Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3740/2020 22.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, Kreditor “xxxxxxxxxxxx” MMC-nin Borclu qarşı alqı-satqı üzrə əsas borcun və gecikməyə dair hesablanmış faiz borcunun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Kreditor “xxxxxxxxxxxx” MMC Borclu qarşı alqı-satqı üzrə əsas borcun və gecikməyə dair hesablanmış faiz borcunun qaytarılması tələbi ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ərazi aidiyyətinə riayət edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Belə ki, ərizəyə əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 277.1-ci maddəsinə əsasən, məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə müvafiq olaraq, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə,hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən isə, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Bundan əlavə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh fərdi sahikar kimi xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış və tərəflər arasında xx xxxxxxxx 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə müvafiq olaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə borclu Binəqədi rayonunda rəsmi qeydiyyatda olmadığından, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalı, kreditora hazırkı tələbi ilə borclunun rəsmi qeydə alındığı yerin kommersiya məhkəməsinə ərizə ilə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kreditor “xxxxxxxxxxxx” MMC-nin Borclu qarşı alqı-satqı üzrə əsas borcun və gecikməyə dair hesablanmış faiz borcunun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Kreditora izah edilsin ki, o, hazırkı tələbi ilə borclunun rəsmi qeydə alındığı yerin kommersiya məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3740/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3740/2020
22.06.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver