Məhkəmə qərarları › İş №2(001)-3226/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3226/2022

22.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3226/2022 22.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğvi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ilə aralarında bağlanmış 31 may 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68 məhəllə, ev 7, 61 saylı mənzilin onun mülkiyyətinə keçməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddət DSK-4 X5 işləmişdir. İşlədiyi iş yerindən order əsasında xx.xx.2002-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Kombinat tərəfindən inşa etdiyimz məhəllə 5057/68-dəki 7 saylı evin 61 saylı mənzili ona verilmişdir. xx.xx.2009-cu ildə həmin mənzili özəlləşdirərək Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. O, Qarabağ müharibəsi veteranıdır. 2014-cü ildən 2-ci qrup müddətsiz əlildir. İki qız övladı var. 13 may 2014-cü il tarixində qızı Qardaşxanova Zərnişan əmisi oğlu Cavabdeh ilə ailə qurdu. O isə həmin evi 31 may 2014-cü ildə bağışlama müqaviələsi əsasında kürəkəni Cavabdeh bağışlamışdır. 2-ci qrup əlilliyi olan müharibə veteranlarının mənzillə təmin olunma imtiyazı olduğu üçün o, da istəyirdi ki, bu imtiyazdan yararlansın. Həmin şəxslərin isə mülkiyyətində ev olmamalı idi. Ona görə də mülkiyyətimdə olan və hal-hazıra kimi yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7-dəki 61 saylı mənzili notariat qaydasında əmisi oğlu və kürəkəni Cavabdeh bağışlamışdır. Bu qərara isə bütün ailəmizin razılığı ilə gəlmişdik. Mən Zauru öz doğması bilib qızına deyil, formal olaraq cavabdehə bağışlamışdır. Fikirləşmişdir ki, yəqin ki, gələcəkdə doğması ilə problemi yaranmaz. Qızı ilə cavabdehin birgə nigahından xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 dünyaya gəldi. Lakin bu nikah uzun surmədi və cavabdeh boşanmaq istədi. xx.xx.2021-ci il tarixli məhkəmə qərarına əsasən qızı ilə cavabdeh arasında bağlanmış nikah pozuldu və hər iki övlad cavabdehin himayəsində qaldı. Bildirir ki, ona təyin olunmuş 2-ci qrup müddətsiz əlilliyi bir il bundan qabaq dayandırıldı. Halhazırda əlilliyinin bərpa olunmsına dair Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Müharibə veteranı və 2-ci qrup əlil kimi də evlə təmin olunmamışdır. Qeyd etmək istəyir ki, qızının nikahının pozulmasından sonra o, cavabdehə bildirmişdir ki, mən bağışlama müqaviləsini ləğv etmək istəyir. Odur ki, xahiş edir onuna birlikdə bağışlama müqaviləsini bağladıqları notariusa getsinlər. O, müqavilənin ləğvinə dair ərizə ilə 26 saylı notariat ofisinə müraciət etdim, lakin cavabdeh notariat ofisinə gəlmədiyi üçün bağışlama müqaviləsini ləğv etmək mümkün olmadı və notarius. məhkəməyə müraciət etməyi məsləhət gördü. Eyni zaman da onu da qeyd etmək istəyir ki, cavabdeh Bakı İnzibati Məhkəməsinə onun və ailə üzvlərinin ona bağışladığı mənzildən çıxarılmalarına dair iddia tələbi ilə müraciət etmişdir və hal-hazırda həmin iş hakim Mehriban Qarayevanın icraatındadır. Artıq cavadeh Cavabdehla aramızda hansısa qohumluq bağı qalmamışdır. O, qızı Qardaşxanova Zərnişanı boşamış, hətta qızının iki övladını da öz himayəsində saxlamışdır. Yəni onların aralarında olan ailə münasibətləri xoşagəlməz sonluqla nəticələnmişdir.Göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. -39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. -151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki iş materiallarından görünür ki, cavabdehin rəsmi qeydə alındığı ünvan Cəbrayıl rayonu, Daşkəsən kəndidir. Lakin iddiaçı mübahisənin obyekti olan mənzilin Binəqədi rayonu ərazisində yerləşdiyinə əsaslanaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Buna baxmayaraq hesab edirəm ki, iddia tələbi müstəsna aidiyyətin təsir dairəsinə düşmür. Belə ki, iddia ərizəsinin əsaslandırılmasından müəyyən edildiyi kimi, iddiaçı və cavabdeh arasında bağışlama müqaviləsi bağlanmış və iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68-dəki 7 saylı evin 61 saylı mənzilini cavabdehə bağışlamışdır. Hazırda cavabdehlə aralarında olan qohumluq münasibətlərinin pozulması nəticəsində həmin müqavilənin ləğv edilməsini və əmlakının öz mülkiyyətinə qaytarılmasını xahiş edir. Göründüyü kimi irəli sürülən tələb bağışlama müqaviləsinin ləğv edilməsi və onun hüquqi nəticələrinin tətbiq edilməklə əvvəlki vəziyyətə qaytarılması ilə bağlıdır. Daha da konkret deyilsə iddiaçı tələbində bağışlama müqaviləsi bağlananadək mövcud olmuş mülkiyyət hüququnun bərpa edilməsini məhkəmədən xahiş edir. Halbuki Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Göründüyü kimi müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Lakin müəyyən edildiyi kimi iddia müqavilənin ləğvi və onun hüquqi nəticələrinin tətbiqi ilə bağlıdır. Bu səbəbdən hazırki iddia tələbinə cavabdehin rəsmi qeyə alındığı yerin məhkəməsində baxılmalıdır. Odur ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməməli və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır və iddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35,36, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğvi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar