Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3638/2023 07.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlak payının verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 (min) manatlıq qonaq otağı mebel dəsti 200 manatlıq taxt, cəmi dəyəri 300 manat olan hər biri 150 manatlıq 2 ədəd xalça,40 manatlıq çıl-çıraq,50 manatlıq tozsoran, 70 manatlıq çörək bişirən soba, 20 manatlıq ütü, 200 manatlıq çay servizi, 15 manatlıq elektrik çayniki, cəmi dəyəri 200 manat olan üç ədəd yundan döşək, cəmi qiyməti 180 manat olan 4 ədəd yorğan,cəmi qiyməti 200 olan 6 ǝdǝd balış, cəmi dəyəri 100 manat olan 3 ədəd "odeyal",cəmi dəyəri 200 manat olan 10 dəst yorğan və döşək üzlükləri, 100 manatlıq bir ədəd toxunma palaz, 80 manatlıq divan üstlüyü,50 manatlıq 5 metrlik pərdə, cəmi qiyməti 40 manat olan 7 dəst qǝtvə 40 manatlıq 7 ədəd əl-üz dəsmalı, 50 manatlıq bir ədəd ətçəkən, bir ədəd 35 manatlıq ütü, cəmi qiyməti 70 manat olan 5 ədəd çuqundan qazan dəsi,40 manatlıq bir ədəd "tefal" qazan, 50 manatlıq bir ədəd "mikser", 50 manatlıq plastik qablar dəsti,15 manatlıq bir ədəd çuğundan ləyən, 10 manatlıq bir ədəd qabyuyan tor, bir ədəd 10 manartlıq çuqundan su balonu, 150 manatlıq naharlıq servizi, 40 manatlıq 6 ədəd bulud, 20 manatlıq 12 ədəd boşqab dəsti, 10 manatlıq 12 salat boşqabı,40 manatlıq 24 ədəd xrustal stəkan,20 manatlıq 12 ədəd armudu stəkan,30 manatlıq 24 nǝlbǝki,5 manatlıq 12 duz qabı, 10 manatlıq 12 ədəd "razetka" 10 manatlıq 6 ədəd qənd qabı, 15 manatlıq 2 ədəd xrustaldan mürəbbə qabı, 10 manatlıq bir ədəd üç mərtəbəli şirniyyat qabı, 50 manatlıq qaşıq,bıçaq, çəngəl dəsti, ümumilikdə 3835 (üç min səkkiz yüz otuz beş) manatlıq cehizlik əşyalarını və ya pulla dəyərini Cavabdeh Haçı oğlundan alınıb ona verilməsinə, birgə yaşayış dövründə alınan əşyalar:600 manatlıq bir ədəd "Samsunq" televizoru, 1000(min) manatlıq bir ədəd divan,700 manatlıq bir ədəd paltar şkafı, bir ədǝd 400 manatlıq stol,hər birinin qiyməti 60 manat olan cəmi qiyməti 360 manat olan 6 ədəd stul, 600 manatlıq soyuducu,100(yüz) manatlıq bir ədəd krosnu və 180 manatlıq "Ariston"nun təşkil etdiyi cəmi 2940 (iki min doqquz yüz qırx) manat pulun yarı hissəsi olan 1470(bir min dord yüz yetmiş) manat pulu və ya naturada, habelə 143 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul ediləsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, lakin teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını və əlavə sübutlarının olduğunu bildirmrişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(bundan sonra MPM): 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, MPM-nin 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 143 (yüz qırx üç) manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlak payının verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddianın verilməsi üçün ödənilmiş 143 (yüz qırx üç) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3638/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3638/2023
07.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver