Məhkəmə qərarları › İş №2(001)-3739/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3739/2020

22.06.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3739/2020 22.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, Tələbkar “xxxxxxxxxxxx” MMC-nin Borclu qarşı alqı-satqı üzrə əsas borcun və gecikməyə dair hesablanmış faiz borcunun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Tələbkar “xxxxxxxxxxxx” MMC Borclu qarşı alqı-satqı üzrə əsas borcun və gecikməyə dair hesablanmış faiz borcunun qaytarılması tələbi ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ərazi aidiyyətinə riayət edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Belə ki, ərizəyə əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə,hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Bundan əlavə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh fərdi sahibkar kimi 15 sentyabr 2016-cı il tarixdə qeydiyyata alınmış və tərəflər arasında 23 sentyabr 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə borclu Binəqədi rayonunda rəsmi qeydiyyatda olmadığından, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalı, kreditora hazırki tələbi ilə borclunun rəsmi qeydə alındığı yerin kommersiya məhkəməsinə ərizə ilə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: Tələbkar “xxxxxxxxxxxx” MMC-nin Borclu qarşı alqı-satqı üzrə əsas borcun və gecikməyə dair hesablanmış faiz borcunun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsi ona əlavə olunmuş sənədlərlə geri qaytarılsın. Kreditora izah edilsin ki, o, hazırki tələbi ilə borclunun rəsmi qeydə alındığı yerin kommersiya məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar