Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3266/2021 11.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı 12.07.2017-ci il təvəllüdlü X4 və 27.03.2019-cu il təvəllüdlü X2 onun yanında saxlanılmasına, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 175 manat olmaqla cəmi 350 manat alimentin, X3 müalicəsi üçün hər ay 50 manat əlavə xərcin tutulmasına dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı qarşı faktiki nikah münasibətlərindən olan 12.07.2017-ci il təvəllüdlü X4 və 27.03.2019-cu il təvəllüdlü X2 alınaraq onun himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı 12.07.2017-ci il təvəllüdlü X4 və 27.03.2019-cu il təvəllüdlü X2 onun yanında saxlanılmasına, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 175 manat olmaqla cəmi 350 manat alimentin, X3 müalicəsi üçün hər ay 50 manat əlavə xərcin tutulmasına dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı faktiki nikah münasibətlərindən olan 12.07.2017-ci il təvəllüdlü X4 və 27.03.2019-cu il təvəllüdlü X2 alınaraq onun himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil1 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Eyvazlı X8 Aydın Yaqub oğlu ilə 2015-ci ildə rəsmi nikaha daxil olmadan ailə qurmuş, faktiki nikah münasibətlərindən 12.07.2017-ci il təvəllüdlü X10 və 27.03.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. Ailə qurduqları vaxtlardan mehriban şəraitdə yaşasalarda, sonradan tərəflərin xasiyyətləri uyğun gəlməmişdir. Artıq uzun müddətdir ki, iddiaçı valideynləri ilə birlikdə Bakı şəhərində yaşayır. İddiaçı hesab edir ki, cavabdehlə ailə münasibətləri dağılmış, bu münasibətlərin bərpası mümkün deyildir. Cavabdeh övladlarının maddi məsrəflərinin qarşılanmasında iştirak etmədiyindən, uşaqları ilə maraqlanmadığından, iddiaçı alimenti məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Cavabdeh Zərdab rayon Mərkəzi Xəstəxanasında əvvəlcə texniki işçi, daha sonra mühafizəçi vəzifəsində işləyir, eyni zamanda, özünə məxsus minik maşını ilə gündəlik taksi fəaliyyəti ilə məşğul olur. Tərəflərin yaşayışları normal səviyyədə olmuşdur. Hazırda iddiaçı iki azyaşlı övladına atasının evində təkbaşına baxdığından, işləyib pul qazanmaq, övladlarının xərclərini qarşılamaq imkanı yoxdur. Bundan əlavə, yüksək dərəcədə qan azlığından əziyyət çəkən qızı Səkinənin müalicə olunması üçün xeyli pul vəsaiti lazımdır. Bu xərcləri isə iddiaçı atasının pensiyası ilə qarşılaya bilmir. Cavabdeh də övladının müalicə xərclərinə cəlb edilməlidir. İddiaçı övladını İran İslam Respublikasına müalicə olunması üçün aparsa da, bu barədə sənədlərin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Ona görə də qarşılıqlı iddia ərizəsinin rədd edilməsinə, ilk iddia ərizəsinin təmin edilərək tərəflərin faktiki nikahlarından olan 12.07.2017-ci il təvəllüdlü X4 və 27.03.2019-cu il təvəllüdlü X2 iddiaçının yanında saxlanılmasına, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa görə 175 manat olmaqla 350 manat miqdarında alimentin və X3 xəstəliyinin müalicəsi üçün ayda 50 manat məbləğində əlavə xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarasını xahiş edir. Mülki iş üzrə 16.04.2021-ci il tarixinə təyin olunan məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X7 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər faktiki nikahda olduqları müddətdə Zərdab rayonu Ramiz Kərimov küçəsi 18 saylı, Cavabdeh anasına məxsus 3 otaqlı, evdə mehriban şəraitdə yaşamış, cavabdeh Zərdab rayonunda işləmiş, 240 manat əmək haqqı almışdır. Bakı şəhərində birlikdə yaşadıqları müddətdə onlar iddiaçının yuxarıda qeyd etdiyi ünvanda ev alaraq təmir etmiş, İddiaçı qeydiyyata düşən kimi Cavabdeh qarşı laqeyidlik nümayiş etdirməyə başlamış və köçərək ata-anası ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Bakı şəhərində iş tapa biləcəyi halda onunla birlikdə yaşaya biləcəyini İddiaçı Cavabdeh bildirmişdir. Bakı şəhərində iş tapmağın qeyri-mümkün olduğunu, faktiki Zərdab rayon Mərkəzi Xəstəxanasında mühafizəçi vəzifəsində işləməyini nəzərə alaraq Zərdab rayonunda yaşamağı Cavabdeh üstün tutmuşdur. Zərdabda yerləşən 3 otaqlı evdə Cavabdeh və anasından başqa heç kim yaşamır. Ona görə də, X10 və X1 Aydın Yaqub oğlunun himayəsində daha rahat yaşaya bilərlər. Çünki İddiaçı köçərək Zərdab şəhərində yaşamaq istəmir, Cavabdeh isə Bakı şəhərində yaşamaq istəmir. Belə olan halda uşaqların Cavabdeh himayəsinə verilməsi daha məqsədəuyğundur. Ona görə də ilk iddia ərizəsinin təmin edilməməsinə, cavabdehlə faktiki nikahlarından olan 12.07.2017-ci il təvəllüdlü X4 və 27.03.2019-cu il təvəllüdlü X2 cavabdehdən alınaraq Cavabdeh himayəsinə verilməsinə dair qətnamə çıxarasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında konvensiyasının 3-cü maddəsinin tələblərinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. BMT-nin Uşaq hüquqları haqqında konvensiyasının 9-cu maddəsinin 3-cü bəndinə əsasən, iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişlər. Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə “Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır”. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. (AM 56.1.,58.1.-58.3.,58.6-cı mad.) Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. (AM-nin 60.1.,60.2.,60.4-cü mad.) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.05.2019-cu il tarixli AZ-İV № 223600 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 12.07.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 577 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.05.2019-cu il tarixli AZ-İV № 223599 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 27.03.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 183 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Zərdab rayon Mərkəzi Xəstəxanasının 14.04.2021-ci il tarixli 02-360 saylı arayışından müəyyən olunur ki, Cavabdeh Zərdab rayon Mərkəzi Xəstəxanası PHŞ-in Təhlükəsiszlik bölməsində ayılq əmək haqqı 365,50 manat olmaqla mühafizə işində işləyir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 05.10.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Komissiya uşaqların mənafelərinin üstünlüyü baxımından 12.07.2017-ci il təvəllüdlü X4 və 27.03.2019-cu il təvəllüdlü X2 anaları İddiaçı himayəsində qalmalarını məqsədəmüvafiq hesab etmişdir. Rəydən daha sonra müəyyən olunur ki, Cavabdeh komissiyanın iclasında verdiyi izahatında göstərmişdir ki, 2020-ci ilin yayından o, İddiaçı ayrı yaşayır, həmin vaxtdan uşaqları anaları ilə yaşayırlar. Pandemiya şəraiti olduğundan, iş rejimi gərgin olduğundan o, övladları ilə görüşə bilməyib. Valideynlərinin səhhəti ilə bağlı o, İddiaçı müvəqqəti olaraq Zərdab rayonunda yaşamalarını təklif etdiyi üçün onlar ayrılmışlar. Hazırda o,ağır dərəcəli şəkər xəstəsi olan valideynləri ilə birlikdə Zərdab rayonunda yaşayır. Övladlarını çox istədiyindən uşaqlarının onun himayəsində saxlanmasını xahiş edir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, faktiki nikah münasibətlərində olan tərəflər 2020-ci ilin yayından ayrı yaşamağa başlamış, onların faktiki nikah münasibətlərindən olan 12.07.2017-ci il təvəllüdlü X10 və 27.03.2019cu il təvəllüdlü X6 anaları İddiaçı ilə yaşayırlar. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin faktiki nikahlarından olan uşaqlarının yaş hədlərini, daha çox ana qayğısına ehtiyaclarının olmasını, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını nəzərə alıb hesab edir ki, 12.07.2017-ci il təvəllüdlü X4 və 27.03.2019-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanması yetkinlik yaşına çatmayanların maraqlarına uyğundur. Ona görə də, məhkəmə ilk iddia ərizəsini 12.07.2017-ci il təvəllüdlü X4 və 27.03.2019-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmasına, hər ay hər bir uşağa görə 175 manat olmaqla cəmi 350 manat alimentin Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair hissədə əsaslı hesab edib təmin edir. Məhkəmə tərəflərin faktiki nikah münasibətlərindən olan X2 müalicəsi ilə bağlı pul tələbi üzrə qeyd edir ki, ilk iddiaçı X2 müalicəyə ehtiyacının olmasına, müalicə ilə bağlı xərclər çəkməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən ilk iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı ilk iddia ərizəsi üzrə tərəflərin faktiki nikahlarından olan uşaqlarının analarının yanında saxlanmasına dair tələbinin uşaqların maraqlarına uyğun olması öz təsdiqini tapmaqla ilk iddia tələbi bu hissədə təmin edildiyindən, həmin tələbə qarşı olan qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi qismən təmin edilsin. 12.07.2017-ci il təvəllüdlü X10 və 27.03.2019-cu il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılsın. 11.11.2021-ci il tarixdən başlayaraq 12.07.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat aliment tutulsun. 11.11.2021-ci il tarixdən başlayaraq 27.03.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat aliment tutulsun. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı faktiki nikah münasibətlərindən olan 12.07.2017-ci il təvəllüdlü X4 və 27.03.2019-cu il təvəllüdlü X2 alınaraq onun himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3266/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3266/2021
11.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver