Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3682/2021 24.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyaların qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzildə adları aşağıdakı siyahıda göstərilən əmlakın ona qaytarılması və ya onların dəyərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir: - 1000 manat dəyərində yataq mebeli - 160 manat dəyərində uşaq beşiyi - 70 manat dəyərində tozsoran - 200 manat dəyərində xalça - 2 ədəd 100 manat dəyərində örtük (pokrıval) - 50 manat dəyərində odeyal - 40 manat dəyərində ətçəkən maşın - 2 ədəd 30 manat dəyərində saç feni - 20 manat dyərində ütü - 50 manat dəyərində uşağın nəfəs aparatı - 200 manat dəyərində qab-qacaq dəsti - 50 manat dəyərində qazan dəsti - 2 ədəd 200 manat dəyərində yorğan - 2 ədəd 500 manat dəyərində döşək - 4 ədəd 30 manat dəyərində balış - 50 manat dəyərində uşaq kolyaskası - 25 manat dəyərində uşaq skuteri - 4 ədəd 90 manat dəyərində stol süfrəsi - 4 ədəd 20 manat dəyərində balaca dəsmal - 30 manat dəyərində böyük dəsman - 100 manat dəyərində uşaq paltarları - 20 manat dəyərində mikser - 50 manat dəyərində uşaq oyuncaqları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, cavabdehlə el adəti ilə toy etməklə evlənmiş, 22 iyul 2017-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 04 iyun 2017-ci il təvəllüdlü Mədinə, 03 iyul 2018-ci il təvəllüdlü Aygün adlı uşaqları doğulmuşdur. Cavabdehlə münasibəti ilk vaxtlar yaxşı olsa da, sonradan pisləşmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli , 2(001)-564/2021 saylı qətnaməsinə əsasən, aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan uşaqların onun yanında saxlanmaları qərara alınmışdır. Cavabdehlə ailə qurduqdan sonra cavabdehə məxsus, ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş, öz cehiz əşyalarını da həmin evdə yerləşdirmişdir. Lakin, hazırda cavabdehlə münasibətləri pozulduğundan o, öz əşyalarını oradan götürə bilməmiş, buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, təmin olunmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin işin hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyaların qaytarılması tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzildə adları aşağıdakı siyahıda göstərilən əmlak İddiaçı qaytarılsın, həmin əmlaklar mövcud olmadığı təqdirdə onların dəyəri Cavabdeh İddiaçı xeyrinə tutulsun: - 1000 manat dəyərində yataq mebeli - 160 manat dəyərində uşaq beşiyi - 70 manat dəyərində tozsoran - 200 manat dəyərində xalça - 2 ədəd 100 manat dəyərində örtük (pokrıval) - 50 manat dəyərində odeyal - 40 manat dəyərində ətçəkən maşın - 2 ədəd 30 manat dəyərində saç feni - 20 manat dyərində ütü - 50 manat dəyərində uşağın nəfəs aparatı - 200 manat dəyərində qab-qacaq dəsti - 50 manat dəyərində qazan dəsti - 2 ədəd 200 manat dəyərində yorğan - 2 ədəd 500 manat dəyərində döşək - 4 ədəd 30 manat dəyərində balış - 50 manat dəyərində uşaq kolyaskası - 25 manat dəyərində uşaq skuteri - 4 ədəd 90 manat dəyərində stol süfrəsi - 4 ədəd 20 manat dəyərində balaca dəsmal - 30 manat dəyərində böyük dəsman - 100 manat dəyərində uşaq paltarları - 20 manat dəyərində mikser - 50 manat dəyərində uşaq oyuncaqları. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3682/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3682/2021
24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver