Məhkəmə qərarları › İş №2(001)-3777/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3777/2021

01.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3777/2021 01.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “alğısatqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 iyul 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə dair onun adından etibarnamə əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 03 dekabr 2016-cı il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası 28 aprel 2021-ci il tarixə, saat 10:10-a təyin edilmiş, məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı hər-hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin 24 may 2021-ci il tarixə, saat 09:50-ə təyin edilmiş baxış iclasında da iddiaçı iştirak etməmiş, məhkəmə iclası bitdikdən sonra onun nümayəndəsi Nümayəndə oğlu tərəfindən məhkəməyə 24 may 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınması ilə bağlı ərizə daxil olmuşdur. Məhkəmə baxışı iclası növbəti dəfə 11 iyun 2021-ci il tarixə, saat 10:50-ə təyin edilmiş, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş, iclasın təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası 01 iyul 2021-ci il tarixə, saat 10:00-a təxirə salınmışdır. Məhkəmə iclasının vaxtə və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nə iddiaçı, nə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh1 nümayəndəsi X2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “alğısatqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar