Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3584/2021 01.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə 01 iyun 2021ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gülməmmədov İddiaçı Ayşən Azər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından doğulmuş 04 may 2015-ci il təvəllüdlü X3 adlı uşaqlarının saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2018ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması, alimentin aylıq qazancının ¼ hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən, ondan 04 may 2015-ci il təvəlldülü X3 adlı uşağın saxlanması üçün aylıq 154 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. O, “xxxx” MMC-də texniki mexanik vəzifəsində işləyir, aylıq əmək haqqı 231 manat təşkil edir. Həmçinin, o, 24 fevral 2017-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olmaqla ilə qurmuş, həmin evliliyindən 14 iyun 2019-cu il təvəllüdlü X5 adlı bir uşağı vardır, arvadı ikinci uşağa hamilədir. Göstərilən miqdarda əmək haqqı ilə hazırki ailəsinin maddi təmantlarını çətinliklə ödəyir, 154 manat aliment ömədəyə isə ümumiyyətlə imkanı çatmır. Azərbaycan Respublikasının Ailə Məcəlləsində 1 uşaq üçün alimentin cavabdehin aylıq qazancının ¼ hissəsi miqdarında müəyyən edilməsi göstərilmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təyin olunmuş alimentin miqdarının dəyişdirilərək aylıq qazancının ¼ hissəsi miqdarında müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında X6 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil edir. İddiaçı ödəməli olduğu alimentin miqdarını uşağını nəzərə alıb könüllü surətdə artırmaq əvəzinə alimentin əmək haqqının müəyyən hissəsindən tutulmasını, yəni təxminən 65 manat pul ödəmək istəyir. Halbuki, iddiaçı ilə birgə nikahlarından olan uşaqlarının 6 yaşı var, onun normal qidalanması, geyimi ilə bağlı xərclər günü-gündən artır. Həmçinin, uşaq nitq qüsurludur və o, loqoped müalicəsi üçün həftəlik 60 manat ödəməli olur. O özü heç bir yerdə işləmir, belə olan təqdirdə alimentin miqdarının faktiki olaraq azaldılmasının heç bir əsası yoxdur. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2(103)-10621/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(001)-5370/2018 saylı qətnaməsi ilə həmin məhkəmənin 11 noyabr 2016-cı il tarixli, 2(001)-7757/2016 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə 04 may 2015-ci il tarixdə doğulmuş X1 18 yaşa çatanadək saxlanması üçün İddiaçı hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, şikayət təmin edilməmişdir. - əmək haqqı və gəlir haqqında “xxxx” MMC tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı MMC-də texnik-mexanik işləyir, onun orta aylıq əmək haqqı 2020-ci il üzrə 269 manat, 2021-ci ilin yanvar-fevral ayları üzrə isə 257 manat təşkil etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Normanın məzmunundan göründüyü kimi, alimetin miqdarının dəyişməsi üçün əsas şərt tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Tərəflər arasında alimentin ödənilməsi barədə sazişin olmadığını, iddiaçının aylıq qazancının ¼ hissəsinin təxminən 65 manat təşkil etdiyini, bu məbləğdə aliment tutulmasının isə cavabdehin və uşağın maraqlarının əhəmiyyətli dərəcədə pozduğunu, yəni Ailə Məclləsinin 78.1-ci maddəsində göstərilən “alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda” şərtinin mövcud olduğunu, həmçinin, hazırki yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən uşaqlar üçün yaşayış minimumunun 175 manat təşkil etdiyini, uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia rədd olunmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3584/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3584/2021
01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver