Məhkəmə qərarları › İş №2(001)-3530/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3530/2022

13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3530/2022 13.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan və iddia ərizəsində sadalanan cehiz əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə onların dəyərinin natura şəklində geri ödənilməsi (ümumi dəyəri 8022 manat) və ödənilmiş 101 manat dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 26 oktyabr 2021-ci ildə faktiki nikaha daxil olmuş və evləndikdən sonra ünvan 1-ə köçərək orada yaşamışdır. Halhazırda münasibətləri pozulmuş və o, fevral ayının 15-dən öz valideynlərinin yaşadığı evə geri qayıtmışdır. Gəlin köçərkən ona toy vaxtı valideynləri tərəfindən hədiyyə olaraq alınmış cehiz əşyalarını cavabdehin yaşadığı evə aparmış və orada qalmaqdadır. Ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Qaynanası və qaynatası, eləcə də yoldaşı ilk gündən ona qarşı bir çox təzyiq göstərmişdir. Ən son evdən qovulduğunda qaynanasının üzərinə gəlməsindən dili tutulmuş və xeyli müddət öz danışıq qabiliyyətini itirdiyi müşahidə olunmuşdur və hal-hazırda bugünə kimi bu səbəbdən müalicəni davam etdirir. Münasibətləri pozulduqdan sonra gəlin köçərkən ona toy vaxtı valideynləri tərəfindən hədiyyə olaraq alınmış cehiz əmlakları da həmin mənzildən çıxarılmasını istədikdə ona qarşı nalayiq ifadələr işlədərək bir daha onu evdən uzaqlaşdırmışdır.Valideynlərinin yaşadığı evə geri döndükdə heç bir pal-paltar və ya avadanlıq apara bilməmiş və sonda bütün bu kimi problemləri həll etmək üçün məhkəməyə müraciət edərək, məhkəmə qaydasında tələb etməyi qərara almışdır. O, evdən qovulduğu zaman, toy vaxtı valideynləri tərəfindən hədiyyə olaraq alınmış cehiz əşyaları, yəni pərdə 3 ədəd-600 manat, xalça 3 ədəd -400 manat, pakraval ağ 1 ədəd-150 manat, çuqun qazan-35 manat, kofeyni dəsti-50 manat, sinfon yorğan 1 ədəd – 30 manat, ədyal 1 ədəd-25 manat, yastıq 2 ədəd-20 manat, şirəçəkən 1 ədəd-80 manat, mikser 1 ədəd-50 manat, ətçəkən 1 ədəd-100 manat, ütü 1 ədəd-85 manat, meyvə-tərəvəz qabı üst-üstə 1 ədəd-40 manat, qaşıq naboru çamadan -100 manat, qazan naboru 2 dəst-150 manat ,tava naboru 1 dəst-50 manat, ayaqlı meyvə qabı 4 ədəd-60 manat, ayaqlı şirniyyat qabı 2 ədəd-30 manat, stəkanlı qrafinka 2 ədəd-30 manat, sok stəkanı 12 ədəd-40 manat, xrustal stəkan 12 ədəd-20 manat, boşqab dəsti 48 ədəd-100 manat, kasa 6 ədəd-40 manat, salat qabı 6 ədəd-30 manat, balaca kasa 6 ədəd-20 manat balaca boşqab 12 ədəd-15 manat, tort qabı 6 ədəd( biri böyük)-15 manat, kabab qabı 6 ədəd-20 manat, qozçəkən maşın 1 ədəd-30 manat, salat doğrayan maşın 1 ədəd-15 manat, şüşə bişirmə qabı 1 ədəd-20 manat, txovka 1 ədəd-100 manat, çaşka nabor 1 ədəd-20 manat, böyük qaşıq 12 ədəd-10 manat, çəngəl 12 ədəd-10 manat, mürəbbə qaşığı 6 ədəd-10 manat, razetka 6 ədəd-20 manat, nəlbəki 6 ədəd-20 manat, plastik tort qabı 1 ədəd-15 manat, plastik mikser qabı 1 ədəd-20 manat, aş süzən 1 ədəd- 18 manat, plastik saxlama qabı 3 ədəd-15 manat, un ələyən dəmir 1 ədəd-4 manat, külqabı 1 ədəd-10 manat, meyvə qabı 1 ədəd xrustal-80 manat, padnus dəsti 3 ədəd-50 manat, künc güldanı böyük 1 ədəd-40 manat, suvenirlər-300 manat, oyuncaq mişkalar 6 ədəd-200 manat, dəmir veşilkalar 22 ədəd-40 manat, paltarları, ayaqqabılar 2 cüt, mebellər (künc divanı qabaq stolu ilə, stolstul 6 ədəd, tunbalar 2 ədəd, termo,şfoner-3.000 manat, çərəz qabları 2 ədəd-30 manat, dərin boşqab 6 ədəd-20 manat, dəst dəsmallar 20-cüt 100 manat, can dəsmalı 5 cüt -100 manat, süfrə 4 cüt-100 manat, pastel 3 cüt 200 manat, çay dəsmalı 20 cüt-180 manat, pol silən paspas 1 ədəd-40 manat, divan üstü dəst-70 manat, tiyorka 1 ədəd-5 manat, plastik qab-5 manat, üst-üstlük çaynik qəfədan-30 manat, çaynik şüşə 1 ədəd-15 manat, ədviyyat qabı 2 dəst-40 manat kosmetikaları-200 manat, 2 ədəd lüstür-150 manat, taxta qaşıq dəsti-10 manat, ayaqlı konfet qabı 1 ədəd-25 manat, bıçaq dəsti nabor-40 manat, sadə rumka 5 ədəd 25 manat, xrustal rumka 6 ədəd-50 manat, qazan altı -2 manat, bulud 2 ədəd-10 manat, salfetka qabı 2 ədəd-20 manat, duz qabı 2 ədəd-10 manat, desert qabı 6 ədəd-30 manat, mürəbbə qabı 6 ədəd-30 manat, çörək qabı 2 ədəd-20 manat olmaqla, ümumi dəyəri 8022 manat məbləğində cehiz əşyaları gəlin köçdüyü mənzildə qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsi xahiş etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin əşyalar mövcuddur və ünvan 1 ünvanında yerləşən mənzildədir. Lakin bununla əlaqədar məhkəməyə təqdim edəcək sübutu yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, qeyd edilən hissədə iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Onu da nəzərə almaq lazımdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Lakin iddiaçı iddia tələbini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir və təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar