Məhkəmə qərarları › İş №2(001)-3742/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3742/2020

15.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3742/2020 15.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılmasına və sair tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılmasına və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus iddia ərizəsində tələb etdiyi bütün qızıl-zinət əşyalarının Cavabdeh tərəfindən məhkəmə iclasında ona qaytarıldığı üçün iddia tələbindən imtina etməsini, iddia tələbindən imtinanın hüquqi nəticələrinin ona aydın olmasını bildirərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili A.E.Qasımlı iddiaçının iddia tələblərindən imtinasını müdafiə edərək iddia tələbləri üzrə mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı məxsus iddia ərizəsində tələb olunan qızıl-zinət əşyalarını məhkəmə iclasında idiaçıya qaytarmasını, iddiaçının iddia tələblərindən imtinasını qəbul etdiyini bildirib, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddiadan imtina qanuni olduğundan, üçüncü şəxslərin maraqlarına toxunmadığından qəbul edilərək iddiaçının iddia tələbi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiadan imtina qəbul edilsin. İddiaçı Cavabdeh qarşı dəyəri 7000 manat, çəkisi 40 qram 750 əyarlı qızıldan brilyant qaşlı sırğa, üzük, boyunbağı və bilərzikdən ibarət ağ qızıl dəstinin, dəyəri 1000 manat, çəkisi 2,5 qram 750 əyarlı qızıldan ibarət brilliant qaşlı nişan üzüyünün, dəyəri 250 manat çəkisi 3,5 qram 585 əyarlı qızıl sırğanın, dəyəri 150 manat, çəkisi 2 qram olan qızıl üzüyün və ya onların dəyərinin ona verilməsinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar