Məhkəmə qərarları › İş №2(001)-3525/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3525/2020

23.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3525/2020 23.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı qıznın, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əmlakın pulla dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3800 (üç min səkkiz yüz) manat dəyərində mətbəx mebeli olan cehiz əşyasının dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, xx xxxxx 2017-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmaqla evlənmiş, Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur küçəsində yerləşən mənzilə köçüb orada yaşamışlar. Evə köçərkən o, bütün cehiz əmlakını da həmin evə gətirmişdir. Sonradan cavabdehlə münasibətləri pozulduğundan o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraicət etmişdir. Artıq uzun müddətdir ki, cavabdeh onu və uşağını evdən qovmuş, sonradan cehiz əşyalarınını götürülməsinə şərait yaratsa da, həmin evə köçərkən özü ilə gətirdiyi, xüsusi olaraq həmin ev üçün hazırlanmış mətbəx mebelini götürə bilməmişdir. Belə ki, cavabdeh həmin evi mətbəx mebeli ilə birlikdə satmışdır. Mətbəx mebelinin dəyəri 3800 manat təşkil edir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, hazırki iş üzrə Cavabdeh onun oğludur. İddiaçı həqiqətən də, oğlunun evinə gəlin köçərkən özü ilə bir sıra cehiz əmlak, həmçinin mətbəx mebelini gətirmiş, sonradan oğlu ilə münasibətləri pozulduqda bütün cehiz əşyalar iddiaçıya geri qaytarılmışdır. Evdə yalnız mətbəx mebeli qalmış, məhz iddiaçının razılığı ilə evlə birlikdə həmin mebel də digər şəxsə satılmışdır. Oğlu əgər, hansısa cehiz əşyanı iddiaçıya verməkdən imtina etməyi düşünsəydi, heç digər əşyaları da verməzdi. Sonda R.M.Əliyeva məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 1Ç/67/2020 saylı rəyində göstərilmişdir ki, aparılan təhlil və hesablamalar nəticəsində, İddiaçı məxsus mətbəx mebelinin analoji bazar dəyəri 3800 manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırlması ilə müəyyən olundu ki, iddia ərizəsində göstərilən mətbəx mebeli iddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha girdikdən sonra cehiz əşyası kimi yaşadıqları evə gətirilib, bir müddətdən sonra münasibətləri pozulub və iddiaçı evdən çıxmaq məcburiyyətində qalıb. Müəyyən əşyaları evdən götürsə də, sözügedən mətbəx mebeli orada qalıb. Mebelin mövcudluğu cavabdeh tərəfindən də mübahisələndirilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Cavabdehin nümayəndəsi X2 iddiaçıya məxsus mebelin məhz onun razılığı ilə satıldığını bildirsə də, bunu təsdiq edəcək hər-hansı sübut məhkəməyə təqdim olunmamışdır. İş materialları ilə müəyyən edilir ki, mətbəx mebelinin analoji bazar dəyəri 3800 (üç min səkkiz yüz) manat təkil edir. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli mebel iddiaçıya nikaha daxil olanadək məxsus olması iş üzrə sübuta yetirildiyindən iddia təmin edilməli, 3800 (üç min səkkiz yüz) manat olan mətbəx mebelinin dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 21 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlakın pulla dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı məxsus mətbəx mebelinin dəyəri kimi 3800 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 21 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar