Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-38/2022 19.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2(001)- 8352/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti nəzdindəki Ali Nəzarət Komissiyasının ekspertlərinə həvаlə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2(001)- 8352/2019 saylı qərardadının icra edilməsi barədə məlumat uzun müddət ərzində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmadığına görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə ( = Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) dəfələrlə məhkəmə tərəfindən müraciət ünvanlanmış, lakin müraciətlərə hər hansı cavab verilməmişdir. 04.05.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinbdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş cavab məktubunda qeyd olunmuşdur ki, 2(001)-8352/2019 saylı mülki işin tapılması üçün arxiv sənədləri araşdırılmış, lakin iş tapılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinbdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu cavabına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.05.2022-ci il tarixli, 2(001)-38/2022 saylı qərardadı ilə mülki işin icraatı təzələnmişdir. 17.05.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iddiaçının iddiadan imtina edilməsini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin bərpa edilmiş mülki işdə mövcud olan sənədlərdən Vəkil hal-hazırda iddiaçının adından iddiadan imtina etmək üçün səlahiyyətli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, məhkəmə hazırkı iş üzrə icraata xitam verilməsini əsaslı hesab etmir. Bununla yanaşı məhkəmə baxış iclası 19.05.2022-ci il tarixə, saat 10:20-ə təyin edilsə də, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə mülki işə mahiyyəti üzrə baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-38/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-38/2022
19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver