Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3722/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafaoğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Məhkəmənin inzibati binasında məhkəmənin açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanda yerləşən Bakı Biznes və Kooperasiya Kollecinin 2 nömrəli yataqxanasının 8-ci mərtəbəsində yerləşən 816 və 816a nömrəli otaqlara xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə köçürülməsi ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı X4 ilə xx.xx.2004-cü il tarixdə ailə qurmuş, hazırki dövrə kimi Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekli 161 a, BKT-nin 2 nömrəli yataqxanasının 8-ci mərtəbəsinin 816 və 816a nömrəli otaqlarda yaşamışdır. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Nihad və xx.xx.2010-cu il təvəllüdlü Zəhra adlı uşaqları anadan olmuşdur. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-9089/2019 saylı qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, uşaqların analarının yanında qalmaları və yetkinlik yaşına çatanadək saxlanmaları üçün Eldar Nuriyevdən hər ay hər uşağa görə 165 manat olmaqla cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Bundan sonra cavabdeh hər vasitə ilə iddiaçını uşaqlarla birlikdə sözügedən otaqlarda yaşamalarına imkan vermədiyindən onlar təzyiqlərə dözməyib müxtəlif mənzillərdə müvəqqəti olaraq yaşayırlar. İddiaçının əşyaları həmin evdə qalmışdır və onun başqa yaşayış yeri yoxdur. Göstərilənləri nəzərə alaraq iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Sonda A.H.Məmmədova məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 972/2020 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahlarından olan xx xxxxxx 2007-ci il təvəllüdlü X8 və xx xxxx 2010-cu il təvəllüdlü X7 adlı uşaqların anaları İddiaçı yanında qalmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 165 manat olmaqla ümumilikdə 330 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Bakı Biznes və Koorperasiya Kolleci tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 40 saylı arayışdan görünür ki, İddiaçı kollecin Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanda yerləşən 2 nömrəli yataqxanasının 816 və 816a saylı otaqlarında müvəqqəti məskunlaşmış, onunla birlikdə Nihad və Zəhra adlı yetkinlik yaşına çatmamış uşaqları və keçmiş əri Cavabdeh da həmin ünvanda məskunlaşmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiatəmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: (13.1.1.) yaşayış evi, yaşayış evinin hissəsi; (13.1.2.) mənzil, mənzilin hissəsi; (13.1.3). otaq; (13.1.4.)bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. İşin müəyyən edilən hallarına görə Kəlbəcər rayonundan məcburi köçkün İddiaçı uşaqları ilə birlikdə və X4 Bakı Biznes və Kooperasiya Kollecinin 2 nömrəli yataqxanasının 8-ci mərtəbəsində yerləşən 816 və 816a nömrəli otaqlarda müvəqqəti məskunlaşmışlar (Bakı Biznes və Kooperasiya Kollecinin 2 nömrəli yataqxanasının xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli arayışları). Mübahisəli otaqlar tərəflərin mülkiyyətində deyil və Azərittifaqın Bakı Biznes və Kooperasiya Kollecinin balansında olan binada yerləşir. Göründüyü kimi tərəflərin mübahisəli otaqlara dair hüquqi rejimləri bərabər səviyyədədir və birinin digərinə qarşı üstün mövqeyi mövcud deyil. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Həmin Məcəllənin yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli otaqlarla iddiaçı ilə bərabər şərtlərlə müvəqqəti məskunlaşan cavabdehin yaratdığı maneələr iddiaçının hüquqları və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozması ilə nəticələndiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 10 manat məbləğindəpul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanda yerləşən Bakı Biznes və Kooperasiya Kollecinin 2 nömrəli yataqxanasının 8-ci mərtəbəsində yerləşən 816 və 816a nömrəli otaqlara köçürülməsi ilə bağlı X4 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 10 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3722/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3722/2020
29.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver