Məhkəmə qərarları › İş №2(001)-3154/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-3154/2023

04.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3154/2023 04.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv olunması və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv olunması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağladığı icarə müqaviləsinin ləğv olunması, bir ayın icarə pulu 450 manat, obyektə vurduğu ziyanlar çölünə vurulmuş dəyəri 1000 manat olan reklam lövhə, tualetin matoru qiyməti 380 manat və ustaya verdiyi 50 manat, qapıların tutacaqları biri 35 manat qiyməti 3 bir yerdə 105 manat, zalın divarlarına vurduğu ziyan 200 manat, ninonimlər 250 manat, stolların ayaqları 150 manat, duş kabinanın kanalzasiya xətti 50 manat, zalın xalçası 50 manat yuyulması, işıq pulu 178 manat, su pulu 124 manat cəmi 2987 manat, həmçinin özü ilə oğurlayıb apardığı saç feni 150 manat, fenin özünün ya da dəyərinin və ödədiyi dövlət rüsumun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlamışdır. Həmin icarə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 92.4 kv.m olan qeyri -yaşayış sahəsinin tam mülkiyyət üzrə X2 məxsusdur və aşağıdakı hissəsindən həmin obyekti o, xx.xx.2022-ci ildə X4 müddəti xx.xx.2025-ci il tarixə kimi icarəyə götürmüş və 92.4 kv.m xx.xx.2023-cü il tarixdə cavabdehə icarəyə vermişdir. İcarə müddəti xx.xx.2024-cü il tarixə kimidir. Həmin icarə müqaviləsinə əsasən icarə haqqı ilk 450 manat müəyyənləşmişdir. İcarəci icarə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Müqavilə ləğv etmək istədikdə isə tərəflər qabaqcadan yəni 1 ay öncədən yazılı xəbərdarlıq etməlidirlər. Cavabdeh isə ona ilk aydan başladı aylıq icarə pulun ödəməməyə. 2 ayı da ödəməyəndə o, artıq ona bildirdi ki, “sən məni aldadırsan çıx obyektdən”. O isə üstünə adamlar göndərdi. Həmin adamlarla sözsöhbəti oldu. Sonra isə həmin adamlar gələrək onun obyektin kənarında vurduğu dəyəri 1000 manat olan reklam lövhəsinə ziyan vurdular. Həmçinin cavabdeh tualetin motorunu xarab etmişdir, həmin matorun qiyməti isə 380 manatdır. O, təzə motor alaraq və ustaya quraşdırması üçün də 50 manat pul verdi. Həmçinin qapıların tutacaqları biri 3 qapı hər birinin qiyməti 35 manat 3 bir yerdə 105 manat olan tutacaqları da xarablamışdır və o, yenilərini almaq məcburiyyətində qaldı. Zalın divarlarına vurduğu ziyan 200 manat, belə ki, divarları bilmir nə iləsə korlamışdır və hazırda da divarlar o vəziyyətə qalıb. Obyektin dəyəri 250 manat olan ninonimlərin xarablayıb atmışdır. Stolların ayaqların da sıradan çıxarmışdır və onların da dəyəri 150 manatdır. Duş kabinənin kanalzasiya xəttinə də ziyan vurmuşdur və onun dəyəri 50 manatdır. Zalın xalçasını bərbad vəziyyətə salmışdır və o, məcbur qalıb 50 manat yuyulması üçün xərc çəkmişdir. Həmçinin işlətdiyi işıq pulu və su pullarını da ödəməmişdir. Onların dəyəri isə işıq pulu 178 manat, su pulu 124 manatdır. Həmçinin 2 ay işlədiyi icarə pulunu da verməmişdir. O, bi ayın icarə pulu istəyir. Ona görə ki, 2-ci ayı artıq bildirdi ki, obyektdən çıxsın. Ona görə də o yarım ay işləyib çıxdı. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını və cavabdehin məhkəməyə gəlməməsi səbəbindən qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair razılıq ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 92.4 kv.m olan qeyri-yaşayış sahəsi X1 xüsusi mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində icarəyə verən X3 ilə icarəçi İddiaçı arasında bağlanmış icarə müqaviləsindən görünürki, “İcarəyə verən” tam mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsı, 180 ünvanında yerləşən, ümumi sahəsi 92.4 kv.m olan qeyri-yaşayış sahəsinin icarəçiyə icarəyə verir. İcarə müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1(bir) il müddətinə uzadılmış hesab edilir. İcarəyəgötürən icarəyəverənə aylıq 400 manat icarə haqqı ödəyir. İcarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilər. Bu halda icarəçi üçüncü şəxsin istifadəsi zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsınə müvafiq olaraq həyata keçirilir. İcarəçilər "İcarəyə verən"(lər)-ın razılığı olmadan icarəyə götürülən sahədə təmır-tikinti işləri apara bilməz. Tərəflərin razılığına əsasən “İcarəçı"(lər) hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. İcarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri "icarəçi" tərəfindən həyata keçirilir.Kommunal xidmətlərdən (elektrik, qaz, su, işıq, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları “icarəçi”(lər) tərəfindən ödənilir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış icarə müqaviləsindən görünürki, “İcarəyə verən” tam mülkiyyət üzrə X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsı, 180 ünvanında yerləşən, ümumi sahəsi 92.4 kv.m olan qeyri-yaşayış sahəsinin icarəçiyə icarəyə verir. İcarə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1(bir) il müddətinə uzadılmış hesab edilir. İcarəyəgötürən icarəyəverənə aylıq 450 manat icarə haqqı ödəyir. Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsınə müvafiq olaraq həyata keçirilir. İcarəçilər "İcarəyə verən"(lər)ın razılığı olmadan icarəyə götürülən sahədə təmır-tikinti işləri apara bilməz. Tərəflərin razılığına əsasən “İcarəçı"(lər) hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. İcarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri "icarəçi" tərəfindən həyata keçirilir.Kommunal xidmətlərdən (elektrik, qaz, su, işıq, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları “icarəçi”(lər) tərəfindən ödənilir. İddiaçı Cavabdeh ünvanladığı pretenziyadan görünür ki, icarə müqaviləsinin ləğv olunması, bir ayın icarə pulu 450 manat, obyektə vurduğu ziyanlar - çölünə vurulmuş dəyəri 1000 manat olan reklam lövhə, tualetin matoru qiyməti 380 manat və ustaya verdiyi 50 manat, qapıların tutacaqları biri 35 manat qiyməti 3 bir yerdə 105 manat, zalın divarlarına vurduğu ziyan 200 manat, ninonimlər 250 manat, stolların ayaqları 150 manat, duş kabinanın kanalzasiya xətti 50 manat, zalın xalçası 50 manat yuyulması, işıq pulu 178 manat, su pulu 124 manat cəmi 2987 manat, həmçinin özü ilə oğurlayıb apardığı saç feni 150 manat, fenin özünün ya da dəyərinin ödənilməsi tələb edilmişdir. Balağa Nəzirov, İddiaçı və Rəvanə Dadaşova tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 180 ünvanında yerləşən “Comer” sağlamlıq obyektində onlar olduğu müddətdə Zeynəb Fatma adlı tanışını obyektə yollayaraq özlərinə məxsus əşyaları aparmışdılar. Balağa Nəzirov, İddiaçı, Orxan Budaqov və Rəşad Ağayev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəh, Nəsimi rayonu, Bəşir Səfəroğlu 180 ünvanında yerləşən “Comer” sağlamlıq obyektində aşağıda göstərilən əşyalar var: Stol 8 ədəd, şəkil 4 ədəd, kreslo 15 ədəd, zibil qutusu 1 ədəd, kondirsoner 1 ədəd, divar 1 ədəd, soyuducu 2 ədəd, kamera 5 ədəd, 2 duş-kabin, paltar yuyan 1 ədəd, ariston 2 ədəd, böyük divan 2 ədəd, kuşetka 5 ədəd, motor 3 ədəd, pitiminutka 1 ədəd, modem 1 ədəd qızdırıcı peç 1 ədəd, yemək peçi 1 ədəd, mələfə 14 ədəd,dəsmal 30 ədəd və qab- qacaqlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə qeyd edir ki, müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusu deyil, əhəmiyyətli pozuntusu əsas ola bilər. Hazırki işdə də cavabdeh tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, cavabdeh əmlakı icarəyə götürməsinə baxmayaraq, müqavilə üzərinə götürdüyü öhdəlikləri, yəni icarə haqqlarını vaxtında ödənilməsini təmin etməmiş, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Qeyd olunmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Bununla belə məhkəmə onu da vurğulayır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında vurğulamışdır ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda şərh edilən qərarında gəldiyi nəticəyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müvafiq pretenziya (bildiriş) göndərməklə, o cümlədən icarə müqaviləsinin ləğv edilməsi tələbini irəli sürməsi ilə birtərəfli iradə ifadəsini bildirmiş hesab edilir. Bu isə, müqavilənin həmin andan ləğv edilmiş olduğu mənasına gəlir. Bu konteksdə hər nə qədər iddiaçı iddiasında müqavilənin ləğv edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, qeyd edilənlər müqavilənin ləğv edilməsi barədə deyil, ləğv edilmiş hesab edilməsi barədə qətnamənin çıxarılmasına əsas verir və bu xüsusat heç də iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Belə olan halda, tərəflər arasında bağlanmış icarə müqavilə ləöv edilmiş hesab edilməli və ödənilməmiş 450 manat icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh qeyri-yaşayış sahəsindən istifadə edərkən əmlaka ziyan vurmuş, habelə kommunal xidmət haqqlarını ödəməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi ziyanın ödənilməsi hissəsində də təmin edilməli, iddiaçıya dəymiş cəmi 2687 manat zərərin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməli, Cavabdeh 450 manat icarə haqqı, 2687 manat dəymiş zərər və 52 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilsin, Cavabdeh 450 (dörd yüz əlli) manat icarə haqqı, 2687 (iki min altı yüz səksən yeddi) manat dəymiş zərər və 52 (əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar