Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3330/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı “aliment ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 10.11.2007-ci il təvəllüdlü X15 oğlunun, 28.08.2009-cu il təvəllüdlü X4, 28.06.2017-ci il təvəllüdlü X1 üçün tutulmalı olan alimentin məbləği hər ay üçün qazancın və başqa gəlirlərinin yarısı miqdarında Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 04 dekabr 2006-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahlarından üç uşaqları olmuşdur. Bildirmək istəyir ki, Cavabdeh daimi iş yeri və qazancı olduğuna baxmayaraq övladlarının saxlanması üçün heç bir maddi köməklik göstərmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh Balakən rayonu gömrük idarəsində işləyir. Uşaqlar faktiki olaraq onun yanındadır. Cavabdeh 15 ildir ki uşaqlara təsadüfi aldığı əşyalardan başqa uşaqların saxlanılmasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesi zamanı cavabdehlə telefon vasitəsilə əlaqə saxlanılmış və cavabdeh məhkəmə iclası barədə məlumatlı olduğunu, lakin rayonda işlədiyindən gələ bilmədiyini bildirmişdir. Bu barədə telefonoqram tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 04 dekabr 2006-ci il tarixli, AZ-İ seriyalı, 257548 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X14 qızı arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 475№ ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə ”Cəfərov”, arvada “Cəfərova” soyadı verilmişdir. Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 12 dekabr 2007-ci il tarixli, AZ-İİ seriyalı, 039161 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 noyabr 2007-ci il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3457 № ilə qeyd edilmişdir. Atası Cavabdeh oğlu , anası İddiaçı qızıdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 may 2010-cu il tarixli, AZ-İİ seriyalı, 452990 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 28 avqust 2009-cu il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1479 № ilə qeyd edilmişdir. Atası Cavabdeh oğlu, anası İddiaçı qızıdır. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfində verilmiş AZ-İV seriyalı, 018998 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 28 iyun 2017-ci il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 12 oktyabr 2017-ci il tarixində 5750 № ilə qeyd etmişdir. Atası Cavabdeh oğlu, anası İddiaçı qızıdır. Mülki iş materialları əsasında məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh ilə X7 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 475№ ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə ”Cəfərov”, arvada “Cəfərova” soyadı verilmişdir. Onlar arasında bağlanan nikah hal-hazırda qüvvədədir. Tərəflərin birgə nikahlarından 10.11.2007-ci il təvəllüdlü X15 oğlu, 28.08.2009-cu il təvəllüdlü X10, 28.06.2017-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İddiaçı cavabdehdən azyaşlı uşaqlarının saxlanması üçün onun əmək haqqının ½ hissəsi miqdarında aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. -78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; -76.1 və 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Bundan əlavə, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşağın saxlanılmasında iştirak etmədiyindən, birgə nikahdan doğulmuş uşaqlar hal-hazırda iddiaçının, yəni ananın himayəsində olduğundan, iddiaçı nikah münasibətlərinin pozulmamış olmasına baxmayaraq cavabdehdən aliment tələb etməkdə haqlıdır. Odur ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay cavabdehdən qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 18.03.2021-ci il tarixdən başlanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan az olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10.11.2007-ci il təvəllüdlü X3, 28.08.2009-cu il təvəllüdlü X4 və 28.06.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli 18 mart 2021-ci il tarixindən hesablanmalıdır. İddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, alimentin miqdarı 1 illik ödəmənin məcmusu ilə müəyyən edildiyindən və cavabdehin əmək haqqının miqdarı müəyyən edilmədiyindən, dövlət gəlirlərinə alınmalı olan dövlət rüsumunun məbləği icra qaydasında müəyyən edilməlidir. Bu baxımdan qətnamə icra edildiyi zamanda tutulmalı olan dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və Mülki-Prosessual Məcəllənin 112-ci maddələrinə uyğun müəyyən edilməli və cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10.11.2007-ci il təvəllüdlü X3, 28.08.2009-cu il təvəllüdlü X4 və 28.06.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Aliment məbləği 18 mart 2021-ci il tarixdən hesablansın. Dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112-ci maddələrinə uyğun olaraq icra qaydasında müəyyən edilsin və cavabdehdən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3330/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3330/2021
03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver