Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3367/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «14 №-li Xüsusi X7» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işdən çıxarıldığı günə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, iş saatlarından artıq işlədiyi saatlar hesablanmaqla işçiyə ödənilməli əmək haqqı, son haqq hesabın və digər ödənilməli pulun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət X1rşı işdən çıxarıldığı günə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, iş saatlarından artıq işlədiyi saatlar hesablanmaqla işçiyə ödənilməli əmək haqqı, son haqq hesabın və digər ödənilməli pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixdən Azəryolservis ASC-nin Bakı 2 saylı Yol İstismarı İdarəsi MMC-yə 5-ci dərəcəli, yol fəhləsi peşəsinə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə Azəryolservis ASC Bakı 2 saylı Yol İstismarı İdarəsi MMC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 14 №-li Xüsusi X7 MMC adlandırılmışdır. İddiaçı şirkətin müxtəlif vəzifələrində çalışmış və buna müvafiq olaraq onunla müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 14 №-li Xüsusi X7 MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin «b» bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra hesablanmış əmək və məzuniyyət haqqı 5964 manat təşkil etdiyi ona söylənmişdir. Lakin iddiaçı hesab edir ki, əlavə olaraq iş saatından artıq işşlədiyi saatlar və məzuliyyət pulları düzgün hesablanmamış və son haqq hesab olaraq ona bir dəfəlik ödəniş edilməmişdir. İddia ərizəsi təqdim olunan günə ona 2023-cü il tarixə 622 manat, dekabr ayı üçün 443 manat, 2024-cü il yanvar ayına 466 manat, fevral ayı üçün 228 manat, mart ayı üçün isə 155 manat ödəniş edilmişdir. Halbuki, qanunvericiliyin tələblərinə uyğun olaraq Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçının işlədiyi dövrlər ərzindən əmək müqaviləsinə xitam verilənə qədər o, məzuniyyətə çıxmamışdır. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 14 №-li xüsusi X7 MMC xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi iş saatından artıq saatlar hesablanmaqla əmək haqqını düzgün ödənilmədiyini nəzərə alaraq yenidən hesablanmasını, məzuniyyət pullarını və son haqq-hesabla yaranmış fərqi - yəni 6800 mantın ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azərbaycan Avtomobil Yolları X6 Hüquqi Şəxsi iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı sürdüyü iddia tələbi üzrə iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 09 mart tarixli, 826 nömrəli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünü idarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturu təsdiq edilmiş və Agentliyin tabeçiliyində təsərrüfat cəmiyyətləri yaradılmışdır. Həmin Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yollan X4 Heyətinin qərarına əsasən Agentliyin “14 №-li Xüsusi X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2-ci redaksiyada Nizamnaməsi təsdiq edilmiş və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatına alınması təmin olunmuşdur. Həmçinin “14 №-li Xüsusi X7" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsdiq olunmuş Nizamnaməsinin 3.2-ci bəndinə əsasən Cəmiyyətin təsisçisi yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Cəmiyyətin öhdəlikləri və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün məsuliyyət daşımır. Əlavə edilmiş əmrin surətindən göründüyü kimi, Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinin “14 №-li Xüsusi X7” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. Cavabdeh "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və məhkəməyə bildirmişdir ki, iddiaçı ilə cavabdeh agentliyin müqaviləsi olmamışdır. Müqavilə iddiaçı və “14 №-li Xüsusi X7” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmışdır. O, rəhbər qurumun nümayəndəsi olaraq məsul şəxslərlə əlaqə saxlamış və ona maddi sıxıntı səbəbindən ödənişlərin edilmədiyi bildirilmişdir. Həmin iclasda “14 №-li Xüsusi X7” Məhdud Məsuliyyətli Cəmiyyəti əsl cavabdeh qismində mülki işə cəlb edilmiş, lakin bundan sonra iki məhkəmə iclası keçirilsə də cavabdeh nə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmiş, nə də ki, iddiaya münasibətini təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, əslində, cavabdeh «14 №-li Xüsusi X7» Məhdud Məsuliyyətli Cəmiyyəti ona pulların ödənilməsindən imtina etmir, sadəcə bunu hissə-hissə edirlər. Noyabr ayında ona 622 manat, dekabr ayında 443 manat, yanvar ayında 466 manat, fevral ayında 228 manat, mart ayında 155 manat, aprel ayında 96 manat, may ayında 55 manat, iyul ayında isə 1900 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda cavabdehin ona 1999 manat borcu qalıb. Deyiblər ki, az-az verəcəklər, amma o, az-az ödənilməsini istərmir. Belə ki, xəstə adamdır, bir gözü görmür, pula ehtiyacı var. İddiaçı həmçinin tələbinin həcmini azaltmış və cavabdehdən 1999 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh “14 №-li Xüsusi X7” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı isə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən “14 №-li Xüsusi X7” Məhdud Məsuliyyətli Cəmiyyətində (*"xxxx" ASC "xxxx" MMC -> "xxxx" ASC "xxxx" MMC - > "xxxx" ASC "xxxx" MMC -> “14 №-li Xüsusi X7” MMC) yol fəhləsi vəzifəsində işləmiş və müddətli müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə qurtarmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 11-1/3-1/222/2023 saylı əmrindən görünür ki, İddiaçı 02 oktyabr 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işçinin əmək müqaviləsinin vaxtının bitməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası “AAY” Dövlət Agentliyi “14 №-li Xüsusi X7” MMC-nin 5-cı dərəcəli yol fəhləsi işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş; baş mühasib İbat Mirzəyevə tapşırılmışdır ki, İddiaçı ilə son haqq-hesab aparılarkən işlədiyi müddətdə istifadə edilməmiş 325 təqvim günü məzuniyyət hesablanmasını təmin etsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Əmək Məcəlləsinin 114-cü maddəsinin 2-ci hissəsinə görə, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Əmək Məcəlləsinin 140-cı maddəsinə müvafiq olaraq, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə İddiaçı məhkəmə iclasında verdiyi izahatı, birinci məhkəmə iclasında "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin nümayəndəsinin dediklərini və iş materiallarında olan sənədləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 1999 manat məbləğində pul cavabdeh «14 №-li Xüsusi X7» Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə görə, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 1999 (min doqquz yüz doxsan doqquz) manat məbləğində pul cavabdeh «14 №-li Xüsusi X7» Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. 39,99 (otuz doqquz manat doxsan doqquz qəpik) manat məbləğində ödənilməli olan dövlət rüsumu cavabdeh «14 №-li Xüsusi X7» Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət gəlirlərinə alınsın. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3367/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-3367/2024
06.08.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver