Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1276/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin təmin olunması, mənzillərə dair sahiblik, istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması, mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh MMC və İddiaçı (cəlb edilmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və Əliyev Valeh Mövsüm oğlu) qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələblərinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-307/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin artırılması barədə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 22 mərtəbəli yaşayış binasından 5 ədəd mənzilin yəni, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 110,8 kv.m olan 2 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 121880 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 82 saylı, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 83 saylı, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 165990 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 84 saylı, 14-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 90 saylı, 14-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 165990 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 91 saylı mənzilə iddiaçının sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin mənzillərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 2018-ci il tarixində qarşılıqlı razılaşma əsasında Cavabdeh MMC-nin keçmiş direktoru Əliyev Vahid Mövsüm oğlu və Cavabdeh MMC-nin təsisçisi X5 müqavilə əsasında Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 22 mərtəbəli yaşayış binasından 5 ədəd mənzili yəni, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 110,8 kv.m olan 2 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 121880 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 82 saylı, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 83 saylı, yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 165990 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 84 saylı, 14-cü mərtəbəsində ümumi sahəsi 186,9 kv.m olan 4 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 205590 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 90 saylı, 14-cü mərtəbəsində ümumi sahəsi 150,9 kv.m olan 3 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini 165990 manatı nəğd ödəməklə, ödəniş barədə N-10/06 saylı xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı almaqla 91 saylı mənzilləri əldə etmişdir. Aldığı mənzillərin ümumi sahəsi 786,4 kv.m təşkil edir. Cavabdeh MMC satın aldığı mənzilləri ona təhvil verməkdən imtina etdiyinə və onun mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaratdığından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC-nin direktoruna maneələrin aradan qaldırılması üçün müraciət etsə də, ona heç bir rəsmi cavab verilməmişdir. Tərəflər arasında bağlanan müqavilələr hal-hazırda qüvvədədir. Həmin müqavilələrə əsasən o, üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirərək mənzillərin haqqını tam və nəğd formada ödəmişdir. Cavabdeh isə müqavilə öhdəliyindən irəli gələn mənzillərini ona təhvil verməklə bağlı öhdəliklərini yerinə yetirmir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh MMC və İddiaçı qarşı iddia ərizəsi və sonradan iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mkr, M.Cəlal küçəsi, 145 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı 82 saylı mənzillə bağlı xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin, Bakı şəhəri, Binəqədi rayonu, 9cu Mkr, M.Cəlal küçəsi, 145 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı 83 saylı mənzillə bağlı xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mkr, M.Cəlal küçəsi, 145 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 84 saylı mənzillə bağlı xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin, Bakı şəhəri, Binəqədi rayonu, 9cu Mkr, M.Cəlal küçəsi, 145 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı 90 saylı mənzillə bağlı xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mkr, M.Cəlal küçəsi, 145 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 150.9 kv.m olan 3 otaqlı 91 saylı mənzillə bağlı xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış “Mənzil tikintisi və satışına dair” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC ilə xx xxxx 2017-ci il tarixində “Mənzil Tikintisi və Satışına dair” müqavilələr imzalamışdır. Müqavilə şərtlərinə əsasən Cavabdeh MMC Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mkr, M.Cəlal küçəsi, 145 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun, 13-cü mərtəbəsində yerləşən sahəsi 186,9 kv.m olan 83 saylı, sahəsi 150,9 kv.m olan 84 saylı mənzili ona təhvil verməyi, o, isə müqavilə üzrə müəyyən edilmiş mənzillərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzillərin dəyəri onun tərəfindən tam şəkildə ödənilmişdir. Hazırda ona məlum olmuşdur ki, hazırki iş üzrə Cavabdeh MMC ilə arasında imzalanmış xx xxxx 2017-ci il tarixli müqavilə əsasında onun mülkiyyətində olan B blokunun 13-cü mərtəbəsində yerləşən 84 və 83 saylı mənzil, yenidən qanunsuz olaraq, xx xxxxxxx 2018-ci il tarixli müqavilələr əsasında Cavabdeh MMC tərəfindən İddiaçı satılmışdır. Bu səbəbdən də, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində hazırki işə qoşulmuşdur. Onunla Cavabdeh MMC arasında imzalanmış xx xxxx 2017-ci il tarixli müqavilə qüvvədə olduğu müddətdə, eyni mənzillərə başqa müqaviləninağlanması hüquqa ziddir. Göründüyü kimi onunla Cavabdeh MMC arasında bağlanmış müqavilə, cavabdeh İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan müqaviləyə nisbətdə zaman etibarı ilə ilkin bağlanmış müqavilədir. Bu səbəbdən cavabdehlər arasında bağlanan xx xxxxxxx 2018-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Cavabdehlər arasında xx xxxxxxx 2018-ci il tarixli müqavilə bağlanarkən mübahisəli mənzillər artıq onun mülkiyyətində olduğundan bağlanan müqavilə əhəmiyyətsiz əqd olmaqla bağlandığı andan etibarsızdır. Halbuki, o əmlakın dəyərini xx xxxx 2017-ci il tarixdə tam şəkildə ödədiyindən həmin tarixdən etibarən, əmlakın mülkiyyətçisi artıq Cavabdeh MMC yox, o olmuşdur. Bu isə o deməkdir ki, həmin daşınmaz əmlakla bağlı bütün hüquqlar ona keçmişdir. Cavabdehin isə əmlak üzərində heç bir hüququ qalmamaqla birlikdə, əmlakı özgəninkiləşdirmək səlahiyyəti də olmamışdır. Qeyd olunanları nəzərə alaraq və Mülki Məcəllənin müvafiq maddələrini rəhbər tutaraq hesab edir ki, cavabdeh İddiaçı ilə müqavilə əmlakını özgəninkiləşdirmək səlahiyyəti olmayan şəxs tərəfindən bağlandığına görə etibarsız əqddir və bu səbəbdən, həmin əqd heç bir hüquqi nəticəyə səbəb olmamalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-307/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən tələbi təmin edilərək, Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanda inşa edilən 22 mərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı 82 saylı, ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 83 saylı, ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 84 saylı, habelə həmin binanın B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 90 saylı və ümumi sahəsi 150.9 kv.m olan 3 otaqlı 91 saylı mənzillərin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 185.52 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh MMC və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh MMC-nin nümayəndəsi onun ləğv, iddia tələbinin isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Mübahisə predmeti olan müqavilələr yalan əqddir. Əsl alqı satqı müqaviləsi niyyəti ilə bağlanmamışdır. Çünki müqavilələrin hər birinə diqqət yetirsək müqavilədəki imzalar həmin vaxt direktor olan Valeh Əliyevə məxsus deyildir. Əqd bağlamaq səlahiyyəti təsisçilərin ümumi qərarı ilə direktora verilir. İmza Valehin imzası deyildir. X7 belə bir səlahiyyətin verilməsi ilə bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Nağıyev Azad polis idarəsində verdiyi ifadəsində bildirmişdir ki, mənzilləri maliyyə arayışlarında adları qeyd edilən şəxslərə o şəxsən satmışdır. Cavabdeh MMC-nin təsisçilərindən biri olan X9 ilə İddiaçı arasında borc münasibətləri olmuşdur. Təsisçi azad Nağıyev məhz iddiaçılarla arasında olan borc münasibətlərini rəsmiləşdirmək və həmin şəxsə öz borcunu ödəyəcəyinin təminatını göstərmək məqsədilə onlarla formal olaraq bu müqavilələri bağlamışdır. Müqavilələrdə göstərilən yaşayış sahələrinin dəyəri bu günədək Cavabdeh MMC-nin xəzinəsinə mədaxil edilməmişdir. Birinci instansiya məhkəməsi isə yuxarıda göstərilənləri nəzərə almadan əsassız olaraq iddia tələbini təmin etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi, həmçinin müstəqil tələb irəli sürən Kifayət Abdullayeva, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edildiyi (yəni, Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanda inşa edilən 22 mərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı 82 saylı, ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 83 saylı, ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 84 saylı, habelə həmin binanın B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 90 saylı və ümumi sahəsi 150.9 kv.m olan 3 otaqlı 91 saylı mənzillərin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi) hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə ilə müstəqil tələb irəli sürən üçüncü şəxs Kifayət Abdullayevanın iddia tələbi təmin edilməsə də o, qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir; Cavabdeh MMC isə vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğvini və iddianın isə rəddini xahiş etsə də, şikayətinin məzmunundan qətnamənin yalnız həmin hissəsini mübahisələndirdiyi aydın olmaqdadır. Başqa sözlə, müstəqil iddia tələbinin təmin olunmayan (yəni, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh MMC və İddiaçı (cəlb edilmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və Əliyev Valeh Mövsüm oğlu) qarşı “müqavilələrin etibarsız hesab edilməsi”) hissəsi apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilən xx xxxxxxx 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı, 82 saylı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilən xx xxxxxxx 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı, 83 saylı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilən xx xxxxxxx 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı, 84 saylı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilən xx xxxxxxx 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın B blokunda, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m olan 4 otaqlı, 90 saylı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilən xx xxxxxxx 2018-ci il tarixli, №10/06 saylı maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın B blokunda, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı, 91 saylı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilən xx xxxx 2017-ci il tarixli, №07/01 saylı maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 və 150,9 kv.m olan 3, 4 otaqlı, 83,84 saylı mənzilə dair X2 Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Cavabdeh MMC tərəfindən verilən xx xxxx 2017-ci il tarixli, №07/01 saylı maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın B blokunda, 13,14cü mərtəbəsində yerləşən ümumi sahəsi 110.8 , 150.9 və 186.9 kv.m olan, 2, 3,4 otaqlı, 82,90,91 saylı mənzillərə dair X2 Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu ilə İddiaçı arasında bağlanan xx xxxxxxx 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 5 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 110,8 kv.m olan, 2 otaqlı, 82 saylı mənzili tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 kv.m üçün qiymət 1100 AZN məbləğində müəyyən edilmişdir Mənzilin ümumi müqavilə dəyəri 121880 AZN təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Sifarişçi” “icraçıya” ümumi müqavilə qiymətini tam ödədi. Cavabdeh MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu ilə İddiaçı arasında bağlanan xx xxxxxxx 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 5 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 13- cü mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m olan, 4 otaqlı, 83 saylı mənzili tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 kv.m üçün qiymət 1100 AZN məbləğində müəyyən edilmişdir Mənzilin ümumi müqavilə dəyəri 205590 AZN təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Sifarişçi” “icraçıya” ümumi müqavilə qiymətini tam ödədi. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu ilə İddiaçı arasında bağlanan xx xxxxxxx 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 6 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 150,9 kv.m olan, 3 otaqlı, 84 saylı mənzili tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 kv.m üçün qiymət 1100 AZN məbləğində müəyyən edilmişdir Mənzilin ümumi müqavilə dəyəri 165990 AZN təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Sifarişçi” “icraçıya” ümumi müqavilə qiymətini tam ödədi. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu ilə İddiaçı arasında bağlanan xx xxxxxxx 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 5 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m olan, 4 otaqlı, 90 saylı mənzili tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 kv.m üçün qiymət 1100 AZN məbləğində müəyyən edilmişdir Mənzilin ümumi müqavilə dəyəri 205590 AZN təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Sifarişçi” “icraçıya” ümumi müqavilə qiymətini tam ödədi. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu ilə İddiaçı arasında bağlanan xx xxxxxxx 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 5 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 14- cü mərtəbəsində yerləşən, ümumi sahəsi 150,9 kv.m olan, 3 otaqlı, 91 saylı mənzili tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 kv.m üçün qiymət 1100 AZN məbləğində müəyyən edilmişdir Mənzilin ümumi müqavilə dəyəri 165990 AZN təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Sifarişçi” “icraçıya” ümumi müqavilə qiymətini tam ödədi. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu ilə X3 arasında bağlanan xx xxxx 2017-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 6 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 186,9 kv.m və 150,9 kv.m olan, 3,4 otaqlı, 83, 84 saylı mənzilləri tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 kv.m üçün qiymət 1000 AZN məbləğində müəyyən edilmişdir Mənzilin ümumi müqavilə dəyəri 337800 AZN təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Sifarişçi” “icraçıya” ümumi müqavilə qiymətini tam ödədi. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Əliyev Valeh Mövsüm oğlu ilə X3 arasında bağlanan xx xxxxx 2017-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İcraçı ünvan 5 ünvanında tikiləcək yüksək mərtəbəli binanın B blokunun, 13 və 14-cü mərtəbələrində yerləşən, ümumi sahəsi 110.8 , 150.9 və 186.9 kv.m olan, 2, 3,4 otaqlı, 82,90,91 saylı mənzilləri tikib sifarişçiyə satır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hər iki tərəfin bu müqaviləyə imza atdığı andan qüvvəyə minir və yaşayış binasında tikinti işləri tam başa çatanadək qüvvədədir. Müqavilənin 5.1-ci bəndinə əsasən 1 kv.m üçün qiymət 1100 AZN məbləğində müəyyən edilmişdir Mənzilin ümumi müqavilə dəyəri 493460 AZN təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Sifarişçi” “icraçıya” ümumi müqavilə qiymətini tam ödədi. İş materiallarında olan Hüseynov Möhlət Yolçu oğlu ilə X9 və X6 arasında bağlanan xx xxxxx 2018-ci il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, Onlar xx xxxx 2005-ci ildə qeydiyyat nömrəsi № 0105-P107-42618 (VÖEN) № ********** Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Cavabdeh MMC-nin payçı hüququ olan təsisçiləri Hüseynov Möhlət Yolçu oğlu 65%, X6 15 %, X9 20 % müqavilənin təsdiqi barədə razılığa gəlirlər və bu razılıq əsasında Bakı şəhəri, İcra Hakimiyyətinin başçısının xx xxxx 2014-cü il tarikxli №354 saylı sərəncamına əsasən Bakı şəhəri, Binqədi rayonu, M.Cəlal küçəsi, 9cu X13 hissəsində yerləşən binasının tərkib hissəsi olan mənzillərin və qeyri-yaşayış sahələrinin alğı-satqısı həyata keçirilərkən təsisçilərin yazılı razılığı olmalıdır. İş materiallarında olan Cavabdeh MMC-də baş mühasib E.A.Səlimova və muhasib A.Ə.Sultanova tərəfindən tərtib edilənən və imzalanan xx xxxxxxxx 2018-ci il tarixli aktda göstərilmiş mənzillərin satışına və debitor borclarınını açıqlanmasına dair Əlavədən görünür ki, xx xxxx 2017-ci il tarixindən xx xxxxxxxx 2018-ci il tarixinədək olan dövrdə Cavabdeh MMC tərəfindən inşa edilən Bakı şəhəri M.Cəlal küçəsi, 145 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında Blok “A” və Blok "B” üzrə satılmış mənzillərin və debitor borclarının siyahısında ilkin İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X2 adı mənzil sahibi olan şəxslərin sihahısında yoxdur. Həmçinin həmin siyahıda onlara satılan mənzillər barəsində məlumat qeyd edilməmişdir. Əlavəyə edilən qeydlərdə göstərilir ki, xx xxxx 2017-ci il tarixinədək olan dövrdə Cavabdeh MMC tərəfindən inşa edilən ünvan 8 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasında mənzil satışı olmamışdır. xx xxxxxxxx 2018-ci il tarixinə kimi binanın “A” və “B” bloklarında qeyri-yaşayış sahəsinə dair satış aparılmamışdır və bu səbəbdən də satış qiyməti müəyyən edilməmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin keçmiş direktoru V.M.Əliyev və digər direktor F.M.Məmmədov, baş mühasib E.A.Səlimova, iş icraçısı S.H.Cabbarov, mühasib, A.Ə.Sultanovanın iştirakı ilə tərtib olunan xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin keçmiş (sabiq) direktoru V.M.Əliyev tərəfindən Cavabdeh MMC-nin yeni direktoru F.M.Məmmədova Cavabdeh MMC-ni 1 ədəd möhürü, MMC-ni nizamnaməsinin əsli, VÖEN-nin əsli, ünvan 8 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisinə dair sənədlər, mənzil satışına dair bağlanan müqavilələr (mənzil sayı 37) , MMC-də qeydiyyata alınmış lakin MMC-nin kassasına heç bir ödəniş edilməmiş mənzil satışına dair bağlanmış müqavilələr (mənzil sayı 7) və kassada olan 14299 manat nəğd pul vəsaiti təhvil verilmişdir. Həmin akta əlavə olunan mənzil satışına dair siyahıda mənzil sahibi olan şəxslərin arasında ilkin İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X2 adı yoxdur. İş materiallarında olan X9 tərəfindən Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Emil Muxtarova yazılan izahatdan görünür ki, İddiaçı adına tərtib olunan maliyyə arayışları ilə 5 mənzilin satışını şəxsən özü etmişdir. Mənzillər üçün ödənilən pul vəsaitləri həmin mənzillərin tikintisinə sərf edilmişdir və məzillər İddiaçı məxsusdur. Satılan evlər bölgü zamanı onun təsisçi payına düşən evlərdir. Hüseynov Möhlətin və Hüseynov Savalanın bu evlərin satılmasından xəbəri vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2(001)-307/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli 4/278 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 56-70-ci cild(2) vərəqələrində olan 3 ədəd xx xxxxxxx 2018-ci il tarixli 10/06 saylı maliyyə arayışlarında, 3 ədəd xx xxxxxxx 2018-ci il tarixli mənzil tikinti və satışına dair müqavilələrdə və 3 ədəd xx xxxxxxx 2018-ci il tarixli “mənzil tikinti və satışına dair” müqavilələrə 1 saylı əlavələrdə “Direktor” qrafalarındakı imzalar-X9 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 160-164-cü (cild 1) vərəqələrində olan xx xxxxx 2017-ci il tarixli 21/04 saylı maliyyə arayışında, xx xxxxx 2017-ci il tarixli mənzil tikinti satışına dair müqavilədə, xx xxxxx 2017-ci il tarixli “mənzil tikinti və satışına dair” müqaviləyə 1 saylı əlavədə, 206-210-cu vərəqələrində olan xx xxxx 2017-ci il tarixli 07/01 saylı maliyyə arayışında, xx xxxx 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqavilədə, xx xxxx 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqaviləyə 1 saylı əlavədə “ Direktor qrafasındakı imzalar Əliyev Valeh Mövsüm oğlu tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 160- 164-cü (cild 1) vərəqələrində olan 21 aprel 2017-ci il tarixli 21/04 saylı maliyyə arayışında, xx xxxxx 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqavilədə , xx xxxxx 2017-ci il tarixli “mənzil tikinti və satışına dair” müqaviləyə 1 saylı əlavədə, 206-210-cu (cild 1) vərəqələrində olan xx xxxx 2017-ci il tarixli 07/01 saylı maliyyə arayışında, xx xxxx 2017-ci il tarixli mənzil tikinti və satışına dair müqavilədə, xx xxxx 2017-ci il tarixli “mənzil tikinti və satışına dair” müqaviləyə 1 saylı əlavədə “Direktor” qrafalarındakı imzaların X9 tərəfindən icra olunub- olunmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2(001)-307/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli 5/295 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X2 adına olan xx xxxxx 2017-ci il tarixli (c İ, i.v 160-164), xx xxxx 2017-ci il tarixli (c.İ, i.v 206-210), İddiaçı oğlunun adına olan xx xxxxxxx 2018-ci il tarixli (c İİ, i.v 56-70) maliyyə arayışların, Mənzil tikintisi və satışına dair müqavilələrin hər birinin üzərindəki möhürlərin əksləri relyef klişe vasitəsi ilə sənədlərin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş X2 adına olan xx xxxxx 2017-ci il tarixli ( c İ, i.v 160-164), xx xxxx 2017-ci il tarixli (c İ, işv206-210), maliyyə arayışlarında , mənzil tikintisinə və satışına dair müqavilələrdə olan möhür əksləri aşınma dərəcəsi eyni olan möhürlə vurulmuşdur. Tədqiqata təqdim edilmiş İddiaçı adına olan xx xxxxxxx 2018-ci il tarixli (C.İİ, işv, 56-70) maliyyə arayışlarında, mənzil tikintisi və satışına dair müqavilələrdə olan möhür əksləri aşınma dərəcəsi eyni olan möhür ilə vurulmuşdur. Ekspertiza tədqiqatının dəyəri 61,52 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan 17 oktyabr 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilələrdən görünür ki, Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanda inşa edilən 22 mərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı 82 saylı, ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 83 saylı, ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 84 saylı, habelə həmin binanın B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 90 saylı və ümumi sahəsi 150.9 kv.m olan 3 otaqlı 91 saylı mənzilləri tikib İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 5.2-ci bəndindən görünür ki, sifarişçi İddiaçı tərəfindən mənzillərin dəyəri tam və nağd formada ödənilmişdir. Bu baxımdan İddiaçı müqavilələrdə göstərilən əmlaklara sahiblik etmək və ondan istifadə etmək hüququnu əldə etmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı verilən xx xxxxxxx 2018-ci il tarixli,10/06 saylı maliyyə arayışlarından görünür ki, İddiaçı Cavabdeh MMC-yə mənzil alğı-satqısından yaranan borcu yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən X9 və Əliyev Valeh Mövsüm oğlu məhkəməyə verdikləri izahatlarında İddiaçı 17 oktyabr 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilələr üzrə olan borcunu tam və nağd şəkildə onların özünə ödədiyini təsdiq etmişlər. Lakin Cavabdeh MMC tərəfindən 17 oktyabr 2018-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilələrindən irəli gələn öhdəliklər pozulmuş tikintisi başa çatdırılan mənzillər mülkiyyətçi İddiaçı təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Adı çəkilən Məcəllənin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı ilə Cavabdeh MMC arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində MMC öhdəliklərini lazımınca icra etmədiyi üçün birinci instansiya məhkəməsinin Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanda inşa edilən 22 mərtəbəli yaşayış binasının B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı 82 saylı, ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 83 saylı, ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı 84 saylı, habelə həmin binanın B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186.9 kv.m olan 4 otaqlı 90 saylı və ümumi sahəsi 150.9 kv.m olan 3 otaqlı 91 saylı mənzillərin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Cavabdeh MMC-nin nümayəndəsinin müqavilələrin səlahiyyəti olmayan şəxs tərəfindən bağlanması və həmin müqavilələrin etibarsız olması” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, müqavilələr imzalanan vaxt imza səlahiyyəti olan direktor Əliyev Valeh Mövsüm oğlu həmin müqavilələrin təsisçilərdən biri olan X9 tərəfindən imzalanmasına razılıq vermişdir. Bundan başqa məhkəmə təsisçilər arasında notarial qaydada bağlanmış müqaviləyə əsasən Nağıyev Azadın təkbaşına mənzil satmaq səlahiyyətinin olmaması barədə cavabdeh MMC-nin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan təsisçilər arasında notarial qaydada təsdiq olunmuş müqavilə (mənzillərin və qeyri-yaşayış sahələrinin alğı-satqısı həyata keçirilərkən təsisçilərin yazılı razılığının alınmalı olması barədə) alıcı üzərində deyil, təsisçilərin bir-biri üzərində məsuliyyət müəyyənləşdirir ki, həmin müqavilənin mövcudluğu alqı-satqının qanuniliyini şübhə altına ala bilməz. Mülki Məcəllənin 358.1-ci maddəsinə görə isə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh MMC -nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-307/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (yəni, ilkin iddianın təmin edildiyi hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1276/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1276/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver