Məhkəmə qərarları › İş №2(001)-3590/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3590/2021

25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3590/2021 25.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi İddiaçı Cavabdeh X1 qarşı cehiz və sair əşyaların geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1 qarşı cehiz və sair əşyaların geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki işlərin bir icraatda birləşdirilməsi ilə bağlı tərəflərin münasibətini, hər iki iş üzrə eyni tərəflər arasında eyni növlü işlər olmasını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-3590/2021 saylı və 2(001)- 3262/2021 saylı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinin tələblərinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə onları birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X1 qarşı cehiz və sair əşyaların geri qaytarılması tələbinə dair 2(001)-3590/2021 saylı mülki işlə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair 2(001)-3262/2021 saylı mülki iş bir icraatda birləşdirilsin və mülki işə 2(001)- 3262/2021 sayı verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar