Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3075/2022 31.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X9, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.04.2007-ci il təvəllüdlü X3, 05.11.2010cu il təvəllüdlü X2 və 20.10.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində alimentin, ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərcin və sənədlərin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 13,6 manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, el-adət ənənəsi ilə Cavabdeh ilə ailə qurmuş və nikahlarının bağlanması barədə Binəqədi rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 30.06.2006-cı il tarixdə 576 nömrəli ilə qeyd edilmişdir. Birgə nikahdan 17.04.2007-ci il tarixdə X7, 05.11.2010-cu il tarixdə X6 və 20.10.2012-ci il tarixdə X8 dünyaya gəlmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5472/2019 saylı 18.10.2019-cu il tarixli qətnaməsi İlə Binəqədi rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 30.06.2006-cı il tarixdə 576 nömrəli ilə qeyd edilmiş nikah pozularaq, 17.04.2007-ci il təvəllüdlü X3, 05.11.2010-cu il təvəllüdlü X2 və 20.10.2012-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.06.2019-cu il tarixdən başlayaraq, Cavabdeh hər ay hər üç uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq, ona verilməsi qət edilmişdir. Cavabdeh əvvəllər "xxxx" MMC-də işləyirdi və aliment onun əmək haqqından tutulurdu. Belə ki, aldığı əmək haqqıdan asılı olaraq ona hər ay cəmi 600-900 manat arası aliment ödəyirdi. Lakin hazırda işdən çıxdığı üçün Cavabdeh aliment miqdarını azaltmışdır. Bu səbəbdən ona ödənilən alimentin hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində tutulmasını istəyir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5472/2019 saylı 18.10.2019-cu il tarixli qətnaməsinin qəbulundan xeyli müddət keçib və bu müddət ərzində bütün dünyada gedən bahalaşma prosesi bütün istehlak mallarının qiymətinin artması ilə müşahidə edilir. Bu isə onu çox ağır maddi problemlərlə üz-üzə qoyur. Eyni zamanda o, 22.02.2022-ci il tarixdə alimentin miqdarının artırılması xahişi ilə tərəfindən rəsmi qaydada poçt vasitəsi ilə təklif göndərilmiş lakin cavabdeh tərəfdən onun təklifinə heç bir cavab verilmədiyi üçün 06.03.2022-ci il tarixdə mediasiya üçün Mediasiya şurasına ərizə ilə müraciət etmiş və 29.03.2022-ci il tarixdə X5 İştirak Edilməsi barədə arayış almışdır. Cavabdeh 12 may 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qismən qəbul etdiyini və hər uşaq üçün qanunla nəzərdə tutulmuş minimum dolanacaq məbləğində, yəni 193 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X13 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, nikahları pozulan zaman o, işlədiyinə görə uşaqların saxlanması üçün aliment onun əmək haqqısından tutulmuşdur.Lakin hal-hazırda işləmir. Ona görə də alimentin sabit pul məbləğində tutulmasına etiraz etməsə də, hər ay hər uşağa görə 250 manat aliment ödəməyə maddi imkanı olmadığına görə, ondan hər uşaq üçün qanunla nəzərdə tutulmuş minimum dolanacaq məbləğində, yəni 193 manat sabit pul məbləğində alimentin tutulmasına razıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 927282 №-li, AZ-İİ seriyalı 567695 №-li və AZ-İİ seriyalı 982575 №-li doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, 17.04.2007-ci il təvəllüdlü X3, 05.11.2010-cu il təvəllüdlü X2 və 20.10.2012-ci il təvəllüdlü X4 anası İddiaçı, atası Cavabdehdur və eyni zamanda həmin sənədlərin tərtib edilməsi üçün cəmi 9 manat notariat xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5472/2019 saylı, 18.10.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 30 iyun 2006-cı il tarixdə Bakı şəhəri Binəqədi rayon VVADQ Şöbəsində 576 nömrəli ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 17.04.2007-ci il təvəllüdlü X3, 05.11.2010-cu il təvəllüdlü X2 və 20.10.2012-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün 27.06.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay üç uşağa görə qazancının yarısı miqdarında alimentin tutularaq, cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş X5 iştirak edilməməsi barədə 29 mart 2022-ci il tarixli arayışdan görünür ki, 29.03.2022-ci il tarixdə keçirilmiş X5 İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəldən məlumatlandırılmasına baxmayaraq X5 iştirak etməmişdir. İş materiallarından görünür ki, İddiaçı özünə məxsus AA******* №-li şəxsiyyət vəsiqəsini notarial qaydada təsdiq edərək məhkəməyə təqdim etmiş və 3 manat notariat xərci ödəmişdir. İş materiallarında olan 11 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, notariat hərəkətləri ilə əlaqədar 16 manat notariat haqqı ödənilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5472/2019 saylı, 18.10.2019-cu il tarixli qətnaməsi qəbul edilərkən, Cavabdeh işlədiyi üçün, ondan tutulmalı olan alimentin miqdarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, yəni hər ay üç uşağa görə qazancının yarısı miqdarında müəyyən edilmiş və həmin məhkəmə qətnaməsi müvafiq qaydada icraya yönəldilmişdir. Lakin hal-hazırda Cavabdeh işdən çıxdığı üçün, tərəflərin qarşılıqlı razılığı nəzərə alınaraq, 17.04.2007-ci il təvəllüdlü X3, 05.11.2010-cu il təvəllüdlü X2 və 20.10.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan alimentin miqdarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələblərinə uyğun müəyyən edilməlidir. Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətinı, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olmasını, iddiaçı tərəfin öz tələbində cavabdehdən hər uşağa görə hər ay 250 manat olmaqla, cəmi 750 manat miqdarında sabit pul məbləğində aliment tələb etdiyi halda, məhkəmə iclasında həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməməsini və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməməsini və 2022-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddini nəzərə almaqla hesab edir ki, saxlanılması üçün xeyrinə aliment tutulan uşaqlarının normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh hər uşağa görə sabit pul məbləğində hər ay 193 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarının tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesinə ödədiyi 50 manat ödənişin cavabdehədən alınıb iddiaçıya ödənilməsi hissəsində iddia tələbi təmin edilməli və cavabdehdən 50 manat mediasiya xərci tutularaq, iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı sənədlərin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 13,6 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, iş materiallarından görünür ki, iddiaçı özünə məxsus şəxsiyyət vəsiqəsinin və uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiqi üçün cəmi 12 manat məbləğində notariat xərci ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş 11 aprel 2022-ci il tarixli qəbzlə isə 16 manat notariat haqqının hansı notarial hərəkətlərlə əlaqədar ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 12 (on iki) manat məbləğində notariat xərci iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Bakı şəhər Binəqədi Rayon məhkəməsinin 2(001)- 5472/2019 saylı, 18.10.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında tutulan aliment dəyişdirilməli, 17.04.2007-ci il təvəllüdlü X3, 05.11.2010-cu il təvəllüdlü X2 və 20.10.2012-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə sabit pul məbləğində 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat miqdarında aliment tutulmalı, Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci və 12 (on iki) manat məbləğində notariat xərci tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5472/2019 saylı, 18.10.2019-cu il tarixli qətnaməsi əsasında 17.04.2007-ci il təvəllüdlü X3, 05.11.2010-cu il təvəllüdlü X2 və 20.10.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında tutulan aliment dəyişdirilsin. 17.04.2007-ci il təvəllüdlü X3, 05.11.2010-cu il təvəllüdlü X2 və 20.10.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə sabit pul məbləğində 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat miqdarında aliment tutulsun. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci və 12 (on iki) manat məbləğində notariat xərci tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3075/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3075/2022
31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver