Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3139/2024 07.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh cavadeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, yəni X3 29 iyul 2008-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Toylarından sonra Cavabdeh ilə birlikdə atasının ona bağışladığı evə, yəni, ünvan 1 ünvanına gəlin köçmüşdür. Birgə nikahlarından iki övladları, xx.xx.2009-cu il tarixdə X6 və 12 mart 2014-cü il tarixdə X5 dünyaya gəlmişdir. Təxminən 10 il müddətində Fəridlə birlikdə onun evində birgə yaşamışlar. Həmin vaxt onun valideynləri heç yerdə işləmirdilər. Bütün ailə Fəridin qazancı və onun valideynlərinin maddi köməyi ilə dolanırdı. Fəridlə arabir aralarında qaynatası tərəfindən atasından alınan borcun vaxtında qaytarılmaması bəhanə edilərək ailə münaqişələri olurdu. Əslində o, heç vaxt o işlərə qarışmamışdır. Fəridin atası işə düzələndən sonra maddi vəziyyəti yaxşılaşdı və qərar verildi ki, onların evində yaşasınlar. Təxminən 9 ay birlikdə yaşamışlar. Həmin vaxt ərzində onu incitmişlər, 3 dəfə atasının evinə gəlib xeyli vaxt anasının yanında qalmış, atası artıq vəfat etmişdir. Qaynatasının evində yaşadığı dövrdə münasibətləri daha da gərginləşməyə başlamış, ailədə fasiləsiz söz söhbətlər yaranmış, vəziyyət dözülməz həddə çatmışdır. Mübahisələr zamanı qaynatası, qaynanası və cavabdeh onu həmişə təhqir edərək fiziki zorakılığa məruz qoymuş, onu döyərək xəsarətlər yetirmişlər. 3 ildir ki, cavabdehlə birgə yaşamırlar. Hər kəs öz valideynlərinin yanında yaşayır. Cavabdehin SOCAR İstehsalat Birliyində iqtisadçı işləməsinə baxmayaraq, hec vaxt ailəni dolandırmağa cəhd göstərməmiş, uşaqlar ücün hər hansi məsrəfi qarşılamamışdır. Uşaqları saxlamaq üçün onun maddi ehtiyacı vardır. Alimentin alınması ilə əlaqədar cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh Azərbaycan Respublikasinin Ailə məcələsinin 76.1.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ona yəni, Cavabdeh qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. O, bildirmişdir ki, cavabdehlə 29 iyul 2008-ci il tarixdə rəsmi nikaha girmişlər, nikahları Bakı şəhəri Səadət sarayında 2218 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından 2 övladları - 18 oktyabr 2009-cu il təvəllüdlü X6 və 12 mart 2014-cü il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə xarakterləri uyğun gəlmir, özünün iddia ərizəsində yazdığı kimi uzun müddətdir ki, birgə yaşamırlar, ailəni yenidən bərpa etmək mümkün deyildir. İlkin iddiaçı ərizədə aliment tələbini qoysa da, nikahın pozulması və ya uşaqların valideynlərdən kimin yanında qalması tələbini qoymamış, ancaq aliment tələb etmişdir. Aliment tələb edilirsə, əvvəlcə uşaqların hansı valideynin yanında qalması məsələsi həll edilməlidir ki, digər valideyndən aliment tutulması qət edilsin. Cavabdeh göstərilənləri nəzərə alaraq, onunla İddiaçı arasında 29 iyul 2008-ci il tarixdə Bakı şəhəri Səadət sarayında 2218 nömrə ilə qeydə alınmış nikah pozulması və birgə nikahdan doğulmuş - 18 oktyabr 2009-cu il təvəllüdlü X4 və 12 mart 2014-cü il təvəllüdlü X2 valideynlərdən hansının yanında qalmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, nümayəndə Vəkil nikahın pozulması məsələsini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ona qarşı irəli sürülmüş ilkin iddia tələbini qəbul etdiyini, qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirmişdir. Bununla yanaşı, Cavabdeh məhkəməyə ərizə təqdim edərək, nikahın pozulmasını xahiş etməklə yanaşı, uşaqlarının ananın himayəsində saxlanılmasına və 1/3 hissədə alimentin tutulmasına etiraz etmədiyini ərizəsində qeyd etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı nikah evi Səadət sarayı tərəfindən verilmiş AZ-T seriyalı, 067573 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə Qocayeva (Rəcəbova) Ülkər Seymur qızı arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış və 2218 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 423099 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 257312 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00272 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 10:40-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)- 198/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş “alimentin müvəqqəti tutulması barədə” ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-3139/2024 saylı mülki iş üzrə qətnamə çıxarılanadək Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsi əsasında “2 nömrəli Bakı Baza Tibb Kolleci” publik hüquqi şəxsində “müəllim” vəzifəsində işləməklə, aylıq əmək haqqısı 879.10 manat təşkil edir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsi əsasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində “aparıcı iqtisadçı” vəzifəsində işləməklə, aylıq əmək haqqısı 3708 manat təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan birinin) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını, 22.2.2-ci maddəsinə əsasən isə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Mülki işin materiallarından görünür ki, Cavabdeh İddiaçı ilə xx.xx.2008-ci il tarixdə bağladığı nikahın pozulması ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə onlara barışmaq üçün 3 ay vaxt verilmiş, lakin barışmaq üçün verilmiş 3 ay ərzində onlar barışmamışlar. Məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, tərəflər artıq uzun müddətdir bir yerdə yaşamır, onların nikahları formal xarakter daşıyır, qarşılıqlı iddia tələbi üzrə iddiaçı könüllü olaraq nikahın pozulması ilə bağlı iradə ifadəsini açıq nümayiş etdirmişdir, ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün tərəflərin arasında olan nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və 12 mart 2014-cü il təvəllüdlü X5 ilkin iddia tələbi üzrə iddiaçının himayəsində saxlanılmalıdırlar. Eyni zamanda xx.xx.2009-cu il təvəllüdlü X4 və 12 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Bununla yanaşı, qətnamə alimentin tutulması hissəsində icra edilərkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)- 198/2024 saylı 24 may 2024-cü il tarixli qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 03 aprel 2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.2, 20.1, 20.2 və 22-ci maddələrini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddiası təmin edilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh cavadeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh ilə Qocayeva (Rəcəbova) Ülkər Seymur qızı arasında Bakı nikah evi Səadət sarayı tərəfindən xx.xx.2008-ci il tarixdə bağlanmış və 2218 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından olan övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və 12 mart 2014-cü il təvəllüdlü X5 anaları Qocayeva (Rəcəbova) Ülkər Seymur qızının himayəsində saxlanılsınlar. xx.xx.2009-cu il təvəllüdlü X4 və 12 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 03 aprel 2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-198/2024 saylı 24 may 2024-cü il tarixli qərardadı nəzərə alınmaqla dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-3139/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3139/2024
07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver