Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3273/2024 27.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh Publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə 27 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17- 4/3-2-2405/2023 saylı, 29 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə- Azərbaycan Respublikası Əmək və Əhalinir Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 və kiçik tibb heyətində tibb-bacısı vəzifəsinə bərpa edilməsi, İddiaçı 29 dekabr 2023-cü ildən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərinə gəlmişlər. Xeyli müddətdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində tibb bacısı vəzifəsində işləmişdir. 25 sentyabr 2020-ci ildə onunla müəssisə arasında olan əmək müqaviləsi yenidən tərtib olundu və işəgötürənin tələdi ilə o, da həmin müqaviləyə imza atmışdır. Lakin həmin müqavilənin surəti ona verilməmişdir. Nəhayət 2023-cü ilin dekabr ayının sonunda işəgötürən tərəfindən ona işdən azad olunduğunu bildirdilər. Bundan sonra dəfələrlə işəgötürənə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək müqaviləsinin surətinin ona təqdim olunmasını xahiş emiş, lakin İşəgötürən haqlı tələbini yerinə yetirməkdən imtina etmişdir. Nəhayət xx.xx.2024-cü ildə rəsmi qaydada işəgötürənə müraciət etmiş və uzun sürən gərgin mübarizədən sonra (1 ay 11 gün) Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17- 4/2-M-3278/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək müqaviləsinin surəti ona təqdim olundu. Əmək müqaviləsiilə tanış olduqdan sonra ona məlum oldu ki, Əmək Müqaviləsinin hər 2 nüsxəsinin işəgötürəndə olmasında istifadə edən "işəgötürən" tərəfindən əmək müqaviləsi saxtalaşdırılıb və müqavilənin 2.1 bəndi dəyişdirilərək "MÜDDƏTSİZ" sözü 3 ay sözü ilə əvəz olunub. Həmçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə xitam verilmişdir. Bundan sonra mübahisənin mediasiya vasitəsi ilə həll olunması üçün onun tərəfindən qarşı tərəfə mediasiya təklifi göndərildi. Lakin tərəf mediasiya təklifinə cavab vermədiyi üçün Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin qarşı tərəf mediasiya sessisiyasında iştirak etmədi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 1981-ci ildən tibb sahəsində çalışır. Respublika Əlillərin Bərpa Mərkəzində 200-cu ldən işləmişdir. 2020-ci ildə Mərkəzin adı dəyişdirilmiş və onunla yeni 3 ay müddətinə müqavilə bağlanmış, müqavilənin müddəti bitdikdə isə yeni müqavilə bağlanırdı. 2023-cü ilin dekabr ayının 25-i mərkəzin karlar şöbəsindən çağırıb müqavilənin müddəti bitdiyi səbəbdən işdən azad olduğunu və bundan sonra işə gəlməməyini bildirdilər. Sonradan bildi ki, işdən xx.xx.2023-cü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə azad olunmuşdur. O, hər gün işə getmirdi, növbə ilə işləyirdi. İşdən azad olunduğunu biləndən sonra işə getməmişdir. O, hazırda müqavilənin uzadılaraq işə bərpa olunmaq istəyir. Həmçinin onun heç vaxt nöqsanı olmamışır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2020-ci il tarixdə 3 aylıq müqavilə bağlanmış və hər 3 aydan bir müqavilə uzadılırdı, sonuncu müqavilə bitən tarixdən, yəni xx.xx.2023-cü il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində iddiaçı heç bir üzürlü səbəb göstərmədən işə gəlməmiş və bu barədə aktlar tərtib olunmuşdur. O, həmçinin verilmiş etirazı müdafiə edərək göstərmişdir ki, iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1 və 47 (f) -ci maddələrinə əsasən xx.xx.2020-ci il tarixində tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanmış və Respublika X6 və kiçik tibb heyətində tibb bacısı vəzifəsinə müvəqqəti qəbul edilmişdir İddiaçı tərəf məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, “xx.xx.2020-ci il tarixdə onunla müəssisə arasında olan əmək müqaviləsi yenidən tərtib olundu və işəgötürənin təkidi ilə həmin müqaviləyə imza atdı. Lakin həmin müqavilənin surəti ona təqdim edilməmişdir." Qeyd edilənləri qəbul etməyərək bildirir ki iddiaçı ilə bağlanan müddətli əmək müqaviləsi hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 03 ay müddətinə 25 09.2020-ci il tarixdə bağlanmış, bır nüsxəsi tərəfə təqdim edilmiş və 3 gun sonra 28 09.2020-ci ıl tarixdən işçi işə başlamışdır. İddiaçının qeyd etdiyi, “əmək müqaviləsi yenidən tərtib edildi”, “işəgötürənin təkidi ilə imza atmışam” və “həmin müqavilənin surəti mənə təqdim edilməmişdir” ifadələri yalandır və heç bır sübuta əsaslanmayan boş sözlərdir. Hər hansı subutu varsa məhkəməyə təqdim etməsi xahiş olunur. Daha sonra tərəflə müddətli bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməklə 03 ay müddətinə uzadılmış (xx.xx.2020-xx.xx.2021), sonra yenidən 03 ay müddətinə (xx.xx.2021 -xx.xx.2021), sonra yenidən 03 av (xx.xx.2021-xx.xx.2021). sonra yenidən 03 ay (xx.xx.2021-28.12,2021 ), sonra yenidən 03 ay (xx.xx.2021-xx.xx.2022), sonra yenidən 03 ay (xx.xx.2022xx.xx.2022), yenidən 03 ay (xx.xx.2022-xx.xx.2022), yenidən 03 ay (xx.xx.2022xx.xx.2022), yenidən 03 ay (xx.xx.2022-xx.xx.2023). yenidən 03 ay (xx.xx.2023xx.xx.2023, yenidən 03 ay (xx.xx.2022-xx.xx.2023) və son olaraq yenidən 03 ay (xx.xx.2023-xx.xx.2023) olmaqla müqavilənin müddəti hər dəfə 03 ay olmaqla 12 dəfə uzadılmışdır. Həmçinin bildirmək istəyir ki, tərəflər arasındakı son illər ərzində baş verən müqavilə müddətinin hər dəfə 03 ay olmaqla uzadılması barədə ƏMAS-da məlumat yoxdur. Bu hala səbəb Agentlikdə işçilərlə adətən 03 ay olmaqla müddətli əmək müqaviləsi bağlanır və hamısının 03 ay olmaqla uzadılması barədə əmək müqaviləsinə dəyişiklik edilməsi bildirişinin ƏMAS a yerləşdirilməsi fiziki cəhətdən qeyri-mümkündür Bundan əlavə qanunvericilik bu hala qiymət vermişdir: belə ki, AR Əmək Məcəlləsinin 73,1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmçinin iddiaçı etirazında bildirmişdir ki, "əmək müqaviləsi ilə tanış olduqdan sonra mənə məlum oldu ki, əmək müqaviləsinin hər iki nüsxəsi işəgötürən tərəfindən istifadə” edən işəgötürən tərəfindən əmək müqaviləsi saxtalaşdırılıb və müqavilənin 2.1-cı bəndi dəyişdirilərək müddətsız sozu 3 ay sözü itə əvəz olunub. Cavab olaraq məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının qeyd etdikləri heç bır sübuta əsaslanmayan saxta ittihamlardır. X5 əmək müqaviləsi müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla 25 09.2020-cı il tarixində bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cu il tarixində xitam verilmişdir. Hətta iddiaçı ilə Agentliyin kadrlar şöbəsinin əməkdaşları əlaqə saxlamış, ona müddətin bitməsi ilə bağlı əmək müqaviləsi müqaviləsinə xitam veriləcəyi bildirilmişdir işçi isə cavabında heç yerə gəlib imza atmayacağını bildirərək, şikayət edəcəyini bildirərək xx.xx.2023-cü il tarixdən ümumiyyətlə işə çıxmamışdır Bununla bağlı xx.xx.2023 və xx.xx.2023-cü illərdə müvafiq aktlar tərtib edilmişdir. 31.01.24 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin ‘i" bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğunluqunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir kı, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər ışçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına. muddətsiz əmək müqaviləsi ilə işləyən işçilər uçun nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi ucun işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin həqiqətə nail olmaq uçun işin hər tərəfli tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması.sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiyməltəndirməməsı və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək muqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Yuxanda qeyd edilənləri nəzərə alaraq, Agentlik tərəfindən aparılmış hərəkətlərin tam qanunvericiliyə uyğun olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2020-ci il tarixli əmrlə İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanaraq o, orta və kiçik tibb heyətində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. - 29 dekabr 2023-cü il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X6 və kiçik tibb heyətində tibb bacısı vəzifəsində çalışan X3 əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilsin və onunla 2020-ci il 25 sentyabr tarixində bağlanılmış əmək müqaviləsinə 2023-cü il 29 dekabr tarixində xitam verilməsi və ZB.Misirxanovaya son haqq hesabı və istifadə edilməmiş 8 (səkkiz) təqvim günü əmək məzuniyyətinə görə pulun əvəzinin ödənilməsi əmr edilmişdir. - əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2020-ci il tarixli əmrlə İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanaraq o, orta və kiçik tibb heyətində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. - həmin kitabçadan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn X8 edilməsi Departamentinin müdirinin xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin, “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 42.2-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasıdır 73-cü maddəsinin 1-ci bəndinə əsasən Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 83-cü maddənin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 296.1-ci maddəsinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31.01.24-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Məhkəmələrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməli olmasına dair göstəriş verilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1 və 47 (f) -ci maddələrinə əsasən xx.xx.2020-ci il tarixində tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanmış və Respublika X6 və kiçik tibb heyətində tibb bacısı vəzifəsinə müvəqqəti qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, müqavilənin müddəti hər dəfə 03 ay olmaqla, 12 dəfə uzadılmışdır: (xx.xx.2021-xx.xx.2021), (xx.xx.2021-xx.xx.2021), (xx.xx.2021- 28.12,2021), (xx.xx.2021-xx.xx.2022), (xx.xx.2022-xx.xx.2022), (xx.xx.2022-xx.xx.2022), (xx.xx.2022-xx.xx.2022), (xx.xx.2022-xx.xx.2023), (xx.xx.2023-xx.xx.2023, (xx.xx.2022xx.xx.2023). 29 dekabr 2023-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X6 və kiçik tibb heyətində tibb bacısı vəzifəsində çalışan X3 əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla 2020-ci il 25 sentyabr tarixində bağlanılmış əmək müqaviləsinə 2023-cü il 29 dekabr tarixində xitam verilməsi və ZB.Misirxanovaya son haqq hesabı və istifadə edilməmiş 8 (səkkiz) təqvim günü əmək məzuniyyətinə görə pulun əvəzinin ödənilməsi əmr edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31.01.24-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici iş axtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndi ilə mümkün hesab etmişdir. Qərarla tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadığı müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd etmişdir ki, məhkəmələr tərəfindən işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki halları və tərəflərin dəlilləri hərtərəfli araşdırmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən əmrdə X1 tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə onun müddətinin qurtarmasının səbəb olması göstərilmişdir. İddiaçı, isə iddia ərizəsində əmək müqaviləsinin işə götürən tərəfindən saxtalaşdırılaraq müddətsiz sözünün 3 ay sözü ilə əvəz etməsinə dair irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə müqavilənin bağlandığı müddətin bitməsi əsası ilə xitam verilmişdir. İlk öncə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçiiddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müddət bitdikdən sonrakı bir həftə keçməmiş müqaviləyə xitam verilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqqhesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir. Məhkəmə həmçinin tərəflər arasında əmək müqaviləsi bağlanılarkən iddiaçının əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilib-edilməməsini araşdırmış, tərəflərin münasibətlərinin həqiqi xarakterinin əmək qanunvericiliyində nəzərdə tutulan təminatlara, əsas prinsiplərə zidd olmadığını, müddətsiz əmək müqaviləsinin bağlanmasının iddiaçı üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin daşımadığını müəyyən etmişdir. İşin müəyyən edilmiş digər halları baxımından qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında (müddətli) əmək müqaviləsi bağlanılarkən onun işəgötürəndən bir asılılığı olmamış, müddətli müqavilə rəsmiləşdirilənədək tərəflərin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı və seçimi, müqavilə rəsmiləşdirildikdən sonra hüququnun pozulmasına istinadən iddiaçının həmçinin bu bəndinin dəyişdirilməsini tələb etmək hüququ olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, hazırda iddiaçının gördüyü işin daimi xarakterə malik olmasına istinadən onunla müddətli bağlanmış əmək müqaviləsinin mübahisələndirilən bəndi etibarsız hesab edilə bilməz. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh bütün işçilərlə əmək müqavilələrini eyni şərtlərlə, yəni müddətli (3 ay) bağlanıldığını cavabdeh tərəf öz ərizəsində göstərmişdir. Bu baxımdan da müəyyən edilir ki, işəgötürən özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə etməmiş, iddiaçı ilə əmək müqaviləsini bağlayarkən hər hansı qanun pozuntusuna yol verməmiş, ümumiyyətlə işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh Publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3273/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3273/2024
27.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver