Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3589/2024 04.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə götürülmüş kreditin nikah pozulduqdan sonra qalan 2500 (iki min beş yüz) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Kürdəmir rayon Məhkəməsinin 10.12. 2021-ci il tarixli 2(041)-2333/2021 savlı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. Həmçinin birgə nikah dövründə xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-dən 4000 (dörd min) manat məbləğində iddiaçının adına kredit götürülmüşdür. Həmin məbləğ birgə təsərrüfat dövründə ailənin ümumi ehtiyacları üçün götürülmüşdür. Tərəflər arasında nikah 2021-ci il tarixdə pozulduqdan sonra götürülmüş kredit iddiaçı tərəfindən ödənilmişdir. Buna görə də, birgə nikah dövründə ailənin ehtiyacları üçün götürülmüş 2500 (iki min beş yüz ) manat məbləğdə pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, birgə nikah dövründə kredit götürdük və ödədiyi pulun yarısının cavabdehdən ona qaytarılmasını istəyir. Məhkəməyə ərizə verilən gündən o, kirayə pulunu ödəmiş, 4000 manat kredit götürmüşdür. Nikah pozulandan sonra ayrı yaşamağa başlamışlar. Bank əməkdaşları evlərinə gəlib əşyalara baxış keçirəndə cavabdehdə evdə olub, özü imzalamışdır sənədi. Bir yerdə yaşamadıqlarını cavabdeh sübut etsin, birgə nikah dövründə götürülmüş kredit qanunla ½ paylara bölünməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixli nikahın pozulmasına dair iddia ərizəsində cavabdehlə 5 aydır ayrı yaşadıqlarını qeyd etmişdir. xx.xx.2021-ci il tarixli qətnamə ilə aralarındakı nikah pozulmuş, krediti isə xx.xx.2021-ci il tarixdə götürmüşdür. İddiaçının qeyri rəsmi nikahı var, həmin nikahdan uşağı da var. 5 ilə yaxındır münasibətləri pozulub. İddiaçının istinad etdiyi sənəddə heç tarixi də qeyd olunmamışdır. O, həmçinin onun tərəfindən iddia tələbinə verilmiş etiraz ərizəsini müdafiə edərək göstərmişdir ki, guya İddiaçı nikah dövründə xx.xx.2021-ci il tarixdə kredit götürüb. Həmin krediti özü ödəyib və nikah dövründə yaranmış öhdəlik kimi kredit məbləğin yarısını cavabdeh - Cavabdeh tələb edir. İşin halları ilə bağlı məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci ildə nikaha daxil olublar. Onların bu nikahdan Zəhra (xx.xx.2009-cu il təvəllüdlü), Yusif (xx.xx.2010-cu il təvəllüdlü) və Zahid adlı (xx.xx.2012-ci il təvəllüdlü) uşaqları dünyaya gəlmişdir. Nikaha daxil olduqları ilk gündən tərəflərin münasibəti yaxşı olmamış iddiaçı uşaqların taleyi ilə maraqlanmamış ailənin heç bir ehtiyacını qaşılamamışdır. İddiaçı ilə Cavabdeh 2016-ci ildən ayrı yaşayır və birgə təsərrüfat aparmırlar. Cavabdeh atasının ona göndərdiyi maddi yardımlar hesabına uşaqlarını tək başına saxlamışdır. İddiaçı 2016-cı ildən X5 adlı bir qadınla qeyri-rəsmi nikahdadır. Həmin tarixdən onunla birgə yaşayırlar və iddiaçının bu münasibətdən 20 may 2017-ci il tarixli X6 adlı nikahdan kənar uşağı dünya gəlmişdir. Cavabdeh iddiaçının təhdidlərindən qorxduğu üçün nikahın pozulması barədə ərizə ilə uzun illər məhkəməyə müraciət edə bilməyib. İddiaçı iddiası əsasında Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 2333/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah rəsmi olaraq pozulmuşdur. Yuxarıda qeyd ediyi kimi tərəflər 2016-ci ildən ayrı yaşayır və birgə təsərrüfat aparmırlar. Bu faktı iddiaçı özüdə nikahın pozulması barədə iddia ərizəsində qismən etiraf edib. Belə ki, İddiaçı özünün xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında iddia ərizəsində 5 aydır cavabdehdən ayrı yaşadığını etiraf etmişdir. Bu etiraf qanuni qüvvəyə minmiş Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2333/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin birinci səhfəsinin sondan ikinci sətrində də öz əksini tapıb. Sadə hesablama etsək görərik ki, iddiaçının özü etiraf edir ki, tərəflər xx.xx.2021-ci il tarixdən ayrı yaşayırlar və birgə təsərrüfat aparmırlar. İddiaçı isə krediti xx.xx.2021-ci il tarixdə cavabdehdən ayrı yaşadığı dövrdə öz şəxsi məqsədləri üçün götürüb. İddia ərizəsində kreditin ailə ehtiyaclarına xərcləndiyi qeyd olunsada iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Göstərdiklərini nəzərə alaraq İddiaçı cavabdeh X2 qarşı "pul tələbinə" dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, iddiaçının əmisi, cavabdehin isə dayısıdır. Kreditin nə vaxt götürülüb-götürülməməsindən məlumatı yoxdur, lakin 2016-cı ildə tərəflər ayrı yaşayırlar. İddiaçı digər xanımla ailə qurub onunla yaşayır. 2012-ci ildən münasibətləri pozuldu, Zamiq başladı aradan bir evə gəlməməyə, sonradan məlum oldu ki, başqa xanımın yanında qalır. Zamıq Qobuda yaşayır, Şəbnəm isə Memar Əcəmi metrostansiyasına yaxın bir mənzildə kirayə qalır. Zamiq ayrı yaşadıqları müddət ərzində Şəbnəmə heç bir maddi köməklik etmirdi. Mülki iş materiallarında olan: xx.xx.2010-cu il tarixdə imzalanaraq Kürdəmir Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx.xx.2005-ci il tarixli, 23 saylı nikahın pozulmasını xahiş etmişdir. Həmçinin həmin iddia ərizəsində İddiaçı 5 aya yaxındır cavabdehlə faktiki olaraq bir yerdə yaşamadıqlarını qeyd etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2333/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçıd oğlu ilə Cavabdeh arasında 11 noyabr 2005-ci il tarixdə bağlanmış və Kürdəmir rayonu Topalhəsənli kənd icra Nümayəndəliyində 23 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulması Qeydiyyat orqanında qeydə alınarkən İddiaçı Vəliməmmed oğlundan 15 (on beş) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi, Cavabdeh bu xərcdən azad edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 anası Cavabdeh yanında saxlanılmaları, xx.xx.2009-cu il təvəllüdlü X7, 04,05.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-cl il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 28 oktyabr 2021-ci il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat aliment tutularaq Cavabdeh ödənilməsi, İddiaçı ödəniləcək illik alimentin həcminə görə 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi və qətnamənin aiimentlə bağlı hissədə dərhal icraya yönəldilməsi qət edilmişdir. "xxxx" ASC-yə məxsus ödəniş qrafikindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə illik 26 faizlə, 24 ay müddətinə 4000 manat kredit verilmiş və ilk ödəniş tarixi xx.xx.2021-ci il bitmə tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə televizor (2 ədəd, 1000 manat), Notebook (1 ədəd 500 manat), soyuducu (1 ədəd 300 manat), pianina (1 ədəd 400 manat), gitara (1 ədəd 400 manat), paltaryuyan (1 ədəd 500 manat), paltar şkafı (1 ədəd 400 manat), uşaq otağı mebeli (1 ədəd 500 manat), qonaq otağı mebeli (1 ədəd 800 manat) və yataq otağı mebeli (1 ədəd 1200 manat) girov qoyulmuş və həmin əlavənin imza qrafalarında adları qeyd edilməyən şəxslərin imzası ilə təsdiq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, kredit öhdəlikləri üzrə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə kreditin məbləği 4000 manat, əsas borc 0, faiz borcu 0, cərimə borcu 0 olması qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 31 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 31/638 saylı arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında ailəsi ilə birlikdə - yoldaşı Cavabdeh, qızı – X7, oğlu – X9 və oğlu – X10 2016-cı il tarixdən, 2021-ci ilin oktyabr ayınadək kirayədə, qeydiyyatsız yaşamışlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 52.5-ci madddəsində İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Sonradan İddiaçı 28 oktyabr 2021-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək 5 aya yaxındır faktiki olaraq Cavabdeh ilə ayrı yaşadığını qeyd edərək, aralarında bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin məhkəmənin 08 dekabr 2021-ci il tarixli, 2(041)-2333/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq, bankdan 4000 (dörd min) manat məbləğində (öz adına) kredit götürülmüş, hazırda isə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilərək borc tamamilə ödənilmişdir. Hazırda iddiaçı qeyd edilən kreditin birgə nikah dövründə götürülməsinə və ailənin birgə ehtiyacları üçün istifadə edilməsinə əsaslanaraq hazırkı tələblə çıxış edir. Məhkəmə qeyd edir ki, ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.39-cu bəndində qeyd olunmuşdur ki, “ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. 6.40-cı bəndinə əsasən ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına 15 yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulamışdır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hazırki işdən isə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi olaraq Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(041)-2333/2021 saylı qətnaməsi nikahları pozulsa da, faktiki olaraq buna qədər ayrı yaşamışlar və kredit götürülən vaxtda onlar birgə təsərrüfat aparmamışlar. Bu fakt həm iddiaçının 21 oktyabr 2021-ci il tarixli nikahın pozulması barədə ərizəsi ilə, həm də iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsi ilə sübuta yetirilir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən iddiaçı cavabdehlə rəsmi nikahda olan müddətdə qeyri rəsmi nikahdan 21 may 2017-ci il tarixdə X6 adlı uşağı olmuşdur. Bu halda isə məhkəmə İddiaçı ilə Cavabdeh rəsmi olaraq nikah pozulana qədər birgə təsərrüfat apardıqlarına dəlalət etmir. Mübahisə predmeti olan kredit müqaviləsi isə tərəflərin faktiki ayrı yaşadıqları müddətdə, yəni xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərinin birgə nikah dövründə yaranması barədə dəlili sübuta yetirilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı öz ərizəsində kredit müqaviləsi əsasında əldə etmiş olduğu pul məbləğini ailə ehtiyacları üçün istifadə olunduğunu qeyd etsə də, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olubolmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir. İşin məhkəmə araşdırılması ilə iddiaçının dəlillərinin əsaslı olması sübuta yetmədiyindən məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilə bilməz. Həmçinin İddiaçı məhkəməyə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 31 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 31/638 saylı arayışını təqdim edərək onun və ailə üzvləri olan yoldaşı Cavabdeh, qızı – X7, oğlu – X9 və oğlu – X3 2016-cı il tarixdən, 2021-ci ilin oktyabr ayınadək ünvan 2 ünvanında ailəsi ilə birlikdə kirayədə, qeydiyyatsız yaşamalarını sübut kimi qəbul edilməsini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda müəyyən edilmiş hallarla İddiaçı 28 oktyabr 2021-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinə daxil olmuş iddia ərizəsində 5 aya yaxındır faktiki olaraq Cavabdeh ilə ayrı yaşadığı və bu halın hazırda qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsində yer aldığı halda, MKİS tərəfindən hansı təsdiq olunmuş fakta və heç bir rəsmi sənədə istinad etmədən, ümumi sözlərnən tərəflərin 2016cı il tarixdən, 2021-ci ilin oktyabr ayınadək bir yerdə yaşamalarını təsdiq edən arayışını əsaslı hesab etmir. Məhkəmə həmçinin iş üzrə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə kredit müqaviləsi bağlayarkən kredit müqaviləsi üzrə girov qoyulmuş əşyaların siyahısını əks etdirən əlavədə olan Cavabdeh imzasına münasibət bildirərək qeyd edir ki, həmin sənəd kserokopya olmaqla yanaşı, qeyd edilən sənəddə imza etmiş şəxslərin şəxsiyyətlərinə dair məlumatlar əks etdirilmədiyindən, habelə bu əlavənin hansı tarixli, hansı nömrəli müqaviləyə aid olduğu qeyd edilmədiyindən məhkəmə sənədi mötəbər sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, birgə nikah dövründə götürülmüş kreditin nikah pozulduqdan sonra qalan 2500 (iki min beş yüz) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3589/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3589/2024
04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver