Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3334/2022 25.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu borcun tutulmasına dair məhkəmə əmri çıxarılması haqqında ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti əsassız varlanması nəticəsində yaranmış 1.595,34(min beş yüz doxsan beş manat 34 qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 100(yüz) manat dövlət rüsumunun Borclu tutulması barədə məhkəmə əmri çıxarılması üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcun tutulması barədə ərizə “Bank ilə X1 arasında “Fiziki şəxslərə ödəniş kartlarını kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” üzrə ******************** saylı müqavilə əsasında sonuncuya verilmiş kartın hesabına Bank tərəfindən texniki xəta səbəbindən artıq vəsaitin daxil edilməsi və artıq ödənilən vəsaitin borclu tərəfindən istifadəsi nəticəsində Banka 1.595,34(min beş yüz doxsan beş manat 34 qəpik) manat həcmində ziyan dəyməsi ilə” əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2-ci maddəsinin tələblərinə əsasən, tələb - sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa (maddə 276.2.2); tələb - ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa (maddə 276.2.3); tələb - alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə (maddə 276.2.4); tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə (maddə 276.2.5); tələb - polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə (maddə 276.2.6); tələb - fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə (maddə 276.2.7) – məhkəmə əmri verilə bilər. Görünüdüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin “məhkəmə əmri verilə bilən tələblərin əsasları”nın müəyyən olunduğu 276-cı maddəsinə əsasən hal-hazırki mübahisəyə əmr icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.2.1-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 276-278 və 279-cu maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ M : Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu borcun tutulmasına dair məhkəmə əmri çıxarılması haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması, kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3334/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3334/2022
25.04.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver