə həbs edilmiş və barələrində cinayət qanunvericiliyinin müxtəlif ma ddələri ilə ittiham hökmü çıxarılmışdır.

11. Bundan başqa, 04.04.2018-də təsisçilər arasında notariusda müqavilə bağlanmışdır ki, təsisçilərin yazılı razılığı olmadan həmin binadan mənzil satılmasın. Lakin mübahisə predmetini təşkil edən İsgəndərov Rahim Əziz oğlu ilə bağlanan müqavilələr 17.10.2018-ci il tarixdə bağlanmış və mənzillər belə razılıq olmadan satılmışdır. Məhkəmə isə belə hesab etmişdir ki, bu müqavilə dövlət qeydiyyatına alınmadığına görə hüquqi qüvvəsi ola bilməz. Belə olan təqdirdə İsgəndərov Rahim Əziz oğlu ilə 17.10.2018-ci il tarixdə bağlanmış müqavilələrdə rəsmi reyestridə direktor kimi qeydiyyatda olmayan Nağıyev Azadın imzası olmasına baxmayaraq məhkəmə onları qəbul etmişdir. Halbuki rəsmi reyestridə imza hüquqlu şəxs kimi, direktor Əliyev Valeh olmuşdur. 12. “xxxx” MMC-nin təsisçilərindən olan Nağıyev Azad Xanlar oğlu ilə İsgəndərov Rahim Əziz oğlu arasında borc münasibətləri olmuşdur. Nağıyev Azad Xanlar oğlu məhz şəxsi borc münasibətlərini pərdələmək məqsədilə “xxxx” MMC adından öz imzası ilə İsgəndərov Rahim Əziz oğlu ilə sözügedən müqavilələri bağlamışdır. Qanunvericiliyin tələbləri baxımından bu cür müqavilələr yalan əqdlər hesab olunur və etibarsızdır. AR Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən “Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” Məhkəmə əqdin sonradan bəyənilməsi ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Çünki şirkətin direkt oru artıq məhkəm baxışı zamanı, azadlıqdan məhrumetmə cəzasına məhkəmə edildikdən sonra əqdi bəyənməsini etiraf etmişdir ki, bu cür etiraf qanuni hesab oluna bilməz. Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsi MK-nın 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ş.Məhərrəmova (sərlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-307/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (yəni, ilkin iddianın təmin edildiyi hissədə) dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

15. Apellyasiya instansiyası məhkəməsini n qətnaməsindən cavabdeh “xxxx” MMC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh “xxxx” MMC kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, yeni qərar qəbul edilməsini və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eynilik təşkil edir və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin vəkili Əmiraslanov Rauf Nazim oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçının vəkili Cəfərov Cavid Novruz oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

21. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çək inməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 425.1 Hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər.

24. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür.

25. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan b əyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

26. Maddə 406.3. Mülki Məcəlləyə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər.

27. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfınə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə qətnamə “xxxx” MMC-nin kassasiya şikayəti əsasında ona aid hissədə yoxlanılır.

35. Kassatorun etirazları ilk iddianın təmin olunması ilə bağlıdır və cavabdeh hesab edir ki, şirkətləAAAAAAAAAAoğlu arasında mübahisəli mənzillərə dair bağlanmış müqavilələr etibarsız əqd olduğu üçün ilk iddia təmin oluna bilmə.

36. İşə baxan məhkəmələr şirkətin müqavilənin etibarsız əqd olması ilə bağlı cavabdehin dəlillərini yoxlamış və onlara qiymət vermişlər.

37. Beləki, məhkəmə lər müəyyən etmişlər ki, “xxxx” MMC iləAAAAAAAAAAoğlu arasında bağlanan 17 oktyabr 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilə ilə “xxxx” MMC tərəfindən ünvan 3 ünvanda inşa edilən 22 mərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı 82 saylı, ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 83 saylı, ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 84 saylı, habelə həmin binanın B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 90 saylı və ümumi sahəsi 150.9 kv.m olan 3 otaqlı 91 saylı mənzilləri tikibAAAAAAAAAAoğluna təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 5.2ci bəndinə əsasən sifarişçiAAAAAAAAAAoğlu tərəfindən mənzillərin dəyəri tam və nağd formada ödənilmişdir. Bu baxımdanAAAAAAAAAAoğlu müq avilələrdə göstərilən əmlaklara sahiblik etmək və ondan istifadə etmək hüququnu əldə etmişdir. “xxxx” MMC tərəfindənAAAAAAAAAAoğluna verilən 17 oktyabr 2018-ci il tarixli,10/06 saylı maliyyə arayışlarında təsdiq olunur ki, AAAAAAAAAAoğlunun “xxxx” MMC-yə mənzil alğı- satqısından yaranan borcu yoxdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən Nağıyev Azad Xanlar oğlu və Əliyev Valeh Mövsüm oğlu (direktor) məhkəməyə verdikləri izahatlarındaAAAAAAAAAAoğlunun 17 oktyabr 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilələr üzrə olan borcunu tam və nağd şəkildə onların özünə ödədiyini təsdiq etmişlər.

38. Belə ki, İş materiallarında olan “xxxx” MMC tərəfindən verilən 17 oktyabr 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında i nşa edilən yaşayış binası “xxxx” MMC-yə məxsusdur və həmin binanın B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı, 82 saylı mənzilə dairAAAAAAAAAAoğlunun “xxxx” MMC-yə maliyyə borcu yoxdur. 39. “xxxx” MMC tərəfindən verilən 17 oktyabr 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası “xxxx” MMC-yə məxsusdur və həmin binanın B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı, 83 saylı mənzilə dairAAAAAAAAAAoğlunun “xxxx” MMCyə maliyyə borcu yoxdur. 40. “xxxx” MMC tərəfindən verilən 17 oktyabr 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası “xxxx” MMC-yə məxsusdur və həmin binanın B blokunda, 13-cü mərtəbəsində yer ləşən ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı, 84 saylı mənzilə dairAAAAAAAAAAoğlunun “xxxx” MMCyə maliyyə borcu yoxdur. 41. “xxxx” MMC tərəfindən verilən 17 oktyabr 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası “xxxx” MMC-yə məxsusdur və həmin binanın B blokunda, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı, 90 saylı mənzilə dairAAAAAAAAAAoğlunun “xxxx” MMCyə maliyyə borcu yoxdur. 42. “xxxx” MMC tərəfindən verilən 17 oktyabr 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası “xxxx” MMC-yə məxsusdur və həmin binanın B blokunda, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı, 91 saylı mənzilə dairAAAAAAAAAAoğlunun “xxxx” MMCyə maliy yə borcu yoxdur. 43. “xxxx” MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu iləAAAAAAAAAAoğlu arasında bağlanan 17 oktyabr 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 5 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 110,8 kv.m olan, 2 otaqlı, 82 saylı mənzili tikib sifarişçiyə satır. 44. “xxxx” MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu iləAAAAAAAAAAoğlu arasında bağlanan 17 oktyabr 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 6 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 150,9 kv.m olan, 3 otaqlı, 84 saylı mənzili tikib sifarişçiyə satır. 45. “ xxxx” MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu iləAAAAAAAAAAoğlu arasında bağlanan 17 oktyabr 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 5 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m olan, 4 otaqlı, 90 saylı mənzili tikib sifarişçiyə satır. 46. “xxxx” MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu iləAAAAAAAAAAoğlu arasında bağlanan 17 oktyabr 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 5 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 14- cü mərtəbəsində yerləşən, ümumi sahəsi 150,9 kv.m olan, 3 otaqlı, 91 saylı mənzili tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci m addəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir.

47. Hüseynov Möhlət Yolçu oğlu ilə Nağıyev Azad Xanlar oğlu və Hüseynov Savalan Yolçu oğlu arasında bağlanan 04 aprel 2018-ci il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, Onlar 28 mart 2005-ci ildə qeydiyyat nömrəsi № 0105-P10742618 (VÖEN) № ********** Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş “xxxx” MMC-nin payçı hüququ olan təsisçiləri Hüseynov Möhlət Yolçu oğlu 65%, Hüseynov Savalan Yolçu oğlu 15 %, Nağıyev Azad Xanlar oğlu 20 % müqavilənin təsdiqi barədə razılığa gəlirlər və bu razılıq əsasında Bakı şəhəri, İcra Hakimiyyətinin başçısının 22 iyul 2014-cü il tarikxli №354 saylı sərəncamına əsasən Bakı şəhəri, Binqədi rayonu, M.Cəlal küçəsi, 9-cu Mkr Cənub Şərq hissəsində yerləşən binasının tərkib hissəsi olan mənzillərin və qeyri-yaşayış sahələrinin alğı-satqısı həyata keçirilərkən təsisçilərin yazılı razılığı olmalıdır.

48. Nağıyev Azad Xanlar oğlu tərəfindən Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Emil Muxtarova yazılan izahatdan görünür ki,AAAAAAAAAAoğlunun adına tərtib olunan maliyyə arayışları ilə 5 mənzilin satışını şəxsən özü etmişdir. Mənzillər üçün ödənilən pul vəsaitləri həmin mənzillərin tikintisinə sərf edilmişdir və məzillərAAAAAAAAAAoğluna məxsusdur. Satılan evlər bölgü zamanı onun təsisçi payına düşən evlərdir. Hüseynov Möhlətin və Hüseynov Savalanın bu evlərin satılmasından xəbəri vardır.

49. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2(001)-307/2020 saylı mülk i iş üzrə 17 iyun 2020-ci il tarixli 4/278 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 56-70-ci cild(2) vərəqələrində olan 3 ədəd 17 oktyabr 2018-ci il tarixli 10/06 saylı maliyyə arayışlarında, 3 ədəd 17 oktyabr 2018-ci il tarixli mənzil tikinti və satışına dair müqavilələrdə və 3 ədəd 17 oktyabr 2018-ci il tarixli “mənzil tikinti və satışına dair” müqavilələrə 1 saylı əlavələrdə “Direktor” qrafalarındakı imzalar-Nağıyev Azad Xanlar oğlu tərəfindən icra olunmuşdur.

50. Ekspertizaya təqdim olunmuş, mülki işin 160-164-cü (cild 1) vərəqələrində olan 21 aprel 2017-ci il tarixli 21/04 saylı maliyyə arayışında, 21 aprel 2017-ci il tarixli mənzil tikinti satışına dair müqavilədə, 21 aprel 2017-ci il tarixli “mənzil tikinti və satışına dair” müqaviləyə 1 saylı əlavəd ə, 206-210-cu vərəqələrində olan 15 mart 2017-ci il tarixli 07/01 saylı maliyyə arayışında, 15 mart 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqavilədə, 15 mart 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqaviləyə 1 saylı əlavədə “ Direktor qrafasındakı imzalar Əliyev Valeh Mövsüm oğlu tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

51. Ekspertizaya təqdim edilmiş, mülki işin 160- 164-cü (cild 1) vərəqələrində olan 21 aprel 2017-ci il tarixli 21/04 saylı maliyyə arayışında, 21 aprel 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqavilədə, 21 aprel 2017-ci il tarixli “mənzil tikinti və satışına dair” müqaviləyə 1 saylı əlavədə, 206-210-cu (cild 1) vərəqələrində olan 15 mart 2017-ci il tarixli 07/01 saylı maliyyə arayışında, 15 mart 2017-ci il tarix li mənzil tikinti və satışına dair müqavilədə, 15 mart 2017-ci il tarixli “mənzil tikinti və satışına dair” müqaviləyə 1 saylı əlavədə “Direktor” qrafalarındakı imzaların Nağıyev Azad Xanlar oğlu tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

52. İddiaçı ilə “xxxx” MMC arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində MMC öhdəliklərini lazımınca icra etmədiyi üçün birinci instansiya məhkəməsinin “xxxx” MMC tərəfindən ünvan 3 ünvanda inşa edilən 22 mərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı 82 saylı, ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 83 saylı, ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 84 saylı, habelə həmin binanın B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sa həsi 186.9 kv.m olan 4 otaqlı 90 saylı və ümumi sahəsi 150.9 kv.m olan 3 otaqlı 91 saylı mənzillərin iddiaçıAAAAAAAAAAoğluna təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin cavabdeh “xxxx” MMC-yə həvalə edilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur.

53. Həmin əqdlərin borcun əvəzi olaraq bağlanması və yalançı əqd olması barədə şirkətin dəlilləri təsdiq edilməmişdir.

54. Bundan başqa, cavabdeh “xxxx MMC-nin nümayəndəsinin müqavilələrin səlahiyyəti olmayan şəxs tərəfindən bağlanması və həmin müqavilələrin etibarsız olması dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilələr imzalanan vaxt imza səlahiyyəti olan direktor Əliyev Valeh Mövsüm oğlu həmin müqavilələrin təsisçilərdən biri olan Nağıyev Azad Xanlar oğlu tərəfindən imzalanmasına razılıq vermi şdir.

55. Bundan başqa, məhkəmə təsisçilər arasında notarial qaydada bağlanmış müqaviləyə əsasən Nağıyev Azadın təkbaşına mənzil satmaq səlahiyyətinin olmaması barədə cavabdeh MMC-nin dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki iş materiallarında olan təsisçilər arasında notarial qaydada təsdiq olunmuş müqavilə (mənzillərin və qeyriyaşayış sahələrinin alğısatqısı həyata keçirilərkən təsisçilərin yazılı razılığının alınmalı olması barədə) alıcı üzərində deyil, təsisçilərin bir-biri üzərində məsuliyyətini müəyyənləşdirir ki, həmin müqavilənin mövcudluğu alqı-satqının qanuniliyini şübhə altına ala bilməz. Mülki Məcəllənin 358.1-ci maddəsinə görə isə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçi rilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

56. Kassatorun müqavilənin səlahiyyətsiz şəxs tərəfindən bağlanması barədə etirazı əsaslı deyil. Beləki, məhkəmələr müəyyən etmişlər ki mənzillərə dairAAAAAAAAAAoğlu ilə bağlanmış müqavilələri təsisçilərdən biri Nağıyev Azad Xanlar oğlu şirkətin direktoru Əliyev Valeh Mövsüm oğlunun razılığı ilə imzalamışdır. Həmin müqavilələrin şirkətin möhürü ilə təsdiqlənməsi onu ehtiva edir ki, şirkətin direktoru əqdləri bağlanan anda bəyənmişdir. Ona görə əqdin direktor vəzifələrini icra etmiş Əliyev Valeh Mövsüm oğlu tərəfindən hazırkı işə baxılanda məhkəmə gedişi vaxtı bəyənməsi barədə kasatorun dəlili əsaslı deyil.

57. Beləki, məhkəmə b axışı zamanı keçirilmiş ekspertizalar nəticəsində müəyyən edilmişdir ki, mübahisələndirilən sənədlərdə əks olunmuş möhür şirkətin həqiqi möhürüdür.

58. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli sənədlərdə möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin sənədlərin müqavilədə hüquqi şəxsi rəhbəri kimi adı göstərilmiş şəxs tərəfindən imzalanmaması həmin sənədlərin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir.

59. Belə ki, sənədlərdə iddiaçının rəhbəri kimi göstərilmiş Əliyev Valeh Mövsüm oğlunun sənədlərin imzalandığı tarixdə şirkətin rəhbəri olduğu işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir.

60. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsil çilik) səlahiyyətinə malik olan şəxs olur.

61. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir.

62. Hazırkı iş üzrə mübahisələndirilən sənədlərdə olan möhür izinin mötəbərliyi öz təsdiqini tapmışdır. İddiaçı həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan mübahisələndirilən sənədlərdə olan möhürün “xxxx” MMC-nın səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə sənədlərdəki imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onların etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi müqaviləni bəyənmişdir. Belə ki, Mülki Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir.

63. Nəzərə almaq lazımdır ki, mülki mühakimə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, işə baxan məhkəmə isə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.

64. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmi n edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(102)-1276/2021 nömrəli, 25 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar