Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3101/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan iki övladları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə məhkəmə qaydasında 17 avqust 2021-ci il tarixdə boşanmışlar. Cavabdeh iddiaçıya qarşı əmlak bölgüsü tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən mülkləri bölünmüşdür. Lakin tərəflərin birgə nikahı dövründə banklardan evlərinin təmiri üçün kreditlər götürülmüş və həmin borclar ödənilməmiş qalmışdır. Belə ki, "xxxx" ASC-dən iddiaçıya xx.xx.2020-ci il tarixdə 15.000 manat kredit xətti açılmış və xx.xx.2021-ci il tarixədək tərəflərin 3600 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda “YapıKredi” bankdan kart vasitəsi ilə pul çıxarılmış və ümumi təsərrüfata xərclənmiş və qalıq borc 3.191,03 manat təşkil etmişdir. Lakin cavabdeh iddiaçı ilə ayrılmış və borcu ödəməkdən imtina etmişdir ki, borc iddiaçının üzərində qalmışdır. Bundan başqa birgə nikahda olarkən "xxxx" BOKT-dan 4516/2020 nömrəli lizinq müqaviləsi ilə **-PT-*** dövlət qeydiyyat nişanlı “KİA Sportage” avtomobil əldə edilmiş və həmin avtomobil cavabdeh tərəfindən idarə olunur. Həmin avtomaşın lizinq müqaviləsi əsasında Cavabdeh adına götürülmüş və ilkin ödəniş kimi 13.000 manat ödənilmişdir, onun da 6500 manatı, eyni zamanda boşanana kimi maşının krediti də ödənilmişdir ki, həmin pulun yarı dəyəri, yəni 2.555 manatı iddiaçıya qaytarılmalıdır. Avtomaşına dair iddiaçıya sənədləri kredit təşkilatı verməkdən imtina edir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh ümumilikdə 12445 manat məbləğində pulun onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etid. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, cavabdehlə onun arasında bütün əmlaklar bölünmüş, üstəlik cavabdeh kifayət qədər yüksək aliment alır. O isə hal-hazırda ciddi maddi sıxıntılar içindədir. Belə ki, cavabdehlə birgə nikahda yaşadıqları müddətdə onlar ipotekaya ev götürmüş və danışmışlar ki, digər mənzili satıb əldə edilmiş vəsait hesabına ipotekanı ödəyəcəklər. Eyni zamanda mənzilin təmir edilməsi üçün kreditlər götürülmüşdür. Hal-hazırda isə satılmalı olan mənzil barışıq sazişinə əsasən cavabdehə keçmiş, kredit borcları da ödənilməmiş vəziyyətdə onun üzərində qalmışdır. İndi o, həm aliment ödəməli, həm də ki, ipoteka və digər kredit öhdəliklərini bağlamalıdır. Cavabdeh avtomobili faktiki olaraq satmamış, avtomobil başqa şəxsin adına keçsə də, hal-hazırda onun istifadəsindədir. Həmin avtomobilə görə nə qədər ilkin ödəniş etdikləri dəqiq yadında deyil, amma on min manatdan yuxarı məbləğ idi. Hesab edir ki, həmin məbləğin yarısı cavabdehdən alınıb ona verilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddiaçı tərəfindən birgə nikah dövründə alınmış kreditlərdən onun xəbəri yoxdur. İddiaçının onları nə məqsədlə götürüb və hara xərclədiyini bilmir. Lizinqə götürülmüş avtomobilə gəldikdə, həmin avtomobilin ilkin ödənişini o, şəxsən özü, anasına məxsus avtomobili satmaqla ödəmişdir. Sonradan avtomobil xarab oldu və təmiri çox pul aparacaqdı deyə, o, avtomobili başqa şəxsə verdi. Həmin şəxs sırf insanlıq xatirinə ona etibarnamə verdi ki, Bakıda olmadığı vaxtda o, avtomobildən istifadə edə bilsin. İddiaçının tələbləri tamamilə əsassızdır və rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçı Cavabdeh nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-3182/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, tərəflər arasında xx.xx.2009-cu il tarixdə Bakı Nikah Evində (Səadət Sarayı) akt qeydləri kitabında 450 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Nurayın və xx.xx.2010-cu il təvəllüdlü Nihatın analarının (iddiaçının) yanında saxlanması, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Nuray və xx.xx.2010-cu il təvəllüdlü Nihatın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarda alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət olunmuşdur. Həmin qətnamə İddiaçı tərəfindən mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2021-ci il tarixli, 2(103)-9861/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulmasinin hesablanması tarixinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş və cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü Nuray və xx.xx.2010- cu il təvəllüdlü Nihatın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında iddiaçının xeyrinə müəyyən olunmuş alimentin tutulmasının 17 avqust 2021-ci il tarixdən hesablanması, qətnamənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən dərhal icra edilməsi, qətnamənin qalan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Qətnamə Cavabdeh tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1703/22 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9861/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci tarixli qətnaməsi mübahisələndirilən hissədə - alimentin əvvəlinin müəyyən olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında xx.xx.2012-ci il tarixli qarışıq müqavilədən və hesabdan çıxarışdan görünür ki, həmin müqavilə “X5” Azərbaycan QSC ilə İddiaçı arasında bağlanmış, sonuncuya 3500 manat limitli kredit xətti ayrılmış və iddiaçı hal-hazırda həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixə yaranmış 3191,03 manat məbləğində borcun yarısını cavabdehdən tələb edir (xx.xx.2021ci il tarixə isə dövri borcun məbləği 3460,19 manat təşkil edirdi). İş materiallarında olan xx.xx.2020-ci il tarixli, BRSP1799537A142 saylı Kredit müqaviləsi və ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin müqavilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış, müqaviləyə əsasən soncuya 15000 manat həddində kredit xətti açılmış, sonuncu dəfə həmin kredit xətti üzrə xx.xx.2021-ci il tarixdə əməliyyat aparılmış və xx.xx.2022-ci il tarixə 3600 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 11/1026-2020 saylı X3 Müqaviləsindən görünür ki, həmin müqavilə BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən dəyəri 21500 manat olan Kia Sportage minik markalı avtomobil lizinq obyekti olaraq sonuncuya 36 ay müddətinə lizinqə vermişdir. Həmin müqavilənin 11.1-ci bəndində göstərilmişdir ki, “ ... bu müqavilə imzalandığı gündən 5 gün ərzində Lizinq verənin hesablaşma hesabına müqavilənin dəyərinin 10%-i həcmində olmaqla 1240 manat məbləğində xidmət haqqı və 9100 manat ilkin ödənişi, lizinq obyektinin ümümi dəyərinin 42,33% ödəməyi öhdəsinə götürür”. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ərarvadın ümumi öhdəliklərini təşkil edir. ... Ər-arvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. ... Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ərarvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. ... Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür ... ”. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Beləliklə iş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının tələbləri iki hissədən ibarətdir: 1. iddiaçı tərəfindən birgə nikah dövründə götürülmüş və ailənin ehtiyacları üçün xərclənməsi iddia edilən iki kredit müqaviləsi üzrə yaranmış və halhazırda mövcud olan borcların bölünməsi; 2. xx.xx.2020-ci il tarixli, 11/1026-2020 saylı X3 Müqaviləsi üzrə icra edilmiş ilkin ödənişin və kredit ödənişlərinin yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi. Birinci hissəyə münasibətdə qeyd olunmalıdır ki, kredit xəttlərinin birgə nikah dövründə açılması və pulun tərəflərin birlikdə təsərrüfat apardığı dövrdə məxaric edilməsi müvafiq hesabdan çıxarışlarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1703/22 saylı qərarında xüsusi olaraq qeyd olunmuşdur ki, “... müəyyən edilmişdir ki, iddiaçı (*Cavabdeh) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra da tərəflər bir ünvanda yaşamağa və birlikdə təsərrüfat aparmağa davam etmiş, cavabdeh (*İddiaçı) bu müddət ərzində azyaşlı uşaqların bütün xərclərini ödəmişdir. Tərəflər yalnız birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra (*xx.xx.2021-ci il) ayrı yaşamağa başlamışlar”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh kredit götürülmüş pulların ailənin ehtiyaclarına sərf edilməməsini qeyd etsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İkinci hissəyə gəldikdə isə, iş materiallarından görünür ki, tərəflər birgə nikah dövründə xx.xx.2020-ci il tarixli, 11/1026-2020 saylı X3 Müqaviləsinə əsasən Kia Sportage minik markalı avtomobil almış, müqavilə bağlanarkən 1240 manat xidmət haqqı və 9100 manat ilkin ödəniş edlmiş, tərəflər arasındakı nikah pozulduqdan sonra avtomobil cavabdehin istifadəsində qalmış; sonradan həmin müqavilə üzrə öhdəlilklər (*8911 manat məbləğində borc) X1 və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan göründüyü kimi, sonuncu xx.xx.2022-ci il tarixdə Cavabdeh nəqliyyat vasitəsinə dair sərəncam hüququ barədə etibarnamə vermişdir. Cavabdeh avtomobilə görə ilkin olaraq ödənilmiş pul məbləğlərini anasına məxsus avtomobilin satışından əldə edilməsini bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin anasına məxus avtomobilə dair müqavilə bağlanan dövrdə etibarnamələrin verilməsi, ilkin ödənişin avtomobilin satışından əldə edilmiş pul vəsaiti hesabına icra edilməsinə dəlalət etmir. Həmin müqavilə üzrə icra edilmiş kredit ödənişlərinin bölünməsinə münasibətdə isə qeyd olunmalıdır ki, ödənişlərin hansı müddət kəsiyində və kim tərəfindən edilməsinə dair iş materiallarında hər hansı sübut mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 3191,03 manat, 3600 manat və 10340 (9100+1240) manat məbləğində pulun yarısı, yəni 8565,52 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi 68,83% hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 88,10 manat hissəsi Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 8565,52 (səkkiz min beş yüz altmış beş manat əlli iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 88,10 (səksən səkkiz manat on qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 39,90 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3101/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3101/2022
02.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver