Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3495/2022 04.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdən iddiaçının yanında olduğundan hər ay 200 manat hesablanaraq qətnamə icra olunduğu tarixədək Cavabdeh alınaraq iddiaçıya verilməsi, eyni zamanda 2021-ci ilin fevral ayından artıq ödədiyi pulun hesablanaraq geri qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin nikahı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6682/2019 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 anaları Cavabdeh yanında saxlanılmışdır. Məhkəmə tərəfindən hər uşağın saxlanılması üçün 200 manat məbləğində aliment təyin edilmiş və həmin məbləğ iddiaçı tərəfindən mütəmadi olaraq ödənilmişdir. xx.xx.2005-ci il təvəllüdlü Rəvan Hüseynli dializ xəstəsi olduğundan qidasına diqqət yetirməli olsa da anası tərəfindən ona biganə yanaşılmışdır. Rəvan Hüseynli xx.xx.2021-ci il tarixdən anasının yanından çıxaraq atası ilə birgə yaşamağa başlamışdır. Uşağın xəstəliyi ilə bağlı müalicə xərclərini iddiaçı özü çəkir və anası tərəfindən heç bir köməklik olunmur, əksinə uşağın atanın himayəsində olmasına baxmayaraq ondan hər ay aliment tələb edir, bununla bağlı şikayətlər verir. İddiaçı əlacsız qalaraq Cavabdeh qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, uzun sürən məhkəmə proseslərindən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-317/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, xx.xx.2005-ci il təvəllüdlü X5 anası Cavabdeh alınaraq atası İddiaçı himayəsinə verilmişdir. Həmçinin iddiaçı 2021-ci il dövründə Cavabdeh 3296,85 manat məbləğində aliment ödənilmişdir. Belə ki, faktiki olaraq tərəflərin böyük oğlu Rəvan Hüseynli atasının yanında qaldığından, o, digər uşaq üçün 1 il ərzində 2400 manat ödəməli olduğu halda, əlavə olaraq 896.85 manat ödəniş etmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdən onun yanında olduğundan hər ay 100 manat müalicə pulunun və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin onun nümayəndəsi-vəkili Vəkil iddia tələbini qəbul etməyək bildirdi ki, uşaq xəstə olsa da, xəstəliyinə görə qeydiyyatdadır, bu səbəbdən də uşağın xəstəliyi ilə bağlı müalicə dövlət büdcəsi hesabına ödənişsiz aparılır. Bu səbəbdən də iddianın həmin hissədə və aliment hissəsində rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-317/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2005-ci il təvəllüdlü X5 anası Cavabdeh alınaraq atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. - Epikrizdən, ambulator kitabçadan çıxarışdan və digər sənədlərdən xx.xx.2005-ci il təvəllüdlü X2 xroniki böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkdiyini, daimi müayinə və müalicəyə ehtiyacı olduğu müəyyən olunur. Məhkəmə AR Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə cavabdehin qazancının qeyri-müntəzəm olmasını və alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmamasını nəzərə alaraq, alimentin sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşağın əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu (“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir) özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçıya izah edilir ki, cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olmasına dair sübutlar təqdim edərsə, gələcəkdə alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə uşağın saxlanılması üçün cavabdehdən tutulacaq alimentin hər ay 193 manat olmaqla sabit pul məbləğində müəyyən edilməsini cavabdehin hal-hazırki maddi vəziyyətinə və mənafeyinə uyğun hesab edir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat olmaqla sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə xx.xx.2005-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar müayinə və müalicə xərclərinə görə əlavə olaraq cavabdehdən hər ay iddiaçının tələb etdiyi 100 manat məbləğində deyil 30 (otuz) manat məbləğində pulun tutulmasını məqsədəmüvafiq hesab edir. Belə ki, xx.xx.2005-ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar dövlət nəzarətində olduğundan və müalicə xərcləri dövlət tərəfindən ödənilir. Ailə Məcəlləsinin: - 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. - 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. - 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmçinin məhkəmə alimentin tutulması tarixinin başlanılmasına münasibətdə hesab edir ki, xx.xx.2005-ci il təvəllüdlü X3 himayəsinin atasına verildiyi tarixdən, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-317/2022 saylı qətnaməsinin qəbul edildiyi tarixdən, xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iddiaçının artıq ödənilmiş alimentin geri qaytarılması tələbinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 109-cu maddəsinə əsasən alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç manat) manat sabit pul məbləğində aliment və xx.xx.2005-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar müayinə və müalicə xərclərinə görə əlavə olaraq cavabdehdən hər ay 30 (otuz) manat pul məbləği Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-3495/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3495/2022
04.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver