Məhkəmə qərarları › İş №2(001)-3676/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3676/2024

01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3676/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, habelə cavabdehin iddiaçıya qaşı “birgə nikah dövründə əldə olunmuş əmlakın və yaranmış öhdəliklərin bölünməsi təldəbi barədə” ilk və qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın və yaranmış öhdəliklərin bölünməsi tələbi barədə” iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, məhkəmədən son nəticədə "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilin ilkin ödənişini etmək üçün birgə nikah dövründə bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 90.000 manat məbləğində borcun iş üzrə tərəflər arasında ½ hissədə bölünməsi və 45.000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, həmin mənzil üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq ödənişlərə görə İddiaçı tərəfindən aparılmış cəmi 34.984,08 manat ödənişin tərəflər arasında ½ hissədə bölünməsi və 17.492,04 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, mənzilin aylıq ödənişinə görə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 1.345,54 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, 3159-cu məhəllə, Həsənbəy Zərdabi prospektində yerləşən 89A №-li evin 52 nömrəli mənzili və Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsində yerləşən 64 №-li evin 44 №-li mənzili üzərində tərəflərin hər birinin ½ hissədə paylarının müəyyən edilməsi, sonuncu mənzilin alınması üçün İddiaçı tərəfindən Cavabdeh və sonuncunun atası X7 göndərilmiş 42.000 avro məbləğində pulun ½ hissəsinin, yəni 21.000 avronun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahından Züleyxa və Mikayıl adlı iki övladları anadan olmuşdur. Birgə nikahdan uşaqlarının olmasına baxmayaraq, tərəflər arasında olan ailə münasibəti pisləşmiş və onlar xx.xx.2023-cü il tarixdən faktiki olaraq ayrılmışlar. Tərəflər birgə nikah dövründə "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzili əldə etmişlər. Belə ki, sözügedən mənzilə dair İddiaçı və "xxxx" MTK arasında danışıqlar aparılmış və tərəflər arasında müqavilə şərtləri razılaşdırılmışdır. Razılaşdırılmış həmin şərtlərə görə, İddiaçı "xxxx" MTK-dan əldə edəcəyi mənzilin ümumi dəyəri 193.758 manat məbləğində müəyyən edilmişdir. Tərəflər həmçinin razılığa gəlmişlər ki, bu əmlaklara görə İddiaçı tərəfindən ilkin ödəniş olaraq 96.879 manat müqavilə bağlandığı vaxt ödəniləcək, qalan 96.879 manat isə müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə, ayda 2.691,08 manat olmaqla xx.xx.2025-ci il tarixədək ödəniləcəkdir. Razılaşma əldə edildikdən sonra xx.xx.2022-ci il tarixdə "xxxx" MTK və İddiaçı arasında CY2-103/22 №-li müqavilə bağlanmışdır. Müqavilə üzrə ödənilməli olan ilkin ödəniş məbləği İddiaçı olmadığına görə, o, dostu X10 90.000 manat borc istəmiş, sonuncu ona bu məbləğdə borc verməyə razılıq vermişdir. Bu məqsədlə X22 və İddiaçı arasında xx.xx.2022-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Borcun qaytarılma müddəti 18 ay müəyyən edilmişdir. İddiaçı borc aldığı 90.000 manata 6.879 manat əlavə edərək, mənzilin ilkin ödənişini təşkil edən 96.879 manatı "xxxx" MTK-ya ödəmişdir. X22 və İddiaçı arasında bağlanmış borc müqaviləsi üzrə sonuncunun aldığı 90.000 manat borc bu günədək qaytarılmamış, borcun qaytarılma müddəti onların qarşılıqlı razılığına əsasən uzadılmışdır. Göründüyü kimi İddiaçı X10 aldığı 90.000 manat borc iş üzrə tərəflərin birgə nikahı dövründə əldə olunmuş "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilin ilkin ödənişinin aparılması üçün alınmışdır. Borc bu günə qədər qaytarılmamışdır. Odur ki, hesab edirik ki, borcun yarısı, yəni 45.000 manatı Cavabdeh aid edilməlidir. Bundan başqa, "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilə görə alınmış 90.000 manat borc hesabına ilkin ödəniş edildikdən sonra İddiaçı xx.xx.2022-ci il tarixdən başdayaraq ödəniş cədvəlinə uyğun olaraq hər ay 2.691,08 manat məbləğində pulu "xxxx" MTK-ya ödəmiş, bu ödəniş tərəflərin faktiki ayrıldığı xx.xx.2023-cü il tarixdən sonra da davam etmişdir. Belə ki, İddiaçı işi ilə bağlı ailə üzvləri - arvadı Cavabdeh, övladları Züleyxa və Mikayıl ilə birlikdə Fransada yaşamışdır. Fransada yaşadıqları vaxt 2023-cü ilin iyun ayının 26-da Anar arvadı Leylanın ona yad kişi ilə xəyanət etdiyini öyrənmiş və onlar arasında bu barədə ciddi söhbət olmuş, Leyla xəyanət faktını etiraf etmişdir. 2023-cü ilin iyun ayının 29-da İddiaçı, Cavabdeh və övladları ilə birlikdə Azərbaycana gəlmişlər. Həmin vaxtdan İddiaçı və Cavabdeh arasında ər-arvad münasibətləri kəsilmişdir. Azərbaycana qayıtdıqdan sonra 2023-cü ilin iyul ayının 15-də Cavabdeh yad kişi ilə mesaj şəklində apardığı yeni yazışmalar İddiaçı Eldar oğlunun əlinə keçmişdir. Bundan sonra İddiaçı bilet alaraq 2023-cü ilin iyul ayının 27-də yalnız özü (Leyla və övladları olmadan) Bakıdan Fransaya, avqust ayının 03-də isə Fransadan Amerikaya getmişdir. Sonradan İddiaçı Cavabdeh təklif etmişdir ki, övladlarından Züleyxa onun (atasının), Mikayıl isə anasının (Leylanın) himayəsində qalsınlar və yaşasınlar. Cavabdeh da artıq iyul ayından ər-arvad münasibətlərini kəsmiş, onunla yalnız övladlarının işləri ilə bağlı əlaqə saxlayan İddiaçıla ailə münasibətlərinin bərpa olunmayacağını başa düşərək, Züleyxanın atasının himayəsində qalmasına və yaşamasına razılıq vermişdir. 2023-cü ilin oktyabr ayının 23-də İddiaçı Bakıya gəlmiş, iki gün sonra, yəni oktyabr ayının 25-də isə övladı Züleyxanı özü ilə götürüb Amerikaya getmişdir. Bundan sonra Cavabdeh övladı Züleyxa üçün darıxdığına görə onunla görüşmək bəhanəsilə Amerikaya, İddiaçı yaşadığı ünvana gəlmişdir. Həmin vaxt onlar arasındakı gərgin münasibətlər daha da kəskinləşmişdir. Cavabdeh İddiaçı işəgötürəninə ondan şikayət etmiş, bu səbəbdən Anar iş yerini itirmiş və Amerikanı tərk etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, İddiaçı Cavabdeh ilə ər-arvad münasibətlərini 2023-cü ilin iyun ayından kəsmiş, həmin vaxtdan onunla birgə təsərrüfat aparmamış, faktiki ayrı yaşamışdır. İddiaçı və Cavabdeh arasındakı nikah formal xarakter daşımışdır. Ona görə də, "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzil üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq ödənişlərə görə aparılmış cəmi 34.984,08 manat ödəniş İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünməli və 17.492,04 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bundan əlavə ilk iddia ərizəsində bildirilir ki, "xxxx" MTK və İddiaçı arasında Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilə dair bağlanmış CY2-103/22 №-li, xx.xx.2022-ci il tarixli müqaviləyə görə, mənzilin tam dəyərinin ödənilməsi tarixi xx.xx.2025-ci il, aylıq ödəniş məbləği isə 2.691,08 manat müəyyən edilmişdir. Bu səbəbdən mənzil üçün müəyyən edilmiş aylıq ödənişinin (2.691,08 manat) ½ hissəsi, yəni 1.345,54 manatı da hər ay xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Bunlardan başqa, İddiaçı, Cavabdeh ilə nikaha daxil olmamışdan əvvəl, yəni xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 3159-cu məhəllə, Həsənbəy Zərdabi prospektində yerləşən 89A №-li evin 52 nömrəli mənzili "xxxx" MTK-dan dəyərini tam həcmdə ödəməklə müqavilə əsasında əldə etmişdir. İddiaçı, nikaha daxil olduqdan sonra mənzili Cavabdeh adına sənədləşdirmişdir. Qeyd olunan mənzilin alınması da yalnız İddiaçı vəsaiti hesabına həyata keçirilmişdir. Ona görə də bu mənzil üzərində İddiaçı, həm də Cavabdeh payları ½ hissədə müəyyən edilməlidir. Bunlardan başqa, İddiaçı xaricdə yaşadığı vaxt, qayınatası X13 ev almaq üçün ona pul lazım olduğunu bildirmiş və İddiaçı borc pul istəmiş, pulu İddiaçı Azərbaycana qayıtdığı vaxt qaytaracağını bildirmişdir. İddiaçı da xx.xx.2013-cü il tarixində 6.000 EUR, xx.xx.2013-cü il tarixində 6.000 EUR, xx.xx.2013-cü il tarixində 6.000 EUR, xx.xx.2013-cü il tarixində 6.000 EUR, xx.xx.2013-cü il tarixində 6.000 EUR, xx.xx.2013-cü il tarixində 6.000 EUR, xx.xx.2013-cü il tarixində 6.000 EUR olmaqla ümumilikdə 42.000 EUR pulu X4 bank kartına göndərmişdir. Sonuncu ona göndərilən pul vəsaiti hesabına oğluna ev almışdır. İddiaçı xx.xx.2014-cü il tarixdə Azərbaycana qayıdanda qayınatası X5 borc verdiyi pulu nə zaman qaytaracağını soruşduqda qayınatası əlində nəğd pul olmadığını, lakin pulun əvəzinə ona mənzil verə biləcəyini bildirmişdir. İddiaçı isə bununla razılaşmışdır. Hüseynov X8 Anar Qəşəm oğlundan aldığı borc pulun əvəzinə Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsi, ev 64, 44 saylı mənzili qızı Cavabdeh adına keçirəcəyini bildirmişdir. Həmin vaxt tərəflərin ailə münasibətləri normal olduğundan İddiaçı mənzilin arvadının adına keçirilməsinə etiraz etməmişdir. Lakin sonradan İddiaçı məlum olmuşdur ki, Hüseynov X8 Anar Qəşəm oğlundan aldığı borc pulun əvəzi olaraq ona qaytaracağı Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsi, ev 64, 44 saylı mənzili qızı Cavabdeh mülkiyyətinə bağışlama müqaviləsi əsasında keçirmişdir. Belə ki, sözügedən mənzil alqı-satqı müqaviləsi ilə ilkin olaraq arvadı (Cavabdeh anası) X11 adına alınmış, daha sonra X3 mənzili qızı Cavabdeh bağışlama müqaviləsi əsasında bağışlamışdır. Görünür “uzaqgörən” Hüseynovlar ailəsi əlbir olaraq, əslində İddiaçı borc alınmış pulun əvəzinə ona qaytardıqları mənzilə gələcəkdə ona düşəcək paydan məhrum etmək məqsədi ilə mənzili alqı-satqı yolu ilə deyil, bağışlama müqaviləsi əsasında Cavabdeh adına keçirmişlər. Habuki, Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsi, ev 64, 44 saylı mənzil İddiaçı tərəfindən qayınatasına borc verilmiş pulun əvəzi olaraq verilmişdir. Göstərilənlərdən müəyyən edilir ki, İddiaçı xaricdən köçürdüyü pul vəsaiti hesabına mənzilin alınma tarixlərinin eyni tarixlərə təsadüf etməsi, mənzilin satıcı qrafasında satan şəxsi Cavabdeh qardaşının təmsil etməsi, ilkin olaraq mənzili Cavabdeh Qəşəm oğlunun anası X11 adına alınması, sonra isə bağışlama müqaviləsi əsasında Cavabdeh adına keçirilməsi halları Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsi, ev 64, 44 saylı mənzilin İddiaçı vəsaiti hesabına birgə nikah dövründə alındığını sübut edir. Odur ki, sözügedən mənzil iş üzrə tərəflərin birgə nikah dövründə, birgə gəlirləri hesabına əldə edildiyindən həmin mənzil üzərində də tərəflərin ½ payı müəyyən edilməlidir. Bunlardan başqa, alqı-satqı müqaviləsində mənzilin real bazar dəyəri də düzgün göstərilməmişdir. Belə ki, 2013-cü ildə sözügedən mənzilin dəyəri alqı-satqı müqaviləsində göstərilən məbləğdən ən azı iki dəfə yüksək olmuşdur. Lakin İddiaçı keçmiş qayınatası mənzilin alqı-satqı müqaviləsi zamanı daha az dövlət rüsumu ödəmək, vergidən yayınmaq üçün müqavilədə mənzilin real bazar dəyərindən daha az məbləğ göstərmişdir. 2013-cü ildə Avronun Azərbaycan manatına nisbəti 1 EUR=1.06 AZN olmuşdur. Sözügedən mənzil İddiaçı borc olaraq alınmış 42.000 AVRO borcun əvəzi olaraq Cavabdeh adına keçirilmişdir. Alqı-satqı müqviləsində mənzlin mülkiyyətçisi X9 adından (Cavabdeh qzının qardaşı) X12 çıxış etməsi, mənzilin ilkin olaraq alqı-satqı müqaviləsi əsasında (Cavabdeh qzının anası) X2, daha sonra bağışlama müqaviləsi əsasında Cavabdeh adına keçirilməsi Hüseynovlar ailəsinin İddiaçı qaytarılacaq pulun əvəzinə olan mənzildən ona düşəcək paydan onu mərhum etmək niyyəti daşımışdır. Həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsində yerləşən 64 №-li evin 44 №-li mənzilin alınması üçün İddiaçı tərəfindən Cavabdeh atası X7 göndərilmiş 42.000 avro məbləğində pulun ½ hissəsi, yəni 21.000 avro Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh da öz növbəsində İddiaçı qarşı “əmlakın və yaranmış öhdəliyin bölünməsi tələbi barədə” qarşılıqlı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, son nəticədə məhkəmədən birgə nikah dövründə birgə vəsait hesabına əldə edilmiş ünvan 2 ünvanda yerləşən 45.80 kv.m ibarət mənzilin alışı zamanı ödənilmiş 30.000 manatın yarısının, yəni 15.000 manatın İddiaçı tutulub Cavabdeh ödənilməsi, Bakı şəhəri, 8 Noyabr prospekti, 151-də yerləşən Knightsbridge Ağ Şəhər binasında iki otaqlı mənzil üzərində Cavabdeh ½ hissədə payının tanınması, 2024-cü ilin fevral ayının 1-ci üçün Bakı şəhəri, 8 Noyabr prospekti, 151-də yerləşən Knightsbridge "xxxx" binasında iki otaqlı mənzilin ödənişi üçün qalan məbləğin İddiaçı və Cavabdeh arasında bərabər bölüşdürülməsi, ödənilmiş dövlət rüsumunun və vəkil xərcinin Cavabdeh Ellar qızının xeyrinə İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər birgə nikah dövründə birgə vəsait hesabına "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzili əldə etmişlər. Ona görə də həmin mənzil üzərində həm Cavabdeh, həm də İddiaçı hər birinin ½ hissədə payı müəyyən edilməlidir. Bundan başqa, iş üzrə tərəflər fatki olaraq 2024-cü ilin yanvar ayından ayrı yaşayırlar. Ona görə də, 2024-cü ilin fevral ayının 1-ə "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilin ödənişi üçün qalan məbləğin İddiaçı və Cavabdeh arasında bərabər bölünməlidir. Bunlardan başqa, İddiaçı birgə nikah dövründə Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №-li mənzilini əldə etmiş və öz adına sənədləşdirmişdir. Həmin mənzilə görə ödənilmiş vəsaitin 30.000 manatı iş üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri birgə vəsait olmuşdur. Odur ki, həmin mənzilin alışı zamanı ödənilmiş 30.000 manatın yarısı, yəni 15.000 manatı İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Həmçinin qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi və vəkilə ödənilmiş pulun əvəzi İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilk iddianı müdafiə edərək, ilk iddianın təmin edilməsini, Cavabdeh qarşılıqlı iddiasının isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 isə qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddianın təmin edilməsini, İddiaçı ilk iddiasının rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, İddiaçı və onun arvadı Leylanı uzun müddətdir ki, tanıyır. Anarla aralarında dostluq münasibətləri var. 2022-ci ilin iyul ayında İddiaçı ona Ağ şəhərdə mənzil almaq istədiyini, lakin ilkin ödəniş üçün tələb olunan məbləği tam düzəldə bilmədiyini, bu səbəbdən ondan qaytarmaq şərti ilə 90.000 manat borc istəmiş, o da həmin məbləğdə borc verməyi razı olmuşdur. İddiaçı ilə dost olsalar da, borcun verilməsi barədə aralarında xx.xx.2022-ci il tarixdə borc müqaviləsi bağlamışlar. İddiaçı 1 il 6 ay sonra borcunu tam qaytaracağına söz vermiş, lakin həmin vaxt borcu qaytarmamış və bildirmişdir ki, evini satıb borcunu ödəyəcəkdir. Hazırda İddiaçı ona olan 90.000 manat borcu qaytarmamışdır. Məhkəmə, iş üzrə tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ilk və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, iş üzrə tərəflər xx.xx.2007-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. İş materallarından görünür ki, tərəflər arasında nikah münasibətləri faktiki olaraq 2024-cü ilin iyul ayında bitmişdir. Həmin tarixdən onlar ayrı yaşamışlar və birgə təsərrüfat aparmamışlar. X22 və İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, X22 tərəfindən İddiaçı 18 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək 90.000 manat borc verilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, CY2-103/22 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilin və 106 nömrəli dayanacaq yerin dəyərinin 161.75,05 manatı ödənilmişdir. Qeyd edilən məbləğin ilkin ödənişi 96.879 manat və ödəniş cədvəlinə uyğun olaraq aylıq 2.691,08 manat gecikməsi olmadan "xxxx" MTK-ya ödənilmişdir. İddiaçı "xxxx" MTK-ya 32.282,95 manat borcu qalmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 009368 №-li orderindən görünür ki, "xxxx" MTK və İddiaçı arasında bağlanmış müqavilyə əsasən sonuncu Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 89 №-li evin ümumi sahəsi 70,99 kv.m olan 4 otaqdan ibarət 123 №-li mənzilinin dəyərini tam ödəməklə əldə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Əraz İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* №-li çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 89 №-li evin 123 №-li mənzili üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı və X15 arasında bağlanmış və 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 89 №-li evin 123 №-li mənzilini 195.000 manata satmışdır. X23 və İddiaçı arasında bağlanmış və 4 saylı “Asan xilmət” mərkəzində Notari at ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X23 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №-li mənzili (yeni qaydalarla: AZ 1001,Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 30, M5, m2) 225.000 manata İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Əraz İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №-li mənzili (yeni qaydalarla: AZ 1001,Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 30, M5, m2) üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. "xxxx" MTK və İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləsindən görünür ki, tərəflər Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən 89A nömrəli evin 127.24 kv.m ibarət 3 otaqlı 52 №-li mənzilinin tikintisinə dair müqavilə bağlanmışlar. "xxxx" MTK-nın üzvlərinin xx.xx.2005-ci il tarixli 01 №-li ümumi yığıncağının protokolundan çıxarışdan grünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən 89A nömrəli evin 127.24 kv.m ibarət 3 otaqlı 52 №-li mənzilin mülkiyyətçisi kimi MTK-ya üzv qəbul olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Əraz İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən 89A nömrəli evin 52 №-li mənzili üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq eilmiş xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən 89A nömrəli evin 52 №-li mənzili Cavabdeh hədiyyə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Əraz İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən 89A nömrəli evin 52 №-li mənzili üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2013-cü il tarixli AN-İ N0375953 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X9 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev (keçmiş C.Hacıbəyli) küçəsi, ev 64, mənzil 44-də yerləşən ümumi sahəsi 32.86 kv.m. yaşayış sahəsi 17.0 kv.m.olan 1 otaqlı mənzili X14 21.000 manata satmışdır. X1 adından onun səlahiyyətli nümayəndəsi X18 imzalamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Əraz İdarəsi tərəfindən verilmiş reyestr №si **********40-05101-093004 olan Texniki pasportdan görünür ki, həmin sənəd xx.xx.2013cü il tarixdə X14 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev (keçmiş C.Hacıbəyli) küçəsi, bina 64, mənzil 44-ə verilmişdir. X17 və X19 arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X17 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsində yerrləşən 64 №-li evin 44 №-li mənzili X16 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Əraz İdarəsi tərəfindən verilmiş 13.068.2016-cı il tarixli RX seriyalı ******* №-li çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsində yerrləşən 64 №-li evin 44 №-li mənzili üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bank çıxarışlarının surətlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə 6.000 EUR, xx.xx.2013-cü il tarixdə 6.000 EUR, xx.xx.2013-cü il tarixdə 6.000 EUR, xx.xx.2013-cü il tarixdə 6.000 EUR, xx.xx.2013-cü il tarixdə 6.000 EUR, xx.xx.2013cü il tarixdə 6.000 EUR, xx.xx.2013-cü il tarixdə 6.000 EUR olmaqla ümumilikdə 42.000 avro məbləğində pulu X4 adına köçürmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/2- 010325/2024 saylı məkt ubundan görünrü ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Azərbaycan Respublikasına girişi zamanı gömrük orqanlarına pul məbləğinin bəyan edilməsi haqqında məlumat yoxdur. İddiaçı adına olan xarici pasportdan edilmiş çıxarışdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış, xx.xx.2023-cü il tarixdə ölkə ərazisini yenidən tərk etmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 3.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı bir əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir; 36.3-cü maddəsinin tələbinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının: 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (3137-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. 3.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 3.13-cü bəndinə əsasən əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın 3 dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. 3.14-cü bəndinə əsasən ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 4.15-ci bəndinə əsasən Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə 6 hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə 6 hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. 6.36-cı bəndinə əsasən Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ərarvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərləarvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə, mülki işin araşdırılmış və tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, tərəflər arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. xx.xx.2007-ci il tarixdən xx.xx.2023-cü il tarixədək onlar bir yerdə yaşamaqla birgə-təsərrüfat aparmışlar. Birgə nikahdan 2 övladlarının olmasına baxmayaraq tərəflərin birgə yaşamaqla ailə münasibətlərini davam etdirməsi mümkün olmamamışdır. Belə ki, onların arasındakı ailə münasibətlərinə faktiki olaraq xx.xx.2023-cü il tarixdən son qoyulmuşdur. Hazırda tərəflər arasında nikahın pozulması barədə İddiaçı iddiasına dair işə Binəqədi Rayon Məhkəməsində baxılır. Birgə nikahda olarkən tərəflər "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilini əldə etmişlər. Belə ki, işdə olan sənədlərə, habelə tərəflərin məhkəməyə verdikləri məlumatlara əsasən məlum olur ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilə dair “Knightsbridge "xxxx" MTK və İddiaçı arasında xx.xx.2022-ci il tarixdə CY2-103/22 №-li müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, mənzilin ümumi dəyəri 193.758 manat müəyyən edilmişdir. Həmin məbləğin 96.879 manatı ilkin ödəniş olaraq müqavilə bağlandığı vaxt, qalan qalan 96.879 manat isə müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hissəhissə, hər ay 2.691,08 manat olmaqla, xx.xx.2025-ci il tarixədək ödəniləcəkdir. İddiaçı tərəfindən mənzilin ilkin ödənişi olan 96.879 manat və ödəniş cədvəlinə uyğun olaraq aylıq 2.691,08 manat, ümumilikdə isə 161.75,05 manat məbləğində pulun "xxxx" MTK ödənilməsi MTK tərəfindən verilmiş maliyyə arayışı ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzil iş üzrə tərəflərin birgə nikahı dövründə, onların birgə vəsaiti, o cümlədən alınmış borc) hesabına əldə olunmuş əmlakdır. Bu səbəbdən həmin mənzil üzərində tərəflərin hər birinin ½ hissədə payı müəyyən olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi, "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilə görə İddiaçı tərəfindən 96.879 manat məbləğində ilkin ödəniş aparılmışdır. İddiaçı məhkəməyə təqlim etdiyi xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edərək bildirir ki, həmin məbləğin 90.000 manat hissəsi, onun tərəfindən borc olaraq dost münasibətlərində olan X10, qalan 6.879 manatı isə qardaşından alınmışdır. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı X10 90.000 manat borc alması və həmin borcun mənzilin ilkin ödənişinə yönəldilməsi işdə olan etibarlı borc müqaviləsi və mənzilə dair xx.xx.2022-ci il tarixli müqavilə ilə tam təsdiq olunur. Belə ki, X22 şahid qismində verdiyi ifadədə dostu olan İddiaçı almaq istədiyi mənzilin ilkin ödənişinə görə 90.000 manat borc verdiyini, bu barədə aralarında borc müqaviləsi imzaladıqlarını, borcunun bu günə qədər qaytarılmadığını bildirmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə X10 90.000 manat borc alması onlar arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsi ilə təsdiq olunur. Həmin borc müqaviləsi qanunvericiliyin tələblərinə uyğun yazılı formada bağlanmış və müqavilənin etibarlılığını şübhə altına alan hər hansı dəlil məhkəmə araşdırması zamanı irəli sürülməmişdir. Məhkəmə özü də müqavilənin etibarsız hesab olunması üçün hər hansı əsas görməmişdir. Cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilin ilkin ödənişinin məhz İddiaçı borc aldığı 90.000 manat hesabına aparılmasını mübahisələndirməmiş, işin bu halı ilə razılaşmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, 90.000 manat məbləğində borc iş üzrə tərəflərin birgə nikahı dövründə yaranmış və tərəflərin birgə nikahı döarundə əldə olunmuş mənzilin dəyərinin bir hissəsinin ödənilməsinə sərf olunmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, 90.000 manat borc iş üzrə tərələrin birgə öhdəliyi hesab olunmalı və həmin öhdəlik onlar arasında bərabər hissələrdə bölünməli, bu məqsədlə 90.000 manat borcun ½ hissəsi, yəni 45.000 manatı Cavabdeh aid edilməlidir. Bundan başqa, işdə olan sənədlərə əsasən müəyyən olunur ki, iş üzrə tərəflər 2023-cü ilin iyul ayınadək birgə yaşamış, birgə təsərrüfat aparmışlar. Lakin sonradan onlar arasında münasibətlər ilk dəfə onların Fransada yaşadıqları 2023-cü ilin iyun ayından pozulmuş, onlar 2023-cü ilin iyul ayında Fransadan Azərbaycana gəlmişlər, daha sonra münasibətlər tamamilə pozulmuş və İddiaçı xx.xx.2023-cü il tarixdə uçuş bileti alaraq ölkə ərazisini tərk etmiş, ABŞ-a getmişdir. İddiaçı yalnız xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gəlmiş və qızı Züleyxanı özü ilə götürərək xx.xx.2023-cü il tarixdə yenidən ABŞ-a uçmuşdur. Tərəflərin digər övladı Mikayıl isə Cavabdeh ilə Bakı şəhərində qalmışdır. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdən sonra tərəflərin birgə yaşamaları, birgə təsərrüfat aparmaları iş materialları ilə təsdiq olunmur. Cavabdeh Qəşəm qızı keçmiş əri İddiaçı onunla faktiki olaraq 2024-cü ilin yanvar ayından ayrıldığını iddia etsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Əksinə İddiaçı müzakirə olunan məsələ ilə bağlı məhkəməyə bildirdikləri, onun adına olan pasportda aparılmış qeydlərlə öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarix tərəflərin faktiki ayrı yaşadıqları vaxt kimi qəbul edilməlidir. "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli CY2-103/22 №-li müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, həmin əmlakın aylıq ödənişi 2.691,08 manat təşkil edir. İddiaçı mənzilə görə aylıq ödənişləri vaxtında aparmış və işə məhkəmədə baxılan zaman aylıq ödənişlərə görə MTK-ya borcu olmamışdır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, həmin mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab olunduğuna və mənzil üzərində tərəflərin ½ hissədə payı müəyyən edildiyindən, mənzilə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (iddianın dəyişdirilməsi barədə ərizənin məhkəməyə verildiyi tarix) aylıq ödənişlərə görə "xxxx" MTK-ya ödədiyi cəmi 34.984,08 manat məbləğində İddiaçı tərəfindən həyata keçirilmiş ödəniş iş üzrə tərəflər arasında ½ hissədə bölünməli, bu məqsədlə 17.492,04 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Bunlardan əlavə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə, "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli CY2-103/22 №-li müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən edilmiş aylıq ödəniş ½ hissədə tərəflər arasında bölünməli, aylıq ödənişlər İddiaçı müqavilə tərəfi olaraq öz adından həyata keçirdiyindən, hər ay 1.345,54 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Bunlardan başqa, işdə olan sənədlərdən görünür ki, iş üzrə tərəflər nikaha daxil olmamışdan əvvəl İddiaçı dəyərini tam ödəməklə Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 89 №-li evin 123 №-li mənzilini "xxxx" MTK-dan əldə etmiş, daha sonra həmin mənzilə dair onun adına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixli, 009368 №-li order, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən isə mülkiyyət hüququnu təsdiq edən, MA seriyalı, ******* №-li çıxarış verilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 89 №-li evin 123 №-li mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə dövlət qeydiyatına alınsa da, məhkəmə hesab edir ki, mənzilin dəyəri İddiaçı tərəfindən Cavabdeh ilə nikaha daxil olmamışdan əvvəl "xxxx" MTK-ya ödənildiyinə görə, həmin əmlak iş üzrə tərəflərin birgə əmlakı hesab edilmir. Cavabdeh da bu mənzilin birgə əmlak olmasını, habelə həmin mənzilin satılaraq, əldə olunmuş 195.000 manat vəsaitin Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №-li mənzili (yeni qaydalarla: AZ 1001,Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 30, M5, m2) alınmasına yönəldilməsini mübahisələndirmir. O, bildirir ki, İddiaçı sözügedən mənzili 195.000 manata satmış, həmin pula birgə nikah dövrundə əldə olunmuş birgə vəsaitdən 30.000 manat əlavə edərək, öz adına 225.000 manata Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №-li mənzili (yeni qaydalarla: AZ 1001,Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 30, M5, m2) almışdır. Məhkəmə, Cavabdeh bu dəlilləri ilə razılaşır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 89 №-li evin 123 №-li mənzilin satışından əldə olunmuş 195.000 manat məbləğində pulun Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №-li mənzilin (yeni qaydalarla: AZ 1001,Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 30, M5, m2) əldə ounmasına yönəldilməsi iş üzrə tərəflər arasında mübahisə doğurmur. Tərəflər arasında mübahisə doğuran hal, yeni mənzilin alınması üçün əlavə ödənilmiş 30.000 manat pulun tərəflərin birgə nikahı dövründə birgə əldə olunmuş vəsaiti olub-olmamasıdır. Belə ki, Cavabdeh, həmin 30.000 manat pulun iş üzrə tərəflərin birgə qazandıqları vəsait olduğunu bildirir. Bununla bağlı məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə, hər bir tərəf öz tələblərinin əsasını sübut etməlidir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №-li mənzil (yeni qaydalarla: AZ 1001,Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 30, M5, m2) iş üzrə tərəflərin birgə nkahı dövrünə 225.000 manata əldə olunmuşdur. Həmin vəsaitin 195.000 manatı İddiaçı məxsus vəsait olmuşdur. Belə olan vəziyyətdə mənzilə görə ödənilmiş qalan 30.000 manat, əksi sübuta yetirilməyincə, tərəflərin birgə vəsaiti hesab olunur. Məhkəmə hesab edir ki, sözügedən mənzil birgə nikah dvründə əldə edilmiş əmlak hesab edilə bilməz. Ancaq həmin mənzilin alınmasına sərf edilən 30.000 manat pul birgə nikah dövründə əldə edilən vəsaitdir. Bu baxımdan Məhkəmə hesab edir ki, həmin 30.000 manat üzərində tərəflərin ½ hissədə payı müəyyən edilməli, 15.000 manat pul İddiaçı alınaraq Cavabdeh ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müzakirə olunan hissələrdə ilk və qarşılıqlı iddia tələbləri işdə olan sənədlərə əsasən sübuta yetirildiyindən qismən təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, 3159-cu məhəllə, Həsənbəy Zərdabi prospektində yerləşən 89A №-li evin 52 nömrəli mənzili üzərində, habelə Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsində yerləşən 64 №-li evin 44 №-li mənzili üzərində tərəflərin hər birinin ½ hissədə paylarının müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsində yerləşən 64 №-li evin 44 №-li mənzilin alınması üçün İddiaçı tərəfindən Cavabdeh və sonuncunun atası X7 göndərilmiş 42.000 avro məbləğində pulun ½ hissəsinin, yəni 21.000 avronun Cavabdeh onun xeyrinə tutulması barədə İddiaçı iddia tələbləri əsassızdır və təmin edilməlidir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı, Cavabdeh ilə nikaha daxil olmamışdan əvvəl, yəni xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 3159-cu məhəllə, Həsənbəy Zərdabi prospektində yerləşən 89A №-li evin 52 nömrəli mənzilini "xxxx" MTK-dan dəyərini tam həcmdə ödəməklə əldə etmiş, daha sonra isə bağışlama müqaviləsinə əsasən Cavabdeh hədiyyə etmişdir. Cavabdeh sözüdedən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, İddiaçı, nikaha daxil olmamışdan əvvəl dəyərini ödəməklə əldə etdiyi mənzil üzərində mülkiyyət hüququndan könüllü olaraq imtina etmiş və mənzili əvəzsiz şəkildə Cavabdeh bağışlamışdır. Mənzilə dair tərəflər arasında bağlanmış bağışlama müqaviləsi ləğv olunmamış, etibarsız hesab olunmamışdır. Müqavilə və reyestrdən çıxarış bu gün də qüvvədədir. Bu baxımdan Məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, 3159-cu məhəllə, Həsənbəy Zərdabi prospektində yerləşən 89A №-li evin 52 nömrəli mənzili tərəflərin birgə əmlakı hesab olunaraq əmlak üzərində tərəflərin ½ hissədə payları müəyyən edilə bilməz. Bunlardan başqa, məhkəmə Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsində yerləşən 64 №-li evin 44 №-li mənzili üzərində tərəflərin hər birinin ½ hissədə paylarının müəyyən edilməsi üçün əsas müəyyən etməmişdir. Belə ki, İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək olan müddət ərzində X4 adına ümumilikdə 42.000 avro məbləğində pul köçürmələri etməsi işin mübahisəsiz halıdır. Lakin həmin köçürmələrin hazırda Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsində yerləşən 64 №-li evin 44 №-li mənzilin alınmasına sərf olunması, həmin vəsaitin mənzil alınması üçün X7 borc verilməsi iş materialları ilə təsdiq olunmur. Əksinə işdə olan sənədlərə əsasən müəyyən olunur ki, həmin mənzil X17 tərəfindən xx.xx.2013-cü il tarixdə mənzilin keçmiş mülkiyyətçisi X6 21.000 manat məbləğində pul ödəməklə əldə etmiş, daha sonra isə mənzili bağışlama müqaviləsi əsasında Cavabdeh hədiyyə etmişdir. Göründüyü kimi. İddiaçı iddia tələblərini müzakirə olunan hissədə sübuta yetirə bilməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ilk və qarşılıqlı iddia tərləbləri qismən təmin edildiyindən, tərəflərin çəkdiyi məhkəmə xərcləri də onların özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın və yaranmış öhdəliklərin bölünməsi tələbi barədə” ilk iddiası, habelə Cavabdeh İddiaçı qarşı “əmlakın və öhdəliyin bölünməsi tələbi barədə” qarşılıqlı iddiası qismən təmin edilsin. "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzi üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payı müəyyən edilsin. "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilin ilkin ödənişini etmək üçün birgə nikah dövründə bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 90.000 manat məbləğində borc İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünsün və 45.000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzil üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı tərəfindən aylıq ödənişlərə görə aparılmış cəmi 34.984,08 manat ödəniş İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünsün və 17.492,04 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilin aylıq ödənişinə görə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 1.345,54 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №li mənzilin (yeni qaydalarla: AZ 1001,Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 30, M5, m2) alınmasına sərf olunmuş 30.000 manat üzərində tərəflərin ½ hissədə payı müəyyən edilsin. 15.000 manat pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. İlk və qarşılıqlı iddia qalan hissələrdə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə vəsait tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar